KitabxanaşÜnasliq


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə59/112
tarix05.10.2023
ölçüsü1,64 Mb.
#125358
1   ...   55   56   57   58   59   60   61   62   ...   112
k x 2017 n 1

66


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22) 
2017
haqqında məlumatlar toplanmışdır. Kitabın tərtibçisi Əməkdar mədəniyyət 
işçisi Gülbəniz Səfərəliyeva, redaktor və buraxılışa məsul professor, Əməkdar 
mədəniyyət işçisi Kərim Tahirov, ön sozün müəllifi filologiya elmləri 
doktoru, professor Şirindil Alışanlıdır [6].
2014-cü ilin sonlarında yenə də TÜRKSOY təşkilatı, Azərbaycan 
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanasının 
təşkilatçılığı ilə qırğız şairi, ozan və bəstəkarı Toktakul Satılqanovun 150 
illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans kecirilmişdir. Konfransda 
TÜRKSOY tərəfindən türk dilinə tərcümə olunmuş “Toktokul Satılqanov. 
“Seçilmiş əsərlər”” və Türkiyə Əskişehir valiliyi tərəfindən 
6 dildə 
(Azərbaycan, türk, özbək, qazax, qırğız, türkmən) nəşr edilmiş “Şeirə, 
nəğməyə çevrilən ömür” kitablarının təqdimat mərasimi olmuşdur.
Konfransda eyni zamanda TÜRKSOY təşkilatı tərəfindən keçirilən 
tədbirlərdən danışılmış və bu tədbirlərin əhəmiyyəti qeyd olunmuşdur. Sonra 
TÜRKSOY-un baş katibi Düsen Kaseinov və Qırğızıstan “Toktoqul ili” 
Dövlət Təşkilat Komitəsinin sədr müavini Osmanbek Artıkbayev tərəfindən 
Azərbaycan Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevə, Türk 
Şurasının baş katibinin müavini Adaxan Madumarova, Azərbaycan Yazıçılar 
Birliyinin sədri Anara, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin 
müsteşar yardımcısı Nihat Gülə, Azərbaycan Milli Kitabxanasının direktoru 
Kərim Tahirova, Türkiyənin Əskişəhir valisi Güngör Asim Tuna, Azərbaycan 
Atatürk Mərkəzinin direktoru Nizami Cəfərova və kitabın tərcüməçilərinə 
Toktakul medalları təqdim edilmişdir.
Bütün deyilənlərə yekun olaraq demək olar ki, yarandığının 20 illik bir 
müddətində TÜRKSOY təşkilatı və onun keçirdiyi tədbirlər türk xalqlarının 
mədəniyyətlərinin inteqrasiyasında 
son dərəcə böyük rol oynamışdır. 
Azərbaycan Milli Kitabxanası həmin tədbirlərin həm daimi iştirakçısı və həm 
də fəal təşkilatçısı olmuşdur. Məhz “TÜRKSOY-un 20 illiyi” yubiley 
medalının təqdimatı 2014-cü il yanvar ayının 10-da Azərbaycan Milli 
Kitabxanasında keçirilmişdir. Yubiley medalı təqdim olunanlar arasında 
kitabxananın direktoru Əməkdar mədəniyyət işçisi professor Kərim Tahirov 
da olmuşdur. O,Türk dünyası mədəni irsinin təbliği, türkdilli ölkələr arasında 
əməkdaşlığın gücləndirilməsi sahəsində həyata keçirdiyi layihələrdə mühüm 
xidmətlərinə görə bu medala layiq görülmüşdür. Azərbaycan Milli 
Kitabxanası daim TÜRKSOY bayrağı altında birləşən dövlətlərlə sıx 
əməkdaşlığa hazır olmuş və bunu bu gün də müvəffəqiyyətlə davam etdirir. 
Türk Cümhuriyyətləri Milli Kitabxana direktorlarının birliyi bu əməkdaşlığı 
daha da möhkəmləndirib genişləndirəcəkdir.
ƏDƏBİYYAT

Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə