136
kitabxanaların 47-i kənd yaşayış məntəqələrində yerləşir
. Mədəniyyət və
Turizm Nazirliyinin tabeliyində 30, Təhsil Nazirliyinin tabeliyində 17
kitabxana fəaliyyət göstərir
. Cəbrayıl rayon kitabxanalarında olan
245265 nüsxə informasiya resursundan 153059 nüsxəsi kənd yaşayış
məntəqələrində yerləşən kitabxanalardadır. Rayon kitabxanalarında
çalışan 77 nəfər mütəxəssisdən 47 nəfəri kənd kitabxanalarında fəaliyyət
göstərir. Onların 29,8%-i ali və orta ixtisas
təhsilli, 40,4%-i ali və orta-
qeyri-ixtisas təhsilli, 29,8%-i ümumi orta təhsillidir.
Xocalı rayonunda cəmi 40 kitabxana resursunun 24-ü kənd yaşayış
məntəqələrindədir
. Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində 18,
Təhsil Nazirliyinin tabeliyində isə 6 kitabxana fəaliyyət göstərir.
Xocalı
rayonunda kitabxanalarda olan cəmi 74439 nüsxə informasiya
resursundan 45438 nüsxəsi kənd kitabxanalarında yerləşir
və onların
45283 nüsxəsi kitablardır. (6.S.23-56) Rayon kitabxanalarında çalışan
cəmi 40 nəfər mütəxəssisdən 24 nəfəri kənd kitabxanalarında fəaliyyət
göstərir. Onların 25%-i ali və orta ixtisas təhsilli, 12,5%-i ali qeyri-ixtisas
təhsilli, 62,5%-i ümumi orta təhsillidir.
Xocavənd rayonunda cəmi 33 kitabxana resursundan 32-i kənd
yaşayış məntəqələrində yerləşir
. Mədəniyyət və Turizm Nazirliyinin
tabeliyində 19, Təhsil Nazirliyinin tabeliyində isə 13 kitabxana var.
Rayon kitabxanalarında cəmi 75095 nüsxə informasiya resursundan
42504 nüsxəsi kənd kitabxanalarında yerləşir. Kənd kitabxanalarında
kitablar 41242 nüsxə olmaqla, fondun əsasını təşkil edir. Rayon
kitabxanalarında cəmi 55 nəfər mütəxəssisdən 54 nəfəri kənd
kitabxanalarında çalışır. Mütəxəssislər arasında ali ixtisas təhsilli kadrlar
yoxdur. Ali və orta qeyri-ixtisas təhsillilər 11,2%, orta ixtisas təhsillilər
13%, ümumi orta təhsillilər 75,8%-dir. (6.S.75-83)
Dağlıq Qarabağ iqtisadi rayonuna daxil olan Şuşa şəhərində cəmi
29 kitabxana resursu var. Kitabxanaların 18-i kənd yaşayış məntə-
qələrində yerləşir. Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində 2,
Təhsil Nazirliyinin tabeliyində 16 kitabxana var. Kitabxanalarda olan
119065 nüsxə informasiya resursundan 42317 nüsxəsi kənd kitab-
xanalarındadır və cəmi 42317 nüsxə olmaqla, onun əsasını kitablar təşkil
edir. Kitabxana mütəxəssisləri 28 nəfərdir. Onların 17 nəfəri kənd
kitabxanalarında çalışır və 41,2%-i ali və orta-ixtisas təhsilli, 35,3%-i ali
və orta qeyri-ixtisas təhsilli, 23,5%-i isə ümumi orta təhsillidir.
Kəlbəcər-Laçın iqtisadi rayonu Kəlbəcər, Laçın, Zəngilan və
Qubadlı rayonlarını əhatə edir. Azərbaycan ərazisinin 7,5%-i, əhalisinin
isə 2%-dən bir qədər çoxu bu iqtisadi rayonun payına düşür. Iqtisadi
rayona daxil olan bütün inzibati rayonlar erməni işğalı altında olduğun-
dan həmin rayonların inkişafına dair tədbirlər Dövlət Proqramı