Klinik protokol Az ərbaycan Respublikas



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə19/28
tarix19.11.2017
ölçüsü0,77 Mb.
#11166
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

53

XS səviyyəsini azaldan terapiyanın faydası əvvəlki fərdi riskdən asılıdır.

Risk nə qədər yüksəkdirsə, fayda bir o qədər çoxdur (bax: Cədvəl 9). 

XS səviyyəsinin azaldılmasının faydalı effektlərində kişi və qadınlar, 

gənc  və yaşlılar,  hətta  75  yaşdan  yuxarı  pasiyentlər  arasında  fərqlər 

yoxdur, lakin sağlam qadınlara faydaları sübut olunmamışdır

123

.

XS-YSLP-nin  aşağı  səviyyələrinin  ÜDX-nin  asılı  olmayan  risk 



faktoru  olmasına  baxmayaraq,  spesifik  müalicənin  başlanması  üçün 

şərti olaraq XS-YSLP-nin göstəriciləri kişilərdə <1,0 mmol/l (~40 mq/dl)

və qadınlarda  <1,2  mmol/l  (~45  mq/dl)  hesab  edilə bilər.  Eyni  ilə

triqliseridlərin  acqarına  >1,7  mmol/l  (~150  mq/dl)  konsentrasiyası 

terapiyanın başlanması üçün göstərişdir.

DAVRANIŞIN DƏYİŞDİRİLMƏSİ PRİNSİPLƏRİ

ÜDX-nin  profilaktikası  məqsədilə sağlam  həyat  tərzinə nail 

olmağın  qarşısında  duran  ən  başlıca  problem  insan  davranışının 

davamlı şəkildə dəyişməsinə nail olmaqdır.

Təhsil  sağlam  həyat  tərzi  prinsiplərinə daha  da  sadiq  qalmağa 

yardım edir.



Davranışın dəyişdirilməsinə dair tövsiyələr

► Xəstələri  həyat  tərzini  dəyişdirməyə sövq  edərək  onların  təhsil 

səviyyələrindən istifadə etmək lazımdır (А)

53,138


► Qidalanma  mütəxəssislərini,  tibb  bacılarını,  psixoloqları  və s. 

mütəxəssisləri cəlb etmək lazımdır (В)

32,65

► Çox yüksək ÜDX riski olan şəxslərə tədbirlərin bütün kompleksi,



o cümlədən həyat tərzinin dəyişdirilməsinə dair təlimlər, dərman 

terapiyası, streslərin və psixo-sosial amillərin korreksiyası tövsiyə

olunur (А)

32,53,129

Həyat tərzi, bir qayda olaraq, adət edilmiş davranış reaksiyalarına 

əsaslanır.  Vərdişlər  uşaq  və yeniyetmə yaşlarında  genetik  və stress 

amillərinin  qarşılıqlı  təsiri  altında  formalaşır.  Bu  vərdişlər  insanda

ömür boyu qalır və hətta sosial mühitin təsiri altında güclənir. Odur 

ki, müxtəlif  sosial  qruplardan  olan  insanların  davranış  reaksiyaları 

fərqli olur.

Sağlam  vərdişlərin  gücləndirilməsi  və tibbi  tövsiyələrə riayət 

edilmədə dəstək tibbi  heyəti  tərəfindən  göstərilən  yardımın  mühüm 

hissəsidir. Hər bir xəstənin düşüncə və narahatlıqları, həyat təcrübəsi,

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




Cədvəl 9. ÜDX riski və XS-ASLP səviyyəsindən asılı müdaxilə strategiyaları

56

ÜDX riski



(SCORE) 

%

XS-ASLP səviyyəsi

<70 mq/dl 

<1,8 mmol/l 

70-100 mq/dl 

1,8-2,5 mmol/l 

100-155 mq/dl 

2,5-4,0 mmol/l 

155-190 mq/dl 

4,0-4,9 mmol/l 

>190 mq/dl 

> 4,9 mmol/l 

<1 

Müalicəsiz (C)

Müalicəsiz (C)

Həyat tərzinin 

dəyişdirilməsi (C)

Həyat tərzinin 

dəyişdirilməsi (C)

Həyat tərzinin 

dəyişdirilməsi, 

nəzarət olmadıqda 

dərmanla müalicə-

nin təyini barədə

qərar (A)

≥1 




<5 

Həyat tərzinin 

dəyişdirilməsi (C)

Həyat tərzinin 

dəyişdirilməsi (C)

Həyat tərzinin

dəyişdirilməsi, nəzarət 

olmadıqda dərmanla 

müalicənin təyini 

barədə qərar (A)

Həyat tərzinin

dəyişdirilməsi, nəzarət 

olmadıqda dərmanla 

müalicənin təyini 

barədə qərar (A)

Həyat tərzinin 

dəyişdirilməsi, 

nəzarət olmadıqda 

dərmanla müalicənin 

təyini barədə qərar (A)

≥5 



<10        



və ya 

yüksək risk

Həyat tərzinin 

dəyişdirilməsi, 

dərmanla 

müalicənin təyini 

barədə qərar (A)

Həyat tərzinin 

dəyişdirilməsi, 

dərmanla 

müalicənin təyini 

barədə qərar (A)

Həyat tərzinin 

dəyişdirilməsi, 

dərmanla müalicənin 

təcili təyini (A)

Həyat tərzinin 

dəyişdirilməsi, 

dərmanla müalicənin 

təcili təyini (A)

Həyat tərzinin 

dəyişdirilməsi, 

dərmanla müalicənin 

təcili təyini (A)

≥10 və ya 



çox yüksək 

risk

Həyat tərzinin 

dəyişdirilməsi, 

dərmanla 

müalicənin təyini 

barədə qərar (A)

Həyat tərzinin 

dəyişdirilməsi, 

dərmanla 

müalicənin təcili 

təyini (A)

Həyat tərzinin 

dəyişdirilməsi, 

dərmanla müalicənin 

təcili təyini (A)

Həyat tərzinin 

dəyişdirilməsi, 

dərmanla müalicənin 

təcili təyini (A)

Həyat tərzinin 

dəyişdirilməsi, 

dərmanla müalicənin 

təcili təyini (A)

 

 



 

 

 



 

Klinik protokol Az

ərbaycan Respublikas

ı S


əhiyy

ə Nazirliyinin 

İctimai S

əhi


yy

ə v


ə 

İslahatlar M

ərk

əzind


ə haz

ırlanm


ış

r. 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə