Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə35/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   31   32   33   34   35   36   37   38   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
77 
77 
Çünki  özündə  xalqın  müxtəlif  təbəqələrini  birləşdirirdi.  Bu  hərəkat  Orta  Asiya, 
Xəzər  sahillərindən  Qafqaz  dağlarına  qədər,  Xorasandan  tutmuş  Mərv  və  Herata, 
Sibirdən Balkan yarımadasına, habelə Azərbaycanın cənub-qərb bölgələrinə qədərki 
əraziləri  bürümüşdü.  XVI  əsrdəki  üsyanlar  –  1570–1590-cı  illər  arasındakı  Təbriz 
üsyanları,  1577–1578-ci  illərdə  Şamaxı  (Şirvan),  1580–1581-ci  illərdə  Talış  və 
Xəzəryanı bölgələrdə kəndli üsyanları baş vermişdi [12, s.48]. 
«Koroğlu»  eposunu  Cəlali  hərəkatına  yaxınlaşdıran  aşağıdakı  bağlılıqları  ola 
bilər: 1) siyasi bağlılıq, yəni dastandakı azadlıq mübarizəsinin XVI–XVII əsrlərdəki 
feodal  dövlətləri  arasındakı  mübarizəyə  uyğun  gəlməsi;  2)  sosial  bağlılıq,  yəni 
dastanın  süjetinin  əsasını  təşkil  edən  ədalət  prinsipi,  ideallar  uğrunda  mübarizə 
dövrün  ictimai  hadisələrinin  məzmunu  olaraq  zülmə  qarşı  çevrilir.  Ə.Cəfəroğlu 
Koroğlunun  mübarizəsinin  sosial  xarakterini  ictimai  zülmün  milli  formaları  ilə 
əlaqələndirir. O yazır ki, «zaman və təfəkkür fərqləri bir tərəfə buraxılacaq olursa… 
Koroğlunun  mücadilə  fəlsəfəsində  xan  –  İran,  şah  –  Rusiya,  vəzir  də  -  Osmanlı 
imperatorluğu  olsa  gərəkdir.  Üzərinə  bu  qədər  savaş  yükü  almaqla  o,  Azərbaycan 
tarixinin  bu  şevalyelik  dövrünü  bütün  çılpaqlığı  ilə  aydınlatmaqdadır»  [16,  s.17]. 
«Koroğlu»  dastanının  Cəlali  hərəkatından  üstün  cəhətləri  də  vardır.  Cəlali  hərəkatı 
məğlub  olsa  da,  dastan  bu  hərəkatı  öz  bətnində  yaşadır.  Cəlalilər  hərəkatına  xain 
çıxanlar  dastanda  Koroğlu  hərəkatına  sadiqdirlər.  Çünki  Koroğlu  hərəkatında  xalq 
kütlələrinin  mənafeyi  müdafiə  olunur.  Cəlalilər  hərəkatında  isə  şəxsi  mənafelər 
ictimai  mənafeyi  üstələyir.  Bu  isə  axırda  ayrı-seçkiliyə,  mənəm-mənəmliyə,  Cəlali 
dəstələri arasında nifaqa, hətta qarşıdurmaya səbəb olmuşdu. Cəlalilər hərəkatı xalq 
mübarizəsindən ayrılmışdı. Ona görə də orada satqınlıq, xəyanət var idi. 
«Koroğlu»  dastanında  tərənnüm  olunan  Koroğlu  hərəkatı  isə  milli  mənafeyi 
əks  etdirir.  Burada  daha  çox  türkçülük  və  azərbaycançılıq  meylləri  hiss 
olunmaqdadır. «Koroğlu» dastanında türkçülük onun ümumtürk kontekstindən xəbər 
verir,  azərbaycançılıq  isə  Koroğlunun  milli-məhəlli  kontekstdə  Azərbaycan 
torpağında yaranmasından, bu torpaqlarda baş verən üsyanları, kəndli müharibələrini 
əks etdirməsindən irəli gəlmişdir. 
Azərbaycan  xalqının  tarixi  mübarizələrlə  doludur.  Bu  mübarizələrdə  xalqın 
azadlıq  arzusu,  milli  zülmə  qarşı  durmaq  meyli  öz  əksini  tapır.  Çox  zaman  bu 
mübarizə  ictimai  hərəkat  səviyyəsinə  ucalır.  Bu  ictimai  hərəkat  yüzminlərlə  insanı 
öz ətrafında birləşdirir. Xalq bu hərəkata başçılıq edən insana inanır, hər yerdə onun 
adına hörmət edir və müəyyən zaman keçdikdən sonra onu tarixi qəhrəmana çevirir. 
Cəlalilər  hərəkatı  da  belə  ictimai  hərəkatlardan  biri  idi.  Cəlalilər  hərəkatı 
Azərbaycan  tarixşünaslığında  ciddi  şəkildə  öyrənilmiş  və  əsaslı  nəticələr  əldə 
edilmişdir. Bu hərəkatın xalq dastanı mövqeyindən öyrənilməsi də vacib məsələdir. 
Həm  də  ona  görə  vacib  məsələdir  ki,  koroğluşünaslıqda  bu  hərəkatla  bağlı  bəzi 
mürtəce baxışların aradan qaldırılmasında mühüm rol oynaya bilər. 
«Koroğlu»  dastanı  Cəlalilər  hərəkatını  öyrənmək  baxımından  əvəzedilməz 
mənbədir. Amma bu o demək deyildir ki, dastanın yaranmasında bu hərəkat bilavasitə 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
78 
78 
iştirak etmişdir. Çünki koroğluluq bütün türk xalqlarına məxsus qəhrəmanlıq mövzumu 
olmuşdur.  Dastanın  cilalanmasında  bu  hərəkatın  nəticələrindən,  nəticənin  dastana 
təsirindən  danışmaq  real  ola  bilər.  «Koroğlu»  dastanının  bütün  türk  xalqları  arasında 
yayılmasına  səbəb onun tarixiliyidir,  tarixi semantikasıdır. Sovet dövründə  «Koroğlu» 
dastanının  sosial  tərəfi  geniş  təhlil  edilmişdir,  yəni  Koroğlunun  mübarizəsi  bəylərə, 
xanlara, paşalara, şahlara qarşı olmuşdur. Bu mübarizə sovet tədqiqatçılarının nəzərində 
daha  çox  sinfi  xarakter  daşımışdır.  Sovet  dövrünün  yanaşması  «Koroğlu»  dastanının 
millilikdən uzaq araşdırılmasına xidmət edirdi. Bu daha çox XVI–XVII əsrlərin sosial-
sinfi hadisələrinin dastanda əks olunmasından irəli gəlmişdir. 
 
Qaynaqlar 
1.  Петрушевский  И.П.  Очерки  из  истории  феодалных  отношений  в 
Азербайджане и Армении в ХVI – начале XIX вв. Ленинград, изд. Ленинград-
ского Государственного Университета, 1949, 384 с. 
2. Azərbaycan tarixi, 3 cilddə, I cild. Bakı, Elm, 1958, 448 s. 
3.  Петрушевский  И.П.  Восстание  ремесленников  и  городской  бедноты  в 
Табризе  1571-1573  гг.  -  Сб.  статей  по  истории  Азербайджана,  вып.1.  Баку, 
1949, с. 210-354. 
4.  Рахмани  А.А.  Азербайджан  в  контсе  ХVI  и  в  ХVII  веке.  Баку,  Элм, 
1981, 238 с. 
5.  Петрушевский  И.П.  Азербайджан  в  ХВЫ–ХВЫЫ  веках.  –  Сб.  статей 
по истории Азербайджана, вып. 1. Баку, Азернешр, 1946, с. 145-310. 
6. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, Maarif, 1992, 477 s. 
7. Azərbaycan tarixi, 7 cilddə, III c. Bakı, Elm, 1999, 534 s. 
8. Короглы Х.Г., Набиев А.М. Азербайджанский героический епос. Баку, 
Йазычы, 1996, 305 с. 
9. Тверитинова А. Восстанийе Кара Йазыджы – Дели Хасана. М.-Л., Изд. 
АН СССР, 1946. 
10. Лор-Меликова-Сайяр. От легенды к опере: еволютсцйа темы Короглы 
в Советском Азербайджане. Баку, Йазычы, 1985, 134 с. 
11.  Fərhadov  F.  «Koroğlu»  dastanının  Zaqafqaziya  versiyası.  Dokt.  diss. 
avtoref. Bakı, 1968, 74 s. 
12. Həqqi B. «Koroğlu» – tarixi-mifoloji gerçəklik. Bakı, Nurlan, 2003, 316 s. 
13.  Bayat  F.  Köroğlu.  Şamandan  aşığa,  alpdan  erene.  Ankara.  Sayfa 
Düzeni/Akçağ Dizgi Ünitesi, 2003, 176 s. 
14.  Гордлевский  В.А.  Внутреннее  состойание  Туртсии  во  второй 
половине ХВЫ в. Тр. Инст-та востоковеденийа АН СССР, вып. 2, 1940. 
15. Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər). Bakı, Elm, 1972, 
398 s. 
16. Caferoğlu A. Azərbaycan Dili ve Edebiyyatının Dönüm Noktaları. Ankara, 
Azərbaycan Kültür Dərnəyi, 1951. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə