AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
101
101
Məkkəyə gedir,
sünni olur,
Geri qayıdır, şiə olur [5,51].
Dəvə Məkkəyə getməklə Hacı olmaz [9,83].
Məkkədən
gələn mən,
Xəbər verən sən [9,41].
Qaynanamı bağda ilan vuraydı,
Qaynatama Məkkə qismət olaydı [10,32].
Hacı hacını Məkkədə tapar,
Dərviş dərvişi təkyədə [9,195].
Həccə gedən gəldi,
Saca gedən gəlmədi [4,665].
Hər arvad saqqız çeynəyər,
Amma Ayişə kimi çeynəyə bilməz [4,650]
Məlum olduğu kimi, əsarətə alınmış xalqların təzyiqi altında və ərəb cəmiyyəti
daxilində mübarizənin olduqca kəskinləşməsi nəticəsində Əməvilər sülaləsi yıxıldı.
Əməvilərdən sonra hakimiyyət Abbasilərin əlinə keçdi. Ali hakimiyyətin Abbasilər
sülaləsindən olan xəlifələrin əlində olduğu çox geniş dövlətin paytaxt şəhəri olan
Bağdad («Mədinət əs-səlam» yəni «sülh, əmin-amanlıq şəhəri») 762-ci ildə ikinci
Abbasi xəlifəsi Mənsur tərəfindən «az adamın yaşadığı yer olan Seyk Bağdad», yəni
«Bağdad bazarı» deyilən yerdə salınmışdır. Azərbaycanın da Abbasilərə tabe olan
ölkələr arasında olması, şübhəsiz ki, xalqımızın yaratdığı atalar sözlərində öz əksini
tapmışdır:
Aşiqə Bağdad uzaq deyil [11,64].
Yanlış hesab Bağdaddan qayıdar [3,305].
Kor burada, ya Bağdadda [4,439].
Çanağında bal olsun,
Arısı gələr Bağdaddan [4,670].
Burda mənəm, Bağdadda kor xəlifə [9,60].
Bal olsun, milçək Bağdaddan da gələr [10,21].
Qeyd olunmalıdır ki, o zamanlar Azərbaycanın əlaqə saxladığı ölkələr, şəhərlər
sırasında Bağdaddan başqa xilafətə daxil olan digər ölkə və şəhərlər də olmuşdur.
Bu fikrin sübutu kimi Bakı qalasında (Bakı şəhər icra hakimiyyəti binası ilə İqtisa-
diyyat universitetinin binası arasındakı yerdə) tapılan və VIII əsrə aid abbasilərə
məxsus ərəb pulunu misal çəkmək olar. Bu
pul hicri tarixi ilə II əsrə, miladi tarixi ilə
VIII əsrə aiddir [12,73]. Vətən hüdudları və xarici ölkələrlə əlaqələrin bayatılarda
təsbiti. Bayatılar Azərbaycan xalqının folklorunda özünəməxsus mövqeyi olan
janrlardan biridir. Qeyd edək ki, bayatılar Azərbaycan folklorunun ən qədim
janrlarından olmaqla yüzilliklər adlayıb gələn uzun bir inkişaf yolu keçmişdir. Artıq
elmi ədəbiyyatda belə bir fikir özünə yer tapmışdır ki, Azərbaycan xalqının
etnogenezində böyük rol oynamış və eramızın birinci minilliyində Azərbaycanda
yaşamış hunlar, xəzərlər, avarlar, savirlər və başqa türk-oğuz tayfalarının yazısı
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
102
102
olmasa da, onların ana dilində zəngin şifahi ədəbiyyat nümunələri olmuş və bu günə
qədər gəlib çıxmış bayatıların, laylaların, ağıların çoxu o dövrdə yaranmışdır.
Atalar sözlərində olduğu kimi, ərəblərin qəddarlığı bayatılarda da öz əksini
tapmışdır. Yuxarıda göstərildiyi kimi, ərəblər işğal etdiyi ölkələrdə əhalini qarət
edir, onların ruhunu əzir, müxtəlif vergilər almaqla yerli sakinləri var-yoxdan
çıxarırdılar. Belə ki,” 645/46-cı ildə əl-Valid ibn Ukba Azərbaycan və Ərminiyəyə
Osmanın
dövründə, Kufənin hakimi olduğu vaxt hücum etdi. O,
qabaqca Salman ibn
Rəbiəni göndərib, özü də bir dəstə ilə Ərminiyə hüdudlarına doğru tələsdi. Nəhayət,
qoşunu ilə Azərbaycana daxil olan Abdallah ibn Şumeyl ibn əl-Əhməsini dörd
minlik qoşunla hücuma göndərdi…” [1,129].
Daha sonra əl-Valid Azərbaycan əhalisi ilə 880 min dirhəm təzminatla
müqavilə bağladı [1,129]. Bu, 22-ci ildə, Nəhavənd yaxınlığındakı döyüşdən bir il
sonra, Hüzeyfə ibn əl-Yəmənlə bağlanmış həmin müqavilə kimi idi. N.Vəlixanlının
“Ərəb xilafəti və Azərbaycan” adlı kitabında daha sonra göstərilir ki, sonrakı
dövrlərdə əl-Valid ibn Ukba, Abdallah ibn Şubeyl əl-Əhməsi, Salman ibn Rəbiə də
Azərbaycana yürüş edərək qırıb-çatır, talayırdılar. Təbiidir ki, bu zülm bayatılarda
da öz əksini tapmışdır. Məsələn:
Ərəb
gəldi pay verin,
Ərəb qapdı fəsimi,
Nə istəsə pay verin,
Su kəsdi nəfəsimi.
Aza duran deyillər
Gedin
deyin anama
Gətirin tay-tay verin [13,7].
Tutsun mənim yasımı [14, 470].
Sarı gülü
Əziziyəm bularmış,
Ağ gülü, sarı gülü.
Axan sərin sularmış.
Ərəblər gələn
gündən
Ərəblər yalan oldu,
Görmədim tarı günü [15,196].
Canı alan bularmış [15,67].
Əzizinəm yüz dərdim,
Dərmansızdı yüz dərdim,
Ərəb
gəldi ac oldu,
Birkən artdı, yüz dərdim [16,32]
Lakin ərəb feodallarının qəsbkarlıq siyasətinə baxmayaraq, obyektiv olaraq,
dünya tarixinin bu böyük imperiyası daxilində müxtəlif ölkələr, xalqlar arasında
qarşılıqlı əlaqələrin inkişafı üçün nisbətən əlverişli şərait yarandı. Orta Asiya,
Hindistan, İran körfəzi, Cənubi Ərəbistandan Qara dəniz və Aralıq
dənizi sahillərinə,
Misirdən Şimali Afrika boyunca Atlantik okeanı sahillərinədək gedən karvan yolları
artıq bir dövlətin daxilində idi. Bir dövlətin tərkibində olmaq Azərbaycan və Ərəb
ölkələri, eləcə də digər xalqların geniş, çox cəhətli əlaqələri üçün çox yaxşı şərait
yaradırdı.Bu baxımdan təbiidir ki, Azərbaycanda yaranmış müxtəlif bayatılarda
vaxtı ilə mövcud olmuş xilafət ölkələri ilə əlaqələr öz əksini tapmışdır:
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com