Salatın Əhmədli
153
şəhərin axınına düşmüş, axarına qovuşmuş Qadın idi.
Deyəsən, bunu Şair də hiss eləmişdi.
Onu kürsüyə dəvət elədilər. Bu, bir adətdir.
Tədbirlərin sonunda yubilyara söz verirlər. Amma Şair
nəzərlərini kirimişcə ətrafa gəzdirirdi. Uzun-uzadı
özünə doğma, ruhuna yaxın bir insan nəzəri axtarırdı.
Xəyalının qanadında uçub getdiyi yerlərdən dolanıb,
həsrət, kədər gətirən nəzərləri özünə doğma, munis bir
baxışın önündə dayandı. Baxdı, baxdı… Handan-hana
qəhərdən boğula-boğula:
- Mən kəndimizdən ayrılanda,-dedi,-anamı bu
xanım yaşda qoyub gəlmişdim. Sonra bacımı o yaşda
gördüm. Bax, elə bu xanıma bənzəyirdilər. Mən indi
onun yanında… anamı, bacımı ziyarət etdim…
Sonra asta-asta uluların ruhlarını çağırırmış kimi,
bəlkə də, bir dua kimi, müqəddəslik harayları kimi-
amma gurultusuz, hay-küysüz, məhrəm pıçıltılarla
dilləndi: «O yerlər min xəyal eylər, təbiət şeirə lay-
iqdir, öpər bülbül səhər tezdən gülün yaqut dodağın-
dan» .
Başqalarına qəribə gələrdi. Dillər əzbəri olan
yaradıcılığını özü əzbər bilən Şair az qala yarım əsr
bundan əvvəl dünyasını vaxtsız dəyişmiş ustadın mis-
Salatın Əhmədli
154
raları ilə sözə başladı. Kimsəyə sirr deyildi ki, indi
Şairin xəyalı haralardan keçib gəlir, hansı yolların
ağrısını-acısını özü ilə gətirir. Şair dolmuş gözlərini
yana çevirdi. Zal elə bil yuxuya getmişdi. Şair özünün
nağıllar dünyasını çəkib bu salona gətirmişdi. Qəfildən
sürəkli alqışlar qopdu. Qadın kirimişcə əl yaylığını
gözünə sıxdı…
Karvan o yerlərə çatırdı. Göyəzənin güllərə,
çiçəklərə qərq olmuş sinəsi Şairə qucaq açmışdı. Avey
onun könlünü oxşayacaq külək göndərmişdi. Ana Kür
yenə səssiz-səssiz çağlamağında idi. Gün günorta
yerinə qalxmışdı. Şair doğma yerlərə qonaq gedirdi.
Salatın Əhmədli
155
ƏRİN ÜZÜ DÖNÜNCƏ…
Qəzetlərə həmişə əvvəlcə axırıncı səhifədən
baxıram. Elanları, reklamları nəzərdən keçirirəm. Baş
sağlıqları da diqqətimdən kənarda qalmır. Bu gün də
əlimə götürdüyüm qəzetin axırıncı səhifəsində ver-
ilmiş reklamları, elanları bir-bir nəzərdən keçirdim.
Bu, mənim üçün bir növ qarşıma çıxan hər hansı ağır
məqaləni oxumaq üçün hazırlıq olur. Elə səhifəni
çevirmək istəyirdim ki, başsağlıqları arasında tanış bir
ad diqqətimi cəlb elədi. Tanınmış iş adamı Taleh Əmir
oğlunun qəfləti vəfatı ilə bağlı ailə üzvlərinə baş-
sağlığı verilmişdi. Hər halda iş yoldaşları adından ver-
ilmiş başsağlığındakı ad mənə tanış idi.
Onun ailəsilə biz bağ qonşusu olmuşduq. Çox
mehriban ailə idi. Ər-arvad gənc olsalar da istiqanlı,
böyük-kiçik yeri bilməklərilə bizim də ailənin
rəğbətini qazanmışdılar. Ad günlərində, bayramlarda
bir yerə yığışardıq. Sonralar cavan ər – Taleh Əmir
oğlu sahibkarlıq fəaliyyətnə keçdi və işləri də uğurlu
alındı. Bir müddət ötdü, bir gün hiss etdik ki, o,
nədənsə özünə qapılmağa başlayıb. Elə həmin ərəfədə
Salatın Əhmədli
156
biz də bağ evimizi dəyişməli olduq. Bir qədər rütubətli
ərazi idi. Həkimlər məsləhət görürdülər ki, özümü
rütubətdən qoruyum. Oradan köçməli olduq. Bu,
çoxdanın əhvalatıdır, demək olar ki, əlaqələr kəsildi,
daha biz onları görmədik. Ancaq əlaqə saxladığımız
digər bağ qonşularından hal-əhval tutanda Südabəni
də soruşurdum - Taleh Əmir oğlunun arvadını. O
vaxtsız dünyasını dəyişdi. İllər keçsə də, Südabə
həmin görkəmdə yaddaşımda yaşayırdı; hündür boylu,
adına bənzər-gözəl-göyçək bir gəlin idi. Danışığı, şux
görkəmi və gülüşü onun gözəlliyini bir qədər də
artırırdı. Elə bil ki, Tanrı onu xoşbəxt olmaq üçün
yaratmışdı. Qayğısızlığı-axı dedim ki, əri bacarıqlı
oğlan idi, şəhərdə tanınan iş adamlarından olmuşdu-
sevgilisinin mehribanlığı onun ruhuna bir dirilik,
canlılıq bəxş eləmişdi. Kənardan müşahidə edən
olsaydı, deyərdi ki, onun kimi bəxtəvər bir qadın
yoxdur. Həyat yoldaşı ilə can deyib, can eşidərdilər.
Onların hər günü xoş keçərdi...
- Südü, hardasan?
- Kostyumunu hazırlayıram.
- Gecikmirəm ki?..
- Yox gecikməzsən, vaxtında hazır olacaq.
Salatın Əhmədli
157
Pilləkənin başında dayanmış ərinə yaxınlaşan
Südabə pencəyi yuxarı qaldırdı. Taleh əvvəlcə sağ
qolunu geyindi, sonra da sol qolunu. Dönüb güzgüyə
baxırmış kimi Südabənin gözlərinə baxdı. Uzaq səfərə
gedən adam kimi ayrılmazdan əvvəl onun çiyinlərin-
dən tutdu, özünə tərəf çəkdi, sevimli arvadını hərarətlə
öpdü. Südabə də onun saçlarını sığalladı. Pilləkəndən
düşüb həyətdən kənarda, darvazanın çölündə onu
gözləyən maşına tərəf addımladı. Südabə hələ də
pilləkənin başında dayanırdı və sanki bilirdi ki, əri
qapıdan çıxmamış ona mütləq baxacaq. O, mehriban
nəzərlərin bəxş elədiyi sevinci almamış otağa keçmək
istəmirdi.
Belə də oldu. Taleh dönüb aralıdan hələ sevgi
duyğuları gözlərinin işığında görünən bir hisslə əl elə-
di. Və beləcə, işə yollandı.
Əvvəllər Südabə işləmək istəsə də, əri ilə ümumi
razılıqdan sonra işləmək marağını unutdu, ev qayğıları
ilə məşğul oldu.
Deyilənə görə, xoşbəxt illərin sürəti çox böyük-
dür, onun necə keçdiyini bilmək olmur. Uşaq qayğı-
ları, onları böyütmək-bütün bunlar Südabənin üstünə
düşürdü. İndi o, ərinə olan məhəbbətini balaları ilə
Salatın Əhmədli
158
bölüşürdü. İllərin sürətli axarında ailə qayğılarıyla
yaşayan Südabə son vaxtlar görürdü ki, daha əri işdən
ona zəng eləmir, evə gələndə sanki üz-gözündən yor-
ğunluq yağır. Bəzən, hətta həftələrlə şəhərdən kənara
iş üçün getdiyini deyir, gələndə də əvvəllər olduğu
kimi Südabə ilə səfər təəssüratlarını bölüşmürdü.
…Uşaqlar böyüdülər, iki oğlunun hər birinə
şəhərin ayrı-ayrı yerlərində ev aldılar, əvvəlcə böyük
oğlunun toyu oldu. Elə toydanca bəylə gəlini qabaqca-
dan hazırlanmış evlərinə yola saldılar. Bir-iki il sonra
da o biri oğlunun… beləcə onları evləndirdilər. Bu
hadisədən sonra Südabə öz qəlbində əvvəlki xoşbəxtli-
yini qaytaracağını düşünürdü. Daha onların özlərinə
baxmaq, bir-birini daha çox sevmək imkanları vardı.
İllərdən bəri Südabə heç vaxt ərindən bir nigarançılıq
çəkməmişdi. Onun iş qayğıları ilə yaşadığını, övladla-
rının gələcəyi üçün çalışdığını düşünürdü. Hətta
istirahət və bayram günlərində belə ərinin evdə olma-
ması da əlavə narahatlıq yaratmırdı. İndi hiss edirdi ki,
ərinin telefonuna aramsız mesajlar gəlir, zənglər olur.
Və onu da hiss edirdi ki, əri daha telefonla onun ya-
nında danışmır. Amma yox,.. bu, daha əvvəlki hal
deyildi. Hətta bir dəfə telefonda gənc bir qızın ərinə
Dostları ilə paylaş: |