Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə37/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   33   34   35   36   37   38   39   40   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
81 
81 
yazmasında,  həm  Çin  salnamələrinin  türklər  və  ümumiyyətlə,  şimal  qonşuları 
haqqında verdikləri tarixi məlumatlarda önəmli rol oynamışdır. Bundan başqa kilsə 
tarixləri, İslam böyükləri haqqındakı məlumatlar da sözlü tarixə dayanır. 
Sözlü  tarixin  yazılmasını  önəmli  və  vacib  edən  bir  mühim  məsələ  də  zamanla 
iqtidarların  keçmişi  öz  xeyirlərinə,  siyasi  hədəflərinə  uyğun  formada  təqdim 
etmələridir.  Bu  halda  tarixçilər  məlumat  və  sənədləri,  iqtidarı  mərkəzə  alan,  onun 
tarixini  izah  edəcək  şəkildə  təşkil  edə  bilirlər.  Siyasi  iqtidarlar  bununla  da 
kifayətlənməyib  asayiş  qayğısıyla  tarixi  hadisələri  və  buna  bağlı  sənədləri  öz 
mühakimələrini  dəstəklər  mahiyyətdə  təşkil  edə  bilirlər.  Tarixin  bu  tərz  qeydə 
keçirildiyi  mühitlərdə  sözlü  tarixin  üzərinə  böyük  vəzifələr  düşür.  Belə  ki, 
Azərbaycanda  müsavat  dövrünün  sovet  rejiminə  zidd  olduğu  üçün  saxtalaşdırıldığı, 
bununla  bağlı  sözlü  tarixin  qeydə  alınmaması  iqtidarların  siyasi  məqsədlərlə  sözlü 
tarixə  önəm  verməməsinə,  ermənilərin  Azərbaycanda  törətdikləri  zülmü  ört-basdır 
etməsinə misaldır.    
Yaxın Tarixlə Bağlı Folklorlaşan Materiallar 
Folklor materialları içində diqqətdən kənarda qalan yaxın tarixlə bağlı anlatılar 
tarixi-folklorik  baxımdan  böyük  dəyərə  sahibdir.  Etnik  mədəniyyətin  özünəməxsus 
ifadə  tərzi  olan  yaxın  tarixlə  bağlı  söyləmələrin  sahəsi  qaçaq  hərəkatından,  erməni 
zülmünə,  bolşevik  özbaşınalığından  ailə  dramına,  köçlərdən  zorla  yerləşdirməyə, 
dini-irfani  yerlərin  bağlanmasından  ateist  təbliğata,  II  cahan  savaşından  Qarabağ 
faciəsinə  qədər  genişdir.  Tarixlə  sosiologiyanın,  folklorla  xatirənin  qovşağında  var 
olan  yaxın  tarixi  olaylar  ümumilikdə  sözlü  tarix  adlandırılan  yeni  elm  sahəsinin 
yaranmasına səbəb olmuşdur.  
Ancaq uzun zaman Sovetlər İttifaqında bu tip  yeni  yaranan elmlərə bəzi siyasi 
səbəblərdən,  dünyaya  qapalılıqdan  əhəmiyyət  verilməmiş,  sözlü  şəkildə  yaşayan, 
söylənməklə canlı tutulan, tarixin xalq  yorumu deyə biləcəyimiz bu sahəsi araşdırıl-
mamışdır. Ona görə də toplama işi ilə məşqul olanlar yaxın tarixlə bağlı söyləmələrə 
diqqət  verməmiş,  bu  materialları  yazıya  almaqdan  çəkinmişlərdir.  Digər  tərəfdən 
yaxın tarixlə bağlı anlatılanları klassik folklor baxımından dəyərləndirdikdə hər hansı 
bir  janr  adı  altında  öyrənmək  də  mümkün  kimi  görünməmişdir.  Bu  halda  kəndin, 
bölgənin, hətta ailənin tarixi ilə bağlı söylənənlər sözlü tarix elmindən xəbərsiz olan 
toplayıcı  üçün  anlamsız  görünmüşdür.  Tarix  bütün  zamanlarda  folklorun  mövzu 
rəngarəngliyinin əsas materialı olmuşdur. Ona görə də folklor ekspedisiyaları zamanı 
söyləyicilər folkloru daha çox tarix kimi anlayırlar. Əslində folklorun özü elə tarixdir, 
xalqın  gördükləri,  eşitdikləri  haqqında  ümumiləşmiş,  variantlaşmış  folklor  özəlliyi 
almış tarixdir. Xalq da şifahi şəkildə yaşatdığı materiallara tarix adını verməklə tarixin 
bir ədəbiyyat sahəsi olduğunu təsdiqləmiş olur.     
Folklor  toplayanların  qarşılaşdığı  problemlərdən  biri  də  xalqın  folklora  tarix 
deməsi və söyləyiciləri də filankəs yaxşı tarix bilir deyərək təqdim etməsidir. Bunun 
əsas səbəblərindən biri folklorun doğrudan da tarix olmasıdır. Bu xalqın özünün özü 
haqqında  danışdığı  tarixdir,  özünün  iştirak  etdiyi,  qəhrəmanın  da  özü  olduğu 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
82 
82 
tarixdir.
2
 İkinci səbəb Aristotelesin də yazdığı kimi o dövrdə tarixin ədəbiyyatın bir 
növü olması idi. O zamandan bu zamana qədər xalq tarix dedikdə folklor, ədəbiyyat 
başa  düşmüşdür.  Bu  gün  canlı  şəkildə  yaşayan  və  ən  çox  anlatılan  yaxın  tarixi 
hadisələrdir.  Bunlar  folklorlaşmağa  doğru  gedən,  ancaq  hələ  də  bəlli  bir  janr 
özəlliyinə  bürünə  bilməyən  söyləntilərdir.  Onun  mövzusu,  qaçaqçılıqdan 
sovetləşməyə,  Şamda,  Hələbdə,  Nəcəfdə  və  b.  dini  mərkəzlərdə  təhsil  alıb  gəlmiş 
din nümayəndələrinin repressiyasından, qatı təmizliyi, düzlüyü ilə seçilən insanlara, 
xırda oğrulardan kənd qoçularına, baməzə adamlardan tutmuş kəndin tarixinə qədər 
geniş  bir  sahəni  əhatə  edir.  Sözlü  tarixin  ilk  məqsədi  fərdlərin  həyat  hekaylərini 
anladan,  səs  və  ya  görüntü  yoluyla  söylənənləri  yazamaqla  bir  arxiv  meydana 
gətirməkdir.  Bu  arxiv  sözlü  tarixlə  məşğul  olanların  maraq  sahəsinə  bağlı  olaraq 
müəyyən  tarixi  dövr  və  mövzular  üzərinə  hazırlanacaq  məhsulların  ana  vəsaitini 
meydana  gətirir.  Şifahi  tarixin  mövzusu  sadəcə  yaxın  keçmişdə  baş  vermiş  önəmli 
əhvalatlar deyil, hətta seçilmiş bir insan, ailə, birlik, məhəllə və ya bölgə də ola bilər. 
Dünya  təcrübəsində  sözlü  tarix  arxivləri,  muzeyləri  yaradılmışdır  ki,  bunların  da 
əsas  materialını  səs  yazıları,  qismən  də  video  görüntüləri  təşkil  edir.  Ona  görə  də 
yaxın  zamana  qədər  sözlü  tarix  arxivləri  əksəriyyətlə  səs  qeydlərindən  meydana 
gəlməkdə, bu qeydlərdən rəsmi tarix yazılışında da istifadə edilməkdə idi. İndi yaxın 
tarixlə  bağlı  söylənənləri  həm  də  videokameraya  almaqla  görüntü  məhsullarından 
ibarət arxiv də yaradılmaqdadır. Bu gün yeni texnologiyalar multimedya məhsulları 
yaratmağa  imkan  verərkən,  postmodernizm  müzakirələri  məzmununda  şəxsiyyət, 
təhkiyə,  yaddaş  və  özəllik  kimi  mövzular  ictimai  elmlərin  qabaqda  gələn  iş 
sahələrini  meydana  gətirmiş  və  bu  iki  inkişaf,  şifahi  tarixin  2000-ci  illərdən  etibar 
dəyər qazanmasına səbəb olmuşdur. Sözlü tarix üçün istər Orta Asiya, istər Türkiyə, 
istərsə  də  Azərbaycan  potensial  olaraq  çox  məhsuldar  bir  sahədir.  Türkiyə 
cəmiyyətinin keçmişə istiqamətli marağı yeni inkişaf etməkdə və insanlar günümüzü 
anlama səyiylə üzlərini keçmişə döndərməkdədirlər. Həm xalq mədəniyyətində, həm 
də  akademik  tarixçilikdə  erməni  zülmü,  sovetləşmə,  Qarabağ  hadisələri,  yaxın 
tarixdə  baş  vermiş  qaçaqçılıq  hərəkatı  önəmli  yer  tutsa  da  sözlü  tarix  hər  zaman 
öncü olmuş, çeşidli mövzularda hekayələr yaratmışdır.  
Dünyada fərdiyətçiliyin önə çıxdığı 60-80-ci illərdə, yeni iqtisadi münasibətlər, 
işsizlik,  mənəvi  boşluq  və  bunlara  əlavə  olaraq  şəxsiyyətin  aşınması  kimi  bir  çox 
problemlər sözlü tarixə olan əlaqəni daha da artırmışdır. Məsələn, bir insan şifahi tarix 
üsulunu  öyrənərək  öz  ailəsinin  keçmişini,  soykökünü  araşdıra  bilər,  bir  qrup  insan 
könüllü olaraq öz kəndlərinin tarixini yaza bilər, bir araşdırmaçı məhəllənin, bölgənin 
tarixini  araşdıra  bilər.  Qısacası,  sözlü  tarix  həm  elmi  baxımdan,  həm  də  gündəlik 
həyat hadisələri baxımından olduqca əhəmiyyətli araşdırma sahəsidir. Burada folklor 
                                                             
2
  “Tarix”  termini  Avropa  dillərinə  yunanca  “istoria,  istorien”  sözündən  keçmişdir.  Yunancada  bu  söz 
"bildirme",  “xəbər  almaqla  bilgi  əldə  etmək”,  “görərək,  şahid  olaraq  bilmək”  mənasına  gəlir.  Bu  söz 
latınlarda  historia,  italyanlarda  storia,  fransızlarda  histoire,  ingilislərdə  history,  almanlarda  historie, 
ruslarda istoriya formasında işlənir.
 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə