Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə51/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   47   48   49   50   51   52   53   54   ...   66

 
186 
olunan kapitanı  Beyləqan rayonuna birinci katib göndərirlər. Siy-
avuş  orda  ibtidai  sinfi  bitirir.  Bakıya  köçmələri  isə  yenə  Məh-
əmməd  Şəfiyevin  Mərkəzi  Komitəyə  şöbə  müdiri  təyin  olunması 
ilə bağlı olur. Beləliklə, Siyavuş Şəfiyev Bakıda orta məktəbi bitirir. 
Ata-anasının  arzusu  bütün  azərbaycanlı  valideynlər  kimi  onu 
hüquqşünas, həkim görmək idi. Siyavuşun isə daxili dünyası başqa 
sənəti diktə edirdi. Hələ orta məktəbdə oxuyanda dram dərnəklə-
rinə, idmana  gedirdi. Həmyaşıdlarının qibtə etdiyi bədən qurulu-
şu  vardı.  Hamı  ona  səhnə  adamı  üçün  istedadı  və  görkəmi  oldu-
ğunu deyirdi. Odur ki, Siyavuş valideynlərinin istəyinə zidd çıxıb 
sənədlərini Moskva Sirk Sənət Məktəbinə verir və qəbul olunur.  
Elə  orda  da  sirk  fəaliyyətinə  başlayır  və  sevilməyə  başlayır. 
Uğur    arxasınca  uğur  gəlir.  Və  maraqlıdır  ki,  Siyavuş  Bakı  üçün 
daha  çox  darıxır.  Hər  gün  bu  alqışları  Bakıda  qazanmağın  həvəsi 
ilə  yaşayır  və  bu  istək  onu  geri,  Bakıya    çəkir.    Gəlir,  Azərbaycan 
Milli Sirk Kollektivinə qoşulur.  
Valideynlər isə yavaş-yavaş onunla barışmalı olurlar. Siyavuş 
Şəfiyev  Bakı  Teatr  İnstitutunun  rejissorluq  fakültəsində  oxuya-
oxuya  sirkdə  çalışır.  İnstitutda  isə  Adil  İsgəndərovdan  dərs  alır. 
Dəvət olunduğu “Koroğlu” filmində Koroğlu roluna  sirk kollekti-
vi ilə  qastrola getdiyindən çəkilə bilmir. Amma ustadı Adil İsgən-
dərov  “Əhməd  haradadır?”  filmində  Əhməd  rolunda  ancaq  onu 
gördüyündən  qastroldan  qayıtmasını  gözləyir.  Əhməd  obrazına  - 
qaraqaş,  qaragöz,  qamətli  azərbaycanlı  oğlu  üçün  Siyavuş  ideal 
surət idi. 
 
 
Qorxdu, iti zəncirlədilər 
 
Adil  İsgəndərovun  onu  çox  tanınmış,  peşəkar  sənətkarlarla 
bir  filmə  çəkməsini  Siyavuş  Şəfiyev  ömür  boyu  xoş  hisslərlə 
xatırlayardı. Amma orda bəzi səhnələrdə çox çətinlik çəkdiyini də 
xatirələrində  danışıb.  İdmançı  olduğuna  görə,  pəncərədən,  ha-
sardan  tullanmağında  problem  olmayıb.  Amma  it  üstünə  gələndə 


 
187 
çox qorxub. Hasardan atılanda üstünə gələn iti zəncirləməli olurlar 
ki,  Siyavuş-Əhməd  rahat  çəkilə  bilsin.  “Uşaqlığın  son  gecəsi”  fil-
mində  isə  Rüstəm  Eliyanı  qucaqlayıb  öpdüyü  səhnə  var.  Rejissor 
nə qədər çalışırsa Siyavuş Şəfiyev utanır və qızı öpməkdən imtina 
edir,  axırda  yalnız  qucaqlaşma  səhnəsi  ilə  razılaşmalı  olurlar. 
Aktyor utandığından qızı öpmür.  
Bu  arada  Siyavuş  Şəfiyev  daha  bir  hərəkəti  ilə  valideynləri-
nin ziddinə getmiş olur. Moskvada sevib-seçdiyi rus qızı ilə evlənib 
onu  Bakıya  gətirir.  Anasından  qorxduğundan  gəlini  nənəsinin 
yanında  saxlayır,  bir  gün  nənə  gəlini  də  götürüb  Siyavuşun  ata-
anasının  yanına  gətirir  ki,  gizli  ailə  qurulmaz.  Siyavuşun  inadını 
görən valideynlər yenə onunla razılaşmalı olurlar.  Onların bir qızı 
da  dünyaya  gəlir.  Siyavuşun  isə həm  milli  sirk kollektivi,  həm  də 
Azərbaycan  kinosunda  şöhrəti  birə-beş  artırdı.  Artıq  əməkdar 
artist idi, amma mənzili yox idi.  Hökumətə müraciət edir, baxırlar, 
amma ona evi mikrorayonda panel binada verirlər.  
Siyavuş  Şəfiyev  imtina  edir:  “Mən  ömür  boyu  Bakının  mər-
kəzində yaşamışam, mikrorayonun heç yolunu tanımıram” – deyə 
incik düşür. 
Oğlunun sındığını görən Südabə xanım çox narahatlıq keçirir 
və 1970-ci ilin noyabrın 25-də insult keçirir,  beyninə qan sızan ana 
dünyasını  dəyişir.  Siyavuşun  incik  qəlbi  daha  bir  yara  alır.  Öm-
ründə  yaşarmayan  gözlərindən  göz  yaşları  yanaqları  boyu  axır. 
Özünü anasının ölümündə günahkar hesab edir və içindən daman 
bir duyğu ilə “mən də belə öləcəm” deyir.  
 
 
Onu döşəməyə yıxılmış tapdılar 
 
Bu  o  dövr  idi  ki,  Moskva  sirk  kollektivi  Siyavuşu  geri  qay-
tarmaq  üçün  cəhdlər  edirdi.  Onu  orda  fəxri  adla  yanaşı  mənzil 
şəraiti, dünyaya çıxmaq imkanları gözləyirdi.  
Ailəsini  də  götürüb  gedir.  Moskva  Sirk  Birliyinin  baş 
rejissoru işləməyə başlayır. Moskva sirki ilə dünyanı gəzən Siyavuş 


 
188 
Şəfiyev  sevimli  işi,  ailəsi  ilə  bir  yerdə  olsa  da  Bakıya  qarşı  içində 
qəribə  bir  nisgil  vardı.  Nə  vaxtsa  Bakıya  qayıdacağı  ümidi  ilə 
yaşayırdı.  Bacıları  üçün  də  darıxırdı.    Bir  ayağı  Fransa,  İtalyada, 
biri Almaniyada dolaşır. Bir gün yenə rəhbərlik etdiyi sirk kollek-
tivi  ilə  Fransanın  Havr  şəhərində  imiş.  Səhər  hamı  məşqə  gəlib, 
Siyavuş  Şəfiyev  yoxdur.  Çox  məsuliyyətli  adam  olduğundan,  hə-
mişə  hamıdan  tez  məşqə  gəldiyindən    yoldaşları  təəccüblənirlər. 
Qaldığı  mehmanxanadakı  otağın  qapısını  açanda  isə  hamı  şoka 
düşür.  Siyavuş  Şəfiyev  döşəmənin  üzərində  huşsuz  vəziyyətdə 
tapılır.  İnsult keçirib, beyninə qan sızıb. Anası kimi.  
Moskvada  yaşayan bir qrup  azərbaycanlı  ziyalıların,  o  cüm-
lədən  Rüstəm  İbrahimbəyov,  Polad  Bülbüloğlunun  köməkliyi  ilə 
Siyavuşun  xanımı  Lyubanı  Fransaya  göndərə  bilirlər.    Sonra  da 
Siyavuş  Şəfiyev  Qızıl  Ayparanın  təyyarəsi  ilə  Moskvaya  gətirilir. 
Bakıya  gətirmək  istəyirlər,  Siyavuş  Şəfiyev  əl  işarəsi  ilə  bu  vəziy-
yətdə Bakıya getmək istəmədiyini başa salır.  Bu onun arzusu de-
yildi, arzusu Bakıya  başqa cür gəlmək idi.  
Sənətkar  düz  doqquz  il  yataq  xəstəsi  kimi  yaşayır.  Bu  illər 
ərzində  xanımı,  qız  Cəmilə,  bacıları  növbə  ilə  ona  qulluq  edirlər. 
2001-ci il noyabrın 25-də illər öncə anasını itirdiyi həmin gün ikinci 
insult  onun  əzablarına  son  qoyur.  Vəsiyyətinə  uyğun  olaraq 
Siyavuş Şəfiyev Bakıya gətirilib doğma torpağına tapşırılır. 
Cənazədə  hamı  vardı,  doğmalar,  dostlar,  onu  sevən,  onun 
tanımadıqları  belə.  Bircə  qızı  Cəmilədən  başqa.  Amerikada  yaşa-
yan  və  ana  olacağı  günləri  sayan  Cəmiləni  təyyarəyə  minməyə 
qoymamışdılar.  Qız  atasının  qəbir  daşına  yazılan  bu  misraları 
yazıb göndərə bilmişdi.  
“Dostum,  sevincim-fərəhim,  fəxrim,  idealım,  yeganə  sev-
diyim  atam,  rahat  uyu.  Əbədi  bizimləsən,  qəlbimdəsən,  səni  heç 
unutmayacam.  Həmişə olduğu kimi başım üzərində parlayan gü-
nəşimsən,  sənin  işığının  şölələri  altındayam.  Səni  çox  sevən  qızın 
və doğmaların.”    


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə