Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə133/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   129   130   131   132   133   134   135   136   ...   146

433 


bətlərin  formalaşması  da  təşkilatın  məqsədinin  müəyyən-

ləşdirilməsində xüsusi  əhəmiyyət kəsb edir

 

2)    Qəbul  edilmiş  vəzifələr  və  öhdəliklər    təşkilatda 



əvvəlcədən müəyyən edilən qaydalara əsasən  və müəyyən 

müddətdə  yerinə  yetirilən  işlərdir.  Belə  ki,  təşkilatın  hər 

bir üzvü aid olduğu  təşkilatda bu müddət ərzində  müəy-

yən bir  vəzifə yerinə yetirir və fəaliyyətinə görə şəxsi mə-

suliyyət  və  cavabdehlik  daşıyır.  Təşkilatın  idarəedilməsi 

işçilərin öz vəzifəsinə məsuliyyətli və ciddi  yanaşması ilə 

müəyyənləşir.    Bu  nöqteyi-nəzərdən  də  təşkilatın  hər  bir 

üzvü onlara tapşırılan vəzifənin öhdəsindən layiqincə gəl-

məlidir; 

 

3) Quruluş (struktur) – bu təşkilatda effektiv idarəet-



mə səviyyəsini və funksionallığı tənzimləyir. Həm dövlət 

və həm də qeyri-dövlət təşkilatlarınında quruluş formaları 

müxtəlif olur. 

 

4) Texnologiya – bu təşkilatda  tətbiq olunan vasitə-



lərin, proseslərin, əməliyyatların  və metodların məcmusu-

nu özündə ehtiva edir

   5) İnsanlar və ya təşkilatın heyəti – burada təşkilatın 

bütün  nümayəndələri  nəzərdə  tutulur,    həm  idarəetmə  və 

həm  də  tabeçilikdə  olan  insanların  hamısı  birlikdə  təşki-

latın heyətini yaradırlar. 

Dövlət  və  qeyri-dövlət  təşkilatlarının  idarə  edilməsi 

zamanı, qərarların qəbul edilib yerinə yetirilməsinə və ida-

rəetmə prosesinin  funksiyalarının müəyyən edilməsi ami-

linə də xüsusi diqqət yetirmək lazımdır. “İdarəetmə prose-

sinin  nə  dərəcədə  konkret  diferensiasiyası  ilə  şərtlənən 

fərqli  mövqelərin  olması  təbii  sayılmalıdır.Zənnimizcə, 

ayrı-ayrı mövqelərdə 3 mərhələnin ayırd edilməsi ümumi 

cəhətdir və demək olar ki, heç kəsdə etiraz doğurmur: 




434 


1. Qərarın işlənib hazırlanması və qəbul olunması; 

2. Qərarın icrasının təşkili; 

3. İcranın yoxlanılması (nəzarət). 

Sosial  idarəetmə  prosesini  təşkilati  struktur 

baxımından bir-biri ilə sıx əlaqədar olan bu üç mərhələdən 

ibarət bir sistem kimi təsəvvür etmək mümkündür. Bu sis-

tem, şübhəsiz, ümumi xarakter daşıyır. İdarəetmənin funk-

siyalarına münasibətdə də vahid mövqe formalaşdırmışdır. 

Müasir elmi ədəbiyyatda ən müxtəlif funksiyalardan bəhs 

edilir:  planlaşdırma;  təşkiletmə;  sərəncamçılıq;  motivləş-

dirmə;  nəzarət;  kommunikasiya;  tədqiqetmə;  qiymətlən-

dirmə;  qərarların  qəbul  olunması;  işçi  heyətin  seçilməsi; 

danışıqlar aparılması və s. İdarəetməyə dair ayrı-ayrı nəşr-

lərdə  demək  olar  ki,  idarəetmə  funksiyaları  sadalanır, 

lakin onların fərqi çox azdır.”

114


  

 

Dövlət  və  qeyri-dövlət  təşkilatlarının  idarə  edilməsi 



və fəaliyyət göstərməsi prosesinə iki amil təsir edir və bu 

müxtəlif  amillər  təşkilatın  idarə  edilməsində  önəmli  əhə-

miyyət kəsb edir. Bu  amillər aşağıdakılardır: 

 

1)  Təşkilatın  xarici  mühit  amilləri.  Yəni,  təşkilatın 



fəaliyyət göstərməsinə  təsir edən və təşkilatdan  müvafiq 

reaksiya    tələb  edən  və  ətraf    mühitin  bütün  şərtləri  ilə 

müəyyən olan  amillər təşkilatın xarici mühit amilləri he-

sab olunur. Açıq  bir sistem kimi fəaliyyət göstərən təşki-

lat hər zaman xarici mühit amillərini nəzərə almalı və bu 

amillərə uyğunlaşmalıdır. 

 

2)  Təşkilatın  daxili  mühit  amilləri.  Yəni  təşkilat  



tərəfindən  tənzimlənə bilən amillər təşkilatın daxili mühit 

                                                 

114

  Vahidov  F.  Q.,  Ağayev  T.  B.  Sosiologiya.  Ali  məktəblər  üçün  dərs 



vəsaiti. Bakı: «Təknur» nəşriyyatı, 2008, səh.95 

 



435 


amilləri  ilə  müəyyən  olunur.  Bu  amil  təşkilatın  daxilində 

baş verən dəyişikliklərlə müşaiyət olunur. Təşkilatın daxili 

mühit  amillərini  bəzi  tədqiqatçılar  “situasiyslı    amillər”  

kimi də xarakterizə edirlər. 

Dövlət  təşkilatları  ilə  yanaşı  qeyri-hökumət  təşki-

latları cəmiyyətin inkişafı üçün birgə çalışması daha məq-

sədəuyğundur.  Bu  baxımdan  qeyri-dövlət  təşkilatları  mə-

nəvi,  hüquqi  dəyərlərin  formalaşması  üçün  dövlət  təşki-

latlarına yardım etmək məsələsinə xüsusi diqqət yetirməli-

dirlər.   Dövlət təşkilatları  ilə  yanaşı qeyri-dövlət təşkilat-

ları da beynəlxalq əhəmiyyətli konfranslar,biznes forumlar 

və s. təşkil edirlər. Bu konfranslarda və biznes tədbirlərdə 

çıxış edən natiqlər uğurlu layihələrlə çıxış edir, aid olduğu 

qrupun  və  ya  kollektivin  mənafeyini  məqsədəuyğun  bir 

şəkildə təmsil edirlər. Bütün bu proseslər isə dövlət təşki-

latları  ilə  yanaşı  qeyri-dövlət  təşkilatlarının  da  idarəedil-

məsinin  düzgün  formada  qurulmasını,  təşkil  edilməsini 

əyani bir  şəkildə sübut edir. 

İstər dövlət və istərsə də qeyri-dövlət təşkilatlarının 

idarəedilməsində  peşəkarlığın  yüksəldilməsi,    məhz  rəh-

bər-işçi  əlaqələrinin  düzgün  qurulmasından  daha  çox 

asılıdır. Rəhbər təşkilat üçün ən çox məsuliyyət və cavab-

dehlik  daşıyan  şəxs  hesab  edilir.  “XXI  yüzilliyin  savadlı 

rəhbərini fərqləndirilən xüsusiyyətlər bunlardır: 

- Öz təşkiltının (şöbəsinin, qrupunun) məqsədini və 

uzaq  perspektivi  düzgün  müəyyənləşdirib  innovasiyon 

prosesləri səmərəli şəkildə həyata keçirmək;  

           - Düzgün sağlam ünsiyyət qurmaq, insanlar arasın-

da  münasibətlər  formalaşdırmaq,  əməkdaşların  motiva-

siyalarını yaratmaq və s. Təbii ki, bəzilərində bu vərdişlər 

yaxşı  inkişaf  etmiş,  digərlərində  isə  bir  qədər  az  inkişaf 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə