229
Aktyor yalnız müxtəlif obrazlara girən, müxtəlif xarakterlər
yaradan material deyil. O, həm də bütün insanlar kimi bir şəx-
siyyətdir. O, da hansısa laqeyidlikdən inciyə, yaxud qısqanclıq-
dan yaxa qurtarmağa çalışa biləndir. Bəzən onu əhatə edən və
sıxan mühitdən sadəcə baş götürüb gedə bilər. Susub gedər,
yaxud üsyan ediban.
Fuad Poladov əslində qəlbində üsyan etdi, bəlkə də həmin
məqamda bir-neçə kəlmə etiraz da ifadə etdi, amma hələ də o ba-
rədə susur. Bəzən susmaq da nələrisə çox gözəl şəkildə ifadə
etməkdir.
Sevgisini də bu sənətin yollarında tapdı. Tapdı-itirdi. Sev-
diyi özü kimi sənətin yollarında sevə-sevə addımladığı həmkarı
idi. Amma Azərbaycan kişisinə xas xarakterə malik aktyor-
sənətkar Fuad Poladovun istədiyi sadəcə evə gələndə xanımının
onu qarşılaması, gülərüzlə süfrə açıb qulluq göstərməsi idi. İki
sənətkarın həyat yolu buna görə ayrıldı, amma sənətdə bu yol
davam edirdi.
Ailədə adi məişət qayğılarından tutmuş iri həyatıvacib mə-
sələlərə qədər hamısı Fuad Poladovun çiyinlərindədir: “ Ailə
başçısı kimi də yaxşı olmağa çalışıram, ata kimi də, sadəcə, səhnəni
dəlicəsinə sevirəm”.
Yaratdığı saysız-hesabsız teatr rolları içərisində özünün sev-
diyi Napaleon, Hamlet, Sezar, Bunin, Timonla, İblisdir.
Son illər çəkildiyi filmlər “Arxada qalmış gələcək”, “Ov-
sunçu”, “Günaydın, mələyim”, “Güllələnmə təxirə salınır”, “Kü-
çələrə su səpmişəm”, “Aktrisa” filmləridir. Həmkarları ilə mü-
qayisədə onun kino taleyi də rəngarəngdir. Kino az qala olmayan
vaxtlarda belə Fuad Poladov kinosuz qalmayıb, çəkilib.
Son illərin ən çox sevilən obrazıdır “Güllələnmə təxirə Salı-
nır”da Xan: “ Elədir. Mən o cür insanları görmüşəm, onlarla yaxın-
lığım olub. O vaxt bir məhşur “oğru” var idi, ümumittifaq miqyas-
da tanınırdı. “Sanka zver” ləqəbli - adı Cabir idi. Onunla ünsiy-
yətdə olmuşam, dəfələrlə. Yaxın tanıdığım insanlar olub. “So-
230
vetski”də böyümüşəm, məktəb dostlarım da içərişəhərli uşaqlar
olublar.
Bu böyük həyat məktəbi. Əgər o obraz belə canlı alınıbsa,
bunların böyük təsiri var. Həyatda keçdiyin yol var e, həyat uni-
versitetləridir. Onlar insana çox kömək edir. Hələ gənc ikən, uşaq
ikən yan-yörəndə sınan, əyilən, tapdanan, əzilən insanları o qədər
görürsən ki, eyni vəziyyətə düşməməyi öyrənirsən, bu situasiya-
lara düşəndə necə çıxmaq lazım olduğunu öyrənirsən.
Bir dəfə bir həmkarım başqa bir adam haqqında qəzəblə
danışdı mənim yanımda ki, o qoymadı məni inkişaf etməyə, qol-
qanad açmağa. İntiqamımı mən almasam, oğlum alacaq, o, belə, o,
filan... Üstündən az bir müddət keçmiş, müşavirədə bu adam
durdu həmin adam haqda elə yüksək fikirlər dedi ki, mat qaldım.
Çıxanda çalışıb onunla üz-üzə durdum ki, gözlərimin içinə baxsın.
Baxdı... Qulağıma da pıçıldadı ki, “ə..siyasətdi də...”. Tutdum
yaxasından, çəkib özümə tərəf mən də onun qulağına pıçıldadım
ki, “hər şeyin öz adı var, bu siyasət deyil...”
Beləcə “Sovetski”dən başlayan “İstintaq davam edir”, istin-
taq yox, həyat və sənət yolu davam edir. Bu gün Fuad Poladovun
64 yaşı tamam olur. Bunu təbrik kimi qəbul edin, lütfən.
231
232
S
S
S
e
e
e
v
v
v
d
d
d
i
i
i
y
y
y
i
i
i
q
q
q
ı
ı
ı
z
z
z
a
a
a
g
g
g
ö
ö
ö
r
r
r
ə
ə
ə
b
b
b
ı
ı
ı
ç
ç
ç
a
a
a
q
q
q
l
l
l
a
a
a
n
n
n
a
a
a
n
n
n
x
x
x
a
a
a
l
l
l
q
q
q
a
a
a
r
r
r
t
t
t
i
i
i
s
s
s
t
t
t
i
i
i
233
İnsanın müxtəlif hallarının, fərqli ovqatlarının şahidi olandan
sonra onun insanlığı haqda təsəvvür formalaşır. Daha doğrusu,
təsəvvür belə formalaşarsa düzgün olar. Onu həmişə gülərüzlü,
xoşsimalı görmüşəm, amma kövrəlməyinin də şahidi olmuşam,
insanları şənləndirməyinin də, sevincinin də, kədərinin də. Bircə
hirslənməyini bilmirəm. Hərdən mənə elə gəlir ki, Ramiz müəllim
heç hirslənmir. Səhnədə müxtəlif obrazlarına baxmışam, ailədə
oğula-uşağa, qıza-nəvəyə, xanımına münasibətini görmüşəm. Elə
bil hirslənəndə də onu zarafatla ifadə edir, mən belə şahidi oldum.
Görmüşəm ki, el şənliyində zabitlər onu – general Həzi Aslanov-
muş kimi əhatəyə alıblar. Ramiz Novruzov həmin anda özü ol-
mayıb elə Həzi Aslanova dönüb.
Eyni tamaşada iki müxtəlif vaxtlarda kulisə keçib müşahidə
eləmişəm bu aktyoru. Bəhram Osmanovun “Xəcalət” tamaşasının
antraktında birinci dəfə tamaşanın təsirindən ağlaya-ağlaya qucaq-
laşdıq. Üstündən iki il keçəndən sonra həmin tamaşanın antraktın-
da kulisdə səhnəyə çıxmağına sanılı saniyələr qalmış görüşdük. Elə
bildim görüşdüyüm Ramiz Novruz deyildi, onun “Xəcalət” tama-
şasındakı yaratdığı obrazdır. Demək, vaxtı düzgün seçməmişdim,
aktyor artıq obraza daxil olan vaxt gəlmişəm onu görməyə.
Çox nadir sənətkarı xalqın sevdiyi qədər də çalışdığı kollek-
tivdə, ünsiyyətdə olduğu insanlar sevirlər. Qəhrəmanın həmin
nadirlərdəndir.
Dostları ilə paylaş: |