Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə39/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   35   36   37   38   39   40   41   42   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
85 
85 
yazının  kəşfinin  ilk  dövrlərində  belə  yazı  bir  məlumatı  meydana  gətirən  və  bunu 
qeydə alıb düşüncəni asanlaşdıran bir alət olmaqdan çox yalnız anbar məmurlarının 
hesab işlərində istifadə edilən bir alətə çevrilmişdi.
7
  
Yazının  ilk  dövrlərində  və  ondan  da  əvvəl  tarix  sözlü  şəkildə  yaşamışdır. 
Folklor  bu  sözlü  yaşamın  ən  bariz  nümunəsidir.  Uzaq  sözlü  tarix  yaddaşlardan 
silindiyi kimi folklor da uzun zaman repertuarda qalmır. Dəyişən dünya sözlü tarixlə 
bərabər folklora da təsir edir.  
 
Son Söz 
İnsan  oğlunun  yaxın  tarixlə  bağlı  yaddaşı  və  yaddaşında  qalan  hadisələrdən 
böyük  bir  qismi  zamanla  bu  və  ya  digər  folklor  janrı  şəklində  qurulur  və  ya  bu 
janrların  yenidən təşkilində mühüm rol oynayır. XXI  yüzilə qədəm qoyduğumuzda 
milli varlığımızın yeni nəsillərin qəbul edə biləcəyi bir nəzəri çərçivə içində yenidən 
hazırlanıb  təqdim  edilə  bilməsi  üçün  sözlü  tarix  çalışmalarının  humanitar  elmin 
bütün  sahələrinə  daxil  edilməsi  lazımdır.  Həm  uzaq  keçmişin,  həm  də  yaxın 
keçmişin hadisələrini daha  yaxşı anlayıb başa düşmək üçün şifahi ənənədə  yaşayan 
tarixlə  birlikdə  folklor  materiallarına  da  baxmaq  lazımdır.  Əslində  folklor  özü 
yaddaşlarda qalan, ümumiləşən, öz qanunları ilə fəaliyyət göstərən tarixdir. Xalq öz 
tarixini folklorda yaşatmaqla özünü də yaşadır və gələcəyin hazırlanmasında mühüm 
rol oynayır. 
 
Qaynaqlar 
1.
 
Abrahams R.D., “Story and history. A folklorist wiev”, Oral history review, 
IX, USA. 1981 
2.
 
Dupont F., Edebiyatın yaratılışı (Çev. Necmettin Sevil), İstanbul, 2001 
3.
 
Köprülü 
F., 
“Anadolu 
Selçuklu 
tarihinin 
yerli 
kaynakları”, 
Belleten,Temmuz, 1943, c.7, Sayı 27, 1943 
4.
 
Ong  W.,  Sözlü  ve  yazılı  kültür.  Sözün  teknolijileşmesi  (Çev.  Sema 
Postacıoğlu Banon), İstanbul, 1995 
5.
 
Thompson P., Geçmişin sesi (Çev. Şehnaz Layıkel), İstanbul, 1999 
6.
 
Togan  Z.  V.,  Oğuz  destanı.  Reşideddin  oğuznamesi,  tercüme  ve  tahlil, 
İstanbul, 1972  
7.
 
Togan Z. V., Umumi Türk Tarihine Giriş, İstanbul, 1981 
8.
 
Togan Z.V., Tarihte usul, İstanbul, 1985 
                                                             
7
 Dupont F., Edebiyatın yaratılışı (Çev. Necmettin Sevil), İstanbul, 2001, s.19 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
86 
86 
Gülsümxanım Hasilova,  
AMEA Folklor İnstitutu, elmi işçi 
hasilova1990@box.az
 
 
TARİXİ ROMAN VƏ FOLKLOR 
(Ə.Cəfərzadənin “Bakı – 1501” romanı əsasında) 
 
Özət 
Tanınmış  alim  və  yazıçı  Əzizə  Cəfərzadə  tərəfindən  yazılmış  «Bakı  –  1501» 
romanı  böyük  Azərbaycan  şairi  və  dövlət  xadimi  Şah  İsmayıl  Xətaiyə  həsr 
olunmuşdur. 
Bu  romanda  yazıçı  oxuculara  tarixi  hadisələri  çatdırmaq  üçün  folklor 
qaynaqlarından, bayatı, nəğmə, əfsanə, nağıllardan istifadə etmişdir. 
Açar sözlər: Ə.Cəfərzadə, tarixi roman, folklor, Şah İsmayıl Xətai, müharibə, 
bayatı 
 
Резюме 
Исторический  роман  «Baku  –  1501»,  написанный  известной  ученой  и 
писательницей  Азизой  Джафарзаде  посвящен  великому  азербайджанскому 
поэту и государственному деятелю Шах Исмаилу Хатаи. 
В  этом  романе  А.Джафарзаде,  которая  внесла  большую  лепту  в  соби-
рание  и  изучение  азербайджанского  фольклора,  широко  использовала  такие 
жанры  фольклора  как  сказки,  колыбельные  песни,  баяты  для  воссоздания 
исторических событий. 
Ключевые  слова:  А.Джафарзаде,  исторический  роман,  фольклор,  Шах 
Исмаил Хатаи, война, баяты  
 
Summary 
The historical novel “Baku – 1501” written  by Aziza Jafarzadeh is dedicated to 
great  Azerbaijan  poet  and  stateman  Shah  Ismail  Khatai.  In  order  to  deliver  the 
historical events to the readers the writer had used the folklore sources such as bayati, 
song, legend, tale.  
Key words: A.Jafarzadeh, historical novel, folklore, Shah Ismail Khatai, war, 
bayati 
 
*  *  * 
Yazılı  ədəbiyyat  üçün  həmişə  əvəzsiz  və  qiymətli  mənbə  rolunu  oynayan 
folklor  tarixi  roman  yaradıcılığında  eyni  ümumi  ənənələrdən  çıxış  etmişdir. 
Folklordan gələn ayrı-ayrı mövzu, motiv, obrazlar və s. bu janrda cəmiyyətin sosial-
siyasi,  mənəvi-əxlaqi problemlərinin daha  təsirli, bədii, poetik dillə  ifadələnməsinə 
əsas  vermişdir.  Yaradıcılığının  böyük  bir  hissəsi  tarixi  romana  bağlanan 
Ə.Cəfərzadənin  bədii  irsi  də  folklor  qaynaqlarından  bəhrələnmə,  onlara  yaradıcı 
yanaşılması baxımından seçilir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
87 
87 
Ədəbi-elmi  fəaliyyətində  tədqiqatçılıqla  toplayıcılığı  birləşdirən  ədib  bu  irsdə 
tarixi  hadisə  və  faktlara  daha  çox  diqqət  yetirməklə,  bu  məlumatları  folklorla  əlaqəli 
şəkildə əks etdirmişdir. 
Azərbaycan  ədəbiyyatında  tarixi  romanları  ilə  tanınan  Əzizə  Cəfərzadənin 
“Aləmdə  səsim  var  mənim”  (1972),  “Bakı  –  1501”  (1981),  “Vətənə  Qayıt”  (1977), 
“Bəla” (1999), “Yad et məni” (1980), “İşığa doğru” (1998), “Cəlaliyyə” (1983), “Sa-
bir” (1989), “Zərrintac-Tahirə” (1996), “Gülüstandan öncə”(1996) romanları daha çox 
tarixi  faktlar  və  folklor  motivləri  əsasında  yazılmışdır.  Əzizə  Cəfərzadənin  roman-
larında tarixi şəxsiyyətlərin obrazları folklor motivlərinə istinadən yaradılmışdır. 
Ədibin qeyd olunan bu silsilə romanları içərisində folklorun ayrı-ayrı janrlarından 
geniş  istifadə  olunması  baxımından  “Bakı  –  1501”  romanı  xüsusi  yer  tutur.  Burada 
yazıçı  Şah  İsmayıl  Xətaini  hərtərəfli  təsvir  etmişdir.  Ə.Cəfərzadə  tarixi  hadisələrin 
əzəmətini  oxucuya  çatdırmaq  üçün  folklor  qaynaqlarından  da  geniş  istifadə  etmişdir. 
Xalq  ədəbiyyatının  müxtəlif  janrlarına  yer  verdiyi  “Bakı  –  1501”  tarixi  romanı 
müxtəlif əfsanə, rəvayət, xalq deyimi, nəğmə, bayatı, inanc və sınamaları ilə zəngindir. 
Romanda  diqqəti  cəlb  edən  cəhətlərdən  biri  xalqın  əfsanə,  nağıl,  rəvayətlərin 
xüsusi  yer  verilməsidir.  Xalqın  tarixini,  keçmişini,  mübarizəsini,  milli  heysiyyətini, 
mentalitetini  əks  etdirən  rəvayət  və  əfsanələrdən  romanda  məqsədəuyğun  şəkildə 
istifadə olunmuşdur. “Bibiheybət piri”, “Qanlı qışlaq”, “Qız qalası” haqqında əfsanə və 
rəvayətlər əsərdə bilavasitə yazıçının bədii qayə və fikrinin ifadəsində başlıca yer tutur. 
Romanda “Bibiheybət piri” ilə bağlı rəvayətdən geniş bəhs olunur. Orada deyilir: 
“Qazı  bəy  el  arasında  “Qırx  qızlar”adlanan  qayaları  çox  sevirdi.  Danışırdılar 
ona, demişdilər ki, “Qırx qızlar”ın faciəli məcərası var. Bir zaman şiələrin VIII İmamı 
İmam  Rza  Xəlifə  Məmun  tərəfindən  zəhərlənib  öldürüləndən  sonra  onun  bacısı 
Hökumə Xatın düşməndən qaçır, Xəzərə pənah aparır. Xorasan hakimi İmam Rzanın 
bacısı  Hökumə  Xatının  40  kənizi  var  imiş.  Xanım  Heybət  adlı  birisinin  gəmisinə 
minib qaçanda kənizlərini də özü ilə götürür. Qaçqın qızlar həmin sahilə  yan alırlar. 
Az sonra Hökumə Xatın vəfat edir. Onu buradaca dəfn edirlər. Kənizlər doğma ana 
qucağından,  vətənindən  qoparılıb,  diyar-diyar  düşmüş  qızlar  həmin  bu  yerdə  qaya 
dibində  daşa  dönürlər.  Qayalardan  sızan  su,  onların  göz  yaşlarıdır.  Həzin  ninnilər 
onların sızıltısıdır. Analarını səsləyirlər, vətənmi üçün ağlayırlar? Kim bilir?”(1,11). 
Bu rəvayət birbaşa Qazı bəyin xarakterinin açılması ilə bağlıdır. Bundan başqa 
Ə.Cəfərzadə “Bakı – 1501” romanında “Qanlı qışlaq” haqqında digər rəvayətdən də 
istifadə etmişdir. 
“Bulud kişi qızı Aytəkinə “Qanlı qışlaq” haqqında qısa danışdı. Bir vaxt bizim 
ulu  babalarımızdan  birinin  qızı  qəbilənin  yerini  düşmənə  göstəribmiş.  Demə,  qız, 
düşmən  qəbilənin oğluna bənd olubmuş, ona  inanıbmış.  Atasının  hökmüylə  qızı  hə-
min  qışlaqda  öz  qardaşı  qanına  qəltan  eləyib.  Ona  görə  adı  da  “Qanlı  qışlaq” 
qalıb”(1,50). Bu rəvayət isə Aytəkinin xarakterini səciyyələndirir. Əzizə Cəfərzadənin 
bu  romanında  xalq  arasında  geniş  yayılmış  “Qız  qalası”  haqqında  əfsanə  öz  əksini 
tapmışdır. ”Düşmən müharibəyə hazırlaşan ərəfədə Xüləfa bəy bələdçidən soruşdu: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə