Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə65/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   58   59   60   61   62   63   64   65   66

 
237 
Kino 
 
Həzi  Aslanov  roluna  təsdiqlənməyin  özü  gözlənilməz  olub. 
Sınaqda  bu  obraz  üçün  sinov  gedən  və  artıq  özünü  təsdiq  etmiş 
aktyorlar varmış. İddialı, şanslı. Axırıncı üç nəfərin də içindən özü-
nün  seçildiyini  eşidəndə  aktyor  qulaqlarına  inanmayıb.  Seçim 
prosesində onun adı gələndə bütün seçim heyəti əl çalırmış. 
Görünür, atasının müharibə xatirələri, teatr səhnəsində yarat-
dığı  general  obrazları  və  Həzi  Aslanovla  eyni  torpağın  yetirməsi 
olması hərəsi bir damla qoyub bu şansın üzərinə. 
“Həzi  Aslanov  mənim  vizit  kartımdır,  adımı  çəkəndə  soru-
şurlar  ki,  o,  hansı  aktyordur?  Cavab  verilir  ki, Həzi Aslanovu  oy-
nayan.  Bu  xoşdur  adama.  Tarixi  şəxsiyyətin  obrazını  yaratmaq  və 
onunla  tanınmaq  çox  gözəldir.  Yoxsa  adını  çəkələr,  amma  hansı 
rolla səni tanıtdırsınlar onu tapmayalar-acınacaqlı tale olardı.” 
Bütövlükdə  bu  kinonun  qıt  vaxtında  28  film.  Bəs,  sən  tama-
şaçı, hansı filmlərini xatırlayırsan, daha doğrusu, Ramiz Novruzo-
vun  oynadığı  neçə  kinonun  adını  çəkə  bilərsən?  “Sizi  dünyalar 
qədər  sevirdim”,  “Cavad  xan”,  “Cavid  ömrü”,  “Qorxma,  mən  sə-
ninləyəm”, çox yayılmasa da “Sarı gəlin” və televiziyada “Ümid”, 
“Yurd yeri”, vəssalam. 60 yaşına çatmış Xalq artisti üçün az deyil-
mi?  Allah  insaf  versin,  Azərbaycan  kinosunun  onurğasına  balta 
vuranlara.  Ümid  yaxşı  şeydir,  bugünkü  dirçəliş  sənətkarın  və 
sənətin xeyrinə işləyər, inşallah.   
 
 
 
Televiziya 
 
H.Cavidin "Topal Teymur" (Divanbəy), L.Tolstoyun "Kreyser 
sonatası"(Musiqi  müəllimi),  V.Şekspirin  "Antoni  və  Kleopatra" 
(Antonio),  O.Kamalın  "Dodaqdan  qəlbə"(Kənan  bəy),  "Yad  qızı" 
(Nihad)  və  s.  teletamaşalarda  maraqlı  rollar  oynayıb.  Həzi  Asla-
novdan  sonra  gəl  bu  aktyoru  Kənan  bəy  obrazında  qəbul  elə  gö-
rüm,  yazıq  tamaşaçı,  edə  bildinmi?  Yoxsa,  sevgi  ilə  nifrət  qarışdı 
bir-birinə?  Hə,  bax,  sənətkarlıq  da  elə  bundadır,  onu  həm  sevə 


 
238 
biləsən, həm  də nifrət edəsən,  axırda  sevgi qalib  gələcək,  əgər, nə 
üçün nifrət etdiyini anlasan. Dərk etsən ki, o, elədi bunu, onun sə-
nətkarlığı.  
 
 
Sevgi və ailə 
 
Həyat yoldaşının adı Xoşavazdır. Məktəb özfəaliyyət kollek-
tivində  bir  yerdə  iştirak  ediblər.  Qız  ondan  iki  sinif  aşağıda  oxu-
yurmuş.  Gözəl  səsi  varmış,  Ramizin  yaratdığı  obrazlarla  onun  ifa 
etdiyi mahnılar bir-birini tamamlayırmış. Elə Ramizi ilk cəlb eləyən 
də Xoşavazın şirin avazı olub. “Nazik, şirin səslə “Gilənar” mahnısı 
oxuyurdu. Ay gilənar, ay gilənar, bağçamızın göyçək qızı. Elə şirin 
alınırdı,  başqa  kim  oxusa  mənə  elə  zövq  verməzdi.  O  gilənar,  bu 
gilənar, tilsimə düşdüm. Hərdən indi də dodaqaltı oxuyur. Birdən 
hiss  edir  ki,  hamımız  qulaq  asırıq,  deyir  nədi,  iş-gücünüz  yoxdu? 
Uşaqlarımızdan Şəfəqin də səsi var, arxasınca getmədi. Cavidan isə 
getdi səsinin arxasınca.” 
Sonralar  hər  ikisi  Bakıda  təhsil  alanda  yenidən  tapıblar  bir-
birilərini.  Xoşavaz  musiqi  məktəbində  təhsil  alırmış,  Ramiz 
Novruzov əhd bağladığı qızı axtarmaq istəyərkən tale özü küçədə 
qızı qarşısına çıxardıb ki, bu sənin bəxtindir. Hər ikisi şoka düşmüş 
kimi  baxıblar  bir-birilərinə.  Xoşavaza  evdən  qəti  tapşırıq  var  ki, 
Ramizlə  görüşməsin,  hətta  əmisi  oğlu  bir  dəfə  Ramizi  bıçaq 
davasına da cəlb edib. Bıçaqlanma yüngül sovuşsa da nəticədə qızı 
oğlana  vermək  istəməyib  ailəsi,  əmiləri  deyib  ki,  bir-neçə  aya 
qayıdacaq  qız  evə-nəticəni  belə  proqnozlaşdırıblar,  amma  həmin 
evlilik 40 ildir ki, qüvvədədir. Bu evlilikdən üç uşaq, beş nəvə var. 
Xoşavaz xanım isə konservatoriyaya gedib musiqi təhsilini davam 
etdirməyib, həyatını ailəsinə, övladlarına həsr edib.   
“Uşaqlarımız  yaxşı  uşaqdılar.  İki  oğlan,  bir  qız.  Böyük  qızı-
mızdır,  çox  gözəl  ingilis  dili  bilirdi,  mən  düşünürdüm  o  sahəyə 
gedər,  amma  böyüyəndə elan verdi  ki,  mən saç  ustası  olmaq  istə-
yirəm.  Razı  olmadım, qayınanam  köhnə  analara  məxsus  bir ritual 
elədi,  yaylığını  atdı  qarşıma  ki,  qıza  icazə  ver,  öz  istədiyi  sənətə 


 
239 
getsin. İcazə verməli oldum, indi öz sahəsinin peşəkarı, şəhərdə iki 
tanınmış  ustadan  biridir  Şəfəq,  bizim  də  baş  sponsorumuzdur. 
Oğlum Nəriman televiziyalardan birində texniki işdə çalışır, içində 
yaradıcı  insandır,  amma  utancaqdır,  bir  az  da  məhlə  ənənələrinə 
sadiqdir, ona görə yaradıcı istiqaməti seçmədi. 
Cavidan aktyor olmaq istəyirdi. İncəsənət Universitetini oxu-
duğu müddətdə müğənniliyə yönəldi. Filmə də çəkilib, amma indi 
müğənnidir.” 
 
 
 
Rejissorluq 
 
Ramiz Novruz özünün rejissor kimi də sınayıb, bir faciə, bir 
də  komediya  qoyub  aktyor  kimi  çalışdığı  Milli  Akademik  Teatrın 
səhnəsində.  “Hələ  sevirəm  deməmişdilər”  özünün  yazdığı  pyes 
əsasında səhnələşdirib, “Silindir” komediyası isə E. De Filipponun-
dur.  İkinciyə  baxmamışam  deyə  bir  söz  deyə  bilmirəm,  amma 
birinci tamaşası o teatrda ən yaxşı tamaşalardandır. 
 
 
Seriallar 
 
Zəif-güclü,  keyfiyyətli  -  keyfiyyətsiz,  bu  seriallar  da  hər  nə-
dirsə, sənətkar yolunun bir hissəsidir. İndi çox az film çəkilir, ona 
görə  də  aktyorlar  seriallara  cəlb  olunur.  Əvvəl  buna  getməyən 
aktyorlar da sonradan əlacsız halda getməli olur. 
Ramiz Novruzov iki seriala çəkilib, Rövşən İsakla işləyib. 
Nə həyatından, nə sənət yolundan narazı adam deyil, əksinə. 
Ehtiyacını  çəkdiyim  bir  mənzil  idi,  onu  da  prezidentə  müraciət 
elədim, verdi-deyir. 
 Həyatında hər şey yerbəyer olub. Görəsən, istədiyi, uğrunda 
yaşadığı nə isə varmı? 
 Təbii ki, bunsuz həyat dayanar: “Yazmaq istədiklərim var... 
Bir də tam səmimi deyirəm Azərbaycanı bütöv görmək istəyirəm”. 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə