Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə64/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   58   59   60   61   62   63   64   65   66

 
234 
Uşaqlıq 
 
Biləsuvar  rayonun  Səmədabad  kəndində  doğulub,  orda  da 
orta məktəbi bitirib. 
Atası dülgər olub, müharibə veteranı imiş, Berlinə qədər ge-
dibmiş.  Atasının  müharibə  barədə  xatirələri  ilə  böyüyüb,  deyir  o, 
müharibədən  danışanda  söhbətlərindən  doymaq  olmurdu,  çünki 
çox  səmimi  danışardı.  Ata  həm  də  dindar adam olub,  ibadəti, na-
mazı yerli-yerində. 
Anası  evdar  qadın,  ailədə  iki  qardaş,  üç  bacı  olublar.  Onlar 
da  hamısı  ailəlidirlər,  burda  Bakıda  yaşayırlar.  Bircə  qardaşı  ra-
yondadır, müəllimdir. Əslində aktyorluğu qəhrəmanıma o qardaşı 
sevdirib,  özünün  də  istedadı  var,  amma  bu  gün  ona  baxıb  qürur-
lanmaqla kifayətlənir. 
Orta  məktəbdə  yaxşı  oxuyan  olmayıb,  amma  məktəbin  gə-
rəkli  şagirdi  olub,  bütün  məktəb  tədbirlərində  ona  güvəniblər  ki, 
şeir deyən, rol oynayan, aparıcılıq edən var. 
Bütün kənd uşaqları kimi çilingağac, dirədöymə oynamağına 
söz yox, amma  ən çox futbol oynayarmış. 8-ci sinifdən başlayaraq 
bütün  bu  maraq  və  istedadlar  keçir  arxa  plana,  çünki  məktəbdə 
teatr dərnəyi fəaliyyətə başlayır. 
“Elə  o  vaxtlardan  da  yəqin  vurulmuşam  bu  sənətə.  İlk  mə-
həbbət  kimidir,  bilmirsən  niyə  sevirsən,  onu  bilsən  demək  heç 
sevmirsən əslində. Bəzi aktyorlar müsahibələrində deyirlər ki, mən 
heç aktyor olmaq istəmirdim, təsadüfən gəlmişəm bu sənətə. Mən 
həmişə belə aktyorlardan qorxmuşam, çünki belələri gec-tez sənətə 
xəyanət edir.” 
İlk  dəfə  onuncu  sinifdə  oxuyanda  inşada  aktyor  olmaq 
istədiyini  açıqlayıb.  İnşa  belə  də  başlayırmış:  “Mən  indiyə  qədər 
kim  olacağım  barədə  çox  inşalar  yazmışam,  amma  hamısında 
yalan yazmışam, bu dəfə ilk dəfə həqiqəti deyirəm...” 
Təsəvvür  edin  də,  kənddə  quzu  otarmağı  bacarmayan,  hər 
quzu otaranda başı futbol oynamağa qarışdığından bir quzu bada 


 
235 
verən  kənd  uşağı  gəlib  neçə  ilin  sənətkarlarının  çəkilmək  istədiyi 
qəhrəman obrazına çəkildi. Uşaqda bəxtə bax e... 
 
 
Tələbəlik 
 
Orta məktəbi bitirəndən sonra atası ona bir bilet alıb, üstündə 
də o vaxtın puluyla 85 manat verib ki, get Bakıya oxu, kim olursan 
ol, özün bilərsən, amma adam ol.  İmtahanda aktyor sənətindən 4, 
4,  5  alıb.  Özü  də  Rza  Təhmasibdən.  Özü  də  Sovet  vaxtı  qadağan 
olunmuş  bir  şairin  şeirini  deyib  qabiliyyət  imtahanında.  Rza 
Təhmasib  görünür  Tofiq  Fikrətin  “Siz”  şeirini  cəsarətlə  (qadağan 
olunduğundan  bixəbər  olduğu  halda)  dediyinə  görə  onun  həm 
qabiliyyətinə, həm də elə qalibiyyətinə 5 yazıb. Yazıdan isə kəsilib, 
daha  doğrusu  kəsiblər,  şikayəti  əsasında  onu  geri  götürüblər, 
amma bir il Pedaqoji institutda oxuyandan sonra, çağırıblar ki, gəl, 
səni  haqsız  kəsiblər.  Ramiz  Novruzov  adlı  bu  tələbə  də  eləmə 
tənbəllik tələbnamə ilə özünü saldırır Adil İsgəndərovun kursuna. 
Bunu o vaxt hansı tələbə istəməzdi ki... 
Adil  İsgəndərovun  belə  bir  ənənəsi  olub,  tələbələrinə  sonda 
bir  rəy  yazarmış.  Ramiz  Novruzova  yazıb  ki,  sənin  əxlaqınla  ya-
naşılsa  irəli  getmək  olar,  böyük  teatrda  işləyə  bilərsən:  “Sən  o 
adamlardansan ki, ilk görüşdən etibar edib uzaq yola çıxmaq olar”. 
 
 
General 
 
Təyinatla bir il Sumqayıt teatrında işləyib. Əsgərlikdən sonra 
bu teatrda Nəriman Həsənzadənin “Qoy, bütün şərq bilsin” tama-
şasında  general  Şıxlinskini  oynayır.  Tamaşaya  baxanlar  arasında 
Hökumə Qurbanova da varmış. Aktrisa tamaşadan sonra deyib ki, 
mən yalnız bir söz deyə bilərəm generalı oynayan oğlan yaxşı idi. 
Aktyor  bundan  ürəklənib  böyük  teatrda  işləmək  üçün  müraciət 
edib. Müraciət az sonra qəbul edilib. 


 
236 
 “Bir  on  il  Akademik  teatrda  özümü  sübut  etməklə  məşğul 
oldum.  Yalnız  başımı  aşağı  salıb  işləyirdim.  Özüm  üçün  belə  bir 
xətt  tutmuşdum,  həmişə  orta  sıralarda  Adil  İsgəndərov,  Rza  Təh-
masib, Mehdi Məmmədov əyləşərdi, onları əsas tutub oynayırdım, 
onların xoşuna gəlsin.” 
Tanrı  hər  10  ildən  bir  ona  bir  hədiyyə  göndərib.  31  yaşında 
Əməkdar  artist,  42  yaşında  Xalq  artisti.  Ardıcıl  uğurlu  rollar  da 
üstəlik. 
 
 
 
Teatrda 
 
Teatrda  oynadığı  rollar:  Nəvvab  və  İran  şəhzadəsi  ("Xur-
şidbanu  Natəvan",  İlyas  Əfəndiyev),  Mayor  Edmund  ("Şeyx 
Xiyabani",  İlyas  Əfəndiyev),  Bahadur  ("Mahnı  dağlarda  qaldı", 
İlyas  Əfəndiyev),  Məhəmməd  Suvarlı  ("Sevgililərin  cəhənnəmdə 
vüsalı",  İlyas  Əfəndiyev),  Cəmil  ("Bizim  qəribə  taleyimiz",  İlyas 
Əfəndiyev),  Sisyanov  və  Kərbəlayi  Xan  ("Hökmdar  və  qızı",  İlyas 
Əfəndiyev),  Seyton  ("Maqbet"  Uilyam  Şekspir),  Edmund  ("Kral 
Lir",  Uilyam  Şekspir),  Kreon  ("Medeya",  J.Anuy),  İbn  Yəmin 
("İblis",  Hüseyn  Cavid),  Səlim  bəy  ("Lənkəran  xanının  vəziri", 
Mirzə Fətəli Axundzadə), Loğman ("Fəryad", Bəxtiyar Vahabzadə), 
Laçın  ("Hara  gedir  bu  dünya?",  Bəxtiyar  Vahabzadə),  Toğrul 
("Cəzasız  günah",  Bəxtiyar  Vahabzadə),  Fərhad  ("Sənsiz",  Şıxəli 
Qurbanov), Baş redaktor ("Mənim sevimli dəlim", Elçin), Andranik 
və  Nostradamus  ("Hələ  "sevirəm"deməmişdilər…",  Ramiz  Nov-
ruz), Ələs bəy ("Dirilən adam", Mir Cəlal), Qaçaq Süleyman ("Ölü-
ləri qəbiristanlıqda basdırın", İsmayıl Şıxlı), Murad ("Xəcalət", Hü-
seynbala  Mirələmov),  Cəbrayıl  ("Teleskop",  Elçin),  “Yaşlı  qadının 
gəlişi”( F. Dürrenmat) 
 
 
 
 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə