Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə31/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   27   28   29   30   31   32   33   34   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
69 
69 
olduğunu  xatırladır.  Lakin  yaddan  çıxarmayaq  ki,  Dərsə  xanın  ikinci  arvadı  Mina 
Xatun  da  xan  qızıdır.  Və  o  da  maraqlıdır  ki,  tarixi  mənbələrdə  hər  iki  xanımın 
adında Xatun titulu böyük hərflə yazılır və dastan söyləyicisi də həmişə Dərsə xanın 
xanımından bəhs edəndə onu «xatun» adlandırır: «Dərsə xanın xatunı dedi», «Dərsə 
xan xatunına cavab vermədi»; «Dirsə xanın xatunı qayıtdı» və s. 
Lakin  bizi  Dərsə  xanın  xanımının  Bayandırın  qızı  olması  fikrinə  şübhəli 
yanaşmağa  məcbur  edən  iki  ciddi  səbəb  var. Birinci  səbəb  odur  ki,  dastanda  Buğac 
Dərsə xanın oğlu kimi təqdim olunsa da, real tarixdə onun məzarı Dərsə xanın  yox, 
Qazan xanın nəsil sərdabəsindədir. Həm də burada Qazan xanın oğlu yox, nəvəsi kimi 
dəfn olunmuşdur. Onda anlaşılır ki, o, Bayandırın nəvəsi yox, nəticəsi olmuşdur. 
İkinci ciddi səbəb odur ki, Buğacın babası Qazan xan 1220-ci ildə, Dərsə xan 
isə 1290-cı ildə dünyasını dəyişmişdir. Belə olan surətdə onların bir-biri ilə bacanaq 
olması  məsələsi  inandırıcı  görünmür.  Belə  çıxır  ki,  Dərsə  xan  Bayandırın  yox, 
Qazanın kürəkəni olmuşdur. Bayandır da Dərsə xana təkcə xristianlığına görə  yox, 
islamı qəbul etmiş nəvəsi (Qazan xanın qızı) Aruz Xatunun üstünə xristian qızı Mina 
Xatunu aldığı üçün qəzəblənmiş və onu qara çadıra göndərərək təhqir etmişdir.  
Təbii  ki,  burada  kimsə  Qazan  xanın  nəsil  sərdabəsindəki  Buğacın  dastandakı 
Buğacla  eyni  şəxslər  olmadığı  iddiasını  da  irəli  sürə  bilər.  Üstəlik,  Qazan  xanın 
sərdabəsində Buğacın adı Canbuğa kimi verilmişdir. Lakin bir təsadüfi fakt bu şübhəni 
darmadağın  edir.  O  da  ondan  ibarətdir  ki,  görkəmli  qorqudşünas  alim  V.V.  Bartold, 
bütün qorqudşünaslardan  fərqli  olaraq, dastanın  bu  boyunda Buğacın  adını hər  yerdə 
Canbuğa kimi oxumuşdur. Halbuki onun Qazan xanın nəsil sərdabəsindən və oradakı 
kitabələrdən  və  bu  kitabələrdəki  Canbuğa  adından  heç  vaxt  məlumatı  olmamışdır  və 
ola da bilməzdi. Çünki həm Qazan xanın, həm də Dərsə xanın nəsil sərdabələri barədə 
«Dədə Qorqud»la əlaqədar olaraq elmdə bizdən əvvəl söz deyən olmayıb.  
Dərsə  xanın  Bayandır  xan  və  Qazan  xanla  qohumluğunu  təsdiqləyən 
cəhətlərdən biri də odur ki, Vasakidlər sülaləsi adı ilə tarixə düşən Qazanilər sülaləsi 
hakimiyyətdən  getdikdən  sonra  Siyunidə  hakimiyyət  Dərsə  xanın  sülaləsinə  keçir. 
Bu barədə Dərsə xanın kiçik oğlu, XIII yüzilin böyük alban tarixçisi Stepan Orbelian 
özünün «Sünik tarixi» kitabında yazır: «Həm Siyuni hakimiyyəti sona çatdı, həm də 
Sisakan sülaləsi məhv oldu...,  varissiz qaldılar, kimisi gənc  ikən dünyasını dəyişdi, 
kimisi həlak oldu və ya döyüşdə əsir düşdü» (9, 3-4). 
Yeri gəlmişkən, hər iki sərdabə haqqında qısaca məlumat verməyi vacib bilirik. 
Dərsə  xanın  nəsil  sərdabəsi  qədim  Siyuni  mahalında  –  indiki  Dərələyəz  mahalının 
Keşişkənd rayonunun Amağu kəndindən 2 km aralıda, Arpa çayı ilə Amağu çayının 
arasında,  hündür  dağlar  əhatəsində  yerləşir.  Erməni  müəlliflərinin  özünün  etirafına 
görə, məbədin ilkin adı Anabat (Ana-beyt, ana məzarlıq) olmuş, sonralar ermənilər 
onu Noravank,  yerli camaat – azərbaycanlılar isə kəndin adı ilə elə Amağu məbədi 
adlandırmışlar.  
Məbədin  qapısı  üzərindəki  kitabədə  yazılmışdır:  «Mən,  Tərsəiçxan,  Allahın 
iradəsi ilə bu sərdabəni qardaşım çar Sembat üçün tikdirdim» (7, 115-116).  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
70 
70 
Xatırladırıq  ki,  Sembat  1273-cü  ildə  Təbrizdə  Abaqa  xanın  sarayında  ikən 
vəfat etmiş, yerinə kiçik qardaşı Dərsə xan keçmiş, Dərsə xan da sevimli qardaşının 
məzarı üstə bu sərdabəni elə o vaxt tikdirmişdir. 
Məbədin  yanındakı  digər  kilsədə  onun  knyaz  Tərsəiçxanın  oğlu  Burtel 
tərəfindən tikildiyi qeyd olunmuşdur. 
Ümumiyyətlə,  sərdabədəki  kitabələrdən,  qəbirüstü  yazılardan  burada  Dərsə 
xanın babası  I Elikumun, atası Libaritin, özünün, 2-ci arvadı Mina Xatunun, Dərsə 
xanın qardaşları II Elikum və Sembatın, Dərsə xanın oğlanları III Elikum və Fəhra-
dullanın və b. dəfn olunduğu anlaşılır (7,  115-116). 
Məlumat  üçün  onu  da  deyək  ki,  Dərsə  xan  Orbelian  1290-cı  ildə  xeyli  qoca 
yaşlarında vəfat etmişdir. Sünik tarixində onun qədər məşhur və ehtiramla xatırlanan 
ikinci  bir  hökmdarın  olmaması  da  Dərsə  xanın  ozanların  dilində  dastanlaşmasını 
təmin edən detallardan sayıla bilər. 
Dastanın məhz Dərsə xanla başlaması və sonrakı boylarda onun adının bir də 
çəkilməməsi  də  söyləməyə  əsas  verir  ki,  bu  boy  dastana  sonralar,  ən  azı  dastanın 
yazıya  alındığı  zamanlarda  əlavə  olunmuşdur  və  yəqin  ki,  buna  da  həmin  dövrdə 
Dərsə  xanın  çox  böyük  şöhrət  sahibi  olması,  adının  dillərdə  dolaşması,  şəninə 
dastanlar qoşulması səbəb olmuşdur. 
Siyuni  hakimi  Qazan  xanın  nəsil  sərdabəsi  olan  Ərqazan  (el  arasında  Ərgəz) 
piri isə Dərələyəz mahalının Keşişkənd rayonunun Ərgəz (Arkaz) kəndi yaxınlığında 
yerləşir.  Qədim  mənbələrdə  Ərqazan  (Arkazan)  adlanan  bu  sərdabədəki  daş  kita-
bələrdən, qəbirüstü  yazılardan məlum olur ki, sərdabədə əsl adı Qazan olan Vasak, 
onun  oğlu  Uroş,  Uroşun  arvadı  Qutlu  Xatun  və  sonuncuların  övladları  Elatçı  və 
Canbuğa dəfn edilmişdir.  
Beləliklə,  bütün  bu  deyilənlər  bir  daha  sübut  edir  ki,  «Kitabi-Dədə  Qorqud» 
dastanı  həm  də  XII-XIII  yüzillər  Azərbaycan  tarixi  gerçəkliyinin  bir  sıra  mühüm 
detallarını özündə əks etdirir. 
 
Qaynaqlar 
1. Şamil Cəmşidov. «Kitabi-Dədə Qorqud», B., «Elm», 1999. 
2. Ziya Bünyadov. Azərbaycan VII-IX əsrlərdə, B., «Elm», 1989. 
3. Nizami Cəfərov. Azərbaycanşünaslığa giriş, Bakı, 2002. 
4. Cəfər Cəfərov. Milli etnik yaddaşın izi ilə, B., 2005. 
5. «Kitabi-Dədə Qorqud», B., Yazıçı, 1988. 
6. В.В.Бартольд. Книга моего Деда Коркута, Б., 1999. 
7. А.Берже. Кавказ в археологическом отношении, СПб., 1875. 
8. История монголов армянским источникам., СПб., 1873. 
9. О.Егиазарян. Памятники культуры Азизбековского района, Ереван, 1955. 
10. Т.Измайлова, М.Айвазян. Искусство Аpмении, М., 1962, стр. 119. 
11. Kitabi-Dədə Qorqud ensiklopediyası, I cild, B., 2000. 
12. Kitabi-Dədə Qorqud ensiklopediyası, II cild, B., 2000. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə