XVIII əsrdə və XIX əsrin birinci yarısında Afrika ərazisinin 80,8%-i,
Amerikanın 27,5%-i, Asiyanın 51,5%-i, Okeaniyanın 56,7%-i, Avstraliyanın
100%-i
Avropa dövlətlərinə və ABŞ-a mənsub idi. İngiltərənin
müstəmləkələrinin ərazisi 22,5 milyon kv. km (metropoliyanın öz ərazisindən 75
dəfə çox), əhalisi isə 252 milyon nəfər (metropoliyadan 6 dəfə çox) təşkil edirdi.
İngiltərənin ixracının 30%-i müstəmləkələrin payına düşürdü. 1850-ci ildə
ümumdünya ticarətinin 14,5 milyard markalıq ümumi dövriyyəsinin 5,24
milyard markası İngiltərənin (müstəmləkələrlə birgə), ümumilikdə 4,9 milyard
markası isə Fransa, Almaniya və ABŞ-ın payına düşürdü. 1870-ci ildə 37,5
milyard marka ümumi dövriyyədə İngiltərənin payı 14 milyard marka təşkil edir,
göstərilən üç ölkənin birgə payı isə çətinliklə 12 milyard markaya çatırdı. Sözsüz
ki, həmin dövrdə İngiltərə ən iri müstəmləkəçi dövlət idi və onun imperiyasının
üzərində «Günəş heç vaxt batmırdı».
İngiltərənin dünyada ticarət-sənaye hegemonluğunun mühüm elementi
kreditin sürətlə inkişaf etməsi olmuşdur. İngiltərənin dünya sənayesində və
ticarətində dominant mövqeyi böyük məbləğdə yığımla təmin olunmuşdu və bu,
kreditin inkişafı üçün şərait yaradırdı. XIX əsrdə London xarici dövlətlərin
istiqrazlarının yerləşdirildiyi əsas maliyyə mərkəzinə çevrilmişdi. İngilis
kapitalizmi dünya fabrikantı, taciri, malların daşıyıcısı və bankiri rolunu
oynayırdı. XIX əsrin ortalarında ölkə dünya sənaye məhsulunun təxminən
yarısını istehsal edirdi və burada bir-birinin ardınca sənaye inqilabları baş verirdi,
hərçənd başqa ölkələr bu məsələdə xeyli geridə qalırdı. İngiltərənin
ticarət-sənaye hegemonluğuna Britaniya monarxiyasının iqtisadi siyasəti şərait
yaradırdı. 1840-cı illərədək İngiltərədə xarici mallara yüksək gömrük rüsumu
tətbiq edilirdi. İngilis sənayesi xarici rəqabət qarşısında qorxudan xilas olduqda
isə burjuaziya ticarətə fritrederçilik {ingiliscə:
free trade - azad ticarət)
adlandırılan hədsiz sərbəstlik verildiyini bəyan etdi. Fritrederçiliyin ən əsas
aktlarından biri 1846-cı ildə çörək qanunlarının ləğvi oldu.
Fritrederçilik və Adam Smitin nəzəriyyəsi. Smitin azad ticarət
konsepsiyasının yaxud fritrederçiliyin məzmun tərəfi Bö}4ik Britaniyanın xarici
ticarətində idxal olunan, demək olar ki, bütün malların gömrük rüsumlarından
azad edilməsinə və bunun müqabilində başqa ölkələrin də ingilis mallarının
idxalında gömrük rüsumlarının ləğvi yaxud əhəmiyyətli dərəcədə aşağı
salınmasına hesablanmışdı. Fritrederçilik əsasında İngiltərə 1860-cı illərdə
Fransa, Belçika, İtaliya, Avstriya, İsveç və başqa ölkələrlə bir
134
sıra ikitərəfli müqavilələr bağlamışdı. Fritrederçilik dünya sənayesində,
ticarətində, kreditdə, dəniz daşımalarında İngiltərənin dominant mövqelərini
möhkəmləndirirdi.
Sonrakı nəşrlərdə «Xalqların sərvəti» adlandırılan «Xalqların sərvətinin
təbiətinin və səbəblərinin tədqiqi» kitabında (1176-cı il) A.Smit merkantilistlərin
əsas ehkamlarını, o cümlədən ölkənin sərvətinin cəvahiratdan asılı olduğunu
tənqid etmişdir. Smitə görə, bu cür yanaşma, ölkələr üçün inkişafda geridə
qalmaq təhlükəsi yaradır, çünki sərvət cəvahiratda deyil, istehsalın torpaq, əmək
və kapital kimi inkişaf etmiş amillərindədir. Smit bir ölkənin əmtəəni daha
səmərəli üsulla istehsal edərək, bu əsasda digər ölkələrlə azad ticarət vasitəsilə
reallaşdırüan mütləq üstünlük qazanması
müddəasına əsaslanan mütləq
üstünlüklər nəzəriyyəsini
işləyib hazırlamışdır.
Fritrederçilik üçün ənənəvi olan bu ideyaya istinad edərək, Smit bütün
başqa keyfiyyətləri bərabər olduğu halda, xarici mallar ölkədə buraxılanlardan
ucuz qiymətə satıldıqda, istənilən ölkənin vətəndaşları üçün həmin xarici malları
almağın daha sərfəli olması fikrini əsaslandırmışdır. Smitə görə, iqtisadi artımın
əsasını malların, pulun və adamların sərbəst yerdəyişməsini tələb edən əmək
bölgüsü təşkil edir. Buradan ticarət azadlığının zəruriliyi (sərbəst yaxud liberal
ticarətə nail olmaq üçün onun liberallaşdırılması)
barədə nəticə çıxarılır. Smitə
əsasən, ticarət sərbəstləşdirildikdə, ölkələrin ixtisaslaşması güclənəcək və buna
müvafiq olaraq əmək məhsuldarlığı artacaq, çünki: a) müəyyən növ əmtəəlik
məhsulun buraxılmasında ixtisaslaşan işçi qüvvəsi yüksək peşəkarlıq və təcrübə
qazanır; b) səmərəlilik eynicinsli məhsulun uzun müddət ərzində buraxılması
sayəsində yüksələcək, bu isə, yeni, daha məhsuldar iş metodlarının meydana
çıxmasını stimullaşdıracaq, müəssisələrin bir əmtəəlik məhsul növündən
digərinin istehsalına keçməsi zamanı vaxt itkilərini aradan qaldıracaq və s.
Ölkənin «ixtisaslaşması» məsələsinə gəldikdə isə Smit bu məsələnin müstəqil
olaraq optimal həllini tapa biləcək dünya bazarının qüdrətinə arxalanırdı.
Smit iddia edirdi ki, ölkə məhsulun buraxılışında müəyyən, məsələn, iqlim,
təbiət, torpaq qatı sayəsində «təbii üstünlüklərə»
malik ola bilər, bu isə,
özlüyündə əməyin «təbii» bölgüsü üçün şəraitin mövcudluğu deməkdir. Əvvəlki
əsrlərdə yüksək qiymətləndirilən Şərq ədviyyatı və tropik bitkilər çox spesifik
əmtəələr olmaqla, onları istehsal, ixrac edən konkret dövlətlərlə sıx əlaqəlidir və
bu, həmin ölkələrə «təbii» üstünlüklər təmin edir. Yerin təkində
135