Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə63/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   58   59   60   61   62   63   64   65   66

 
229 
Aktyor yalnız müxtəlif obrazlara girən, müxtəlif xarakterlər 
yaradan  material  deyil.  O,  həm  də  bütün  insanlar  kimi  bir  şəx-
siyyətdir.  O,  da  hansısa  laqeyidlikdən  inciyə,  yaxud  qısqanclıq-
dan  yaxa  qurtarmağa  çalışa  biləndir.  Bəzən  onu  əhatə  edən  və 
sıxan  mühitdən  sadəcə  baş  götürüb  gedə  bilər.  Susub  gedər, 
yaxud üsyan ediban.  
Fuad Poladov əslində qəlbində üsyan etdi, bəlkə də həmin 
məqamda bir-neçə kəlmə etiraz da ifadə etdi, amma hələ də o ba-
rədə  susur.  Bəzən  susmaq  da  nələrisə  çox  gözəl  şəkildə  ifadə 
etməkdir. 
Sevgisini də bu sənətin yollarında tapdı. Tapdı-itirdi. Sev-
diyi özü kimi sənətin yollarında sevə-sevə addımladığı həmkarı 
idi.  Amma  Azərbaycan  kişisinə  xas  xarakterə  malik  aktyor-
sənətkar Fuad Poladovun istədiyi sadəcə evə gələndə xanımının 
onu  qarşılaması,  gülərüzlə  süfrə  açıb  qulluq  göstərməsi  idi.  İki 
sənətkarın  həyat  yolu  buna  görə  ayrıldı,  amma  sənətdə  bu  yol 
davam edirdi.  
Ailədə adi məişət qayğılarından tutmuş iri həyatıvacib mə-
sələlərə  qədər  hamısı  Fuad  Poladovun  çiyinlərindədir:  “  Ailə 
başçısı kimi də yaxşı olmağa çalışıram, ata kimi də, sadəcə, səhnəni 
dəlicəsinə sevirəm”. 
Yaratdığı saysız-hesabsız teatr rolları içərisində özünün sev-
diyi Napaleon, Hamlet, Sezar, Bunin, Timonla, İblisdir.  
Son  illər  çəkildiyi  filmlər    “Arxada  qalmış  gələcək”,  “Ov-
sunçu”, “Günaydın,  mələyim”, “Güllələnmə təxirə salınır”, “Kü-
çələrə  su  səpmişəm”,  “Aktrisa”  filmləridir.  Həmkarları  ilə  mü-
qayisədə onun kino taleyi də rəngarəngdir. Kino az qala olmayan 
vaxtlarda belə Fuad Poladov kinosuz qalmayıb, çəkilib.  
Son illərin ən çox sevilən obrazıdır  “Güllələnmə təxirə Salı-
nır”da Xan: “ Elədir. Mən o cür insanları görmüşəm, onlarla yaxın-
lığım olub. O vaxt bir məhşur “oğru” var idi,  ümumittifaq miqyas-
da  tanınırdı.  “Sanka  zver”  ləqəbli  -  adı  Cabir  idi.  Onunla  ünsiy-
yətdə  olmuşam,  dəfələrlə.  Yaxın  tanıdığım  insanlar  olub.  “So-


 
230 
vetski”də  böyümüşəm,  məktəb  dostlarım  da  içərişəhərli  uşaqlar 
olublar. 
Bu  böyük  həyat  məktəbi.  Əgər  o  obraz  belə  canlı  alınıbsa, 
bunların böyük  təsiri var.  Həyatda  keçdiyin  yol  var e, həyat  uni-
versitetləridir.  Onlar  insana  çox  kömək edir.  Hələ  gənc  ikən,  uşaq 
ikən yan-yörəndə sınan, əyilən, tapdanan, əzilən insanları o qədər 
görürsən  ki,  eyni  vəziyyətə  düşməməyi  öyrənirsən,  bu  situasiya-
lara düşəndə necə çıxmaq lazım olduğunu öyrənirsən.   
Bir  dəfə  bir  həmkarım  başqa  bir  adam  haqqında  qəzəblə 
danışdı  mənim  yanımda  ki,  o  qoymadı  məni  inkişaf  etməyə,  qol-
qanad açmağa. İntiqamımı mən almasam, oğlum alacaq, o, belə, o, 
filan...  Üstündən  az  bir  müddət  keçmiş,  müşavirədə  bu  adam 
durdu həmin adam haqda elə yüksək fikirlər dedi ki, mat qaldım. 
Çıxanda çalışıb onunla üz-üzə durdum ki, gözlərimin içinə baxsın. 
Baxdı...  Qulağıma  da  pıçıldadı  ki,  “ə..siyasətdi  də...”.  Tutdum 
yaxasından,  çəkib  özümə  tərəf  mən  də  onun  qulağına  pıçıldadım 
ki, “hər şeyin öz adı var, bu siyasət deyil...” 
Beləcə  “Sovetski”dən  başlayan    “İstintaq  davam  edir”,  istin-
taq yox, həyat və sənət yolu davam edir. Bu gün Fuad Poladovun 
64 yaşı tamam olur. Bunu təbrik kimi qəbul edin, lütfən. 
  
 
 
 


 
231 


 
232 
S
S
S
e
e
e
v
v
v
d
d
d
i
i
i
y
y
y
i
i
i
 
 
 
q
q
q
ı
ı
ı
z
z
z
a
a
a
 
 
 
g
g
g
ö
ö
ö
r
r
r
ə
ə
ə
 
 
 
b
b
b
ı
ı
ı
ç
ç
ç
a
a
a
q
q
q
l
l
l
a
a
a
n
n
n
a
a
a
n
n
n
 
 
 
x
x
x
a
a
a
l
l
l
q
q
q
 
 
 
a
a
a
r
r
r
t
t
t
i
i
i
s
s
s
t
t
t
i
i
i
 


 
233 
 
 
 
 
 
 
 
 
İnsanın müxtəlif hallarının, fərqli ovqatlarının şahidi olandan 
sonra  onun  insanlığı  haqda  təsəvvür  formalaşır.  Daha  doğrusu, 
təsəvvür  belə  formalaşarsa  düzgün  olar.  Onu  həmişə  gülərüzlü, 
xoşsimalı  görmüşəm,  amma  kövrəlməyinin  də  şahidi  olmuşam, 
insanları  şənləndirməyinin  də,  sevincinin  də,  kədərinin  də.  Bircə 
hirslənməyini bilmirəm. Hərdən mənə elə gəlir ki, Ramiz müəllim 
heç  hirslənmir.  Səhnədə  müxtəlif  obrazlarına  baxmışam,  ailədə 
oğula-uşağa,  qıza-nəvəyə,  xanımına  münasibətini  görmüşəm.  Elə 
bil hirslənəndə də onu zarafatla ifadə edir, mən belə şahidi oldum. 
Görmüşəm  ki,  el  şənliyində  zabitlər  onu  –  general  Həzi  Aslanov-
muş  kimi  əhatəyə  alıblar.  Ramiz  Novruzov  həmin  anda  özü  ol-
mayıb elə Həzi Aslanova dönüb. 
Eyni  tamaşada  iki  müxtəlif  vaxtlarda  kulisə  keçib  müşahidə 
eləmişəm  bu  aktyoru.  Bəhram  Osmanovun  “Xəcalət”  tamaşasının 
antraktında birinci dəfə tamaşanın təsirindən ağlaya-ağlaya qucaq-
laşdıq. Üstündən iki il keçəndən sonra həmin tamaşanın antraktın-
da kulisdə səhnəyə çıxmağına sanılı saniyələr qalmış görüşdük. Elə 
bildim  görüşdüyüm  Ramiz  Novruz  deyildi,  onun  “Xəcalət”  tama-
şasındakı  yaratdığı  obrazdır.  Demək,  vaxtı  düzgün  seçməmişdim, 
aktyor artıq obraza daxil olan vaxt gəlmişəm onu görməyə.     
 Çox nadir sənətkarı xalqın sevdiyi qədər də çalışdığı kollek-
tivdə,  ünsiyyətdə  olduğu  insanlar  sevirlər.  Qəhrəmanın  həmin 
nadirlərdəndir. 
 
 
 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə