Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə45/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   41   42   43   44   45   46   47   48   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
101 
101 
Məkkəyə gedir, sünni olur
Geri qayıdır, şiə olur [5,51].
 
Dəvə Məkkəyə getməklə Hacı olmaz [9,83]. 
Məkkədən gələn mən
Xəbər verən sən [9,41]. 
Qaynanamı bağda ilan vuraydı, 
Qaynatama Məkkə qismət olaydı [10,32]. 
Hacı hacını Məkkədə tapar, 
Dərviş dərvişi təkyədə [9,195]. 
Həccə gedən gəldi, 
Saca gedən gəlmədi [4,665]. 
Hər arvad saqqız çeynəyər,  
Amma Ayişə kimi çeynəyə bilməz [4,650] 
Məlum olduğu kimi, əsarətə alınmış xalqların təzyiqi altında və ərəb cəmiyyəti 
daxilində mübarizənin olduqca kəskinləşməsi nəticəsində Əməvilər sülaləsi  yıxıldı. 
Əməvilərdən sonra hakimiyyət Abbasilərin əlinə keçdi. Ali hakimiyyətin Abbasilər 
sülaləsindən  olan  xəlifələrin  əlində  olduğu  çox  geniş  dövlətin  paytaxt  şəhəri  olan 
Bağdad  («Mədinət  əs-səlam»  yəni  «sülh,  əmin-amanlıq  şəhəri»)  762-ci  ildə  ikinci 
Abbasi xəlifəsi Mənsur tərəfindən «az adamın yaşadığı yer olan Seyk Bağdad», yəni 
«Bağdad  bazarı»  deyilən  yerdə  salınmışdır.  Azərbaycanın  da  Abbasilərə  tabe  olan 
ölkələr arasında olması, şübhəsiz ki, xalqımızın yaratdığı atalar sözlərində öz əksini 
tapmışdır: 
Aşiqə Bağdad uzaq deyil [11,64].
 
Yanlış hesab Bağdaddan qayıdar [3,305]. 
Kor burada, ya Bağdadda [4,439]. 
Çanağında bal olsun, 
Arısı gələr Bağdaddan [4,670]. 
Burda mənəm, Bağdadda kor xəlifə [9,60]. 
Bal olsun, milçək Bağdaddan da gələr [10,21]. 
Qeyd olunmalıdır ki, o zamanlar Azərbaycanın əlaqə saxladığı ölkələr, şəhərlər 
sırasında  Bağdaddan  başqa  xilafətə  daxil  olan  digər  ölkə  və  şəhərlər  də  olmuşdur. 
Bu fikrin sübutu kimi Bakı qalasında (Bakı şəhər icra hakimiyyəti binası ilə İqtisa-
diyyat  universitetinin  binası  arasındakı  yerdə)  tapılan  və  VIII  əsrə  aid  abbasilərə 
məxsus ərəb pulunu misal çəkmək olar. Bu pul hicri tarixi ilə II əsrə, miladi tarixi ilə 
VIII  əsrə  aiddir  [12,73].  Vətən  hüdudları  və  xarici  ölkələrlə  əlaqələrin  bayatılarda 
təsbiti.  Bayatılar  Azərbaycan  xalqının  folklorunda  özünəməxsus  mövqeyi  olan 
janrlardan  biridir.  Qeyd  edək  ki,  bayatılar  Azərbaycan  folklorunun  ən  qədim 
janrlarından olmaqla yüzilliklər adlayıb gələn uzun bir inkişaf yolu keçmişdir. Artıq 
elmi  ədəbiyyatda  belə  bir  fikir  özünə  yer  tapmışdır  ki,  Azərbaycan  xalqının 
etnogenezində  böyük  rol  oynamış  və  eramızın  birinci  minilliyində  Azərbaycanda 
yaşamış  hunlar,  xəzərlər,  avarlar,  savirlər  və  başqa  türk-oğuz  tayfalarının  yazısı 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
102 
102 
olmasa da, onların ana dilində zəngin şifahi ədəbiyyat nümunələri olmuş və bu günə 
qədər gəlib çıxmış bayatıların, laylaların, ağıların çoxu o dövrdə yaranmışdır. 
Atalar  sözlərində  olduğu  kimi,  ərəblərin  qəddarlığı  bayatılarda  da  öz  əksini 
tapmışdır.  Yuxarıda  göstərildiyi  kimi,  ərəblər  işğal  etdiyi  ölkələrdə  əhalini  qarət 
edir,  onların  ruhunu  əzir,  müxtəlif  vergilər  almaqla  yerli  sakinləri  var-yoxdan 
çıxarırdılar. Belə ki,” 645/46-cı  ildə əl-Valid  ibn Ukba Azərbaycan  və Ərminiyəyə 
Osmanın dövründə, Kufənin hakimi olduğu vaxt hücum etdi. O, qabaqca Salman ibn 
Rəbiəni göndərib, özü də bir dəstə ilə Ərminiyə hüdudlarına doğru tələsdi. Nəhayət, 
qoşunu  ilə  Azərbaycana  daxil  olan  Abdallah  ibn  Şumeyl  ibn  əl-Əhməsini  dörd 
minlik qoşunla hücuma göndərdi…” [1,129].
 
Daha  sonra  əl-Valid  Azərbaycan  əhalisi  ilə  880  min  dirhəm  təzminatla 
müqavilə  bağladı  [1,129].  Bu,  22-ci  ildə,  Nəhavənd  yaxınlığındakı  döyüşdən  bir  il 
sonra, Hüzeyfə ibn əl-Yəmənlə bağlanmış həmin müqavilə kimi idi. N.Vəlixanlının 
“Ərəb  xilafəti  və  Azərbaycan”  adlı  kitabında  daha  sonra  göstərilir  ki,  sonrakı 
dövrlərdə əl-Valid ibn Ukba, Abdallah ibn Şubeyl əl-Əhməsi, Salman ibn Rəbiə də 
Azərbaycana  yürüş  edərək  qırıb-çatır,  talayırdılar.  Təbiidir  ki,  bu  zülm  bayatılarda 
da öz əksini tapmışdır. Məsələn: 
Ərəb gəldi pay verin,   
 
Ərəb qapdı fəsimi, 
Nə istəsə pay verin,   
 
Su kəsdi nəfəsimi. 
Aza duran deyillər  
 
 
Gedin deyin anama 
Gətirin tay-tay verin [13,7].
 
 
Tutsun mənim yasımı [14, 470].
 
 
Sarı gülü 
 
 
 
Əziziyəm bularmış, 
Ağ gülü, sarı gülü. 
 
 
Axan sərin sularmış. 
Ərəblər gələn gündən   
 
Ərəblər yalan oldu, 
Görmədim tarı günü [15,196]. 
Canı alan bularmış [15,67]. 
 
Əzizinəm yüz dərdim, 
Dərmansızdı yüz dərdim, 
Ərəb gəldi ac oldu,  
Birkən artdı, yüz dərdim [16,32]  
 
Lakin  ərəb  feodallarının  qəsbkarlıq  siyasətinə  baxmayaraq,  obyektiv  olaraq, 
dünya  tarixinin  bu  böyük  imperiyası  daxilində  müxtəlif  ölkələr,  xalqlar  arasında 
qarşılıqlı  əlaqələrin  inkişafı  üçün  nisbətən  əlverişli  şərait  yarandı.  Orta  Asiya, 
Hindistan, İran körfəzi, Cənubi Ərəbistandan Qara dəniz və Aralıq dənizi sahillərinə
Misirdən Şimali Afrika boyunca Atlantik okeanı sahillərinədək gedən karvan yolları 
artıq  bir  dövlətin  daxilində  idi.  Bir  dövlətin  tərkibində  olmaq  Azərbaycan  və  Ərəb 
ölkələri,  eləcə  də  digər  xalqların  geniş,  çox  cəhətli  əlaqələri  üçün  çox  yaxşı  şərait 
yaradırdı.Bu  baxımdan  təbiidir  ki,  Azərbaycanda  yaranmış  müxtəlif  bayatılarda 
vaxtı ilə mövcud olmuş xilafət ölkələri ilə əlaqələr öz əksini tapmışdır: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə