KöRPƏ SƏSİ, ana nəFƏSİ



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə31/56
tarix12.10.2018
ölçüsü1,54 Mb.
#73278
1   ...   27   28   29   30   31   32   33   34   ...   56

Salatın Əhmədli                    
 
 
177 
dəyişər,  yer-göy  titrəyər,  sel-su  gələr,  mən  səni 
itirərəm.  
Əzizim,  bizim  çox  vaxtımız  olacaq,  lap  elə 
əbədiyyətəcən.  Xoş  günlərimizi  təzədən  yola  salarıq, 
səhvlərimizi  xatırlarıq.  Eybi  yox,  indi  o  səhvləri 
düzəltmək  üçün  bizim  qədərincə  vaxtımız  olacaq. 
Necədir,  əzizim,  belə  nağıl  kimi  bir  həyat.  Mən  də 
sənin  üçün  nəğmə  oxuyaram,  dinləyərsən  mənim 
nəğmələrimi. 
…Bir zamanlar xəyallarımızla gözündən su içdiy-
imiz  bulaqlar,  şəffaf  sularında  üzdüyümüz  çay, 
kölgəsində dincəldiyimiz söyüd ağacları,  moruq dərib 
yediyimiz  kollar,  yulğunun  ətirli  budaqları  da  bizdən 
ötrü  həmişə  əziz  olacaq.  Gördüyümüz,  ruhumuzla 
gəzdiyimiz  yerlər  həmişə  bizdən  ötru  sevinəcək. 
Daşlar  da,  qayalar  da,  cığırlar  da  bizi  görəcək.  Əbədi 
olaraq bizimlə birgə olduqlarına sevinəcəklər. 
Darıxma, tələsmə,  vaxtı  gözlə. Vaxtı  gələndə sən 
özün biləcəksən. Onda mən lap sənin yanında olacam. 
Daha  gileylənmə,  bizim  birgə  gedəcəyimiz  yerdə 
xəstələnmək olmur. Orda həkim də yoxdur, orda dün-
yanın  özü  -  paklığın  özü  yalnız  ruh  olan  insanı  qoru-
yur. 
Salatın Əhmədli                    
 
 
178 
Əzizim,  inan  mənə,  nə  sən,  nə  də  mən  bir 
vəfasızlıq  görməyəcəyik.  Vəfasızlıq  orada  qalacaq. 
Əbədiyyət  məkanıda  özünə  yer  tutmuş  insanlar 
birdəfəlik vəfasızlıqla xudahafizləşmiş olacaqlar. 
…Gəl, əzizim, o yerə gedərik ki, orada doğuldun 
sən.  Orda  yer  veriblər  sənə  bir  əlçim.  Bir  çay 
kənarında süslənir o yer. Tez-tez səni deyib səslənir o 
yer.  Hələ  bir  son  ümid,  son  arzu  kimi  hər  gün 
qəlbimizdə bəslənir o yer.  
Gedək kəndimizə… 
Gəzək dağlarını gəzək qoşa biz 
Çaylarda yuyunsun qoşa şəklimiz. 
Qorxmayaq çay daşıb kəsə yolları 
Yenə göy meşənin hər addımında  
Başımız üstündə kölgəlik salıb 
Palıdın, vələsin əsə qolları. 
Bir də ağrımayam, xəstələnməyəm, 
Dönüb gənc bir qıza şıltaq, güləyən. 
Tənhalıq daşını könüldən ataq, 
Çəksin nazımızı bir şirin yataq. 
Qaçaq  bu  şəhərdən,  qaçaq  o  yerə  ki,  ordan 
gəlmişik. 


Salatın Əhmədli                    
 
 
179 
…Xəyal Kürqıraqlı elə ağır xəyalların arasındaca 
onu boğmaqda olan aləmdən ayıracaq bir kimsəni ax-
tarırdı. Və o kimsəni artıq  görürdü. Gözlərilə onu ox-
şayan, qəlbini, könlünü ovudan insanı…  
İndi  o,  qanadlanmışdı.  Səmaya  qalxan,  uçan 
qanadlı  bir  pərinin  arxasınca  o  da  qanad  çalırdı.  Daha 
yırtıcı  dişlərilə  onu  izləyən  elektron  saytdakı  gənc 
tənqidçini də görmürdü.  
Daha bu dünya onun üçün yox idi.  
 
 
 
Salatın Əhmədli                    
 
 
180 
 
TƏNDİR YARASI 
 
Adamlar  uzun  dəhlizdə  cərgə  ilə  dayanmışdılar. 
Açıq  qapıdan  geniş  kabinet  demək  olar  ki,  tam  görü-
nürdü.  Komissiyanın  sədri  tələsmədən,  asta-asta,  bir-
bir  sənədlərə  baxır,  komissiya  üzvlərinin  rəylərini 
soruşur,  etiraz  olmayanda  əlinin  altındakı  siyahıda 
qarşısındakı  adamın  adını  tapıb  nəsə  qeyd  edirdi. 
Sonra  da  sənədləri  qaytarıb  sahibinə  verir,  yenidən 
qapının astanasında dayananlara tərəf:  
-  Kimin  növbəsidir,  gəlsin,-deyə  hündürdən 
səslənirdi. 
Bir-iki  nəfər  də  keçdi.  Qapıda  dayanıb  növbəyə 
nəzarət edən gənc orta yaşlarına çatar-çatmazlığı güclə 
sezilən,  amma  ilk  baxışdan  vaxtından  əvvəl  qocaldığı 
görünən qadının  narahatlığını bayaqdan  hiss eləmişdi. 
Qadın  hərdən  divara  söykənir,  bir  qədər  dayanandan 
sonra görünür, özünü rahat hiss etmədiyindən növbdən 
kənara  çıxır,  pəncərənin  taxtasına  dirsəklənib  daya-
nırdı.  Bir  qədər  də  yeriyəndə  ayağını  çəkirdi.  Elə  bil 
ki,  pəncələri  üstə  yeriyirdi.  Gəncin  ürəyindən  keçirdi 
ki,  onu  növbədən  kənar  buraxsın.  Amma  adamların 


Salatın Əhmədli                    
 
 
181 
narazılıq  edəcəyindən  ehtiyatlanırdı.  Bu  vaxt  lap  arxa 
cərgədə, təzəcə gəlmiş  yaşlı bir kişi həmin qadına  ya-
xınlaşdı. Yəqin ki, elə aralıdan görüb, tanımışdı.  
- A bala, a qızım, sən Solmaz deyilsənmi? Yuxarı 
Tülü kəndindən  Yavərin  qızı. Deyəsən, dədən bir-iki 
il bundan əvvəl rəhmətə gedib,-elədirmi?  
Qadın  başını qaldırıb kişiyə baxdı. O kişi  də ona 
tanış gəldi.  
- Hə, əmi, doğrudur, mən Yavər kişinin qızıyam. 
Bəs, elə bil bir qədər axsayırsan. Nə olub? 
- Heç, ay əmi, təndir yarasıdı. 
- A bala, burada təndir var? Təndir qaldı Tülüdə, 
Xocalıda… 
Birdən  kişi  irəli  yeriyib  növbəyə  nəzarət  edən 
oğla-na güclə seziləcək, əsəbqarışıq bir səslə dedi:  
- Bu əlil qadını niyə növbədə saxlayırsan? 
 Bəlkə  də,  kişi  heç  təpinmək  qəsdi  ilə  demirdi. 
Bununla növbəyə dayananlara xəbərdarlıq edirdi, yəni 
ki, heç kim səsini çıxarmasın. 
Həmin  gənc  işarə  ilə  Solmazı    içəri  dəvət  etdi. 
Sənədləri  əlində  içəri  keçən  Solmaz  nə  qədər  özünü 
tox  tutsa  da,  axsamağını  gizlədə  bilmədi.  Özü  də 
deyəsən,  axsamağından  utanır,  bunu  bir  qədər  ört-
Salatın Əhmədli                    
 
 
182 
basdır  etmək  üçün  ayaqlarını  yerə  möhkəm  basmağa 
çalışırdı. Onda da yerişi lap kobud alınırdı.  
Ona əyləşmək üçün stul təklif elədilər. Oturmadı, 
elə stulun söykənəcəyindən yapışıb ayaq üstə durdu.  
- Sənədlərini ver,-komissiya üzvlərindən biri əlini 
uzatdı.  
-  Xocalı,  Tülü  kəndi.  Solmaz  Yavər  qızı.  İkinci 
qrup əlil.  
-A  bacı,  əlilliyinin  səbəbi  nədir?  Növbədənkənar 
ev  alma  hüququn  var-yox,  biz  bunu  aydınlaşdırmalı-
yıq. 
Solmaz  qırışmış  arıq  əlləri  ilə  yapışdığı  stulun 
söykənəcəyini  bir  az  da  bərk  sıxdı.  Gözlərində  yaş 
gilələndi.  Komissiya  sədri  hiss  elədi  ki,  sualı  yerinə 
düşməyib.  -  Xocalıda  Tülü  kəndi  vardı?-Deyəsən,  bu 
sualla bir qədər əhvalı dəyişmək istədi.  
Yenə komissiya üzvlərindən biri izahat verdi:  
-  Bəli,  Xocalıda  elə  demək  olar  ki,  Xocalıya 
bitişik  meşəliyin  içində  belə  bir  kənd  vardı.  İyirmi-
otuz  ev  olardı.  Ermənilər  Xocalıdan  qabaq  Qaradağ-
lını, Meşəlini yandırıb talan edəndə o kəndi də dağıtdı-
lar. Camaatı da həlak oldu.  


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə