Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə53/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   49   50   51   52   53   54   55   56   ...   66

 
193 
dəfələrlə canlı ünsiyyətdə olmuşam. Dəflərlə haqqında yazmışam, 
dəfələrlə söhbətləşib, hal-əhval tutmuşam.  O qədər diqqətcil, köv-
rək, həssas, mehriban insan idi ki, bir az görünməyəndə özü adamı 
axtarırdı:  “Qızım,  hardasan?  Səsin  gəlmir.  Dedim,  birdən  kimsə 
hansı yazından sonrasa sənə pislik edər, xəbərimiz olmaz”. Bunu  o 
vaxt  demişdi  ki,  onun  Milli  Dram  Teatrının  direktorluğundan 
çıxarılmasından  sonra  teatra  heç  aidiyyatı  olmayan  insanlar 
rəhbərlik edirdi, onlar işçiləri incidir, haqsız olaraq işdən çölə atır, 
kassadan  bilet  pullarına  qədər  oğurlamağa  cəsarət  edirdilər.  Mən 
də  bunları  yazmışdım  və  sonra  bir  neçə  günlük  istirahətə  get-
mişdim.   Həsən  Turabov elə  bilmişdi  ki,  yazdıqlarıma  görə  kimsə 
məni işdən çıxartdırıb. Belə insan idi.  
İlk  dəfə  onunla  müsahibə  almaq  istəyimi  bildirib  tanış 
olanda, kobud cavabla rastlaşmışdım, dəstəyi də başıma çırpırmış 
kimi yerə qoymuşdu. Çox qeyzlənmişdim, düşündüşm ki, belə bir 
sənətkar  necə  pis  adam  imiş.  Bir  yazı  hazırlamaq  fikrinə  də  düş-
müşdüm.  Bir  saat  sonra  redaksiyaya  İlham  Rəhimli  gəlməsəydi, 
bəlkə də sənətkar mədəniyyətsizliyi barədə yazım dərc olunacaqdı. 
Sağ  olsun  İlham  Rəhimli  izah  etdi  ki,  Turabovun  oğlunun  faciəli 
ölümündən  sonra  jurnalistlərə  qəzəbi  soyumayıb,  çünki  ondan 
müsahibə alan bir jurnalistin “Oğlunuzun ölümünü eşidəndə hansı 
hissləri  keçirdiniz?”  sualı  onun  qəlbini  möhkəm  yaralayıb.  İlham 
Rəhimli mənə müsahibə verməsi üçün Turabovun razılığını aldı. O 
vaxt  Milli  Dram  Teatrında,  onun  direktor  kabinetində  görüşdük. 
Çox gülər üzlə qarşıladı məni, çay içə-içə, səmimi söhbət etdik. İndi 
haqqında yazacaqlarım da  o vaxt özünün mənə danışdıqlarıdır. 
Həsən  Turabov  Bakıda  1938-ci  ildə  martın  24-də  dünyaya 
gəlib. Çox sadə, adi bir ailədə. Anası evdar qadın, atası sadə əmək 
adamı olub.  İki qardaş olublar. Böyük Vətən Müharibəsinin ağır il-
ləri  onların  uşaqlıq  illərinə  düşüb.  Bununla  belə  Həsən  orta  mək-
təbi  bitirib  və  Teatr  İnstitutuna  daxil  olub.  Riyaziyyatı  çox  gözəl 
bildiyindən  hamı  düşünürdü  ki,  Həsən  riyaziyyatçı  olacaq.  Məh-
lədə  oturub-durduğu  dostlar  arasında  ən  çox  ünsiyyətdə  olduğu 
Siyavuş  bir  gün  Həsəni  özü  ilə  dram  dərnəyinə  aparır.  Hər  gün 


 
194 
sonradan məşhur Siyavuş Aslan olacaq dostu Siyavuşun dərnəkdə 
oynadığı  rollara  baxmağa  gedən  Həsən  bir  gün  görür  ki,  özü  də 
səhnədədir.  Siyavuşun  toppuş  görkəmi,  komik  rolları  onda  da 
xüsusən  komediya  janrına  meyl  yaradıb.  Məhz  komik  rollar 
oynamaq  üçün  Teatr  İnstitutuna  daxil  olub  dörd  il  Mehdi 
Məmmədovdan aktyorluq dərsi alır.  
Yaxşı  diksiyası  olduğu  üçün  elə  tələbə  ikən  onu  radioda  işə 
götürürlər.    Diplom  tamaşasında  oynadığı  Hacı  Qəmbər  obrazı 
onun  teatr  taleyini  müəyyənləşdirir.  Həmin  tamaşanı  Adil  İs-
gəndərov  görür  və  Həsən  Turabovu  teatra  dəvət  edir.  O  vaxtlar 
teatrln  aktyor  truppasına  işə  götürülmək  çox  çətin  məsələydi.  
Buna görə də Həsən Turabov dərhal radiodakı işdən çıxır və teatra 
gəlir.  Adil  İsgəndərov  onun  Mehdi  Məmmədovun  tələbəsi  oldu-
ğunu  biləndə  aktyor  kimi  işə  götürmək  fikrindən  daşınır.    Mehdi 
Məmmədovla  Adil  İsgəndərovun  soyuq  münsibətləri  təəssüf  ki, 
sənətə  də  sirayət  edirmiş.  Onu  köməkçi  heyətə  işə  götürən  Adil 
İsgəndərov az müddətdən sonra Turabovu aktyor kimi təsdiq edir. 
Eyni dövrdə aktyor filmlərə dəvət almağa başlayır.  
Teatrda, kinoda tanınmış aktyor bir gün alman dili müəllimə-
si  Solmaza  aşiq  olur.  Turabovun  bu  barədə  dodaqküncü  gülüm-
səməklə  danışması  indiyə  qədər  gözlərim  önündədir:  “Atası  dedi 
ki, mən mütrüfə qız vermərəm.” Mən də maraqla soruşdum:  - Bəs, 
necə  oldu,  evlənmədiniz  o  qızla?  “Necə  evlənmədim,  götürüb 
qaçdım, indi üç övladımın anasıdır, üç idi, indi iki övladım var”. 
Turabov  xasiyyətcə  mülayim  olduğu  qədər  də  prinsipial  və 
öz prinsiplərinə sadiq adam olub. Bu səbəbdən də 61-ci ildə aktyor 
kimi  teatra  işə  götürülən  adam  62-ci  ildə  rejissor  Nəsir  Sadıqzadə 
ilə “Qaçaq Nəbi” pyesində Nəbi rolunu məşq edərkən sözləri düz 
gəlmədiyindən  ərizə  verib  işdən  çıxır.  Birbaşa  Odessa  Dənizçilik 
İnstitutuna  gedən  və  qəbul  olan  Həsən  elə  həmin  il  Mehdi  Məm-
mədovun təkidi ilə yenidən teatra qayıdır. Dənizçilik İnstitutu qalır 
yarmçıq. Ondan sonra uzun illər Milli Dram Teatrının səhnəsində 
xüsusən baş rollarda oynayır. Teatra Həsən Turabovun timsalında 
yeni  estetika  gəlir.  Azərbaycan  teatrının  səhnəsində  Tofiq  Kazı-


 
195 
movun təbirincə desək “adam dilində”, yəni pafosdan uzaq, həyat-
da  olduğu  kimi  danışmağın  əsasını    Həsən  Turabov  qoyur.    İlk 
dəfə  Turabov  sübut  edir  ki,  fikri  çatdırmaq  üçün  qışqırmaq  lazım 
deyil. İlk rollardan onun teatra gəlişi barədə xəbərlər yayılır, artıq 
tamaşaçılar bu aktyoru görmək üçün teatra gəlirlər.   
Həsən Turabov gözəl aktyor idi, amma futbol, bir də şahmat 
oynamağı  çox  sevərdi.  Şahmat  oynayanda  onun  fikrini  yayındıra 
bilən yeganə qüvvə isə nəvəsi Daşqın idi. 
Daşqın əslində Turabovun böyük oğlunun adıdır. Turabovun 
iki  oğlu,  bir  qızı  vardı.  Bayaq  özündən  gətirdiyim  sitatda  dediyi 
kimi  üç  idi,  indi  ikidir.  Oğlanlarının  hər  ikisi  hüquqşünasdır. 
Böyük  oğlu  Daşqın  Siyəzəndə  vəzifə  başında,  1997-ci  ilin  mart 
ayında  qəhrəmanlıqla  həlak  olub.  Onun  Ülkər  adlı  bir  qızı  qalır. 
İkinci oğlu indi də həmin orqanlarda çalışır. Turabovun qızı Sevinc 
isə anası kimi alman dili müəlliməsidir.  
Daşqın  indi  Sevincin  oğlunun  adıdır.    Həsənağa  Turabov 
oğlunun  həlakından  sonra  uzun  illər  ürək  ağrılarından  əziyyət 
çəkdi.    İlk  və  son  dəfə Milli  Dram  Teatrına  seçki  yolu  ilə  direktor 
seçilmiş  Həsənağa  Turabov  İranda  ürəyindən  əməliyyat  olundu. 
Ondan  sonra  cəmi  dörd    il  yaşadı.  Həmin  əməliyyatdan  sonra 
həkim üç il ömür vəd edir. O dörd ildə Həsənağa nəvəsi Daşqınla 
nəfəs alır, ondan oğlunun qoxusunu alırdı. O dörd il onun yaradıcı 
fəaliyyətinin çox qısa bir dövrü oldu. Əsasən rəhbər kimi fəaliyyət 
göstərirdi.  Elə  bir  rəhbər  ki,  indi  eləsini  tapmaq  çox  çətindir.  
Böyük  kollektivə  rəhbərlik  edəsən,  sən  içəri  girəndə  o  kollektiv 
qorxudan deyil, nüfuza hörmətdən ayağa qalxsın. “Turabov gəlir” 
deyəndə  hamı  özünü  yığışdırsın.  Həm  də  yuxarı  dairələrdə  sənin 
nüfuzun  rol  oynaya.  Səninlə  hesablaşalar,  qəbul  etməyələr,  səni 
rəhbər  görmək  istəməyələr,  amma  bununla hesablaşmağa  məcbur 
olalar.  Sənə görə teatr boyda bir mədəniyyət nüfuzdan salınmağa 
başlaya,  sıxalar,  çərçivə  günü-gündən  darala,  sənin  şəxsiyyətinə 
zərrə  qədər  xələl  gəlməyə.    Şəxsiyyətin  oynadığın  obrazlara  da 
hopa. Aldığın adların, diplomların sayı-hesabı olmaya. Səni çağırıb 
“ərizəni  yaz”  deyilməyini  gözləmədən  özün  ərizəni  yazıb 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə