Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə41/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   37   38   39   40   41   42   43   44   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
91 
91 
fövqəl  qüvvələrlə  mübarizəsi  fonunda  yaranan  ovsunlar  əski  dünyagörüşü  kimi 
Ə.Cəfərzadənin bu romanında da ayrıca diqqət mərkəzində saxlanılmışdır. Təbiətə, 
iqlim-havanın  idarə  olunmasına  ovsun  sözlə  təsirin  magik  gücü  və  bu  gücün  əla-
qələndirdiyi əski xalq inancları romanda geniş təfsilatı ilə verilmişdir. 
Ənciri yemədin getdin, 
Dərdivü demədin getdin. 
 
Külək boğanaq salanda, onu qovardılar. 
 
Ayran verməz öyünə, 
Qonağ qoymaz öyünə 
İnanırdı  ki,  Xeyransa  arvadın  öyrətdiyi  bu  “ovsunu”  oxuyan  kimi  xəzri 
kəsəcək, sərin gilavar gələcək,daha gözlərinə qum dolmayacaq, mocalanda yağtikan 
üstə gün qabağında sərdiyi kəhrəba kimi əncirləri qum vurub xarab etməyəcəkdi”. 
Əzizə Cəfərzadənin “Bakı – 1501” romanında xalq adət və ənənələri də ayrıca 
dolğunluqla əks olunmuşdur. Məsələn: 
“Ləngəbiz dağ silsiləsinin  lap qutaracağında bir qəbilə  var  idi. Vaxti ilə qoca 
əfəndi  qəbilənin  “Odlu”adını  dəyişib  “Məhəmmədli”qoymuşdur.  Rəsmi  amil 
kitablarında  indi  qəbilə  beləcə  də  qeyd  olunmuşdur.  Amma  amillərin  dilində  kənd 
“Govurlar”  olub  qalmışdır  (1,  34).  Adətlərin  çoxunu  da  qarılar  qoruyub  saxlayır, 
onlara  təzə  don  geydirə-geydirə  əsl  kökünü  mühafizə  edirdilər.  Görürdün  ki,  təzə 
gəlin  gələn  günün  ertəsi,günəş  çıxan  kimi,qarılardan  biri  gəlini  yerindən  qaldırıb, 
onu  günəşi  salamlamağa  aparırdı.  Bu  yerlərdə  qocanın  vaxtında  doğulan  usaqlara 
molla “Quran”dan ad çıxarıb verirdilər”. 
Burada  “qəbilə  şənbə,çərşənbə  kimi  gün  adlarını  yadda  saxlamaq  istəmirdi. 
Həftənin  günlərini  öz  qədim  adətlərincə  xas  günü,  duz  günü,  tək  günü,  süd 
günü,ayna  günü  adlandırırdılar.  Məsələn,  süd  günü  süd  yığırdılar.  Aylarında  adını 
qoyunçuluqla  bağlamışdılar:  Güzdük,  döl,  döl  ardı,  qarbasan,  boza,  körpə  bara, 
əmlik və s”. (1,36). 
Romanda  xalq  inancları,  əski  dünyagörünüşün  izinə  bağlı  and,  alqışlar  da 
ayrıca  yer tutur. “O gün haqqı”, “Bu ocaq haqqı”, “Şamçıraq haqqı”, “İşıq haqqı”, 
“Mirzali  hakim:  Qurani  Məcidə  and  içirəm  İsmayıl  İbn  Şeyx  Heydər  İbn  Şeyx 
Cüneyd  mənim  torpaqlarımda  yoxdur,  onun  ayaqları  mənim  torpaqlarıma  dəymir” 
və s. deyərdi. 
Folklorumuzda  “qanadlı  sözlər”,  “qızıl  sözlər”  kimi  dəyərləndirilən  xalq 
deyımləri,  atalar  sözləri  və  məsəllərin  yığcam,  lakonik  ifadələnmədə  olana  geniş 
fikir və mənanı ümumiləşdirməsi xüsusiyyətini əsas göstərən Əzizə Cəfərzadə qeyd 
olunan  bu  romanı  da  eyni  xalq  hikməti  ilə  zənginləşdirmişdir.  “Naxırçı  qızı 
naxırçılığın  arzular”.  “Öküz  paşanın,çubuq  meşənin”,  “Barını  nəm  yıxar,  ananı 
qəm”, “Tək övladlı ana, tək çörəkli tabağa bənzər”, “Şir balası doğulan kimi şirdi”, 
“Xas  igid  dayısına,  xanım  qız  xalasına  çəkər”,  “Vətən  çağıranda,  igid  bəllənər”, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
92 
92 
“Aslanın erkəyi, dişisi olmaz”, “Ər qarağan kolunun dibində otursa, arvad da gərək 
gedib onun yanındakı yovşan kolunun dibində əyləşə”(1,41). 
Bunlardan  başqa,  Ərəb  istilasına  münasibət  bildirən  nə  qədər  məsəl  və  atalar 
sözləri var. “Dəvə qızdı, ərəb azdı”, “Ərəb nədi - corab nədi?”, “Ac ərəb, gic ərəb”.  
Ə.Cəfərzadənin  “Bakı  –  1501”  romanında  şifahi  xalq  ədəbiyyatı  o  qədər 
zəngindir  ki,  hətta  aşıq  ədəbiyyatinin  müxtəlif  janrlarından  istifadə  olunmuşdur. 
Əsərdə  Xətai  öz  sarayında  təşkil  etdiyi  şeir  məclislərinə  yazıb  yaradan  sənətkarla 
yanaşı  aşıqları  da  cəlb  etmişdir.  Aşıq  sənətini  saraylara  qaldırmışdır.  Göyçəli  aşıq 
Miskin Abdalin surətini qeyd etmək olar. Xətai şairliyinə və aşıqlıq məharətinə görə 
Sarıyaqub  kəndinin  nəsillik  olaraq  Miskin  Abdala  bagışlamışdır.Aşıq  Salman  kimi 
el sənətkarından da romanda xüsusi olaraq danışılır. Ondan nümunələr verilir: 
 “Ay ağalar, ay qazılar, 
 Yar yaman allatdi məni. 
 Əl atdım yar ətəyinə, 
 O kənara atdı məni.(1,183) 
 
 Top atdım eşqin gölünə, 
 İlişdi sonam telinə, 
 Düşdüm bir nadan əlinə, 
 Uçub alıb-satdı məni (1,183) 
 
 Dərdini de bilənlərə, 
 Dərd başına gələnlərə, 
 Hər üzünə gülənlərə, 
 Ehtibar eyləmək olmaz.(1,190) 
 
 Bu gün ələ almaz oldum mən sazım. 
 Ərşə dirək -dirək cıxar avazım, 
 Dörd şey vardır bir qarındaşa lazım. 
 Bir elm, bir kəlam, bir nəfəs, bir saz.” 
Aşıq  Miskin  Abdal  öz  sənətinin  gözəlliyinə  vurğun  idi.  Əsl  aşıq  kimi 
qoşmadan təcnisə, təcnisdən gəraylıya, gəraylıdan divaniyə keçir
 “Dostu-mehribanım yetiş imdada, 
 Səndən qeyri yox imdadım,ağlaram. 
 Ah çəkib, dağlara salaram səda  
 Qohum gəlməz, gülər yadım, ağlaram(1, 248). 
 
 Salma nəzərindən, salma İlahim, 
 Dal gündə köməyim, poştü pənahım, 
 Ərşə bülənd olub fəryadü ahim, 
 Abdaldı, Miskindi adım, ağlaram.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
93 
93 
Başqa bir aşıq isə qoşma və gəraylıları Qurbanidən oxuyur; 
Könül qalxdı Bərdə sarı yeridi, 
Orda bir şəhər var, adı Gəncə hey! 
Gözəlləri, məhbubları, xubları 
Xub batıblar mala, mülkə, Gəncə hey (1,253). 
 
Qurbani der: bahar olur, gəlir yaz
Göllərdə üzüşür ördək ilə qaz. 
Sərim təvvaladı,üzüm payandaz, 
Yoxdu bundan qeyrəz bir matah mənim” (1,258). 
Bundan  başqa,  romanda  aşıqlar  əsgəri  təşviq  edən  mahnılar  da  oxuyur,  Şah 
İsmayıl Xətai aşıqlara, şairlərə, əli iş tutan sənətkarlara, xəttatlara, daş üstündə naxış 
açan ustalara qiymət verir, onları tez-tez saraya yığırdı. Bütün bunlar romanda geniş 
planda əks olunmuşdur. 
Qeyd edək ki, aparılan araşdırma, təhlillərdən də bir daha məlum olur ki, xalq 
ədəbiyyatının  toplanması,  tədqiqi  işində  yaxından  iştirak  edən  yazıçı  Əzizə 
Cəfərzadə  bu  xalq  örnəklərini  öz  ədəbi-bədii  yaradıcılığının  ilkin  və  ən  qiymətli 
qaynağı  kimi  də  götürmüşdür.  Müxtəlif  folklor  nümunələri-nağıl,  əfsanə,  rəvayət, 
bayatı,  nəğmə,  ovsunlar  və  s.  ədibin  digər  əsərlərində  olduğu  kimi,  onun  “Bakı  – 
1501” romanında ideya-bədii quruluşu, məzmunu, poetikasının əsasında dayanmaqla 
əsəri zənginləşdirmiş, onun qiymətini daha da artırmışdır. 
 
Qaynaqlar 
1.
 
Cəfərzadə Əzizə: Bakı-1501. Bakı, Yazıçı,1981. 
2.
 
Məhərrəmova  Cəmilə.  Xətai  haqqında  roman.  “Azərbaycan  müəllimi”,  16 
iyun.1982. 
3.
 
Salahova Aida. Xətai dövrünün təsviri. “Ədəbiyyat  və incəsənət”, 16 iyul, 
1982. 
4.
 
Əliyeva  İfrat.  El  anası  –  Əzizə  Cəfərzadə,  “Elm”  nəşriyyatı,  Bakı,  2001, 
64s. 
  
  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə