.
446
susilə, rənglərdən də istifadə olunmuş, ölən adamın şəx-
siyyətini, cinsini, peşəsini diqqətə çatdıran təsvirlərə üs-
tünlük verilmişdir. Umbakı qəbir təsvirləri forma və məz-
munca yeni olsa da, Qobustan ənənələrindən, burada ya-
ranmış tarixi-ənənəvi kökdən uzaq düşməmişdir. Həmin
yerdə qədim tarixi ənənə yenə də davam etməkdədir.
Məlumdur ki, Azərbaycanda islam dini yayıldıqdan
sonra canlıların təsvirini yaratmağa, ruhanilər tərəfındən
məhdudiyyət qoyulurdu. Lakin bu qadağalara baxmayaraq
incəsənətin tarixi ənənələri sənətkarlar tərəfindən müxtəlif
vasitələrlə qorunub saxlanılmışdır. Xüsusilə, memarlıqda
bədii toxuculuq sənətində, dulusçuluqda, başqa məişət
əşyaları üzərində bədii təsvirlərdən istifadə olunması ilə
baglı, bir çox tarixi faktlar vardır. Məsələn, Bakının “İçəri
şəhər” adlanan memarlıq nümunələrinin çoxunda şir,
öküz, göyərçin, qoç təsvirlərindən simvolik məqsədlə isti-
fadə olunmuşdur. İçəri şəhərdə 1314-cü ildə inşa olunmuş
qədim məbədlərdən birinin giriş qapısının üstündə maral
və başqa şirəbənzər heyvanın təsviri həkk olunmuşdur.
Azərbaycanın qədim təsviri sənətində şirlər qəhrə-
manlıq, mərdlik, igidlik rəmzi kimi geniş yer tutmuşdur.
Qala qapıları üzərində həkk olunan şirlər uzun əsrlər boyu
öz qəzəbli baxışlarını yadelli düşmənlərin üzərinə yö-
nəltmiş, bütün Azərbaycan xalqını onlar kimi qorxmaz və
mərd olmağa ruhlandırmışdır.
Azərbaycanın qədim memarlıq abidələri üzərində
göyərçin təsvirlərinə bu gün daha çox rast gəlmək müm-
kündür. Bu da xalqımızm humanist baxışlarını, sülhsevər-
liyini əks etdirən rəmzlərdir. Məhz lap qədimlərdən evlə-
rin pəncərələri üstündə, divarlarda, müxtəlif əşyalar üzə-
rində göyərçin fiqurları və s. təsvirlər həmin arzu və
.
447
istəkdən yaranmışdır. Bu qədim ənənə müasir kənd evləri-
nin kirəmitində, qapı, pəncərə bəzəklərində indi də davam
etməkdədir.
Ənənəvilikdə yaranan yeniliklər dialektik inkişaf
qanunları əsasında baş verir. Hər şey ibtidai rüşeym üzə-
rində təşəkkül tapır. Lakin bu təşəkkül kor-koranə köhnəni
təkrarlamaqdan ibarət deyildir. Hər bir yenilik köhnə üzə-
rində həyata qədəm qoysa da, bu və ya digər formada təzə
kimi özünün təsdiqlənməsinə meyllidir. Danılmaz həqiqət-
dir ki, incəsənətdə də yenilik köhnə estetik təfəkkürün
mühafızəkar mahiyyətli təzyiqlərinə məruz qalır. Ancaq
estetik təfəkkür ümumi olaraq inkişafın axarından, onun
yeni nəticələrindən bəhrələnir. Buna görə də mühafizəkar
meyllər get-gedə fərdiləşir və nəhayət, ümuminin qəbul
etdiyi estetik anlayışlara, bədii dəyərlərə tabe olur. Zaman
daxilində ayrı-ayrı fərdlər də özünün mühafizəkar baxışla-
rından imtina etməli olur. Bu proses nəinki incəsənət alə-
mində, eləcə də ictimai həyatın bütün tərəflərində baş
verir. Bu gun insanı fərdi şəkildə qane edən hər bir pred-
met sabah onun gözündən düşə də bilər. Əgər bu təbii
qanunauyğunluqlar olmasaydı, bəşəriyyətdə durğunluq
hökm sürər, dünyanın çox möcüzəli yenilikləri baş
verməzdi.
117
15.3. Adət və ənənələrin mənəvi-əxlaqi dəyərlər
sistemində yeri
İbtidai mədəniyyətin tədqiqatçılarından biri olan Y.
Lipis də qədim insanların asudə vaxt həddinin çox olduğu-
117
İlqar Hüseynov,Tural Əfəndiyev. Kulturologiya tarixi. Bakı, Mars-Print,
2012. səh.119
.
448
nu və onların müxtəlif vərdişlərə yiyələnmək imkanlarının
genişliyini qeyd etmişdir. Çox zaman bu boşluqlar incə-
sənət əhəmiyyətli dini mərasimlərlə doldurulmuşdur. Din
və incəsənətin vəhdəti ayin və mərasimləri emosionallaş-
dırmışdır. Ayin və mərasimlərdə ictimai şüurun dinlə bağlı
olan tərəflərinə daha çox üstünlük verilmişdir. Dini şüur
adət və ənənələrin əsas aparıcı xəttini təşkil etsə də, bədii
təfəkkürlə qovuşmuş, bir cəm halında incəsənətlə əlaqəli
şəkildə təşəkkül tapmışdır. Dini şüur ilkin mərhələdə
incəsənətə üstün gələrək onu uzun əsrlər boyu özündən
asılı vəziyyətdə saxlamışdır. Bu da dini mahiyyət daşıyan
adət və ənənələrdə mühafızəkarlığın, eyni zamanda varis-
lik prinsipinin üstünlük təşkil etməsindən, dinin bir
ideologiya kimi ictimai şüurun başqa formaları üzərində
güclü təsirə malik olmasından irəli gəlmişdir. Dini adət və
ənənələr kainat və tanrı duyğusu ilə cəmiyyətdə dərin kök
atmışdır. Dini adət və ənənələrin qanun halına düşdüyünü
və kütləvi olduğunu nəzərə alan alman alimi Herbert Kün
yazmışdır ki, “qanun kosmikdir, müasir sənətkar da yara-
dır, daş dövrünün sənətkarı da. Onların hər ikisinin qəlbin-
də eyni arzular, eyni hisslər - kainat və tanrı duyğusu
özünə yer tapmışdır”. İngilis tədqiqatçısı Andre Bredli
incəsənətin tarixən dindən asılı vəziyyətdə inkişaf etdiyini
söyləmişdir. Amerikan sənətşünası Feybleman isə
incəsənəti dini hisslərin və əhval-ruhiyyənin ifadə vasitəsi
adlandırmışdır. Herbert Ridə görə, “biz keçmişə baxanda
incəsənətlə dinin əl-ələ verib, tarixin qaranlıqları içindən
bir yerdə çıxdıqlarını görürük”. Herbert Ridin fikrincə isə
onlar çoxlu əsrlər boyu bir-biri ilə ayrılmaz surətdə bağlı
olmuşdur. Lakin bu alimlərin demək olar ki, əksəriyyəti
dinlə incəsənəti bir-birinə bağlayan cəmiyyətdə qanuni hal
Dostları ilə paylaş: |