Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə34/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   30   31   32   33   34   35   36   37   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
75 
75 
Ərəblər  və  yeniçərlərdən  təşkil olunmuş Osmanlı  ordusu  5 avqust 1608-ci  ildə 
Cəlali ordusunu geri oturtdu. Cəlalilər İrəvan tərəfə geri çəkilərək Üçkilsədə dayandı, 
böyük bir dəstəsi də Təbriz tərəfə hərəkət etdi. Şah Abbas və etimadüddövlə Hatəm 
bəyin  başçılığı  ilə  İran  ordusu  onları  qarşıladı.  İsgəndər  bəy  Münşi  «Tarix-i  aləm-
aray-i  Abbasi»  əsərində  yazır:  «Katiblər  Cəlali  ordusunda  olanların  adlarını  qeydə 
alan şəxslərdən tələb etdilər ki, istənilən şəkildə bu iş görülsün. Təxminən on üç min 
altı yüz beş nəfərin qeydə alınması mümkün oldu». Əlyazmadan göründüyü kimi, Şah 
Abbasın  qoşununa  qarşı  vuruşmaq  üçün  Təbrizdə  könüllülərin  siyahıya  alınması 
başlanmışdı.  XVI–XVII  əsrlərin  salnaməçiləri  kəndli  hərəkatlarını  və  onların 
başçılarını qeydə alınması haqqında məlumat verirdi [12, s.56].  
İ.P.Petruşevski  İsgəndər  bəy  Münşinin  «Tarix-i  aləm  aray-i  Abbasi» 
əlyazmasını  Cəlalilər  hərəkatının  yayılma  sərhədlərini  düzgün  təsvir  etdiyinə  görə 
qiymətləndirir. Yazır ki,  İsgəndər bəy Münşidə Cəlalilərin iki əsas qrupu haqqında 
məlumata  rast  gəlirik.  Bunlardan  birincisi  ali  təbəqəyə  mənsub  olanlardır  (Münşi 
onları  «əmiri  cəlali  adlandırır),  digər  bir  təbəqə  isə  şəhər  yoxsulları,  kasıblar, 
kəndlilərdir (Münşi onları da –«qurux-i əcəmire va oubaş» adlandırır) [1, s.35]. 
Cəlali ordusunun Osmanlı ordusu ilə vuruşmasını İ.P.Petruşevski də təsvir edir. 
Onun  tədqiqatında  da  cəlalilərin  qoşununu  sultan  ordusuna  məğlub  olmasından 
sonra I Şah Abbasa sığınması göstərilir. İ.P.Petruşevski yazır ki, 20 minlik Osmanlı 
ordusu ilə vuruşan (1608-ci ildə Ərzurumda) cəlalilər məğlub olub Çuxur-Səəd xanı 
Əmirgünə xan Qacardan orada qalmağa icazə verməsini xahiş etdilər. I Şah Abbasın 
Osmanlı imperiyasına qarşı onlardan istifadə etmək  istədiyini  cəlalilər başa düşdü-
lər.  I  Şah  Abbas  cəlalilərə  qarşı  böyük  vəzir  Hatəm  bəy  Ordubadinin  başçılığı  ilə 
İran  qoşunlarını  səfərbər  etdi.  Hələ  bundan  əvvəl  I  Şah  Abbas  Azərbaycana  və 
Ermənistana  ordu  göndərmişdi  ki,  yerli  feodallar  cəlalilərdən  qorxub  təşvişə 
düşməsinlər. Lakin I Şah Abbasın Qafqazda möhkəmlənmək arzusu baş tutmamışdı. 
Onun  göndərdiyi  ordu  cəlalilər  tərəfindən  darmadağın  olunmuşdur  [1,  s.326]. 
«Koroğlu» dastanında Koroğluya düşmən olan paşa və xanların düşmənçiliyi  tarixi 
hadisələrə  tam uyğun  gəlir.  Məsələn,  «Düratın  itməyi»  qolunda təsvir olunan Qara 
xan  özünü  Şah  Abbasın  qohumu  kimi  hiss  edir,  Koroğluya  düşmən  münasibəti 
bəsləyir,  Koroğlunun  dəlilərinin  Ələmqulu  xanın  qoşunu  ilə  vuruşub  qalib  gəlməsi 
Şah  Abbasın  cəlalilərə  birinci  məğlubiyyətini  göstərir.  Məhz  bu  döyüşdən  sonra 
Əmirgünə xanın proobrazı sayılan Ələmqulu xan isə Koroğlu ilə qohumluğu özünə 
şərəf  bilir.  Bu  hadisələr  «Qulun  qaçması»  qolunda  əks  olunur.  Bu  qohumluqdan 
sonra paşalar Koroğlunu məhv etmək üçün  yığıb məşvərət  edirlər. Bundan sonrakı 
hadisələr «Koroğlu ilə Bolu bəy» qolunda izlənilir. Bu qolda Hasan paşa Toqatdan, 
Bolu  bəy  Ərzincandan,  Ərəb  Reyhan  Qarsdan  gəlib  məşvərət  eləyirlər  ki,  Koroğlu 
hərəkatını  yatırmaq  üçün  onun  üzərinə  birlikdə  yürüş  etsinlər.  Bu  müharibə  Hasan 
paşa  ilə  Mehmet  paşanın  birlikdə  Qara  Yazıçının  üzərinə  hücumunu  xatırladır. 
Cəlalilərin  yüksək  təbəqəsinin  Şah  Abbas  tərəfə  keçməsindən,  onun  xidmətinə 
keçəndən sonra şah ordusu cəlalilərin üsyançı dəstələrini məhv edə bilmişdi. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
76 
76 
«Koroğlu»  dastanını  Cəlalilər  hərəkatı  ilə  bağlamaq  cəhdi  bir  çox  alimlərin  təd-
qiqatında  üstünlük  təşkil  etmişdir.  Füzuli  Bayat  da  Ankarada  çap  etdirdiyi  «Koroğlu. 
Şamandan aşığa, alpdan erene» kitabında «Koroğlu» dastanını tarixi-coğrafi araşdırma 
yolu  ilə  Cəlalilər  üsyanına,  xüsusən  cəlalilərin  Təbriz  üsyanına  bağlayır.  Tədqiqatçı 
yazır ki, «Gerçekten de Anatolu ve Azerbaycan variantlarında Köroğlunun tarihi katma-
nı belirgin bir şekilde görünmekdedir. Celali Köroğlusu ile mifoloji Köroğlu destanda 
bir bütün oluşturmak yoluyla yeni epik kahraman tipini şekillendirmişdir» [13, s.10]. 
V.P.Qordlevski  də  İsgəndər  bəy  Münşiyə  əsaslanaraq  Cəlalilər  hərəkatının 
Anadoluda yayılmasını, bu hərəkata Dəli Həsənin başçılıq etməsini, axırda kütlənin 
mənafeyini  sataraq  hökumət  tərəfə  keçməsini,  hərəkatı  başsız  qoymasını  (1603-cü 
ilin iyulunda) yazır [14, s.89]. 
Hatəm  bəy  Ordubadinin  xahişi  ilə  Təbrizdə  cəlalilərin  siyahıya  alınması 
başlanır.  İsgəndər  bəy  Münşi  onların  1380  nəfər  olduğunu  yazır.  Cəlalilər  I  Şah 
Abbasa  sadiq  qalacaqlarına  and  içirlər.  Ancaq  300–400  nəfərə  başçılıq  edən 
Məhəmməd bəy üsyan edən Urmiya kürdlərinin tərəfinə keçir. Anadoludakı cəlalilər 
isə  Şah  Abbasın  təklifini  qəbul  etmirlər.  Onlar  burada  bir-birinə  düşmən  olan 
qruplara bölünürlər [4, s.57]. Bu qruplara Kürd Heydər, Məhəmməd paşa və İbrahim 
paşa başçılıq edirdi. Bütün bu qeyd etdiklərimiz tarixi hadisələrin «Koroğlu» dastanı 
ilə bilavasitə  ya dolayısı  ilə bağlılığına aiddir. Elmdə birmənalı olaraq Koroğlunun 
Cəlalilər  hərəkatında  iştirak  etdiyini,  yaxud  Cəlali  olduğunu  qeyd  edirlər.  Biz 
mübahisə  açmayaraq  yeni  bir  tendensiya  kimi  onun  milli  qəhrəman  kimi 
Azərbaycana  məxsus  olduğunu,  cəlalilər  hərəkatının  aşağı  təbəqəsinə  mənsub 
olduğunu fərz edirik. Matenadaran Əlyazmalar Fondundan tapılmış, A.Abramyanın 
və D.Qabrielyanın  «Nəşr olunmamış Koroğlu nəğmələri» məqaləsindəki qoşmadan 
Koroğlunun xalqı talayan Cəlali olmadığı da hiss olunur: 
Koroğlu alır salamı – 
Yeddi yüz yetmiş Cəlali -  
Həramı nə bilir halalı, 
Yar dilinə qurban olayım. 
Dastana da fikir versək görərik ki, Koroğlu ilə Dəli Həsən qarşılaşandan sonra 
onları  çapqınçılıqdan,  haramı  olmaqdan  çəkindirir.  Görünür,  M.H.Təhmasib  də 
dastana və dastandakı hadisələrə, tarixi faktlara əsaslanaraq, Azərbaycanda Koroğlu 
hərəkatının olması haqqında məlumat verir. 
Koroğluşünasların  fikrincə,  Cəlalilər  hərəkatının  genişlənməsi  ilə  Anadolu, 
Konya  və  Ankarada  Koroğlu  adlı  başçının  cəsarət  və  igidliyi  böyük  bir  ərazidə 
Osmanlı  və  Səfəvi  hakimlərinə  qarşı  mübarizə  aparan  üsyançı  dəstələrin 
rəhbərlərinin diqqətini özünə cəlb etmişdi. Bunu dastanda Giziroğlu Mustaya bəyin, 
Dəli  Həsənin  Koroğluya  qoşulması  da  göstərir.  M.H.Təhmasib  qeyd  edir  ki,  «yüz 
minlərlə  kəndlinin  iştirak  etdiyi  bu  əzəmətli  üsyan  Azərbaycan  ərazisində  də 
yayılmışdı»  [15,  s.167].  Koroğlu  hərəkatının  yayıldığı  ərazilər  çox  böyük  sahəni 
əhatə edirdi. Koroğlu hərəkatını ilk böyük türk hərəkatı da adlandırmaq mümkündür. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə