Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında


Atası rəhmətə gedincə onu danışdırmayıb



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə59/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   55   56   57   58   59   60   61   62   ...   66

 
216 
Atası rəhmətə gedincə onu danışdırmayıb 
 
Orta  məktəbi  bitirəndən  sonra  hamı  elə  bilirdi  ki,  o,  hərbçi 
olacaq,  çünki  nəsillərində  daha  çox  hərbiçilər  yetişərdi.  Atası  isə 
onun  hüquqşünas  olmasını  istəyirdi.  Aktyor  olmaq  ağlının  ucun-
dan da keçməzdi.  Hər şey Bakıda “26-lar adına teatr dərnəyi”ndən 
başladı.  Hüquq fakültəsinə qəbul olunmaq üçün imtahanlardan da 
keçmişdi  artıq,  qəbul  kağızını  dərnəyin  rəhbəri  Lütfi  Məmməd-
bəyov  alıb cırıq-cırıq eləyib atdı, sən yaxşı aktyor olacaqsan - dedi.  
Nurəddin  sənədlərini  alıb  İncəsənət  institutuna  verdi  və  qəbul 
oldu.  Bunu  eşidən  atası  rəhmətə  gedincəyə  qədər  oğlu  ilə  kəlmə 
kəsmədi, Nurəddin evdən heç bir maddi köməklik görmədi.  Həm 
oxudu,  həm  işlədi.  Sərt ataların  oğulları sərt həyatla  çarpışıb qali-
biyyət qazanar.  
Adil İsgəndərovun son kursunun tələbələrindən olub Nurəd-
din  Mehdixanlı.  Ustadı  Ələsgər  Ələkbərova  oxşadarmış  onu,  de-
yərmiş  ki,  yaxşı  aktyor  olacaqasan.  Vaqif    filmini  çəkmək  istəyir-
miş,  bu  barədə  aktyorla  söhbətlər  aparır,  onu  bir  növ  Vaqif  üçün 
hazırlayırmış,  amma  ömür  vəfa  etmir,  Adil  İsgəndərov  dünyasını 
dəyişir. 
Əsgərlikdə ordu teatrında məşğul olur, yenə tamaşalar, yenə 
rollar. İki ildə dörd böyük tamaşa qoyulur və o tamaşalarda oyna-
yır, aktyor-əsgər kimi verilişlərə çıxırdı.  
 
 
Nurəddin Mehdixanlı televiziyada  
 
Aktyoru, sənətkarı xalqa, kütləyə tanıdan televiziyadır. Sovet 
vaxtı bir televiziya o missiyanı çox böyük ləyaqətlə yerinə yetirər-
di.    Sənətkarını  tanıdırdı  millətə,  xalqa.  Bu  gün  telekanal  bol-
luğudur,  amma  tamaşaçıya  kimi,  nəyi  təbliğ  edirlər  bəlli  deyil.  
Orta  və  yaşlı  nəsil  Nurəddin  Mehdixanlını  heç  teatra  ayaq 
basmadan  tanıyıb,  Azərbaycan  Dövlət  Televiziyasında  Ə. 
Əhmədovanın  "Pəncərədə  işıq"  (Toğrul),  C.Cabbarlının  "Solğun 


 
217 
çiçəklər"  (Bəhram),    N.Həsənzadənin  "Kimin  sualı  var?"  (İlham), 
B.Vahabzadənin "Vicdanla üz-üzə" (Hakim) obrazları ilə.  Hər biri 
fərqli xarakterli obrazlardır.  
 
 
Teatrda və kinoda 
 
Teatr  səhnəsində  bəlkə  də  Nurəddin  Mehdixanlının  bəxti 
televiziyadakı qədər gətirməyib. Rolları çoxdur, əvəllər də, indi də.  
Az sayda televiziya tamaşasındakı olan rəngarənglik çoxsaylı teatr 
tamaşalarında müşahidə olunmur.  Mən onun oynadığı, amma yal-
nız özümün gördüyüm tamaşaları və rolları sadalayacam. Xasay və 
Hidayət  xan  ("Xurşidbanu  Natəvan",   İlyas  Əfəndiyev),  Kamran 
("Unuda  bilmirəm",   İlyas  Əfəndiyev),  Təbriz  ("Büllur  saray-
da",   İlyas  Əfəndiyev),  Böyük  bəy  ("Mahnı  dağlarda  qaldı",   İlyas 
Əfəndiyev), 
Aydın 
("Aydın",  
Cəfər 
Cabbarlı), 
Ərtoğrul 
("Afət", Hüseyn  Cavid),  Gur  Şad  ("Özümüzü  kəsən  qı-
lınc",   Bəxtiyar  Vahabzadə),  Yaralı  əsgər  ("Hələ  "sevirəm"  demə-
mişdilər…",  R.Novruz),  Rəşid  Axundov  ("Brüsseldən  mək-
tudlar",   Həsən  Həsənov),  Bəbir  bəy  ("Dirilən  adam", Mir  Cəlal), 
Şəmistan  ağa  ("Ölüləri  qəbiristanlıqda  basdırın", İsmayıl  Şıxlı), 
Vətən ("Xəcalət",  Hüseynbala Mirələmov), Tağıyev ("Mesenat", Əli 
Əmirli),  Xan  ("Lənkəran  xanının  vəziri",   Mirzə  Fətəli  Axundov), 
Əmir Teymur  ("Əmir Teymur",  Hüseyn Cavid). 
Gənclik  illərində  oynadığı  lirik  qəhrəmanları  çıxmaq  şərtilə, 
mən  bir  tamaşaçı  kimi  Nurəddin  Mehdixanlı  kaloritinə  yalnız 
Bəbir  bəy  ("Dirilən  adam", Mir  Cəlal),  Şəmistan  ağa  ("Ölüləri 
qəbiristanlıqda 
basdırın",  
İsmayıl 
Şıxlı), 
Vətən 
("Xəca-
lət",     Hüseynbala  Mirələmov),  Gur  Şad  ("Özümüzü  kəsən  qılınc", 
Bəxtiyar  Vahabzadə),  Yaralı  əsgər  ("Hələ  "sevirəm"  deməmiş-
dilər…",  R. Novruz)  bu obrazları yansıta bildim.   
Bu aktyor  əsil kişi obrazları – Bəbir bəy, Şəmistan ağa , Azər-
baycan  xanlarının  obrazları  və  bir  də  Qarabağ  müharibəsinin 


 
218 
mərd-qəhrəman  döyüşçülərini    yaratmaq  üçün  yaranıb.  Bir  anlıq 
Nurəddin Mehdixanlını Cahandar Ağa obrazında  təsəvvür edin.  
Nə  yazıq  ki,  belə  bir  sənətkarın  yaradıcılığının  qaynr  vaxtı 
Azərbaycan  kinosunun  lam  vaxtına  düşdü.  Xəcalətlə  deyirəm  ki, 
cəmi  26  filmə  çəkildiyi  yazılsa  da  onlardan  da  yalnız  ikisini  xa-
tırlaya bildim -  Cavad xan (film, 2009) filmində Cavad xan obrazı 
və  Cavid ömrü (film, 2007) filmində Əhməd Cavad.  
 
 
Ailə 
 
Bu bölümə  çatdıq. Bayaq dediyim 17 uşağın hamısı ailə qu-
rub,  ən  gec  evlənən  Nurəddin  Mehdixanlı  olub,  31  yaşında,  hər-
çənd kiçiklərdən deyil.  
Oxucu  məndən nə  tələb  elədiyini eşidirəm,  amma  qəhrəma-
nımın  da  öz  prinsipləri  var,  hər  iki  tərəfə  hörmətlə  yanaşmaq  sa-
dəcə borcumdur. Odur ki, bunları deyə bilərəm. Hər biz Azərbay-
can  kişisi  kimi  qəhrəmanım  da  ailəni  müqəddəs  bilir,  ailəlidir, 
övladları  da  var.  Azərbaycan  kişisinə  xas  xarakterlə  bu  barədə 
detallara varmağı arzu etmir.  
 
 
Pafos barədə  
 
Bilirəm oxucu bir məqama da toxunmağımı istəyir.  Dəfələrlə 
Nurəddin  Mehdixanlı  barədə  söhbətlərdə  bu  sözün  şahidi  olmu-
şam – çox pafosludur. Özüm də hansısa obrazı barədə bu fikri yaz-
mışam  bir  vaxtlar,  amma  bu  gün  gəldiyim  qənaət  budur-  hər  bir 
aktyorun öz obrazları var, tam fərqli də ola bilər, oxşar da, ampula 
demək  istəmirəm,  sadəcə  Nurəddin  Mehdixanlı  yerində  olanda 
möhtəşəm  olur.  Həm  də  təkcə  o,  yox,  hər  kəs,  illah  da  aktyor  ye-
rində olanda. Onu yerinə isə rejissor qoyar, özü heç vaxt bunu edə 
bilməz,  bunu  daxilən  görə  bilər,  həyata  keçirə  bilməz,  çünki 
rejissordan  asılıdır.    “Xəcalət”də  Vətəni    pafossuz  realizə  edir.  


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə