Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə58/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   54   55   56   57   58   59   60   61   ...   66

 
213 
 
 
 
 
Qızıl arzusu ilə mis işləməli olan  zərgər 
 
Onun haqqında yazılarımdan birində belə bir cümlə işlətmiş-
dim  –  Özü  olmayanda  qədri  bilinəcək  sənətkarlardandır.    Biz  be-
ləyik,  dəyərli  insanları  -  alimi,  ustadı,  sənətkarı  sağlığında  bilmə-
rik,  itirəndən  sonra  itkinin  ağırlığını  anlayarıq.  Allah  gecindən 
versin, onu itirməyək, cismən Tanrı nə zaman istərsə o zaman apa-
rır bəndələrini. Əsas olan odur ki, sağlığında itirməyək insanı, sə-
nətkarı. Nə qədər ki, var, yaşayır, hələ yarada biləcəyi obrazlar çox-
dur,  potensialı  içində  qovrulur,  özü  bilir  nəyə  qadirdir,  bilməli 
olan,  onu  özünün  içindən  alıb  çıxarda  biləcək  kimsə  olsun  təki.  
Sənətkarın-aktyorun ən böyük şansı nədir bilirsinizmi?  Onun özü-
nün  də  bilmədiyi,  duymadığı,  qabiliyyətini  ona  göstərə  biləcək, 
onu da, tamaşaçısını da təəccübləndirəcək bir rejissor çıxsın qarşı-
sına.  Nurəddin  Mehdixanlıdan  danışıram.  Bu  adı,  soyadı  tanı-
mayan tapılmaz , soyadını dəyişsə belə. 
 
 
Soykökü 
 
Onlar Afşarlardır, Mehdixanlı qolu,  Qasım  xan  xətti ilə.  Ulu 
babaları indiki cənubi Azərbaycandandırlar,  Urmiya, Əhər, indiki 
Cəlilabadla sərhəd boyu babalarının torpaqları olub, babasının sər-
dabəsi də ordadır.  Ərazilər də elə Mehdixanlı adlanır.  Onun dün-
yaya gəldiyi Cəlilabad rayonu Tahirli kəndinin ərazisi o vaxt baba-
larının  qışlağı  imiş.  Babası  dəliqanlı  adam  olduğundan    adam 
öldürdüyünə görə, atası onu da götürüb keçib bu tərəfə-qışlaq əra-
zilərinə və qayıtmayıb bir daha.  Ara bağlanıb bitib hər şey. Sərhəd 
açılandan sonra onlar  qohum-əqrabalarını  tapıb, görüşüblər.  İndi 
də əlaqə saxlayırlar. 


 
214 
Uşaqlığın son gecəsi 
 
Uşaqlığı  boz  atın  belində  keçib.  Atası  atı  çox  sevərmiş,  ona 
görə at saxlayarmışlar. Bir gün atı qonşu kənddə yaşayan bacısıgilə 
verirlər, səhərisi atası Nurəddinə - get, bacıngildən atı gətir, sabah 
rayon  mərkəzinə  gedəcəksən -  deyir:  “Qışdı,  şər  qarışıb,  keçib  ge-
dəcəyim yol dağarası yarğandan və dağı aşıb keçməklə, çaydan və 
qəbristanlıqdan  keçir.  Qurd  dərəsi  deyilən  yerdir,  gündüz  vaxtı 
vahiməlidir, ola ki, qışın qarında axşam vaxtı. Qar, duman, yuxarı 
qalxdıqca  vahimə  basır  adamı.  Özümə  nağıllarla,  qəhrəmanlarla 
təsəlli verə-verə keçdim ordan.  Geri qayıtmağa bacım qoymurdu, 
dedim atam gözləyir, deyib atı gətir. Atı mindim, hündür, gözəl at 
idi,  onun  belində  adam  qorxu  bilməzdi,  qayıtdım  evə.  Atam  hə, 
gəldin?-deyə bir kəlmə etinasız soruşdu.  
Səhərisi gün öz-özümə deyinirəm ki, gecə vaxtı göndərdi, heç 
sağ ol da demədi. Anam dedi ki, sən gedəndən gələnə qədər evin 
arxasında  dayanıb  səni  gözlədi.  Onlar  sevgilərini  və  narahatlıq-
larını büruzə verməzdilər.” 
 
 
Kənd uşağı, kotandan olan məktəb zəngi 
 
Atasının adı Əzuzulladır, Nurəddin Mehdixanlı onu heç vaxt 
gülməyən  adam  kimi  xatırlayır.  Atası  rəhmətə  gedəndə  qəhrəma-
nımın 18 yaşı varmış, deyir 18 yaşıma qədər  çox təsadüfən atasının 
dodağını qaçan görüb. Sərt adam olub, amma  yaxşı oxuyan uşağı  
gözünün  nuru  olarmış.  Kənddə  iki  kitabxana  varmış,  biri  ədəbiy-
yat müəlliminin, biri də onların evində. Evdə ən yaxşı yemək yaxşı 
oxuyan  uşaq  üçün  olarmış,  onların  arzusu  dərhal  yerinə  ye-
tirilərmiş. 
Anası  evdar  qadıı  olub,  amma  Şura  vaxtı  o  ərazilərdə  sa-
vadsızlığın  ləğvini  həyata  keçirənlərdən  biri  imiş  bu  qadın.    Hərf 
tanımayanlara oxumağı, yazmağı öyrədirmiş. Özü bayatılar, şeirlər 
yazırmış,  ədəbiyyatı  çox  sevərmiş.  17  uşağı  dünyaya  gətirib,  tər-


 
215 
biyə və təhsil verib bu qadın, 10 qız, 7 oğul.  Bəzən onu məktəbə ça-
ğırıb  sual  edərlərmiş  müəllimlər  ki,  bu  qədər  uşağı  necə  tərbiyə 
edirsiniz  ki,  təhsilləri  də  yerindədir,  tərbiyələri  də?  Qadın  cavab 
verərmiş ki, onları mən yox, evdəki kitablar tərbiyə edir, çox oxu-
yurlar ona görə. 
 “Məktəbə ayaqyalın gedərdik, ayaqqabımız  əlimizdə olardı, 
məktəbin  qabağındakı  hovuzda  ayağımızı  yuyub,  ayaqqabımızı 
geyinib girərdik məktəbə. Məktəb, onun təmizliyi canımızdan əziz 
imiş demək. Birmərtəbəli kənd məktəblərində çox yaxşı müəllimlər 
vardı.  Bu  gün  Azərbaycan  elminin,  incəsənətinin  qaymaqları  o 
məktəblərin yetirmələridir. Məktəbimizin heç zəngi yox idi, kotanı 
yuxarıdan  asıb  ona  dəmir  parçası  ilə  döyəcləyib  uşaqları  dərsə, 
tənəffüsə səsləyərdilər.” 
 
 
Sinfin ən balacaboy uşağı 
 
İlk  teatr  anlayışı  məktəbin  özfəaliyyət  dərnəyindən  formala-
şıb.  Böyük  qardaşı  Qabilgilin  sinfi  tamaşa  hazırlayıb,  Nurəddin 
qardaşının  da  oynadığı  o  tamaşaya  baxıb  ilk  dəfə.  Qabil  Quliyev 
sonradan Neft və Kimya institutuna qəbul olunsa da onu yarımçıq 
atıb İncəsənət institutuna qəbul olur. Eyni yolla qardaşı Nurəddin 
gedir.  Həmin  məktəbdə  oynadığı  tamaşalar  sonradan  onu  İn-
cəsənət  institutuna  gətirib  çıxarır,  hərçənd  atası onu  tamam  başqa 
sənətin sahibi görmək istəyib.  
“Məktəbdə  oynadığım rollar  həmişə  mağmın,  balacaboy  ob-
razlar olardı, çünki sinfin ən balacaboy uşağı idim. 8-ci sinifdə oxu-
yanda  Lənkərandan  bizim  məktəbə  bir  riyaziyyat  müəllimi  gəldi, 
özü  ilə  turnik  gətirib  quraşdırdı  məktəbdə,  o  qədər  dartındım  ki, 
bir  də  gördüm    olmuşam  hündür.  Kənd  həyatı  çox  maraqlı  idi, 
fəsilləri yaşaya bilirdik, hər fəsildə kənd əhalisinin xüsusi ritualları 
vardı, payız toyları, qış bağlamaları, yaz əkini, yayda qış tədarükü. 
Bir  ay  əvvəl  Novruz  bayramına  hazırlaşardıq.    İndiyə  qədər  də 
uşaqlığım xırda detallarına qədər yadımdadır.” 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə