Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə54/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   50   51   52   53   54   55   56   57   ...   66

 
196 
vəzifədən  gedəsən.  Çünki  başa  düşmüşdü  ki,  əli  ilə  vəzifəyə 
gətirdiyi  şəxs  ona  bu  təklifi  edəcək.    Bir  gün  özün  hiss  edəsən  ki, 
iyrəncləşən  cəmiyyəti  tərk  etmək  istəyirsən,  ən  yaxşısı  budur. 
“Daşqının yanına getmək istəyirəm”-deyəsən və üstündən cəmi bir 
neçə  gün  keçəndən  sonra  istəyinə  çatasan.  Beləsi  Tanrının  da 
sevdiyi deyilmi? 
2003-cü il fevralın 23-ü, bazar günü idi. Turabov səhər erkən 
qalxmışdı.  Axşam  boks  çempionatına  baxıb  gec  yatsa  belə  yenə 
erkən  durmuşdu.  Adətinə  uyğun  olaraq  eyvana  çıxıb  Xəzərin 
üstündən günəşin Bakı üzərinə çıxıb şöləsini yaymağa başladığına 
tamaşa  etdi.  Bu  onun  səhərlər  ən  çox  sevdiyi  iş  idi.  İçəri  geçib 
“Daşqın hanı?” soruşdu və yıxıldı. Qızı Sevinc deyir, indiyə qədər 
bizə  müəmmalı  qalıb  ki,  atam  oğlu  Daşqını  soruşdu,  yoxsa  qonşu 
otaqda xalça üzərində oyuncaqlarla oynayan nəvəsi Daşqını.        
Gözlərimiz  önündə  Gəray  bəyi,  Kəbirlinskini  böyük  məha-
rətlə yaradan aktyorun gülümsər çöhrsəi durur. Hər şəxsiyyətin işi 
deyil,  dünyaya  şəxsiyyət  gəlib,  şəxsiyyət  kimi  də  ölmək.  Bunu 
üçün ağa qüdrəti lazımdır. Həsən Ağa qüdrəti. 


 
197 


 
198 
X
X
X
a
a
a
n
n
n
ı
ı
ı
n
n
n
 
 
 
k
k
k
a
a
a
s
s
s
ı
ı
ı
b
b
b
 
 
 
n
n
n
ə
ə
ə
v
v
v
ə
ə
ə
s
s
s
i
i
i
 
 
 
 


 
199 
 
 
 
 
 
“Həm ticarət, həm ziyarətə dəvət olunanda qorxdum ki...” 
 
72  filmə  çəkilib,  onların  içinə  televiziya  tamaşaları  da  daxil 
olunmaqla.  Azərbaycan  kino  tarixinə,  mədəniyyətinə  bir  Mustafa 
rolu  ilə  də  düşə  bilərdi.  Mustafa  müəllim  demək  kifayətdir  ki, 
aktyor  Hacı  İsmayılovun  Mustafa  üçün  Tanrı  tərəfindən  biçilmiş 
siması göz önündə canlansın.  
 
 
Müharibə vaxtı dünyaya gəlmişəm, 1944-cü ilin yanvarın 22-
də,  amma  dünyaya  gələndə  bilmirdim  müharibə  gedir.    Çətin, 
amma  uşaqlığım  olduğu  üçün çox  maraqlı  illər  idi.  Bütün  günü  o 
daş küçələr, qala divarlarının üstü, Xan sarayı bizim oyun meydan-
çamızdı.  Top tapılmırdı, köhnə corabları bir birinin içində yumru-
layıb  top  düzəldərdik.    Çox  xoş  xatirələrdir.  Hərdən  imkan 
düşəndə gedib o küçələrdən keçirəm, xatırlayıram o günləri.  Bizim 
İçəri  Şəhərdə  evimiz  yox  idi,  şəxsi  mülkdə  kirayədə  yaşayırdıq.  
Atam  əslən  Dərbənddən  olub,  gəlib  Masallıdan  anamla  evlənib, 
Bakını  ortaq  məxrəc  seçib  burda  yaşayıblar.  Anam  Masallıda 
tanınmış  tayfanın  qızıdır.  Mən  Mircavad  Talışxanovun  bacısı 
nəvəsiyəm. O vaxt həmin bölgənin qubernatoru olub. Anam tərəfin 
əksəriyyəti oxumuş, ziyalı adamlardır. Anam özü evdar qadın idi. 
Atam  isə  uzun  müddət  Xəzər  Gəmiçiliyində  çalışıb.  İmkanlı 
olmamışıq, kasıb yaşayırdıq.  
Yaddaşımın küncündə səhərlər divardan asılan “Rodina” ad-
lı  radiodan    Sovet  Azərbaycanının  himni  ilə  oyanmağım  ilişib  qa-
lıb,  indiyə  qədər  də  o  himn  qulaqlarımdadır.  Məktəbə  gedirdim, 
bir əlimdə çanta, birində çernel şüşəsi. Uşaqlarla itələşəndə o şüşə 
tez-tez  sınırdı  üst-başımız  çernel  olurdu.    Çörəyin arasına  yumur-


 
200 
tanı  yağda  bişirib  qoyurdular  çantama.  Məktəbdə  fikrim  qalırdı  o 
çörəkarasında ki, nə vaxt tənəffüs olacaq onu yeyəcəm.   
 
 
Kasıb  yaşadığımız  üçün  uşaqlardan  pal-paltar  sarıdan  geri 
qalmağım məndə kompleks yardırdı. İçimdə həmişə düşünürdüm 
ki,  necə  edim  ki,  nəyləsə  diqqəti  özümə  çəkim.  Bəlkə  ona  görə 
teatra  meylləndim.  Məktəbdə  bir  idman  dərsi,  bir  də  teatra 
gedəndə  mənim  üçün  bayram  olurdu.  Cəfər  Cabbarlının  Aydını 
deyir e, elə yaşayım ki, küçədə məni barmaqla göstərsinlər. Mənim 
də istəyim elə idi. Tək bir dəfə təzə dama-dama köynək almışdılar 
mənə yerə-göyə sığmırdım forsumdan.   
Yaxşı  müəllimlərimiz  vardı.  Uşaqları  mədəniyyətə,  ədəbiy-
yata,  kimin  qabiliyyəti  haradırsa  ora  düzgün    yönəldirdilər.  Bir 
müəllimimiz vardı, Zərbəli Səmədov mənə də ilk dəfə o, dedi bala, 
sən  artist  ol.  Özfəaliyyət  dərnəyində  çıxışımı  görmüşdü  ona  görə. 
Mən də oldum.  Məktəbdə dram dərnəyinin rəhbəri Tofiq İsmayı-
lov  idi,  mən  də  yazılmışdım.  İlk  rolum  da  tənbəl  Mahmud  oldu, 
balaca bir səhnəcikdə. Yadımdadır səhnəyə ilk dəfə çıxanda mətnin 
əvvəlini  yox  birbaşa  son  sözünü  dedim.  Sonra  ani  olaraq  özümü 
toplayıb  təzədən  əvvəldən  dedim.  Sonra  fəxr  edirdim  ki,  özümü 
itirmədim, səhvimi düzəltdim. O vaxt dərnəklər uşaqların yetişmə-
sində çox böyük rol oynayırdı. 
  
 
Boy-buxunum Adil İsgəndərovun xoşuna gəlmədi 
 
O  vaxt  küçələr  geniş,  maşınlar  da  çox  az.  Bütün  günü  geniş 
küçə tapıb futbol oynayırdıq.  Artıq yuxarı siniflərdə oxuyanda ey-
ni vaxtda həm Lütfi Məmmədbəyovun dram dərnəyinə gedirdim, 
həm də futbolla məşğul olurdum.  Yaxşı qapıçı idim, yəqin aktyor 
olamasam qapıçı olardım. Bir müddət belə davam elədi, sonra hiss 
etdim  ki,  incəsənətə  meyl  daha  çoxdur,  idman  istəyimi  üstələyir. 
Məktəbi bitirəndən sonra iki il teatr institutundan kəsildim. Birinci 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə