Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə40/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   36   37   38   39   40   41   42   43   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
88 
88 
- Başı buluddan, ayağı dəryadan nəm çəkən bu binə nədi? 
-  Bu  yerlərdə  məşhur  “Qız  qalası”dı,  deyirlər  qız,  bəkarətli,  alınmaz 
olduğundan “Qız qalası” qoyublar adını”. 
Əzizə  Cəfərzadə  hadisələrin  təsvirində  xalq  ədəbiyyatının  bayatı,  nəğmə, 
laylay, and, oxşama, nağıl, dastan, sayaçı sözləri  və s. janrlarına müraciət etmiş  və 
onlardan bəhrələnmişdir.  
O,  “Bakı  –  1501”romanında  nağıldan  da  bu  şəkildə  istifadə  etmişdi.  “Bütün 
dunyası bircə öz qəbiləsindən, kəndindən ibarət olan Çiçək qarı müharibə haqqında 
yalnız  nağıllarda  eşitmişdi.  Cavanlıqda  bir  neçə  dəfə  təbəh  davası  görmüşdü.  O 
zaman kənddə iki cavan bir gözəl qızı sevib-istəmiş, qız bunlardan birinə meyl etdiyi 
üçün  cavanlar  arasında  küdurət  düşmüş,  qohum-əqrabaları  iki  yerə  bölünmüş  və 
sapand  davası  başlanmışdı.  Hər  iki  tərəf  sapandlara  qoyduqları  daşları  bir-birinə 
tullamış  və  xeyli  yaralanan  olmuşdur.  Kənd  ağsaqqalları  araya  düşüb,  mərəkəni 
yatırtmışlar.  Bir  dəfədə  hansı  bir  köçəri  tayfa  isə  onların  yerlərinə  gəlib  çıxmış, 
otlaqlarını  otartmış  və  qəbilə  əhli  bütünlükdə  köçəriləri  qovub  öz  yerlərindən 
çıxarmışdı. Onda da kişilər çuxalarını qollarına dolayıb, çomaqlarını işə salmışdılar. 
Yenə xeyli yaralanan, başı-gözü əzilən olmuşdur, amma ölən olmamışdır” (1,39). 
Məlum olduğu kimi, folklorumuzda xalq məişətində daha geniş istifadə olunan 
janrlar  mövsüm  və  mərasim  nəğmələri  ilə  bağlıdır.  Yas,  toy,  nəğmə  bayatıları, 
aşiqanə  xalq  mahnıları  bu  istiqamətdə  xüsusilə  aparıcı  mövqedə  durur. 
Ə.Cəfərzadənin qeyd olunan tarixi romanında da obrazların psixoloji vəziyyəti, ruhi 
ovqatı xalq nəğmə bayatılarının lirizmində ifadə olunur. 
“Sultan Yaqubun nəvəsi Abdin bəyin qızı Taclı xanımı İsmayıl həmyaşları ilə at 
minib çapanda, həmyaşlıları ilə qılınc oynadan görmüşdü. Bir neçə il idi ki, Taclı xanım 
“Ev  qızı,  Ev  gəlinləri”  adı  ilə  çox  gənc  ikən  saraya  gətirilmiş  qəbilə  daşı  olan  qızlar 
deyərək, onu at üstündə sarayacan müşayiət edib oxumuşlar. 
Taxtın bərəkallah,gəlin 
Bəxtin bərəkallah! 
Ağ əllərə əlvan həna, 
Yaxdın bərəkallah,gəlin, 
Yaxdın bərəkallah” 
Burada  qəbilə  daşı  qədimdə  xalq  arasında  yaşayan  adət-ənənələrin  bir 
nişanəsidir. Qəbilə daşı-uğur daşı mənasında işlədilir. Yəni ki, qədim zamanlarda bir 
qəbilənin  üzvü  digər  tayfadan  qiz  sevərsə,  öz  yaşadığı  məskənə  daş  aparardılar.  O 
daşın düşərli olması, toy mərasimləri ilə başa çatırdı. Hal-hazırda da, Azərbaycanın 
bəzi yerlərində bu adətlər yaşamaqdadır. (Məsələn, Şəki-Zaqatala). Bununla yanaşı, 
xına ənənələri də ölkəmizin bütün bölgələrində geniş şəkildə qeyd edilir. 
Bəzi  məqamlarda  yazıçı  xalq  bayatılarından  da  istifadə  edir.  Bu  bayatılar 
surətlərin xarakterini açmağa yönəldilmişdi. Məsələn: 
   
 
“Taclı xanım İsmayılı yola salırdı.(1,117). 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
89 
89 
 Get, - deyirdi, - zəfərlə qayıt- deyirdi, mövlam sənə yar olsun - deyirdi, qırxlar 
piri,  ermiş  ərənlər  duaçın  olsun,  -  deyirdi.  Qızıl  camı  doldurur,  kirpiklərindən 
süzülən yaşları çeşmənin duru suyuna qatıb ardınca atırdı. 
Su içdim qurtum-qurtum
Əl ver, əlindən tutum, 
İki dünya bir olsa, 
Sənsən mənim umudum.(1,118) 
deyirdi. 
Kirpikləri islananacan baxırdı. 
Ay doğar, aşmaq istər, 
Gül dodaq yaşmaq istər 
Mənim bu dəli könlüm 
Yara qovuşmaq istər.” 
 
 
Eləmi düşən ağlar, 
Qürbətə düşən ağlar, 
Düşmən gözünə düşsün, 
Saçına düşən ağlar. 
 
Eləmi xan ədalı, 
Kölgədə xana dalı, 
Bir oğul itirmişəm, 
Xan elli, xan ədalı.”(1,181) 
Romanda ayrılıq, həsrət, qürbət motivlərinə bağlı lirik nümunə; bayatı ilə yanaşı 
ayrıca  mahnı  mətnlərinə  də  yer  verilmişdir.  Folklorumuzda  daha  çox  “əzab  çəkən 
aşiq”,  “yaralı  sevgili”  obrazlarının  simvollaşdırıldığı  “Bülbül”ə  müraciətlə  başlanan 
nəğmələr  burada  da  ayrıca  yer  tutmaqla  əməkçi,  sadə  xalq  nümayəndəsi  və  el 
toylarının xanəndəsinin dili ilə verilir. 
Səhərdən ağlayan bülbül
Sən ağlama, mən ağlaram. 
Ciyərim dağlayan bülbül, 
Sən ağlama, mən ağlaram. 
 
Bülbülüm geydin yaşılı, 
Süsən sünbülə dolaşı. 
Ağlamaq mənə yaraşı, 
Sən ağlama, mən ağlaram. 
 
Bülbülüm geydiyi sar 
Mən ağlaram zarı-zarı, 
Itirmişəm nazlı yarı, 
Sən ağlama, mən ağlaram”(1,119). 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
90 
90 
Başqa bir nümunə: 
“Müharibə  zamanı  zəmidə  hələdə  qoşunun  yaxınlaşmağından  xəbərsiz  olan 
cavan bir biçinçi ucadan oxuyurdu. 
Çəmlərində bitər arpa, 
Atlar gələr qırpa-qırpa. 
Gözəl yar qoynunda körpə- 
Gələ, bülbülüm, gələ 
Gülə, bülbülüm gülə! 
Bağlarında bitər üzüm, 
Qaş-gözündə qaldı gözüm, 
Mənim yarım körpə quzum- 
Gələ, bülbülüm, gələ 
Gülə, bülbülüm, gülə!”(1,74) 
Başqa bir nümunə: 
Eləmi sinə-sinə, 
Yar gəlir sinə-sinə, 
Dünyaya sığmaz başım 
Sığıbdı sinəsinə”. !(1,69) 
Digər bayatıda isə Qazı bəy Bibixanımın oxumaq səsini eşidir. 
Araxçının yan qoyub, 
Yan qoyub, bu yan qoyub
Qapıdan keçən oğlan, 
Ürəyimə qan qoyub”(1,13). 
Azərbaycan folklorunda əncir ağacı ilə bağlı nümunələr çox geniş yayılmışdır. 
Əzizə  Cəfərzadə  “Bakı  –  1501”  romanında  əncir  ağacına  aid  inanclardan  və  xalq 
deyimlərindən istifadə etmişdir. 
“Bibixanım  anasının  ilki  olduğu  üçün,  ona  deyərdilər  qaç,  bir  əncir  ağacını 
yellət.  Onda  qız  əncir  ağacının  dibinə  qaçar,  kövrək  budaqları  tərpədər  və  gülərək 
deyərdi. 
Mən anamın ilkiyəm, 
Ağzı qara tülküyəm, 
Xəzri get, gilavar gəl. 
Babası Bibixanımı yuxudan oyadıb, əncir yeməyə çağırırdı. 
 Əncir sabahı, 
 Doldur tabağı, 
 Aç qaşqabağı, 
 Ay sarı sabahı. 
- deyə oxuyar, qızı da şəfalı meyvələrdən yeməyə çağırardı, 
Xalq məişətində  yer alan ilkin sınama, ovsunlar da “Bakı – 1501” romanında 
tarixi  adət-ənənə,  inancların  işığında  ümumiləşdirilir.  Ata-babaların  tarixin  daha 
qədim çağlarında təbiətlə birliyi, ona təsir göstərmək, qalib gəlmək, eləcə də insanın 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə