Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə33/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   29   30   31   32   33   34   35   36   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
73 
73 
bildirilirdi  [4,  46].  Azərbaycanda  isə  əhali,  xüsusilə  Şirvan  və  Qarabağda 
«müsəlmanlar,  yəhudilər  və  ermənilər»  «rumluların»  qəzəbindən  xilas  olmaq  üçün 
Gürcüstana  qaçır,  çar  Kaxetin  Aleksandrın  himayəsinə  sığınırdılar.  Sonradan  Şah 
Abbas onları oradan sürgün edərək Mazandarana göndərmişdi [4, 47]. 
İsgəndər  bəy  Münşi  yenə  qeyd  edir  ki,  Təbrizi  ələ  keçirmək  tapşırığı  almış 
Osman  paşa  hücum  ərəfəsində  çox  ehtiyatlı  və  təmkinli  olmağa  çalışırdı.  Çünki  o 
«dəfələrlə təbrizlilərin dəyanətinin və cəngavərliyinin şahidi olmuşdu» [7, 245]. 
Osmanlı–Səfəvi  vuruşmalarından  ziyan  çəkən  bölgələrdən  biri  də  Şirvan  idi. 
Bu vuruşmalar nəticəsində Şirvan əldən-ələ keçərək, şəhərlərin iqtisadiyyatına, kənd 
təsərrüfatına böyük ziyan dəyirdi. Osmanlı zülmündən cana gələn əhali istər-istəməz 
Şah Abbasdan kömək diləməyə məcbur olurdu. Cəlaləddin Məhəmməd Yəzdi xəbər 
verir ki, Şirvanda Qaramanlılar güclənərək fürsət axtarırdılar ki, Şirvan valisi Həsən 
paşanı  öldürüb,  Şamaxını  ələ  keçirsinlər.  Lakin  onların  niyyətləri  baş  tutmamışdı. 
Qisam-sultan  Qaramanlı  öz  qardaşları  uşaqları  ilə  –  Fərhad,  Zülfüqar  və  Əlvəndlə 
birgə üsyan etdi, məğlub olaraq geri çəkildi [4, 47-48]. 
1577–1578-ci  illərdə  Şirvanda  xalq  kütlələrinin  böyük  bir  üsyanı  olmuşdu.  H. 
Rumlunun  təsvir  etdiyinə  görə,  üsyan  qəddarcasına  yatırılmış,  onun  iştirakçılarından 
400-nün başı kəsilib şah sarayına göndərilmişdir [1, 325]. İsgəndər bəy Münşi 1580-ci 
ildə  naməlum  bir  dərvişin  başçılığı  ilə  xalq  üsyanından  bəhs  edir.  Bu  üsyan  da 
yatırılmış, başçısı Ərdəbildə yandırılmışdı. 
Tarixi  mənbələrdən  məlumdur  ki,  bu  dövrdə  baş  verən  üsyanlar  –  Şirvan, 
Ərdəbil,  Marağa,  Qarabağ,  Təbriz  və  başqa  bölgələrdə,  əyalətlərdə  kəndli  kütlələri 
qəsbkarlara  qarşı  mübarizə  aparırlar.  Lakin  bu  üsyanlar  dağınıq  idi,  kütlələr 
yekdilliklə  hərəkət  etməyi  bacarmır,  bir-birindən  xəbərsiz  vuruşur  və  ona  görə  də 
məğlub olurdular [6, 347]. 
1588-ci  ildə  qacar  qızılbaş  tayfası  Türkiyə  ilə  sülh  bağlanmasına  baxmayaraq, 
başda Məhəmməd xan Ziyad oğlu Qacar olmaqla Arazı keçərək Qarabağa soxuldu və 
işğal etdi, Gəncəni mühasirəyə aldı. Bundan xəbər tutan Təbriz valisi Cəfər paşa Şah 
Abbasa müraciət etdi ki, bu hücumun qarşısını alsın. İstanbul sülh müqaviləsinə uyğun 
olaraq  Qarabağ  və  ətraf  tərəflər  Osmanlı  imperiyasının  əlində  idi.  Türklərin  şaha 
təpkisindən sonra Şah Abbas Qarabağdan atlı qoşununun geri çəkilməsini və Gəncənin 
mühasirəsini dayandırmağı əmr etdi. Türkiyənin Təbrizdəki valisi Cəfər paşanın saraya 
olan məlumatına görə (21 fevral 1588-ci il) Dizmarın valisi İlyas Xəlifə Toxmax oğlu 
Təbrizin ətrafında Osmanlıların yolunu kəsərək fəaliyyətə başlamışdı [4, 47]. 
XVI  əsrin  axırlarında  Osmanlı  imperiyasının  iqtisadiyyatı  zəiflədi.  Böyük 
ordunun saxlanılması dövlət resurslarını iflic etmişdi, ölkə böhran içində idi. Dövlət 
xəzinəsinə fəth edilmiş ölkələrdən yığılan xəracların arası kəsilirdi. Məmurlar xalqın 
var-yoxunu  əlindən  alaraq  xəzinənin  dolmasına  sərf  edirdilər.  Vergilər  artırılırdı. 
Fəth  olunmuş  şəhərlərdə  qarnizon  əsgərlərinin  saxlanılmasına  pul  sərfi  artırılırdı. 
Təbrizdəki qarnizonun əsgərlərinin sayını İsgəndər bəy Münşi 2000-3000, Şərəf xan 
Bidlisi  7000,  Selaniki  isə  1589-cu  ildə  Fərhad  paşanın  tabeliyində  olan  əsgərlərin 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
74 
74 
sayını da buna uyğun rəqəmlərlə göstərirlər. Məsələn, Gəncənin «qorunması» üçün 
8500 qarnizon əsgərinin olduğunu söyləyirlər [4, 49]. 
Orta əsr tarixçiləri Osmanlı imperiyasının vergi siyasəti nəticəsində müflisləşən 
şəhər  sakinlərinin  vəziyyətini,  Təbrizin,  Marağanın,  Gəncə,  Şamaxı,  Naxçıvan  və 
Urmiyanın Osmanlı və İran işğalçıları dövründəki həyatını monqol yürüşləri zamanı 
düşdükləri  vəziyyətlə  müqayisə  edirlər  [4,  50].  Tarixçilər  Cəlalilər  hərəkatının 
başlamasını  da  bu  səbəblərlə  bağlayırlar.  Zülmdən,  əzab-əziyyətdən  cana  doymuş 
kəndlilər  şah  və  xotkar  məmurlarını  öldürür,  dağlara  çəkilərək  mübarizəyə 
başlayırdılar. İsgəndər bəy Münşi, türk tarixçisi Mustafa Selaniki, Övliya Çələbi, fars 
tarixçisi  Cəlaləddin  Məhəmməd  Yəzdi  onların  fars  və  türk  qoşunlarına  qarşı 
amansızcasına  döyüşdüklərini  yazırlar  [8,  114].  Cəlalilər  hərəkatının  başçısı  Qara 
Yazıçı olmuşdur. Onun əsl adı Əbdülhəlim idi. O, səgban–bölükbaşı olaraq minlərlə 
özünün  tərəfdarlarını  başına  yığaraq  üsyan  qaldırır.  Cəlalilər  üsyanında  iştirak  edən 
əsas  rəhbərlərdən  14-nün  adı  çəkilir  –  Dəli  Həsən,  Zülfüqar,  Qaraqaş  Əhməd, 
Qələndər oğlu Mehmet, Gavur Murad, Mehmet, Ağacan Piri, Qara Səid, Hüseyn oğlu 
İshaq,  Sündək,  Uzun  Xəlil,  Qalındodaq  Mahmud,  Sarı  Şaban.  A.Tveritinovanın 
verdiyi məlumata görə, bu başçılar əvvəlcə hərəsinin 3–5 min dəstəsi olmaqla ayrıca 
vuruşurdular.  Sonra  Əbdülhəlim  onları  öz  bayrağı  altına  yığdı,  baş  komandanlığı 
üzərinə  götürdü  [9,  60].  Bu  üsyanı  yatırmaq  üçün  Sinan  Paşazadə  Mehmet  paşa 
göndərilir. O, Qabesin bəylərbəyisi olan Hüseyn paşanın üsyanını yatırtmışdı, Hüseyn 
paşa  Qara  Yazıçının  müttəfiqi  olmuşdu.  Sinan  Paşazadə  Mehmet  paşa  ilə  döyüşdə 
Qara  Yazıçı  məğlub  olur  və  Sivasda  gizlənir.  Qışı  orada  keçirir,  yazda  Sivasın 
bəylərbəyisi  Mahmud  paşanın  köməyi  ilə  Çorum  sancağına  gəlir  və  qardaşı  Dəli 
Həsəni də bu üsyana cəlb edir. Onlar, iki qardaş 20000 atlıya başçılıq edərək Anado-
lunun  hakiminə  çevrildilər.  Onların  qüdrətlənməsini  görən  hakimiyyət  böyük  vəzir 
İbrahim paşanı və Bağdad paşası Hasan paşanı üsyanı yatırmağa göndərdi [10, s.23]. 
Kayseri ətrafında döyüş oldu, Sultan III Mehmetin qoşunları məğlub oldu və İbrahim 
paşa  Kayseri  qalasında  gizləndi.  Bu  döyüş  Qara  Yazıçını  möhkəmləndirdi,  onun 
dəstəsi artaraq 30000 nəfərə çatdı. İbrahim paşanın məğlubiyyətini görən Hasan paşa 
öz  qoşunlarını  Anadoludan  çəkdi,  Diyarbəkirə  gələrək  qüvvətləndi.  Burada  Qara 
Yazıçı ilə döyüşə girdi. Bu döyüşdə Qara Yazıçı məğlub olub Caniq dağlarına çəkildi, 
onu dağlarda izləyən Hasan paşa Tokat yolunda Qara Yazıçını öldürdü [10, s.24]. Bu 
hadisə Qara Yazıçının qardaşı Dəli Həsənə pis təsir etdi. Qardaşının məğlubiyyətinin 
əvəzini çıxaraq Tokatda Hasan paşanın qoşununu darmadağın etdi, Hasan Paşa Tokat 
qalasında  gizləndi.  İstanbul  Dəli  Həsənin  qarşısında  gücsüz  idi.  Hasan  paşanın 
adamları  da  bu  döyüşdən  bezmişdilər.  Odur  ki,  onlar  da  Dəli  Həsənin  tərəfinə 
keçdilər. Dəli Həsən özünü Qaramandan Kutağa qədər ərazinin paşası elan etdi [10, 
s.24].  1602-ci  ildən  etibarən  o,  Cəlalilər  hərəkatına  rəhbərlik  etməyə  başladı. 
Q.Daranaxsi Canpoladoğlu Dəli Həsənin Ərzincanda məğlub olduğunu, Giziroğlunun 
(Mustafa  bəy)  III  Sultan  Muradın  əmri  ilə  1591-ci  ildə  tutularaq  İstanbulda  üzərinə 
neft tökülüb yandırıldığını yazır [11,s.10-15]. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə