AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
105
105
dalıyca gələn Yəmən padşahının oğlu Əmiri Heydərlə rastlaşması, onların bir yerdə
yerli padşahın qoşunu ilə vuruşmaları, padşahın sorğularına cavab olaraq özünün
Rum vilayətinin Əmiri Heydərin isə Hindistan padşahının oğlu kimi qələmə
verilməsi göstərilir [25,107].
Aydındır ki, göstərilən nağılda İranın (İsfahanın),
Rumun, Çinin, Yəmənin, Hindistanın adlarının çəkilməsi yuxarıda Z.Bünyadovun
adı çəkilən əsərindən göründüyü kimi Azərbaycanın bu ölkələrlə olmuş maddi
əlaqələrinin təzahürüdür. Məlum olduğu kimi, orta əsrlərdə də Azərbaycan Avropa
ölkələriylə geniş miqyasda əlaqələr saxlamışdır. Orta əsrlər dövründə isə bütün
Avropa yuxarıda qeyd olunduğu kimi Firəngistan adı ilə tanınırmış. Azərbaycanın
orta əsrlər dövründə Avropa ölkələriylə, Firəngistanla əlaqələrinin əks olunduğu
nağıllardan biri də «Paslı qılınc» nağılıdır. Burada göstərilir ki, İsfahan vilayətində
bir padşahın üç oğlu varmış [26,51].
Padşah öləndə vəsiyyət edir ki, oğlanları uzaq
yerlərə gedəndə bu paslı qılıncı vursunlar. Günlərin bir günü padşah ölür. Onun
böyük oğlu Əhməd padşah olur. Bir gün təzə padşah əyaləti gəzmək üçün səfərə
çıxmaq istəyir. Bu vaxt ən kiçik qardaş Həsən Əhmədə məsləhət görür ki, paslı
qılıncı belinə vursun. Lakin Əhməd paslı qılıncı bəyənməyərək belinə vurmur.
Qoşunla bir qədər gedəndən sonra bir qalaçaya rast gəlir. Buraya tək girib, həyətdə
böyük bir hovuz görür. Soyunub çimmək istəyir. Bu vaxt bir pəhləvan yel atın
üstündə peyda olub onu öldürür. Sonra isə onun yerinə Məmməd padşah olur. Bir
qədərdən sonra isə Məmməd öz vilayətini gəzməyə çıxır. Əhmədin başına gələnlər
eynilə Məmmədin də başına gəlir. Onu da yel qanadlı atın belində gələn pəhləvan
öldürür. Sonra isə Həsən padşah olur. O da padşah olandan sonra ölkəni gəzməyə
çıxır. Amma əvvəlcə paslı qılıncı belinə vurur. O da böyük qardaşlarının rast gəldik-
ləri qalaçaya gəlib çıxır. Onun da üstünə yel qanadlı atın belində bir pəhləvan hücum
çəkir. Çox gərgin bir vuruşma başlanır. Uzun çəkən döyüşdən sonra Həsən qalib gəlir.
Öldürmək istədikdə məlum olur ki, bu, qadın imiş. Qız Firəng padşahının qızı oldu-
ğunu bildirir. Atası onu ərə vermək istəyib, o isə istəməyib. Söz verib ki, kim ona
qalib gəlsə, ona ərə gedəcək. Həsən qızı almaq üçün Firəngistana yollanır. Yolda bir
divə rast gəlib, onu ölümdən qurtarır. Ona görə də div ondan əl çəkməyib, Firəngis-
tana yola düşür. Çox çətinliklərdən sonra, nəhayət ki, o, Firəng hökmdarının qızını
alır. Şübhəsiz ki, bu nağılda qəhramanın Firəngistana səfərinin təsviri, burada
Firəngistanın adının çəkilməsi orta əsrlərdə Azərbaycanın Avropa ölkələriylə olmuş
əlaqələrinin təzahürüdür.
Qaynaqlar
1. Vəlixanlı N. Ərəb xilafəti və Azərbaycan. Bakı: Azərnəşr, 1993, 157 s.
2. Nəbiyev A. Azərbaycan-Özbək folklor əlaqələri. Bakı: Yazıçı, 1978, 133 s.
3. Atalar sözü:/ İ. Abbaslının redaktəsi ilə. Bakı: Öndər. 2004, 264 s.
4.Atalar sözü:/ B. Tahirbəyovun redaktəsi ilə. Bakı:Yazıçı, 1985, 690 s.
5. El sözü,
xalq lətifələri, atalar sözü, bayatılar, Bakı: Azərnəşr, 1965, 63s.
6. Atalar sözü: Bakı: Azərnəşr, 1993, 227 s.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com