.
443
mədəniyyətinə olan münasibətlər də formalaşdı. Təbiətin
rəngarəngliyi insanların musiqi duyğusuna da dinamik
təsir etdi. İnsanın bədii təfəkkürü iç dünyasından süzüb
gələn musiqi ahənginin müxtəlif səslərini yaratdı, həmin
ahənglərlə yaşamaq meyli gücləndi. Dərdini, naləsini,
sevincini, qəmini musiqi dünyasında ədəbiləşdirmək
marağı zaman-zaman artdı. Elə buna görə də müxtəlif mu-
siqi alətləri meydana gəldi. İnsanın geyimi, məişəti, həyat
tərzi dəyişdikcə həmin alətlər də təkamül etdi, bəşəriyyətə
məxsus olan daha böyük hiss və həyəcanları da bu musiqi
alətlərində ifadə etmək imkanı yarandı. Musiqi alətləri
təkmilləşdikcə ahəng və mahnıların da rəngarəng formala-
rı meydana gəldi. Təbii ki, bu prosesdə milli-psixoloji
xüsusiyyətlər də əməli rol oynadı. Dini inancların xarak-
teri də musiqinin milli ahənginə təsir göstərdi. Xristian
dünyasının musiqi ahəngi ilə islam dünyasının musiqi
ahəngi arasında fərqli cəhətlər meydana gəldi. İncəsənətə
dini qadağalar qoyulduğundan islam dünyasında mərsiyə
xarakterli solo-mahnılar, dərviş mahnıları spesifik xüsu-
siyyət kəsb etdi. Uzun əsrlər boyu məhz həmin səbəblərə
görə Azərbaycan musiqi sənəti də islam dini ənənələrinin
təsirindən xilas ola bilməmişdir.
Dini ənənələr ahəngin və ahəngə uyğun səsin, sözün
inkişafında xüsusi rol oynamışdır. Burada ənənəviliyin,
adət və ənənələrdən qaynaqlanmanın əhəmiyyətini xüsusi
olaraq qeyd etmək lazımdır. İnsan səslərinin musiqi ahən-
ginə çevrilməsi adət və mərasimlərdə daha çox üstünlük
təşkil etmiş, adət və ənənələrin bədii-emosional mühitində
səslər musiqi ahənginə çevrilmişlər. Səslər mərasimdən
mərasimə təkrarlandıqca onların ritmləri də xüsusi çalar-
larla inkişaf etmişdir.
.
444
Lakin unutmaq olmaz ki, ayrı-ayrı sözlər əksər
hallarda səslər kimi hələ heç bir mahiyyət ifadə etmədiyin-
dən insanları təsirləndirə bilməmişdir. Amma bədii obraz-
ların dili ilə söylənəndə həmin sözlər emosional-ifadəli
mahiyyət kəsb edir. Adət və mərasimlərdə, bayramlarda
ifadə olunan sözlər isə bütün tarix boyu xalq yaradıcılığı
qaynaqlarından bəhrələnmiş və emosional ifadəli olmuş-
lar. Hər bir bayatının, ağının konkret bədii obrazı vardır.
Sözün ritmik və obrazlı şəkildə ifadə olunması musiqi
ahəngi yaradır. Adət və ənənələr zamanı söz, xüsusi milli
mərasim çərçivəsində intonasiyalı ifadə olunur. Bildiyimiz
kimi, musiqidə ən əvvəl yaranan onun dilidir. Lakin musi-
qi dili melodiya, intonasiya, ritm, lad, harmoniya, polifo-
niya, tembr və s. anlayışlardan ayrı mümkün deyildir. Hər
bir xalqın və millətin özünə məxsus musiqi dili, melodiya
− intonasiya xüsusiyyətləri vardır. Onlar ənənəvi olaraq
çoxəsrlik inkişaf tarixi keçmiş, kənar milli elementlərdən
də bəhrələnmişlər. Xalqlar arasında milli əlaqələr geniş-
ləndikcə adət və ənənələrdə, onun bədii ifadə vasitələrində
oxşar meyllər, əlaqəli cəhətlər meydana gəlmişdir. Buna
baxmayaraq hər bir özünəməxsus melodiya intonasiya
xüsusiyyətlərini, milli özünəməxsusluğu, fərdiliyi qoruyub
saxlaya bilmişdir. Məhz bu spesifik xüsusiyyətə görə
musiqinin uzun əsrlər boyu dərin milli psixoloji kökə ma-
lik olması hər bir xalqın müəyyən lad, metroritmik, melo-
diya, intonasiya və s. kimi milli xüsusiyyətlərdən kənara
çıxa bilməməsinə səbəb olmuşdur.
Belə bir nəticəyə gəlmək olar ki, insanın fizioloji
varlığı yaratdığı və yaşadığı mənəvi aləmin özündə də kö-
kə bağlılıq, ənənəyə sadiqlik xüsusiyyətlətini formalaş-
dırır. Bəşəriyyət nə qədər təkamül etsə də, mənəvi kökdən
.
445
tam şəkildə ayrılmaq mümkün deyildir. Mənəviyyatda baş
verən modernləşmə prosesi isə forma və məzmunu zən-
ginləşdirən, bədii təfəkkürü müasir quruluşa, davranış
normalarına uyğunlaşdıran başlıca amillərdən biri kimi
dəyərləndirilməlidir. Yəni modernləşmə ənənəvi olanı heç
zaman kökündən silib ata bilmir, əksinə nə qədər inkişaf
və yeniləşmə baş versə də, köklə bağlı əlamətlər mənəviy-
yatın bütün tərəflərində istər-istəməz özünü büruzə verir.
Elə buna görə də peşəkar incəsənətin bütün növlərində
xalq yaradıcılığının əlamətlərini görmək mümkündür.
Bir həqiqəti bilmək lazımdır ki, lap qədim zamanlar-
dan insanların adət, ənənə, mərasim incəsənəti yaranmış-
dır. Totemlərin, şamanların mərasimlər zamanı öz bədən-
lərini müxtəlif rənglərlə bəzəməsini, xüsusi mərasim rəqs-
lərini və mahnılarını ifa etmələrini buna misal gostərmək
olar. Hətta dəfn mərasimlərində də özünəməxsus incəsənət
xüsusiyyətləri yaranmış və bu xüsusıyyət indi də davam
etməkdədir. Qobustan ərazisində aparılan arxeoloji qazın-
tılar zamanı neolit dövrünün qəbirlərindən üzərində müx-
təlif canlıların şəkilləri çəkilmiş daşlar aşkar edilmişdir.
Buradakı Böyükdaş dağı ətəyindəki qəbirlərin birinin baş
daşı insan heykəli formasına bənzəyir. Qədim insanlar
dəfn olunmanın xarakterik cəhətlərini bu heykəldə əks
etdirməyə cəhd etmişlər.
Qobustan ərazisində orta əsrlərə aid olan qəbir
daşları da aşkar edilmişdir. Bu qəbir daşları üzərində ov
səhnəcikləri, müxtəlif bədii yazı ornamentləri təsvir olun-
muşdur. Qəbirüstü təsvirlər oyma üsulu ilə icra edilmişdir.
Lakin əsası XVI əsrin ikinci yarısında qoyulmuş Umbakı,
adlanan yerdəki qəbiristanlıqda daşlar üzərinə çəkilən
şəkillərin forma və məzmunu yeniləşmişdir. Burada xü-
Dostları ilə paylaş: |