Китабханашцнаслыг



Yüklə 3,64 Kb.
Pdf görüntüsü
səhifə35/78
tarix14.01.2018
ölçüsü3,64 Kb.
#20608
1   ...   31   32   33   34   35   36   37   38   ...   78

80 
 
2.  Çap  formasında  mövcud  olan  sənəd-informasiya  resurslarının 
dəstəklənməsi,  məsələn  onların  mühafizəsi,  istifadəçilərə  xidmətin 
yaxşılaşdırılması  və  genişlən-dirilməsi  (  o  cümlədən,  istifadəçilərin 
soruşduğu  nəşrlərin  elektron  analoqlarına  mülti-müyəssərliyin  təmin 
edilməsi),  onların  uzun  müdətli  mühafizəsini  təmin  edilməsi  üçün 
(məsələn,  elektron  kitablar,  çap  edilmiş  əsərlərin  elektron  versiyalrı) 
yaradılan elektron resurslar
3. Çap edilmiş sənəd resursları əsasında yaradılmış, uzun müddət 
saxlanmaq  üçün  nəzərdə  tutulmayan  və  ya  bir  dəfə  istifadə  edildikdən 
sonra  məhv  edilməsi  nəzərdə  tutulan  elektron  resurslar(KAA  sistemidə 
istifadə  edilmiş  materialların  nüsxələri,  qəbzlər,  elektron  arayışlar 
Şrayberq  və  A.  Zemskov  elektron  resursların  ənənəvi  sənədlərdən  əsas 
fərq-lərini  sadalamaqla bir sıra digər əlamətlərinə görə  də  təhlilini  verir. 
Lakin 
bizim 
fikrimizcə, 
elektron  resursların  həmin  tərzdə 
təsnifləşdirilməsi və qruplaşdırılması məntiqi cəhətdən qeyri-mükəmməl-
dir və fərqləndirmə əlamətlərinin bu tərzdə qruplaşdırılması lazımi qədər 
əsaslandırılmamışdır.  Bundan  əlavə,  həmin  alimlər  elektron  resursların 
bir  sıra  geniş  yayılmış  növlərinin  səciyyəsini  verir.  Bu  zaman  həmin 
növlərdən aşağıdakılar göstərilir: 
1.Hiper əlaqələrə, axtarış imkanlarına malik elektron resurslar
2.  Verilənlərin  emal  edilməsi  və  nəticələrin  nümayiş  etdirilməsi 
funksiyaları olan elektron jurnallar; 
3.  Axtarış  imkanlarına  malik  kitabxana-biblioqrafik  verilənlər 
bazaları tipli elektron resurslar 
4.  Şəkillərin  ölçülərinə,  rənginə,  fəza  parametrlərinə  görə  emal 
edilməsinə imkan verən fayllar, çoxölçülü təsvirlərin qurulmasına imkan 
verən elektron resurslar; 
5.  Video,  audio  (o  cümlədən  musiqi)  yazıları,  kompüter 
animasiyası tipli elektron resurslar; 
6.  Rəqəmsal  xəritələr  və  kartoqrafik  informasiya  tipli  elektron 
resurslar; 
7. Kompüter proqramları, o cümlədən bilavasitə EHM tərəfindən 
icra  edilmək  üçün  nəzərdə  tutulmuş  proqramlara  aid  edilən  elektron 
resurslar; 
8.  Multimediya  materiallar(insanın  müxtəlif  qavrama  kanalları 
üçün  nəzərdə  tutulmuş  informasiyann-mətn,  musiqi,  animasiya,  təsvir- 
müxtəlif uzlaçmasından ibarət elektron resurslar); 
9. Elektron sənədlərin digər növləri. 
Bildiyimiz kimi, cəmiyyatin ehtiyaclarının mmüəyyən 
istiqamətinin ödənil-məsi üçün yaradılan hər bir şey sonradan daha dar 
istiqamətlərə görə də bölünüb detallaşdırıla bilər. Bu baxımdan electron 


81 
 
resurslar cəmiyyətin fəaliyyərinin hansı istiqamətlərində tətbiq 
edilməsinə görə də təsnifləşdirilə bilər Bu zaman aşağıdakı növlərini 
fərqləndirmək mümkündür: 
- elmi təyinatlı; 
- tədris təyinatlı; 
- asuda vaxt üçün nəzərdə tutulmuş; 
- bədii; 
- elmi-texniki informasiy; 
- elanlar, reklam və təbliğat; 
- elektron kommersiya təyinatlı; 
- istehsalat təyinatlı elektron resurslar; 
- texnoloji təyinatlı elektron resurslar; 
- maliyyə təyinatlı elektron resurslar; 
- digər təyinatlı s elektron resurslar. 
Bundan əlavə, elektron resurslar onların əlçatarlıq (ingiliscə buna 
“access” deyilir) dərəcəsinə görə də fərqləndirilərək aşağıdakı növlərə 
bölünə bilər: 
- tam əlçatar, heç bir məhdudiyyət olmayan
- pulsuz: 
- şərti olaraq pulsuz; 
- pullu; 
- ictimai istifadə üçün qapalı; 
- insanların özəl həyatı ilə bağlı. 
Elektron 
sənəd-informasiya 
resurslarının 
xüsusiyyətləri, 
funksiyaları bir çox digər tədqiqatların predmeti olmuşdur. Məsələn M.F. 
Menyayev,  İ.S.  Pilko,  A.P.  Antopolski,  A.Y.  Fridland  ümumilikdə 
informasiya  resurslarının  və  xüsusi  olaraq  sənəd-informasiya 
resurslarının  xüsusiyyətlərini,  yaradılması  və  istifadə  məsələ-lərini 
nəzərdən  keçirmişlər.  Lakin  biz  hesab  edirik  ki  elektron  sənəd-
informasiya  resurslarının  təqdim  edilən  təsnifat  prinsipi  heç  də  ideal 
sayıla  bilməz  və  onun  yenidən  və  əsaslı  nəzərdən  keçirliməsinə  böyük 
tələbat vardır. Çünki, belə bir elmi cəhətdən mükəmməl təsnifatın olması 
bu sahədə baş verən hadisə və proseslərin mahiyyətini düzgün anlamağa, 
proqnozlaşdırmağa və qiymətləndirməyə imkan verər. 
Elektron  resursların  müxtəlif  əlamətlərinə  görə  təhlili  müasir 
elektron  sənəd-lərin  demək  olar  ki,  bütün  növ  müxtəlifliyini  əhatə  edir. 
Lakin bütün bu növ sənəd-lərin  yaradılması və sənəd-kommunikasiyalar 
sisteminə  daxil  edilməsi  ancaq  infor-masiya  texnologiyalarının, 
resursların hazırlanması və istifadəyə verilməsinin yük-sək səviyyəsində 
mümkündür.  Bundan  başqa,  həmin  resursların  bütün  növlərinin 
yaradılması  və  istifadə  imkanları  dünyanın  ən  qabaqcıl  kitabxanalarına 


82 
 
müyəssər  olan  bir  səviyyədir.  Lakin  biz  nəzərə  almalıyıq  ki,  son 
zamanlarda respublikamızda kitabxana işində yeniləşmə və inkişaf ildən-
ilə  daha  yüksək  sürət  almaqdadır.  Bu  inkişafın  əsas  konturları  və 
vəzifələri  2008-ci  ildə  ölkəmizdə  qəbul  olunmuş  “Azərbaycan 
Respublikasında  kitabxana-informasiya  sahəsinin  2008-2013-cü  illərdə 
inkişafı üzrə Dövlət Proqramı” adlı direktiv sənəddə tapmışdır. Respubli-
kamızın  tarixində  kitabxana  quruculuğu  sahəsində  ilk  proqram  sənədi 
olan  bu  sənəddə  kitabxana  işinin  müxtəlif  aspektləri  ilə  yanaşı  ölkə 
kitabxanalarının  fondlarının,  sənəd-informasiya  resurslarının  inkişafı 
məsəlsi də diqqət mərkəzinə gətirilir. Burada ölkəmizdə kitabxana işinin 
inkişaf etdirilməsi sahəsində qarşıda duran vəzifələrdən bəhs edilərkən “- 
kitab  nəşri,  yayımı  və  fond  komplektləşdirilməsi  işinin  tənzimləyən, 
maraqlı  tərəflərin  mənafeyini  ifadə  edən  "müəllif-nəşriyyat-kitabxana-
oxucu" mexanizminin və infrastrukturunun təkmilləşdirilməsi; 
-  elektron  informasiya  fondlarının  formalaşdırılması  və  virtual 
kıtabxanaların  inkişaf  etdirilməsi,  "Azərbaycan  ədəbiyyatının  virtual 
kıtabxanası" nın oxucuların istifadəsinə verilməsi
-  elektron  kataloq  və  elektron  kitabxanaların  yaradılması  işinin 
təmin edilməsi, onların müasir standartlar səviyyəsinə çatdırılması; 
-  kompüterləşdirilmiş  kitabxana  infrastrukturunun  qurulması, 
kitabxanaların yeni informasiya texnologiyaları ilə təchiz edilməsi; 
-  kitabxana  fondlarının  zənginləşdirilməsi,  onların  mühafızəsinin 
və təhlükəsizliyinin təmin edilməsi
-  "Azərbaycanın  kitab  abidələri"  dövlət  reyestrinin  hazırlanması, 
milli  informasiya  resurslarının  elektron  daşıyıcılara  köçürülməsi  kimi 
vəzifələr müəyyən edilir. 
Göründüyü  kimi,  bu  vacib  direktiv  sənəddə  respublikamızda 
kitabxanaların  elektron  sənəd-informasiya  resurslarının  yaradılması 
istiqamətində vacib vəzifələr müəyyənləşdirilmişdir. Ümid etmək olar ki, 
həmin  vəzifələrin  həyata  keçirilməsi  ölkəmizdə  sənəddə  kitabxanaların 
elektron  sənəd-informasia  resurslarının  zama-nın  tələbləri  səviyyəsinə 
yüksəlməsinə şərait yaradacaqdır.  
 
ƏDƏBĠYYAT 
 
1.
 
Azərbaycan  Respublikasında  kitabxana-informasiya  sahəsinin 
2008-2013-cü 
illərdə 
inkişafı 
üzrə 
Dövlət 
Proqramı 
//Kиtabxanaşünalıq  və  biblioqrafiya:  elmi-nəzəri  və  metodiki 
jurnal.-2008.- №2.- S 7-30. 
2.
 
ГОСТ  7.0-99.  Информационно-библиотечная  деятельность, 
библиография // 
http://gsnti-norms.ru/norms/common/doc
. 


Yüklə 3,64 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə