Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə29/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   25   26   27   28   29   30   31   32   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
65 
65 
ehtiva  etdiyi  mifik,  tarixi  və  bədii  həqiqətləri  açıb  ortaya  qoymaq,  qaranlıq 
məqamlara  aydınlıq  gətirmək  üçün  kifayət  edirmi?  Bu  suala  ən  dürüst  cavabı  son 
zamanlar  «Dədə  Qorqud  Kitabı»  ilə  bağlı  maraqlı  araşdırmaları,  qeyri-ənənəvi 
mülahizələri ilə diqqəti çəkən professor Kamal Abdulla vermişdir: «Gizli Dədə Qor-
qud» və ya «Sirr içində dastan»!  
Bu,  əslində,  «Dədə  Qorqud  Kitabı»  haqqında  bu  günə  qədər  deyilənlərin  və 
yazılanların  kifayət  etmədiyini,  hətta  bir  çox  məqamlarda  yanlış  olduğunu  iddia 
etməkdən  başqa  bir  şey  deyil.  Və  bu  yerdə  biz  hörmətli  professorla  tamamilə 
şərikik! 
Bəs bu  «gizlin», bu  «sirr» nədən ibarətdir?! Hörmətli Kamal müəllim bu sirri 
dastanın  mifoloji  qatında  axtarır,  bu  da  tamamilə  təbiidir.  Çünki  ədəbiyyatda, 
xüsusilə  folklorda  mifoloji  qatı  önə  çəkmək,  həm  də  o  qədər  önə  çəkmək  ki,  hər 
kiçik detala mifoloji məna vermək son vaxtlar dəb halını alıb. Etiraf edək ki, Kamal 
müəllimin  bu  axtarışları  dastanla  bağlı  bir  sıra  sualları  cavablandırır,  lakin  bəzən 
yeni-yeni suallar da doğurur. Ona görə ki, heç bir dastan mifdən doğulmur və xalqın 
mifoloji  düşüncəsini  yaşatmaq  üçün  dastan  yaradılmır.  Bu,  daha  çox  bədii  mətn 
kimi,  mif,  rəvayət  və  əfsanələrin  janr  spesifikasına  aiddir.  Dastanların,  xüsusilə 
qəhrəmanlıq  dastanlarının  isə  kökündə  real  tarixi  hadisələr  və  ya  bu  hadisələrin 
iştirakçısı  olan  tarixi  şəxsiyyətlərin  qəhrəmanlıq  taleyi  durur.  Mifoloji  qat  isə 
dastanın  bətninə  onun  yaradıcısının,  yəni  xalqın  yaddaşında,  şüur  altında  yaşayan 
informasiyalar olaraq yeridilir. 
Azərbaycan  tarixinin  və  Azərbaycan  folklorunun  möhtəşəm  abidəsi  olan 
«Dədə Qorqud Kitabı» da bu  mənada istisna təşkil  etmir. Lakin  təəssüf ki, Qafqaz 
oğuznamələri  içərisində  ən  mükəmməli  olmağına,  Qafqazın,  xüsusilə  Cənubi 
Qafqazın  bəlli  bir  tarixi  dövrünü,  bəlli  bir  coğrafi  məkanını  əhatə  etməyinə 
baxmayaraq,  dastanda  tarix  axtarışlarına  uzun  müddət  barmaqarası  baxılmış,  bunu 
daha çox dastanın poetik spesifikası ilə önləməyə çalışmışlar. 
Bəzən  isə  dastandakı  hadisə  və  qəhrəmanların  Orta  Asiya,  Altay,  ümumtürk 
arxetiplərini  axtarıb  tapmaq  tədqiqatçıları  yanlış  istiqamətlərə  yönləndirmiş,  yanlış 
nəticələrə gəlməyə məcbur etmişdir. 
Halbuki «Dədə Qorqud Kitabı»nda Cənubi Qafqazın tarixi ilə az qala tamamilə 
üst-üstə  düşən  hadisə  və  qəhrəmanlar  var  ki,  bunlar  dastanda  bu  günə  qədər  izahı 
mümkün olmayan bir çox məsələlərə aydınlıq gətirir. Belə məsələlərə Qalın Oğuzun 
təkcə İç və Dış Oğuza yox, həm də Daş Oğuza bölünməyi; Qazan xanın nədən «Amid 
soyunun aslanı» olmağı; Bayandır xanın nə üçün Dirsə xandan üz döndərib, onu qara 
çadıra  göndərməyi,  faktiki  olaraq  düşərgəsindən  qovmağı;  Buğacın  nə  üçün  məhz 
Bayandırın həyətində buğa ilə qarşılaşmağı; Dış Oğuzun nə üçün İç Oğuza, Arusun öz 
bacısı  oğlu  Qazana  asi  olmağı;  Bayandırın,  Dədə  Qorqudun,  Qazan  xanın,  Dirsə 
xanın, Beyrəyin, Uruzun, Baybecanın, Bayburanın, Şöklü Məliyin, Qıpçaq Məliyin və 
başqa  dastan  qəhrəmanlarının  tarixi  kimliyi  və  s.  məsələlər  daxildir.  Bütün  bu 
məsələlərlə  bağlı  Cənubi  Qafqazın  tarixinə  dair  bəzi  mənbələrdə  kifayət  qədər 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
66 
66 
məlumatlar var, lakin təəssüf ki, həmin mənbələrdəki tarixi faktların heç biri bu günə 
qədər «Dədə Qorqud»la bağlı elmi dövriyyəyə daxil edilməmişdir.  
Əlbəttə,  bu  məsələlərin  hamısı  haqqında  bir  məruzədə  danışmaq  imkan 
xaricindədir.  Lakin  dastan  Dirsə  xanla  və  onun  ətrafında  cərəyan  edən  hadisələrlə 
başlandığından biz də söhbətimizə bu Oğuz xanından başlamaq istəyirik. Beləliklə, 
Dirsə xan kimdir?  
Əvvəla,  xatırladaq  ki,  bu  nəhəng  abidənin  Dirsə  xanla  başlamağı  onun 
dastandakı  ideya-bədii  statusunun  göstəricisidir.  İkincisi,  Bayandır  xandan  başqa, 
dastanda  Dirsə  xan  yeganə  obrazdır  ki,  qeyd-şərtsiz  xan  titulu  ilə  təqdim  olunur. 
Halbuki  dastanda  hadisələrin  əsas  ağırlığını  öz  çiyinlərində  daşıyan  İç  Oğuz  xanı 
Qazan xanın belə, bəzən «bəy» titulu ilə təqdim olunduğunu görürük. Maraqlıdır ki, 
Qazan xan kimi, onun oğlu Uruz da «bəy», Dirsə xanın oğlu Buğac isə «xan» titulu 
daşıyır.  Bu,  boyların  adında  da  özünü  göstərir:  «Dirsə  xan  oğlı  Buğac  xan  boyını 
bəyan edər...»,  «Qazan bəg oğlı Uruz bəgin  tutsaq oldığı boyı bəyan edər...». Yeri 
gəlmişkən, Dirsə xanın arvadı da xan qızıdır və o, hər dəfə arvadına «Xan qızı» deyə 
müraciət  edir:  «Xan  qızı,  yerimdən  turayımı?»,  «Xan  qızı,  səbəbi  nədir,  degil 
mana!» 
Lakin  dastan  başlar-başlamaz,  elə  ilk  boydaca,  boyun  əvvəlindəcə  Dirsə  xan 
amansızcasına  cəzalandırılır.  Bayandır  xanın  göstərişi  ilə  onu  qara  çadıra  aparır, 
altına qara keçə döşəyir, önünə qara qoyun qovurması gətirir: «Yersə, yesün, yeməz-
sə, tursun getsün» – deyirlər. Bayandır xanın tapşırığı belədir. 
Göründüyü kimi, bu qəddar hərəkət – fiziki çatışmazlığına, yəni övladsızlığına 
görə insanın təhqir olunması nə Bayandır kimi müdrik bir insana, dövlət başçısına, 
xanlar xanına yaraşır, nə də Dirsə xan kimi yüksək statusa malik olan bir Oğuz xanı, 
sərkərdə, sancaq bəyi bu cəzanı haqq edir. Hər halda, bu qədər ağır cəza üçün ciddi 
bir  səbəb  olmalıydı.  Həm  də  bu  səbəb  Bayandır  xanı  bu  qədər  özündən  çıxaracaq 
qədər ciddi, əsaslı səbəb olmalıydı. Çünki, şübhəsiz, bu göstərişi verməmişdən əvvəl 
o,  bilməmiş  deyildi  ki,  bu  cəza  Dirsə  xana  tətbiq  olunacaq.  Bəlkə  və  bizim 
fikrimizcə, şübhəsiz, elə məhz Dirsə xana tətbiq olunmaq üçün verilmiş bir qərardır. 
Belə  olan  surətdə,  biz  Bayandır  xanın  bu  düşünülmüş  addımının  əsl  səbəbini 
tapmaq  məcburiyyətindəyik.  Dastan  bu  səbəbi  göstərmir.  Tarixi  mənbələrdən  bizə 
məlum olan Dirsə xanın şəxsiyyəti isə bu sualı tam cavablandırır.  
Əvvəla,  Dirsə  xanın  adı  məsələsi:  Dastanın  Drezden  nüsxəsində  hörmətli 
Samət müəllim Dirsə xanın adını həm Dirsə xan, həm də Dərsə xan kimi oxumuş (5, 
34),  sonra  da  buna  belə  şərh  vermək  məcburiyyətində  qalmışdır:  «Drezden 
nüsxəsində bir neçə yerdə xanın adı həm «Dirsə», həm də «Dərsə» kimi yazılmışdır. 
Görünür, orta əsr ozanlarının dilində hər iki variant işlənmişdir» (5, 229). 
Beləliklə,  tədqiqatçının  son  fikrində  gizlənmiş  böyük  həqiqət  ondan  ibarətdir 
ki, xanın gerçək adı Dərsə xan olmuş, sonralar ozanların dilində artıq iki variantda – 
Dərsə  və  Dirsə  şəklində  işlənmişdir  ki,  çox  güman,  daha  sonrakı  yüzillərdə  Dərsə 
adı da tədricən öz yerini Dirsə adına vermişdir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə