Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə62/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   58   59   60   61   62   63   64   65   66

 
225 
mışam, satılmamışam, sülh adamıyam. Müharibə olmasın, öz sənə-
timizlə məşğul olaq.  
Bu yaşımda məni yalnız uşaqların, müharibə görməyən uşaq-
ların gülüşü xoşbəxt edər.  


 
226 
K
K
K
r
r
r
i
i
i
m
m
m
i
i
i
n
n
n
a
a
a
l
l
l
 
 
 
m
m
m
ə
ə
ə
h
h
h
ə
ə
ə
l
l
l
l
l
l
ə
ə
ə
d
d
d
ə
ə
ə
n
n
n
 
 
 
ç
ç
ç
ı
ı
ı
x
x
x
a
a
a
n
n
n
 
 
 



a
a
a
v
v
v
t
t
t
o
o
o
r
r
r
i
i
i
t
t
t
e
e
e
t
t
t



 


 
227 
 
 
 
 
 
Fuad Poladovun “Davam edən istintaqı” 
 
Köhnə “Sovetski”  Bakı tarixinə iki məqama görə düşüb. Biri  
kriminallığına görədirsə, ikincisi, bəlkə də yerlərini dəyişik də de-
mək olar ki, mədəniyyət - ədəbiyyat adamlarına görədir.  İndi  haq-
qında  söhbət  açdığım  sənətkar  da  həmin  küçədə,  məhəllədə  yeti-
şib. Bir tərəfdə qan-qan deyən  “avtoritetlər”, bir tərəfdə teatra, mə-
dəniyyətə,  ədəbiyyata  meydan  oxuyan  elm  və  sənət  adamları.  Bu 
mühitdə başqa necə yetişmək olardı... 
Ona görə də yayı İsmayıllıda nənəsinin yanına gedib laləzar-
lıqda keçirsə də: “İsmayıllı rayonunda ana nənəmin yanında daha 
sərbəst,  daha  xoşbəxt  idim.  Hara  istəyirsən  gedirsən,  nə  istədin 
eləyirsən, nənə bir söz demir. Azacıq deyinə bilər, vəssalam. Hara-
dasa 1-ci sinifdən 6-cı sinifə qədər hər yay nənəmin yanında, kənd 
həyatı  məktəbi  keçmişəm.  At  çapmaq,  çayda  üzmək,  bütün  çə-
tinliklərə  düşüb-çıxmaq...  Belə  qalıb  xəyalımda.  Uşaqlıq  dövrüm 
daha çox kəndlə bağlıdır. Orada da axşamlar eyvanda pərdə çəkib 
tamaşalar göstərərdik uşaqlarla. Gündüzlər yenə çöl, meşə, camaat 
həyətinin  məhsulunu  bazara  çıxarardı,  mən  də  nənəmin  həyətin-
dən  kartof  yığıb  qoşulardım  onlara.  Göyçaya  kartof  satmağa 
getmişəm...  
Bir dəfə hətta çobanlıq eləmişəm, çoban xəstələnmişdi, dedi-
lər ki, çoban sağalınca növbə ilə hər ailədən bir nəfər “nobata” get-
məlidir. Nənəmin də bir inəyi vardı. Adı indiyə kimi yadımdadır - 
“Sürməağız”...  Bunlar hamısı çox yadda qalan şirin xatirələrdir.” 
“Sovetski” isə ümumi həyat məktəbi idi:  “ Burda dram dər-
nəyinə  gedirdim,  sonra  dərs  yükü  artdı,  televiziyada  uşaq  veriliş-
lərində iştirak edirdim. Belə-belə baş qarışdı şəhər həyatına.” 


 
228 
İlk  dəfə  hələ  10-cu  sinifdə  oxuyanda  “İstintaq  davam  edir” 
filminə çəkilməklə həyat və sənət yolu müəyyən olunur. Belə gəlir 
Azərbaycan teatr və kino tarixinə Fuad Poladov adı.  “Hə... İlk dəfə 
hələ  10-cu  sinifdə  oxuyarkən  “İstintaq  davam  edir”  filminə  çəkil-
dim,  evə  şəkilləri  gətirmişdim.  Atam   gördü  ki,  bu  məsələyə  mü-
nasibətim  ciddidir,  şəkilləri  götürüb  cırıqladı.  Onsuz  da  teatra 
marağımın ötəri olmadığını hiss eləmişdi.” 
10-cu sinifdə oxuyarkən kinostudiyanın nəzdində yaradılmış 
aktyorluq  kurslarına  daxil  olur.  132  nömrəli  məktəbin  şagirdi  ya-
xınlıqdakı  İncəsənət İnstitutu diplom işi  müdafiə edən tələbələrin 
tamaşalarında da uşaq rollarında oynayardı. İnstitutun rektoru onu 
belə görüb təhsil almağa  dəvət edir.  Sənətə kinodan gəlmiş aktyor 
uzun  bir  müddət  Akademik  Milli  teatra  bağlanır.  Tofiq  Kazımov 
ilk  dəfə  İlyas  Əfəndiyevin  “Məhv  olmuş  gündəliklər”  əsərinin  ta-
maşasında Savalan rolunu verir ona. Üstəgəl teletamaşalar. O döv-
rün  hansı  tamaşaçısının  xəyalında  Emin  Bəxtiyarov  obrazı  qal-
mayıb?  Aktyor özü isə: “Məni indi də bəzən küçədə “Alov”, “Ata-
yevlər  ailəsi”   tamaşalarından  tanıyırlar.  Baxmayaraq  ki,  mən  o 
obrazların  hər  ikisində  oynamaqdan  imtina  etmişdim.  Mərhum 
Lütfi  Məmmədbəyov  çox  israrla  mənə  o  rolları  oynadıb.  Televizi-
yada  onlardan  sonra,  Ramiz  Həsənoğlu  ilə  “Fatehlərin  divanı” 
maraqlı  oldu,  bir  də  Mehriban  Ələkbərzadə  ilə  “Cəza”   maraqlı 
işlərdən biri idi.”   
Filmoqrafiyasında  37  filmin  adı  var.    Aktyor  deyir  daha 
çoxdur:  “Doğrudan  37-dir..?  Təəccüblü  gəldi  mənə,  kinoda  ondan 
çox  az  obrazın  adını  çəkə  bilərəm.  Onların  çoxunu  hesaba  sal-
mıram,  birini  rejissorun  xatirinə  oynamışam,  başqa  birini  nəyinsə 
xatirinə. İndi eləmərəm e, o vaxt cavan olmuşam. Məsələn, elə “Ad 
günü”ndə  Rasim  Ocaqov  birtəhər  başımı  tovladı,  xahiş  etdi  ki, 
bunu ancaq sən edə bilərsən.” 
Milli Dram Teatrının çox uğurlu tamaşalarından olan “Təh-
minə  və  Zaur”dan  sonra  Fuad  Poladov  uzun  bir  müddət  o 
səhnəyə çıxmadı. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə