Kitabxanası Azərbaycan Respublikasının Prezidenti yanında



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə55/66
tarix17.06.2018
ölçüsü2,88 Kb.
#49202
1   ...   51   52   53   54   55   56   57   58   ...   66

 
201 
il  boy-buxunum  Adil  İsgəndərovun  xoşuna  gəlmədi.  İkinci  il  miz 
üstündə  ritmi  tuta  bilmədim,  əlim  əsdi.  Üçüncü  il  Rza  Təhmasib 
məni qəbul elədi. O vaxt çox çətin idi o instituta girmək təsadüfən 
düşə bilməzdin, gərək xüsusi istedadın olsun. Rza Təhmasib, Məlik 
Dadaşov,    Rza  Sarabski,  Nəsir  Sadıqzadə  müəllimlərim  olublar.  
Sonra bütün kursumuzu İrəvan Azərbaycan Dövlət Teatrını bərpa 
etmək üçün göndərdilər. İlk rollarım orda oldu. Teatrı elə sevirdim 
ki,  sənət  üçün  özümü  fəda  etməyə  hazır  idim,  pul  qazanmaq 
barədə  düşünmürdük,  yalnız  sənəti  düşünürdük.  Ata-anam  yaşlı, 
mən  də  yeganə  övlad  olduğum  üçün  qayıtdım  Bakıya.  Bir  il 
institutda sənətdən dərs dedim, amma məni qane etmirdi, teatrda 
işləmək  istəyirdim.  Bu  arada  Sumqayıt  teatrı  açıldı,  mən  orda 
işləməyi seçdim. Yenə özümü yerimdə hiss etmədim, hərçənd baş 
rollar oynayırdım. Nəhayət  1970-ci ilə Milli Akademik Dram teat-
rının aktyor ştatına qəbul olundum. Burda nəhəng aktyorlarla bir-
gə  səhnəyə  çıxıb  nizə  tutmağın  özü  bir  fəxarət  idi.    Məsələn  ilk 
rollarımdan  biri  “Hekayəti  xırs  quldurbasan”  tamaşasında  bircə 
sözü  olan  Kərəm  olub.  Bircə  dəfə  çıxıb  səhnəyə  “Qaçsa  qaçar  e” 
deyirdim  vəssalam.   Daha çox  səsimdən  istifadə edirdi rejissorlar. 
Tofiq  Kazımov  “Hamlet”  tamaşasını  hazırladı  Hamletin  atasının-
kölgənin  səsini  mən  verirdim,  özü  də  səhnənin  altından.  Əşrəf 
Quliyev,  Məmmədkamal  Kazımov,  Mehdi  Məmmədovun  tamaşa-
larında oynayırdım. Baş rol almaq üçün kiçik rollarla özünü sübut 
etməli  idin.  Teatrdan  məşqdən  çıxırdım  qaçırdım  kinostudiyaya 
məşqə, ordan çıxıb təzədən teatra axşam tamaşasına qayıdırdım. O 
vaxt  hər  axşam  tamaşa  olardı.    Dublyajdan  tanıyıb  rejissorlar  ki-
noya dəvət edirdilər. Xırda rollarım çox olurdu. Kinoda ilk böyük 
rolum Rasim Ocaqovun “Ad günü” filmində Mustafa oldu. Rasim 
Ocaqov  kinostudiyasının  kafesində  gördü  məni  sınağa  çağırdı, 
keçdim  çəkdi.  Ssenarini  oxuyanda  artıq  rol  o  qədər  ürəyimə,  xa-
rakterimə yaxın oldu ki, ruhən dönüb oldum Mustafa.  
 
 
20-ci əsrin adamıyam, 21-ci əsrdən nə yaşasam şükür 


 
202 
 
Artıq evli idim o filmə çəkiləndə oğlumun iki, qızımın bir ya-
şı vardı. Deyirlər qızın ayağı sayalı olar.  
Yoldaşım  ədəbiyyatçıdır,  tələbə  ikən    burda  teatrda  dəftər-
xanada  işləyirdi.  Rastlaşdıq,  dostlaşdıq,  evləndik.  Onun  da  həyat 
yolunu, işini, fəaliyyətini mən düzüb qoşmuşam.  
“Ad günü”ndən sonra Rasim Ocaqovun beş filminə çəkildim.  
Axırıncı film də “Ad günü”nün ardı “Həm ticarət, həm ziyarət” ol-
du.  Onun  filmlərinə  çəkilmək  bir  məktəb  idi.  Mənim  aktyor  ta-
leyimi  Rasim  Ocaqov  müəyyən  etdi,  “Ad  günü”  filmi  ilə.  İndiyə 
qədər məni şəkili bilirlər, adımı da küçədə Mustafa çağırırlar.  
İllər keçdi Mustafanın sonrakı taleyini oynadım. Ona qədərki 
zaman  həm  məni,  həm  də  elə  Mustafanı  çox  dəyişmişdi.  “Ad  gü-
nü”ndə Mustafa kimi özüm də saf, təmiz idim. “Həm ticarət, həm 
ziyarət”ə  dəvət  olunanda  qorxdum  ki,  o  saf  Mustafa  ola  bilmə-
yəcəm. Yaxşı ki, elə ssenariyə görə də Mustafa o qədər də sadəlöv 
deyildi, yaxadan tutmağı da bacarırdı.  Kino çox möcüzəli aləmdir, 
kinoya  çəkiləndə  elə  bil  yeni  nəfəs  gəlir  mənə.  Material  olsaydı, 
işləyərdik. Mənə elə gəlir əsil film kinostudiyada çəkilər.  
Hər  halda  kinoda  da,  teatrda  da  Hacı  İsmayılov  adı  var,  ta-
rixin bir küncünə düşüb. Fəaliyyətimdən narazı deyiləm, gec olub, 
çətin olub, amma olub. Davam da edir bitməyib. “Xanuma” tama-
şasındakı rolum yeni bir mərhələ oldu mənə.  
Xalq artistiyəm, heç vaxt hansısa əsər mənim üçün qoyulsun-
deyə  xahiş  etməmişəm.  Nə  veriblər  oynamışam,  bəzən  heç  nədən 
nə isə çıxartmışam ortaya. Teatr gündəlik işimdir. Heç vaxt hansısa 
rolu  oynamaq  iddiasında  olmamışam.  Heyfsləndiyim  odur  ki, 
“Həm  ticarət,  həm  ziyarət”dən  sonra  kinoya  çəkilməmişəm,  illər 
gedir.  Həyatımda qalan heç nəyi dəyişməzdim. Tamaşaçının sev-
gisini qazanmaq hər kəsə nəsib olmur. 
İki  nəvəm  var-  Ülkər,  Azər,  onlarla  nəfəs  alıram.  Nəvə  sev-
gisi başqadır. Dünyanın ən şirin barı nəvələrdir.  
Həmyaşıdlarımdan  seçildim,  elə  seçildim  ki,  indi  mənimlə 
fəxr  edirlər  ki,  Hacı  bizimlə  bir  sinifdə  oxuyub.  Oxuduğum  190 


 
203 
nömrəli məktəbin kollektivi də fəxrlə deyirlər ki, Hacı bizim mək-
təbdə oxuyub. Deməli boşuna yaşamamışam. 
60-qədər  yaşımı  hiss  etməmişəm.  İndi  yaş  özünü  göstərir. 
Hərdən onunla təsəlli tapıram ki, elə böyük aktyorlarımız olub ki, 
heç bu yaşa çatmayıblar. Şükür ki, bizə şərəf verib. Mən 20-ci əsrdə 
yaşamışam,  21-ci  əsrdən  yaşadığım  illər  qənimətdir,  12  ildir  qəni-
mət  yaşayıram.  20-ci  əsrdə  nə  gördümsə,  gördüm  21  əsr  bizim 
deyil, gənclərindir.  
Sabah desələr ki, get təqaüdə, təsirlənməyə təsirlənərəm, am-
ma bu həm də təbiidir, nəsillərin dəyişməsi gedir. Səhnədə yaş gö-
zümə görünmür. Hələ ki, işləyirik, bizim teatrda bu problem yox-
dur, hərənin öz rolu var.  Bəyəm, rəssama demək olar ki, sənin ar-
tıq 70 yaşın var daha rəsm çəkmə, yaxud bəstəkara yazma demək 
olar?  Biz  gənclərə  nümunə  olmalıyıq.    Vaxtı  gələndə  getməyi  də 
bacararıq, amma vaxt tez keçdi. Heç olmasa bu ərəfədə kinoda, te-
atrda nə isə eliyək ki...        


 
204 
S
S
S
ə
ə
ə
n
n
n
ə
ə
ə
t
t
t
i
i
i
n
n
n
 
 
 
 
 
 
M
M
M
e
e
e
h
h
h
r
r
r
i
i
i
b
b
b
a
a
a
n
n
n
 
 
 
Z
Z
Z
ə
ə
ə
k
k
k
i
i
i
 
 
 
f
f
f
o
o
o
r
r
r
m
m
m
u
u
u
l
l
l
u
u
u
 
 
 
 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə