"kompüter qrafikasi" FƏNNİNİn predmeti



Yüklə 0,62 Mb.
səhifə15/20
tarix20.10.2023
ölçüsü0,62 Mb.
#128415
1   ...   12   13   14   15   16   17   18   19   20
конспект К.Г на азерб.языке

VEKTOR FORMATLAR
Vektor formatlara aid olan fayllarda təsvirlərin şərhi sadə qrafik obyektləri (xətləri, çevrələri, düzbucaqlıları, qövsləri və s.) yaratmaq üçün istifadə edilən əmrlər çoxluğu ilə verilir. Belə fayllarda bunlardan başqa digər əlavə informasiyalar da saxlanılır. Müxtəlif vektor formatlar bir-birindən əmrlərin sayı və onların kodlaşdırılması üsulları ilə fərqlənir.
Sadə təsviri vektor əmrlərin köməyi ilə sərh etməkdən ötrü aşağıda verilmiş məsələni nəzərdən keçirək.
Tutaq ki, təsvirin şərh edilməsi üçün aşağıdakı əmrlərdən istifadə ediləcək:
Müəyyənləşdir X,Y - koordinatları X,Y kəmiyyətləri ilə müəyyən olunan cari mövqeyin müəyyən edilməsi;
Xott X1,Y1 - cari mövqedən koordinatları X1,Y1 ilə müəyyən olunan mövqeyə qədər xəttin çəkilməsi. Bu zaman X1,Y1 koordinatları cari mövqeyin koordinatlarına çevrilir;
Xətt X1,Y1,X2,Y2 - başlanğıcı X1,Y1 koordinatları, sonu X2,Y2 koordinatları ilə müəyyən edilən mövqelər (nöqtələr) arasında xəttin çəkilməsi. Bu zaman cari mövqe qeyri-müəyyən olur;
Çevrə X,Y, - məkəzinin koordinatları X,Y olan və radiusu piksellə verilən "radius" parametrli çevrənin qurulması;
Ellips X1,Y1,X2,Y2 - SOİ yuxarı küncü X1,Y1 koordinatları, sağ aşağı küncü X2,Y2 koordinatları ilə müəyyən edilən düzbucaqlı ilə məhdudlaşan ellipsin qurulması;
Düzbucaqh X1,Y1,X2,Y2 - SOİ yuxan küncü X1,Y1 koordinatları, sağ aşağı küncü X2,Y2 koordinatları ilə müəyyən edilən düzbucaqlının qurulması;
Qurma rəngi - parametri ilə müəyyən edilən rəngin müyyən edilməsi;
Doldurma rəngi - parametri ilə müəyyən edilən doldurma rənginin müəyyən edilməsi;
Rənglə X,Y - ixtiyari qapalı fiqurun rənglənməsi. Burada X,Y qapalı fiqur daxilində yerləşən ixtiyari nöqtənin koordinatları, isə sərhədd xəttinin rəngidir.
Vektor əmrlərin köməyi ilə gəminin təsvirini şərh etmək tələb edilir Təsvirin koordinatları düzbucaqlı dekart koordinat sistemində verilir və koordinat sisteminin başlanğıcı ekranın yuxarı sol küncündə yerləşir

FORMATIN ADI

FAYLLARİ AÇA BİLƏN PROQRAMLARIN ADI

WMF Windows MetaFile

Windows əlavələrin əksəriyyəti

EPC
Encapsulated PostScript

Mətbəə sistemlərinin böyük əksəriyyəti, vektor qafikası redaktorları, bir sıra vektor qrafikası redaktorları

DXF
Drawing Interchange Format

Avtomatlaşdırılmış layihələndirmə sistemləri proqramlarının hamısı, vektor grafikası redaktorlarının əksəriyyəti, bir sıra masaüstü mətbəə sistemləri

CGM
Computer Graphics Metafile

Vektor qrafikası proqramlarının, avtomatlaşdırılmış layihələndirmə sistemləri və mətbəə sistemlərinin əksəriyyəti


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə