Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə46/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   42   43   44   45   46   47   48   49   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
103 
103 
Mən aşiqəm, Qarabağ,  
 
Rum mənəm, İraq mənəm,  
Şəki, Şirvan, Qarabağ,  
 
O yanan çıraq mənəm, 
Tehran Gülüstan olsa,   
 
Qul tək ellərə düşdüm, 
Yaddan çıxmaz Qarabağ [17,253].
 
Vətəndən iraq mənəm [18,196].
 
 
İraqda,   
 
 
 
Yol düşdü Kəndəbilə, 
Şölə verər qıraqda, 
 
 
Tehrana, Kəndəbilə, 
Mərdə əcəl tuş gəldi,   
 
Bikamal deyil Aşıq, 
Namərd qaldı qıraqda [15,188].
 
Əcəli gendə bilə [17,18].
 
 
Gün gedər, Şamda mələr, 
 
Əzizim Yəmənidə, 
Urumda Şamda mələr.  
 
Misirdə, Yəmənidə.   
 
Yaxasız köynək geyən  
 
Haqq götürsün ortadan 
Bacasız damda mələr [18,210]. 
Çuğulu, yamanı da [19,37]. 
 
Aşıq Yəməndə qaldı,   
 
Gəz dolan Yəməni də, 
Bülbül çəməndə qaldı,  
 
Misiri də, Yəməni də, 
Dünya gözələ dönsə,   
 
Haqq götürsün aradan 
Gözlərim səndə qaldı [20,226]. 
Pisi də, yalanı da [14,278]  
 
Sular gəldi Nil kimi    
 
Aşıq Qəzvinə bağlar,  
Qaşlar durub Mil kimi,  
 
Tehran Qəzvinə bağlar, 
Hər sabah boyun görsəm,  
 
Gözüm yaşı sel ola  
Qəlbim açar gül kimi [14,71].  
Ördək qaz binə bağlar 
[20,183]
 
Lakin  xilafətin  soyğunçu  vergi  siyasəti  və  məmurların  özbaşınalığı,  dəhşətli 
istismar  və  tam  hüquqsuzluq  Azərbaycan  əhalisinin  geniş  təbəqələrinin  vəziyyətini 
dözülməz dərəcədə ağırlaşdırmışdı. Bu isə xalq kütlələrində yadelli işğalçılara qarşı 
kəskin nifrətə səbəb olmuşdu. Belə bir şəraitdə XIII əsrin ortalarında xilafətdə sülalə 
mübarizəsi  qızışmışdı.  Əsarətə  alınmış  xalqların  təzyiqi  altında  və  ərəb  cəmiyyəti 
daxilində mübarizənin olduqca kəskinləşməsi nəticəsində Əməvilər sülaləsi  yıxıldı. 
Hakimiyyəti  Abbasilər  zəbt  etdilər  (750-1258-ci  illər).  Onlar  dövlətin  paytaxtını 
Dəməşqdən Bağdada köçürdülər və bu  vaxtdan etibarən Azərbaycan bir neçə digər 
vilayətlər  kimi  Bağdaddan  idarə  edilməyə  başladı.  Təbiidir  ki,  o  vaxtlar  xalq 
arasında yayılmağa başlamış bayatıların bir çoxunda Bağdadın adı çəkilir, bu qədim 
şəhərdən danışılır: 
Zülfünü bağda dara, 
 
Bağdaddan sandal aldım, 
Bağda yu, bağda dara   
Tayını yolda saldım. 
Bir yaxşı həmdəm üçün,  
Bu qullar bazarında  
Ərzurum gəz, Bağdad ara [17,110].Heyva kimi saraldım [15,95].
 
 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
104 
104 
Zülfünü bağda dara, 
 
Qayada ilan ötər,  
Düşübdür bağda dara,   
Bağdadda xurma bitər, 
Bir vəfalı yar üçün 
 
Gözəlcə qız toyunda, 
Rumu gəz, Bağdad ara [21,43].  Yarpaqsız meyvə bitər [15,110]. 
 
Eləmi dağda qara, 
 
Dəryada var balıqlar, 
Zülfünü bağda dara, 
 
Bağdadda xurmalıqlar, 
Vəfalı yardan ötrü 
 
Nə bu vüsal olaydı,  
Rumu gəz, Bağdad ara [22,85].  Nə də bu ayrılıqlar [14,77].  
  Azərbaycan  xalq  yaradıcılığının  ən  geniş  yayılmış  janrlarından  biri  də 
nağıllardır.  Xalqın  özü  qədər  qədim  olan  möcüzəli,  sirli-sehrli  nağıl  dünyasında 
erkən  təsəvvürlər,  insanın  xoşbəxt,  azad  həyat  uğrundakı  mübarizəsi,  habelə  daim 
təbiəti özünə ram etmək istəyi olmuşdur. Bu baxımdan, göstərmək yerinə düşərdi ki, 
Azərbaycanda  nağılların  toplanması,  çap  olunması  işi  kifayət  qədər  yüksək 
səviyyədə  qurulmuş,  bu  sahəni  əhatə  edən  bir  sıra  kitablar  çap  olunmuşdur.  Bu 
kitablarda Azərbaycanın bir çox ölkələrlə əlaqələri əks olunmuşdur. Əvvəlcədən onu 
göstərmək istərdim ki, Z.Bünyadovun «Azərbaycan Atabəylər dövləti» adlı əsərində 
Təbriz  bazarında  çox  zəngin  malların  olmasından  bəhs  edilir  və  deyilir  ki,  elə  bir 
sənət, peşə yoxdur ki, Təbrizdə olmasın. Onun malları bunlar idi: atlas, yaxşı kaftan-
lar (don), toxunma Çin zərxarası--parçası, xalçalar (nəx), ipək parçalar(kimxa), xəz 
parça,  örtük  (şar),  zərli  tikmələr,  möhürlər,  həkkaklar  tərəfindən  naxış  vurulmuş 
bədii cildlər [23,198]. Burada Çindən malların gətirilməsinin göstərilməsi Azərbay-
canın  Çinlə  sıx  əlaqəsinə  sübutdur  və  bu  əlaqə  də  təbii  ki,  nağıllarda  da  öz  əksini 
tapmışdır.  Azərbaycanda  olan  ispaniyalı  səyyah  Klavixonun  məlumatından  isə 
bilinir ki, orta əsrlərdə Sultaniyyə Hindistan və Orta Asiyadan gələn karvan yolları-
nın  ağzında  yerləşən  beynəlxalq  ticarət  mərkəzlərindən  biri  olmuşdur  [24,183].  Bu 
baxımdan,  Hindistanla  olan  sıx  əlaqələrin  nağıllarda  da  əks  olunması  təbii  hesab 
edilməlidir.
 
Z.Bünyadovun  yuxarıda adı çəkilən əsərində o da göstərilir ki, Bəzzdə 
Vasitə və Yəmənə aparılan qırmızı zəy çıxarılırmış [23,207]. Təbii ki, Azərbaycanla 
Yəmən arasında olan bu əlaqə müxtəlif nağıllara da hopmuş  və zəmanəmizə qədər 
gəlib çıxmışdır.  
Azərbaycanın başqa ölkələrlə İran, Rum, Çin, Yəmən, Şimali Afrika, Hindistan 
və  s.  ölkələrlə  saxladığı  əlaqələrin  əks  olunduğu  nağıllardan  biri  də  «Nəsir  və 
Nəsdərənin  nağılı»dır.  Bu  nağılda  göstərilir  ki,  bir  padşahın  vəziri  öz  qardaşı  olur. 
Onların  hər  ikisinin  uşağı  olmur.  Nəhayət,  Allah-təala  onların  hər  ikisinə-padşaha 
qız,  vəzirə  isə  oğul  əta  edir.  Əvvəlcə  onların  hər  ikisi  öz  aralarında  əhd  -  peyman 
bağlayıb uşaqların taleyini gələcəkdə birləşdirməyi qərarlaşdırırlar. Lakin bir qədər 
sonra  vəzir  ölür  və  padşah  qızı  Nəsdərəni  daha  Nəsirə  verməməyi  qərara  alır 
[25,95]. Ona görə də Nəsirə olan məhəbbətini qoruyub saxlayan Nəsdərəni əvvəlcə 
Dərbənd padşahının, sonra isə Çin padşahının oğluna vermək istəyir [25,103]. Lakin 
qızı  razı  olmur.  Bir  qədər  sonra  Nəsirin  İsfahan  padşahının  qızı  Məleykə  xanımın 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə