Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur


Tədqiqatlarda sorğu anketlərin rolu



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə27/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   146

86 


3.5. Tədqiqatlarda sorğu anketlərin rolu 

 

 

Sosioloji  tədqiqatlar  sosiologiyanın  həm  nəzəri, 



həm  praktik,  həm  də  tətbiqi  sahələrini  əhatə  edir.  Bu  ba-

xımdan  ictimaiyyətlə  əlaqələrin  təşkilində  sorgu-anketlə-

rın  və  başqa  tədqiqat  metodların  əhəmiyyəti  əvəzsizdir. 

Sosioloji  tədqiqatlar  bütün  cəmiyyətlərdə  inkişafın  tən-

zimləyicisi,  təkamülün  hərəkət  mexanizmi  kimi  nəzərə 

çarpır. Sosioloji tədqiqatlar aparmadan maddi, mənəvi, si-

yasi,  elmi,  dini  və  s.  proseslərin  inkişaf  dinamikasını  də-

qiqləşdirmək  və  istiqamətləndirmək  mümkün  deyildir. 

Buna görə də,  vaxtaşırı aparılan  sosioloji  tədqiqatlar  icti-

mai həyatın bütün sahələri üzrə statistik məlumatların əldə 

olunmasına,  insanların  mənəvi  və  iqtisadi  tələbatlarının 

öyrənilməsinə kömək  edir.  Sosioloji tədqiqatlar  vasitəsilə 

əldə  olunan  məlumatların  cəmiyyətin  həyatına  yaradı-

cılıqla  tətbiqi,  təkamül  prosesində  yaranan  durğunluqları 

aradan qaldırmaq üçün bir vasitəyə çevrilir. Eyni zamanda 

sosioloji  tədqiqatlar  vasitəsilə  bu  və  ya  digər  problemlər, 

məsələlər haqqında əhalinin ictimai fikri müəyyənləşdirilir 

və  həmin  müəyyənləşmənin  müqabilində  müvaffiq  işlər 

görülür, ehtiyaclar ödənilir, yeniliklər meydana gəlir.  

 

Sosioloji tədqiqat aparılması dəqiqlik tələb etdiyin-



dən  onun  iştirakçıları  arasında  maarifləndirmə  tədbirlərin 

həyata  keçirilməsinə  çox  böyük  ehtiyac  vardır.  Sorğular 

daha çox əhalinin istək və arzularının öyrənilməsində mü-

hüm əhəmiyyət kəsb edir. sorğular vasitəsi ilə cəmiyyətdə 

ictimadi  rəy  formalaşdırılır.  Sorğular  vasitəsilə  statistik 

təhlillər, müqayisələr və araşdırmalar aparılır. 

 

Tədqiqatların  ən  geniş  yayılmış  formalarından  biri 



anketləşdirmədir.  Anketləşdirmə  qrup  və  fərdi  formada 


87 


olur. Qrup şəklində anketləşdirmədən əsasən əmək kollek-

tivlərində  və  təhsil  müəssisələrində  istifadə  olunur.  Sorğu 

aparılan qrup arasında anketləri işləmək üçün bir nəfər tə-

yin  edilir.  Həmin  şəxsin  təlimatına  əsasən  15-20  nəfərlə 

sorğu  aparmaq  imkanı  yaranır.  Məhz  qrupla  iş  aparmaq 

üçün  bir  nəfərin  təyin  edilməsi  respandentlərə  sorğu  ilə 

bağlı əlavə məlumatlar almaq imkanı yaradır, onlara fərdi 

məsləhətlər verilir, anketi doldurma qaydaları başa salınır. 

Həmçinin  sorğu  qrupuna  təyin  olunan  şəxs  tədqiqatın 

keyfiyyətinə birbaşa nəzarət edə bilir. 

 

Fərdi anketləşdirmə prosesində isə konkret sualları 



özüdə əks etdirən anketlər respandentlərə iş yerlərində və 

ya  yaşayış  yerlərində  paylanılır.  Hazırda  ilkin  sosioloji 

informasiyanın  əldə  edilməsində  sorğu  anketlərinin  əhə-

miyyəti  olduqca  böyükdür.  Sosioloji  sorğu  anketləri  həm 

tədqiqatın  obyekti  ilə  bağlı  olan  sualların  əhatə  dairəsinə 

görə  fərqlənir,  həm  də  obyekt  haqqında  keyfiyyət  və 

kəmiyyət  etibarı  ilə  fərqlənən  informasiya  toplusuna  real 

zəmin  yaradır.  Digər  tərəfdən,  sorğu  anketi  vasitəsilə 

toplanılan  informasiyanın  təhlili  də  əhəmiyyətli  olur. 

Həmin anketin təkrarən təhlil etmək üçün problem olmur. 

Ən  əsas  məsələ  sorğu  anketin  suallarının  düzgün  qurul-

ması  və  onun  konkretliliyi  məsələsidir.  Həyat  fəaliyyəti 

prosesində bizi əhatə edən fakt və hadisələr, yaranan sual-

lar haqqında düşünmək ilk öncə çox sadə görünür. Ancaq 

sualların qoyuluşu daha çox tədqiqatın funksiyasından və 

onun  məzmun  tələblərindən  irəli  gəlir.  Suallar  həm  res-

pendentlər  üçün  aydın  olmalı,  həm  də  onların  hər  birini 

maraqlandırmalıdır.  Buna  görə  də  istifadə  olunan  suallar 

öz  məzmununa  görə  birbaşa  respentdentin  özünə,  onun 

şəxsiyyətinə,  marağına  da  aid  ola  bilər.  Bunları  nəzərə 




88 


alsaq anket suallarını öz funksiyasına görə əsas və qeyri-

əsas  bölgü  üzrə  qiymətləndirmək  olar.  Eyni  zamanda 

qapalı və açıq suallar qrupu da vardır. Qapalı sual o hesab 

olunur ki, həmin sualın cavabının müxtəlif variantları olur. 

Qapalı  suallar  alternativli  və  qeyri-alternativliyi  ilə  də 

fərqlənə bilər. Məsələn, respendentə belə bir sualla müra-

ciət  etmək  olar:  “Siz  biznes  sahəsi  ilə  məşğul  olursunuz-

mu?”  həmin  suala  qısa  cavab  vermək  üçün  münasibət 

“hə”, “yox” sözlərini dairəyə almaqla bildirilir. Yaxud da 

münasibət  bildirilən  variantın  altından  xətt  çəkilir.  Belə 

münasibət bildirmək respendent üçün də asan olur. Çünki 

cavabı geniş cümlə ilə yazmağa ehtiyac duyulmur. Bu da 

bütün  şəraitdə  respendentə  anket  sualına  münasibət 

bildirmək imkanı verir.  

 

Sosioloji  tədqiqatlarda  anketinin  tərtibi  və  onların 



düzgün aparılması xüsusi peşəkarlıq tələb edir. Anket bir 

növ respendentlərlə müşahidə ssenarisidir. O, respendenti 

maraqlandıra  biləcək  bir  səviyyədə  tərtib  olunmalıdır. 

Xüsusi  qrafik  formasında  tərtib  olunmuş  anketlərə  daha 

çox  diqqət  yetirmək  lazımdır.  Belə  anketlərdə  şriftlər 

aydın göstərilməli, müstəqil cavablara kifayət qədər geniş 

yer  verilməli,  işarələrdən  və  başqa  qrafik  vasitələrdən 

dəqiq  istifadə  olunmalıdır.  Anketlərin  qrafik  tərtibatında 

illüstrasiyalara  daha  çox  üstünlük  verilməli  və  burada  

respendentin  psixoloji  durumu  da  eyni  zamanda    nəzərə 

alınmalıdır.  Bu  gün  cəmiyyətdə  illüstrasiyalar  psixoloji 

təsiretmədə  daha  güclü və  effektli vasitələrdən biri hesab 

edilir.  

 

Sorğu,  debat  və  dialoq  vasitəsilə  informasiyanın 



toplanması  metodudur.  Bu  metodun  populyarlığı  onun 

özünəməxsus universallığı ilə izah olunur. Əgər müşahidə 




Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə