Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə50/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   46   47   48   49   50   51   52   53   ...   66

 
181 
Faciə ardınca faciə 
 
Ailədə də hər şey yaxşılığa doğrudur. İllər sonra 1947-ci ildə 
ilk qız övladları – Lalə dünyaya gəlir. 1964-cü ildə isə ikinci qızları 
olur. Ofeliya Bədirbəyli daha bir maraqlı hadisəni xatırlayır. Hərbçi 
olan və müharibəyə gedən atası haqqında 1943-cü ildə itkin xəbəri 
gəlir. Bikə xanım adət-ənənəyə sadiq qalaraq həyat yoldaşının ya-
sını saxlayıb, qırxını verir. 4 ildən sonra gözlənilməz bir hadisə baş 
verir. Sara Qədimova ilə Leyla Bədirbəyli yaxın rəfiqə olublar. Hət-
ta  evləri  yaxın  olduğu  üçün  Filarmoniyaya  da  birlikdə  gedib 
gələrdilər. Bir gün onlar Sara xanımgildə olarkən telefon zəng çalır. 
Ondan Leylagilin orada olduqları barədə soruşurlar və deyirlər ki, 
Leylaya  qəfil  deməyin,  atası  qayıdıb.  Sara  xanım  çaşır,  bilmir  nə 
etsin  və  Kamili  çağırıb  ona  deyir.  Stol  arxasında  oturarkən  Kamil 
deyir:  “Yeməyimizi  burada  yedik,  çayı  da  gedək  anangildə  içək”. 
Evə  yaxınlaşanda  Sara  Qədimova  deyir:  “Leyla,  gedək  evə  görək 
ki, atan qayıdıb”. O isə: “Nə danışırsan, elə şey olar? Atamın xəbəri 
3-4 il əvvəl gəlib”. Pilləkənləri qalxanda Sara xanım fikirləşirdi və 
həyəcan  keçirirdi  ki,  Leyla  atasını  sağ  və  salamat  geri  dönmüş 
görəndə nə edəcək: “Qapını açanda gördü ki, evdə çoxlu adam var. 
Əvvəl qorxdu, elə bildi, anama nə isə olub. Ancaq içəri girib atamı 
görəndə qışqırıb ağladı və ürəyi getdi”. 
Leyla Bədirbəylidən Tanrı heç nəyi əsirgəməmişdi. Çox gözəl 
idi,  istedadlı  idi.  Onu  sevən,  anlayan,  qiymətləndirən  və  həyatın  
bütün  təzyiqlərindən  qoruyan  həyat  yoldaşı  vardı.  55  il  bir  yerdə 
xoşbəxt, qayğısız həyat sürmüşdülər. İki qız övladları vardı. Bütün 
bunlar  Leyla  xanımın  təravətli  qalması  üçün  stimul  idi.  Bir  gün 
həyat  yoldaşı  ona  “sənə  yeni  maşın  almaq  üçün  Almaniyaya  ge-
dəcəm”  –  deyir.  Leyla  xanım  maşınları  olduğu  üçün  etiraz  edir-
neyniyirsən yeni maşını, mənə bu da bəsdir-deyir. Kamil – o maşın 
daha sənə yaraşmır-cavabını verir və sabah Almaniyaya biletlə evə 
gəlir.  Hər  şey  bir  göz  qırpımında  olurmuş.  Ailənin  böyüyü  sözü 
deyir, biletlə gəlir və səhəri Almaniyaya yola düşür. O, maşını alır, 
yol  uzun  olduğu  üçün  məsuliyyəti  öz  boynuna  çəkməyib  orda 


 
182 
yaşayan  bir  dostu  ilə  Bakıya  doğru  yola  çıxırlar.  Yağışlı  havada 
necə  olursa  maşın  sürüşüb  yoldan  çıxır  və  hər  ikisi  qəzada  həlak 
olur. Onun cənazəsi Bakıya gələndə Leyla xanım şoka düşür.  
Ərini  ürəkdən  sevən  həyat  yoldaşı  üçün  bu  itkiyə  dözmək 
çox çətin olur. Ancaq bu, bəs etmirmiş kimi, dərd üzərinə daha bir 
dərd  gəlir...  Heç  bir  il  keçməmiş  buna  bənzər  daha  bir  faciə  baş 
verir.  Leyla  Bədirbəylinin  böyük  qızı  Lalə  xanımı  Kukla  Teatrının 
qabağında  maşın  vurur.  Övlad  itkisi  də  ananın ürəyinə  dağ  çəkir. 
İki  böyük  itki  Leyla  xanımın  ömrünü  şam  kimi  əritməyə  başlayır. 
Bu iki ölümdən sonra o özü də tədricən ölməyə başlayır. Həyatdan 
küsür. Ər, övlad itkisindən sonra özünə qapanır. 3-4 il isə ümumiy-
yətlə, evdən çölə çıxmır. Onun üçün artıq heç nəyin marağı yox idi. 
Nə televizora baxırdı, nə də mütaliə edirdi. Hətta kimləsə görüşüb 
danışmaq belə istəmirdi.  
Bunu  eşidən  ölkə  başçısı  o  vaxt  Leyla  Bədirbəyliyə  “İstiqlal 
ordeni”ni təqdim etmək üçün onu evdən çıxarda bilir. İllər ərzində 
bu görüş, bu evdən çıxma ilk və son dəfə olur. Yenə özünə qapanır. 
Onu həmin təqdimetmə mərasimindən görənlər Leyla xanımın ni-
yə evə qapıldığını  yaxşı anlayırdılar.  Azərbaycan  gözəli  belə  dərd 
içində,  yaşlı,  miskin  kimi  yaddaşlarda  qalmaq  istəmir.  Onu  əv-
vəlki, Gülçöhrəli Leyla kimi xatırlamalarını istəyir.  
1999-cu  il  noyabrın  23-də  Leyla  Bədirbəyli  gözlərini  əbədi 
olaraq yumur. Dünyasını dəyişən gün də o, heç kimlə danışmayıb. 
Hamıdan,  həyatdan,  taleyindən  küskün  şəkildə  sadəcə  gözlərini 
yumub və gedib.  
İndi onun adını kiçik nəvəsi daşıyır. 


183 


 
184 
İ
İ
İ
n
n
n
c
c
c
i
i
i
k
k
k
,
,
,
 
 
 
i
i
i
n
n
n
a
a
a
d
d
d
k
k
k
a
a
a
r
r
r
,
,
,
 
 
 
 
 
 
k
k
k
ö
ö
ö
v
v
v
r
r
r
ə
ə
ə
k
k
k
 
 
 
q
q
q
ə
ə
ə
r
r
r
i
i
i
b
b
b
 
 
 
 


 
185 
 
 
Bir taleyin oyununda... 
 
Tale deyilən nəsnə yaranışdan insanın  əlində deyil, ola bilər 
ki,  ağlınla  hadisələrə  cüzi  təsir  göstərib  onu  öz  xeyrinə  yönəldə 
biləsən, amma bütünlüklə heç nəyi dəyişə bilməzsən. Əgər o sənin 
taleyindirsə,  ağıl  da  taleyinə  nə  qədər  düşübsə  o  qədərdir, 
sonradan hansısa xidmətlərinə görə artırılmır. Düzdür insan ömür 
boyu  nəyisə  dəyişməyə  cəhdlər  göstərir...  amma  yenə  əvvəlcədən 
kodlaşdırılmış formada ömrü sona çatır. 
Tanrının bütün yaratdıqları kimi  qəhrəmanımız da Tanrının 
ona bəxş etdiyi əmanət ömrü kodlaşdırıldığı kimi yaşadı və... 
 
 
“Əhməd hardadır?”ın qəhrəmanı 
 
Səyavuş  Şəfiyevdən  danışacağıq.  Onun qəribə  olduğu  qədər 
də maraqlı taleyindən. Bəlkə kimlərəsə bu ad heç nə demir, amma 
öz  dövrünün  çox  populyar,  sevilən  şəxsiyyəti  olub.  Adı  dillərdə 
gəzib, Bakıda, Moskvada.. Sovet məkanının kumirlərindən biri idi.  
Onu  bir  dəfə  görmək  üçün    keçəcəyi  küçədə  saatlarla  dayanıb 
gözləyənlər  olardı.  Bacıları  deyir  ki, evimizdə  telefon  dəstəyi  yerə 
düşməzdi, bəzən Siyavuş özü də bezib telefona gəlməzmiş.  
Bizim  nəsil  isə  Siyavuş  Şəfiyevi  kinolardan  tanıyır.  “Əhməd 
hardadır?”dan (Əhməd),  “Uşaqlığın son gecəsi”ndən (Rüstəm) və 
“Nəsimi”, “Nizami” kimi filmlərdə oynadığı  epizodik rollardan.  
Məhəmməd  və  Südabə  Şəfiyevlərin  ailəsində  beş  uşaq  bö-
yüyürdü. İki oğlan, üç qız. Böyüyü Siyavuş 1937-ci ildə, o vaxt on-
ların  ailələri  kimi  yüzlərlə  ailənin  repressiya  xofu,  ağrısı  ilə  ya-
şadığı  vaxt  dünyaya  gəldi.    Onda  Məhəmməd  Şəfiyev  doğulduğu 
Cəbrayıl qəzasının Xanlıq kəndində rəhbər vəzifədə çalışırdı. (İndi 
həmin  kənd  işğalda  inləyən  Qubadlı  rayon  ərazisindədir)  1941-ci 
ildə  onu  cəbhəyə  yollayırlar.  Ayağından  yara  alıb  ordudan  tərxis 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə