Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə43/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   39   40   41   42   43   44   45   46   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
96 
96 
əlamət  qalmayıb.  Qalan  bir  Xram  çayının  adıdır  ki,  gürcülər  onu  Xrami  şəklinə 
salıblar.  Biz  əldə  olan  mənbələri  diqqətlə  araşdırmalı,  Xram  çayının  tarixi  Kərəm 
adının bərpasına nail olmalıyıq. 
İ.İ.Şopen  yazır  ki,  orta  əsrlərdə  Gürcüstanda  Karam  adlı  tayfa  yaşayırdı 
(Шопен 1866. 217). Hansı tayfanınsa Gürcüstanda yaşaması hələ onun gürcü olması 
deyil. Biz bu istiqamətdə də tədqiqatları davam etdirməli, İberiyanın bir çox qədim 
etnoslarının,  o  cümlədən  Kərəm  nəslinin  Kam  (Kənan)  mənşəyini  sübuta  yetir-
məliyik. 
Məlumdur  ki,  Gürcüstanın  bir  çox  tayfaları  İudeya  mənşəlidir.  Belə  hesab 
edirik  ki,  Kərəm  tayfası  da  onlarla  birlikdə  Suriyadan  Albaniya  ilə  İberiya  arasına 
köçmüş, burada xristianlığı qəbul etmişdir. 
Belə  bir  sual  qarşıya  çıxır:  –  Məryəm  xristian,  Mahmud  müsəlman  idi.  Nəyə 
görə  onlara  xristianlıqdan  və  islamiyyətdən  öncəki  tanrıların  adlarını  verdilər? 
Düşünürük ki, bu adət Əsli və Kərəm kultlarının son çağlara qədər xalq yaddaşında 
qalması  ilə  bağlıdır.  Onu  da  nəzərə  almaq  lazımdır  ki,  Kərəm  şəhəri  Ziyadoğlu 
Mahmudun vətəni Gəncənin yaxınlığında yerləşirdi. 
Yerusəlim  kahinləri  Kənan  övladlarının  təzyiqi  ilə  Əsli  və  Kərəm  kultlarını 
qəbul  etməyə  məcbur  oldular.  Azad  sevgi  kultu  rəsmi  olaraq  İudeya  və  İzrail 
mənbələrinə  daxil  edildi.  Çuvaş  mifləri,  “Əsli  və  Kərəm”  dastanı  göstərir  ki,  heç 
xristianlıq və islamiyyət də onu tamamilə xalq yaddaşından silə bilməmişdir. 
Əsli  kultu  tarixi  mənbələrdə  Asli,  Astli,  Astliçi,  Astqik,  Aşera,  Yeştir,  Aster, 
İştar,  Aştoret,  Astar,  Astarta  və  Astara  variantlarında  yazıya  alınmışdır  (Грець  2. 
1907.  41;  Тураев  1903.  21,  64;  Хоренский  1808.  28;  Вагнер  1901.  29,  86;  Тра-
чевский 1889. 58; Шопен 1866. 41; Рагозина 1902. 488 və s. Бузекул 1904. 141). 
B.Turayev yazır ki, Astarta samilərin ilahəsidir (Тураев 1903. 66). P.Keppenin 
fikrincə,  Astarot  xald  (Hələb)  ilahəsidir  (Keппeн  1837.  123.358).  Q.Masperoya 
görə,  Astoret  Kənan  və  Finikiya  tayfalarının  Afroditasıdır  (Масперо  1916.  64). 
Akkadlar isə öz sevgi ilahələrini İstar adlandırırdılar (Рагозина 1902. 482). Əslidən 
qabaq  Şumer  panteonunda  Ana  (in-Anna),  Elam  və  Misirdə  Ama  (sonrakı  Amon 
Ra)  ilahələri  vardı.  İştar  Astarda  bəzi  cəhətlərinə  görə  onlara  bənzəsə  də,  bir  çox 
özəllik ilə həmin ilahələrdən fərqlənirdi (Тураев 1903. 66). 
Belə  hesab  edirik  ki,  Əsli  teoniminin  ən  qədim  variantını  Xatti  panteonunda 
axtarmaq  lazımdır.  E.  ö.  III  minillikdə  xettlərdən  qabaq  Anadoluda  və  Şimali 
Suriyada özünəməxsus mədəniyyət  yaratmış xattilər günəş və səhər ilahəsinə Eştan 
deyirdilər (Иванов 1990. 136). 
Nəzərə almaq lazımdır ki, xattilər iltisaqi dilli qeyri-sami və qeyri-ari etnos idi 
(Иванов 1980. 134, 154). Xettlər onların varisi deyillər. B.Qroznı  yazır: – 1919-cu 
ildə Kızıl İrmak çayı sahilindəki Boğaz köydən yeni gil lövhələr tapırlar. Onların dili 
xettlərin  dilinə  bənzəmirdi  (Грозный  1938.  26-27).  B.Qroznı  onu  da  bildirir  ki, 
özlərini  əvvəl  Nesili  adlandıran  xettlər  xattilərin  dilindən  çoxlu  sözlər  götürüblər 
(Грозный 1938. 27). 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
97 
97 
Eştan  teoniminin  kökündə  eş-işıq  sözü  durur.  İştar  teoniminin  bütün 
variantlarında  işıq  sözünün  kökü  aydın  görünür.  Tan  isə  dan  yeri  kimi  bu  gün  də 
dilimizdə işlənməkdədir. Astarta kultunun kahinləri qadın paltarı geyinər, gözlərinə 
sürmə  çəkər,  balta  və  qılıncla  silahlanardılar.  Onlar  ayin  zamanı  bədənlərini 
doğrayıb,  qanlarını  ilahəyə  qurban  verərdilər  (Грець  2.  1907.  41).  Musa 
peyğəmbərin  “Tora”sında  Astarta  kultu  qadağan  olunur.  Buna  baxmayaraq  Kənan 
nəslindən  Efreimin  övladları  onu  Azad  sevgi  kultu  kimi  Yerusəlim  və  Samaria 
kahinlərinin məbədlərinə daxil edə bilərdilər (Грець 2. 1907. 107). Belə hesab edirik 
ki,  Əsli  kultu  Azad  sevgi  kultuna  çevriləndən  –  e.  ö.  VIII  əsrdən  sonra  Kənan 
etnosları  Cənubi  Qafqaza  və  Volqa  boyuna  gəlmişlər.  Çuvaşların  xristianlığa 
qədərki sevgi – Seren ayinində Əsli və Kərəm kultlarının izləri qalmışdır. XIX əsrdə 
yaşamış çuvaş şairi Maksim Arzamasov yazır ki, çuvaşlar Seren ayini zamanı ətrafı 
Kərəm  (Keremet)  adlanan  bulaq  başında  ilahə  Aslı  İraya  ağ  qaz  qurban  kəsərdilər 
(Родионов 1983. 21-22). Əsli kultu Kənan nəsli hələ Misirdə ikən onların inancında 
Aser adı ilə mövcud idi. Yusif öləndə cəsədini Nil çayı ilə axıtmışdılar. Aşerin qızı 
Zirək  (yunan  transkripsiyası  ilə  Serax)  onun  ilişib  qaldığı  yeri  qohumlarına 
göstərmişdi (Иосиф Флавий 52390. 124). 
A.Traçevski  yazır  ki,  ilahə  Melita  bəzən  Asera  adlanırdı  (Трачевский  1889. 
58). Bu da “Əsliyə sitayiş edən ərlər” deməkdir. Bundan əlavə Kənan tanrısı Satakın 
oğlu Aşkli adı daşıyırdı (Тураев 1903. 88). 
Aser  tayfası  Misirdə  ikən  Yusif  Kənana  tabe  deyildi,  Nil  vadisində  ayrıca 
yaşayırdı  (Грець  1.  51).  Onlar  Moiseylə  Misirdən  qovulanda  da  hələ  İsrail 
oğullarına birləşməmişdilər. Henri əc Qrets yazır ki, onlar sonradan İsrail oğullarına 
qoşuldular (Грець 1. 99). Kedar (yəhudi mənbələrində Qideon) Matay  bə Sabaklar 
ilə döyüşə gedəndə Aşer tayfasını öz tərəfinə çəkmişdi (Грець 1. 121). E. ö. X əsrdə 
onlar İudeya çarı Solomona (Süleyman peyğəmbərə) tabe oldular (Грец 1. 263). 
Qədim  Aser  və  Xiram  kultlarının  izləri  yalnız  “Əsli  və  Kərəm”  dastanında 
qalmamışdır.  Fikrimizcə,  Türkmənistanın  paytaxtı  Aşqabad  şəhərinin  adı  Əsli 
teoniminin  Aşqli  variantından  törəmişdir.  Eyni  zamanda  Azərbaycanın  Astara 
şəhərinin  adı  Əsli  kultu  ilə  bağlıdır.  Çünki  qərbi  semitlər  ilahə  İştarı  Astara 
adlandırırdılar. 
 
Qaynaqlar 
1.
 
Бузекул 1904 – Бузекул В. Введение в истории Греции. Харьков. 1904, 
533 с. 
2.
 
Вагнер 1901 – Вагнер Вильгельм, Очерки по картины древней Греции. 
М., 1901, 1012 с. 
3.
 
Грець 1 – Грець Генрих. История евреев. т 1, nəşr ili yoxdur, 376 c. 
4.
 
Грець 2. 1907 – Грець Генрих. История евреев. т. 2, Одесса 1907, 384 с. 
5.
 
Грозный 1938 – Грозный Б. Хеттские народы и языки. BDU, (№. 2 (3), 
М., 1938, с. 18-33. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə