Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə56/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   52   53   54   55   56   57   58   59   ...   66

 
205 
 
 
 
 
 
 
 
 Atası aktyorluğu bitirib, amma sənətinin arxasınca getməyib
ailəsini saxlamaq üçün müxtəlif işlərdə çalışıb. Anası bağça müəlli-
məsidir, amma əsasən uşaqlarına baxıb, iki qız, bir oğlan. Mehriban 
ikinci uşaq olub ailədə, ikinci qız. Ailədə hamıdan çox diqqət tələb 
edən bu arıq, çəlimsiz, tez-tez xəstələnən qıza elə gəlirdi ki, həmişə 
də  diqqətdən  kənarda  qalır.  Xüsusən  də  üçüncü  uşağın  oğlan  ol-
mağı  onu  ata-anasından  umduğu  bütün  sevgi  və  diqqətdən  məh-
rum eləyib. Hər halda, qız belə düşünürdü. Əslində isə iki qızın və 
bir  oğlanın  böyüdüyü  bu  ailədə  məqsəd  uşaqların  hər  üçünün 
təhsilli və tərbiyəli böyümələri idi.  
Mehriban orta məktəbdə yaxşı oxuyurdu. Çoxlu mütaliəsi də 
vardı, evdə əlinə keçən bütün kitabları nəzərdən keçirər, sonra ki-
tabxanalara, kitab mağazalarına üz tutardı. Təbii ki, əsas əl altında 
olan  evdəki  kitablardı,  onlar  da  atasının  təhsilinə  uyğun,  mədə-
niyyət və incəsəntlə bağlı kitablar olardı.  
Şüuraltı  bilirdi  ki,  atası  onun  aktrisa  olmasını  istəməz,  ona 
görə  də  həmin  kitabları  elə-belə,  maraq  xətrinə  oxuyardı.  Kino, 
teatrla bağlı atasının abunə olduğu jurnalları isə lap çox sevərdi. 
Bir də hüquqla bağlı ədəbiyyata meyli vardı. Görünür, xarak-
tercə ədalətli, prinsipial, düzgünlük sevər olması burda öz işini gö-
rürdü.  Mehriban  daxilən  hüquq  sahəsinə  yönəlirdi,  kiminsə  tap-
danmış  hüququnun,  qanunların  müdafiəsi  üçün.  Hərdən  insanla-
rın psixologiyasını öyrənmək üçün bəlkə psixoloq olum  - deyə dü-
şünürmüş, amma aktrisa olmaq ağlının ucundan belə keçməzmiş.  
Orta  məktəbi  bitirib  sənədlərini  Universitetin  filologiya  fa-
kültəsinə verir. Bu, qərarsızlıqdan irəli gəlir. Olur adamda, müəy-
yən  bir  məsələdə  qərar  verə  bilmirsən,  elə  bil  Tanrı  bunu  görüb, 


 
206 
özü  səni  yönləndirməyə  başlayır.  Mehribanı  da  Tanrı  yönləndirir. 
Filologiyaya  qəbul  olmaq  üçün  balı  çatmır,  o  vaxtkı  təhsil  sistemi 
ilə  müsabiqədən  keçmir.  Kursa  gedib  stenoqrafiyanı  öyrənir,  bir 
müddət  makinaçı  işləyir.  Maliyyə  nazirliyində  karqüzarlıqla  məş-
ğul  olur  və  ordan  göndərişlə  sənədlərini  Xalq  Təsərrüfatı  İnstitu-
tuna  verir.  Qəribədir,  deyilmi?  Özünə  də  qəribə gəlirmiş...  İki im-
tahandan keçir, üçüncüyə gecikir və imtahana buraxılmır. Sevincək 
qayıdır evə ki, kəsildim. Evdəkiləri dərd götürür, bu qız orta mək-
təbi  yaxşı  qiymətlərlə  başa  vurub,  bəs,  niyə  taleyi  belə  gətirir,  ali 
məktəbə qəbul oluna bilmir.  
Mehriban  vəzyyəti  belə  görüb  içindən  gələn  bir  hisslə  deyir 
ki, qoyun İncəsənət İnstitutuna gedim, teatrşünas olmaq istəyirəm. 
Görünür,  valideynlər  qızın  heç  yerə  qəbul  oluna  bilmədiyini  öz-
lərinə o qədər dərd ediblərmiş ki, Mehribanın bu istəyinə qarşı çıxa 
bilməyiblər. Düşünüblər ki, təki bu qız axır bir yerə qəbul olunsun.  
“Teatrşünaslığa iki yerə 15 nəfər sənəd vermişdi, verdim akt-
yorluğa,  valideynlərimə  dedim  ki,  oranı  bitirəcəm,  amma  sənət-
şünas  olacam.  İmtahanı  Həsənağa  müəllim  Turabov  götürmüşdü, 
elə bildim müəllimim də o olar sevinmişdim. Böyükağa Kazımov, 
Məhəmməd  Verdiyevdən  dərs  aldım.  Ağakişi  Kazımov  da  bizə 
dərs deyib. Ən böyük şansım o oldu ki, 3-cü kursdan gəlib “Yuğ” 
teatrına düşdüm, Vaqif müəllimin yanına”.  
Təsəvvür  eləyin,  uşaqlıqdan  bəri  nə  istədiyini  bilməyən,  nə 
isə  axtaran,  arayan,  amma  nəyi  aradığını  özü  də  müəyyən  edə 
bilməyən  qızcığaz  oxuduğu  ali  məktəbdə  də  özünə  maraq  dairəsi 
tapa bilmir. Orda da özünü yerində hiss etmir. Niyə bu qədər yük-
lüdür, narahatdır, niyə oturuşa bilmir bu qız?  - özünün də özünə 
verdiyi, amma cavab tapa bilmədiyi suallar idi. Bir dəfə hətta insti-
tutda  Şəfiqə  Məmmdova  (Mehribana  dərs  deməyib,  amma  Şəfiqə 
xanımda  belə  bir  maraqmı  deyim,  qabiliyyətmi,  orda  təhsil  alan 
bütün tələbələri izləyir, duyur, onların gizli aləmlərindən xəbərdar 
olur  və  bir  gün  bunu  özlərinə  deyirdi)  ona  demişdi  ki,  elə  bil  bə-
şəriyyətin  yükü  sənin  çiyinlərindədir,  bəşəri  bir  suala  cavab  axta-


 
207 
rırsan,  nədir  səni  belə  incidən?  Mehriban  bilmirəm  –deyə  cavab 
verib.  
Belə  bir  tələbə  Vaqif  İbrahimoğlunun  marağına,  sərhədsiz 
suallarına tuş gəlir və hədəf bu maraqdan çox məmnun olur. Elə bil 
onun illərdir özündə arayıb tapmaq istədiklərini Vaqif İbrahimoğlu 
onun özündə tapır və çıxardıb göstərir ki, bunlar səndə var, sən bu-
nun üçün yaranmısan ki, onları sənətində göstərəsən. 
Bu  da  Vaqif  İbrahimoğlu  ustadlığı  idi,  heç  kimin  görə  bil-
mədiyini görürdü yetirmələrində, üzə çıxardıb özlərini özlərinə ta-
nıdır  və  gənclərdə  özünəinam  yaradırdı.  Bu  səbəbdən  də  özü-
nütəsdiqi  onun  yanında  tapan  gənc  bir  daha  o  əhatədən  çıxa  bil-
mirdi. Buna Vaqif İbrahimoğlu estetikası deyilir. Bu gün çoxlu ye-
tirmələri  var  bu  estetikanın,  amma  davamçı  yoxdur.  Bir  qığılcım 
idi  yandı,  çox  gəncləri  alışdırdı,  onlar  indi  yanıb-yanıb  qalıblar 
Vaqif İbrahimoğlusuz, tüstülənə-tüstülənə.  
Vaqif  İbrahimoğlu  odunun  atəşinə  qızınan,  o  oda  yanan 
Mehriban  Zəki  də  10  il  alovlandı,  alov  dilləri  ərşə  çıxdı.  Onun 
“Qanlı  Nigar”  tamaşasına  baxandan  sonra  Vaqif  İbrahimoğlu  atə-
şinə düşən aktrisa elə bildi ki, elə ömür boyu belə də davam edəcək 
hər  şey.  Onunla  söhbətdən  sonra  bağlandı  “Yuğ”  teatrına.  “Bura 
mənim teatrımdır”- dedi.  
Şəhriyarın  “Heydərbabaya  salam”  tamaşasıYuğda  gördüyü 
ilk tamaşa idi. “Elə bil məni aldılar harasa apardılar, hansısa proses 
getdi  mənim  mənəvi  dünyamda  və  qaytardılar”.  “Dədə  Qor-
qud”dan  “Bamsı  Beyrək  boyu”nu  hazırladı  Vaqif  müəllim. 
Mehriban  tamaşada  sazla  nəql  edirdi  əhvalatı.  “Bütün  dastanı 
başdan-ayağa  öyrənmişdim.  Hamının  rolunu  bilirdim.  Belə-belə 
tamaşa arxasınca tamaşa, bağlandım”. 
Valideynləri  bir  də  görürlər  ki,  Mehribanı  “Yuğ”un  səhnə-
sindən  ayırmaq  qeyri-mümkündür,  özü  demiş,  artıq  taleləri  ilə 
barışırlar. “Sirlər xəzinəsi”, “Səma”, “Açar” tamaşaları. Beləcə 10 il. 
Sonra  daha  bir  10  il  “İbrus”  teatrında  keçir.  “Yuğ”da  işləyə-
işləyə R.İbrahimbəyovun dəvəti ilə “İbrus”da “Şirəbənzər” tamaşa-
sında rol alır. Sonra daha bir tamaşa, ilk vaxtlar Vaqif İbrahimoğlu 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə