.
113
daşlarla müzakirə edir, təklif verməyi və təşəbbüsü mü-
dafiə etməyi onlardan xahiş edir;
3) müdafiə etmək – menecer tapşırığın yerinə yetiril-
məsində əməkdaşlara kömək göstərir, düzgün qəbul edil-
miş qərarlara görə onlarla məsuliyyəti bölüşdürür.
4) səlahiyyəti bölüşdürmək – menecer öz səlahiy-
yətlərinin bir hissəsini icraçılara verir, xüsusi qərar qəbul
etməkdə və müəssisənin məqsədinə nail olmaqdaonların
üzərinə məsuliyyət qoyur.
Rəhbərlik üslubu həm kortəbii və həm də şüurlu
seçilir və düzülür. Rəhbərlik üslubları daha çox fərdidir və
təkrar olunmazdır. Məlum tipologiyaya görə rəhbərlik
üslubunun üç əsas növü – avtokrat, demokrat və liberal
növləri fərqləndirilir. Menecerin öz işində bu üslablardan
hansını seçməsi mədəni fəaliyyəti təmin edən bir çox
amillərdən asılı olur.
7
Aktokrat üslub – üçün təkbaşına qərarlar qəbul
etmək və ciddi nəzarət xarakterikdir. Lider öz iradəsi və
hökmü ilə iş görməyi xoşlayır. Hakimiyyət bir rəhəbərin
əlində cəmləşir və bütün işlər haqqında ona məlumat
verilməlidir. Belə halda rəhbər işçilərlə çox vaxt kobud
rəftar edir, əmr edir, sərəncam verir, məcbur edir, ancaq
heç vaxt xahiş etmir. Başqa sözlə, onun idarəetmə fəaliy-
yətinin əsas məzmunu əmrlərdən ibarətdir.
Rəhbər lazımi səlahiyyətlərə malik olmalıdır ki, öz
iradəsini icraçılara qəbul etdirə bilsin və zəruri hallarda
tərəddüd etmədən bundan istifadə etsin. Rəhbər – avtok-
7
M.
Həsənova, A
.
İsfəndiyarov. Mədəniyyət və İncəsənət sahələrinin
menecmenti. Mars Print, Bakı-2002, səh.162-163
.
114
ratdan gələn əlaqə axını bir qayda olaraq fərdi təşəbbüsün
qarşısını alır, nəticəni qabaqcadan bilmək vəziyyəti yara-
dır, lakin bu halda ciddi intizam və qayda təyin etmək
üçün əlverişli zəmin yaradır.
Bu üslub müəyyən şərait və vəziyyətlərdə səmərəli
ola bilər. Onun ayrı-ayrı elementlərindən mədəni layihələ-
rindən idarə olunmasında istifadə edilə bilər. Xüsusən
yaradıcı işçilərin fəaliyyətini müəyyən bir istiqamətdə
yönəltmək zərurəti yarananda, az vaxtda tez və həlledici iş
görmək laızm olduqda bu üslubdan istifadə səmərəli ola
bilər. Avtokrat rəhbərlik üslubu aşağıdakı hallarda zəruri
olur:
• insanlar işləməyi sevmirlər və istənilən bəhanə ilə
işdən qaçırlar;
• insanlar onlara rəhbərlik olunmasına üstünlük
verirlər, onlar cavabdehlikdən qaçmağa çalışırlar;
• səmərəli idarəetmə üçün müdiriyyət tərəfindən
ciddi nəzarət və cəza qorxusu tətbiq etmək zərurəti yaran-
dıqda.
8
Avtokratat işin yerinə yetirilməsini təmin etmək
üçün qorxu və məcburiyyət vasitəsi ilə insanlara psixoloji
təsir göstərmək istəyir.
Demokrat üslubda qərarların kollegial işlənib hazır-
lanmasına və işin nəticəsinə nəzarətə daha üstünlük verilir.
Belə halda işçilər kollektivdə işin vəziyyəti haqqında daim
məlumatlandırılır, tənqidə düzgün reaksiya verir, idarəet-
mə qərarlarının hazırlanmasında kollektivin bütün üzvləri
8
M. Həsənova, A. İsfəndiyarov. Mədəniyyət və İncəsənət sahələrinin
menecmenti. Mars Print, Bakı-2002, səh.163-164
.
115
iştirak edir. Demokrat üslub aşağıdakı hallarda tətbiq
oluna bilər:
• əmək şəraiti əlverişli olarsa işçilər cavabdehliyi
təkcə öz üzərinə götürmürlər, onlar bu prosesə cəhd
göstərirlər;
• insanlar təşkilati məqsədlərə cəlb edildikdə nəzarət
mexanizmi kimi bu hal tətbiq olunur;
• insanların intellektual imkanı çoxlu yaradıcı
qərarlar üçün kifayət etdikdə bu hal tətbiq edilir.
Demokratik üslub – mədəniyyət menecerinin fəaliy-
yətində ən geniş istifadə olunan idarəetmə üslubudur.
Çünki bu üslub menecerin və mədəniyyət işçilərinin
psixoloji, işgüzar və motivləşən qarşılıqlı əlaqələrini əks
etdirir.
Demokrat idarəetmə üslubu hər şeydən əvvəl yüksək
motivasiyaya əsaslanan mədəni fəaliyyət üçün nəzərdə
tutulur. Lider – demokratın iş üslubu və eyni zamanda
işçiləri işə motivasiya etməyə istiqamətləndirən şəxsdir.
Belə rəhbərin əsas vəzifəsi aşkarlıq və inam, ruh yüksək-
liyi və maraq, yoldaşlıq köməyi və səmimilik mühitini
yaratmaqdan ibarətdir.
Liberal rəhbərlik üslubunda – kollektivdə iş bir
qayda olaraq öz axarı ilə gedir − rəhbərlik praktiki olaraq
kollektivin fəaliyyətinə baş qoşmur. Fərdi və kollektiv
yaradıcılıqda işçilərə tam müstəqillik və imkanlar yaradır.
Liberal rəhbər idarəetmədə və qərar qəbul edilməsində
kollektivə etibar edir. Bu idarəetmə üslubu üçün aşağıdakı
əlamətlər xaraketrikdir:
• kollektivin (qrupun) xeyrinə liderin cavabdehliyi öz
üzərindən atması;
• kollektivə özünüidarəetmə imkanının verilməsi.
.
116
Rəhbərliyin konkret üslubunun formalaşması və
inkişafı bir sıra amillərlə şərtlənir, hansı ki, bunların hamı-
sını saymaq mümkün deyil. Ən əsaslarına diqqət yetirək:
Birincisi, fəaliyyətin məzmunu və texnologiyası.
Fəaliyyətin xarakteri nəzarətin xüsusiyyətini, tapşırıq ver-
məni, ünsiyyət qaydalarını yaradır. Məsələn, təcrübə gös-
tərir ki, bədii rəhbərlər üçün (baş rejissor, baş baletmeys-
ter, dirijor, xormeyster və s.) avtokratvə hətta zalım rəh-
bərlik üslubu xarakterikdir. Bu müəyyən mənada onların
peşəkarlıq şəraiti, onların özünün fəaliyyətinin nəticəsi
hesab olunur.
İkincisi, konkret vəzifənin xarakteri. Rəhbərlik üslu-
bu firmanın, yaxud onun bölmələrinin fəaliyyət göstərdiyi
konkret situasiya vəşəraitdən asılıdır: müxtəlif şəraitlərdə
müxtəlif rəhbərlik üslubları tətbiq oluna bilər.
Üçüncüsü, kollektivin yetkinlik dərəcəsi. Əgər təcrü-
bəli kollektivə cavan yeni rəhbər gəlirsə, o istər-istəməz
ilk vaxtlarda səhlənkarlıq etməyə məcbur olacaq. Əksinə,
təcrübəli rəhbər təcrübəsiz, yetişməyən işçilərlə işləməli
olursa, onda o, nə qədər demokrat olsa da, müəyyən müd-
dət tabeçilikdə olanlara təlim vermək, öyrətmək məcburiy-
yətində olacaq.
Dördüncüsü, ayrı-ayrı icraçıların fərdi xarakteri və
təcrübəsi. Məlumdur ki, eyni rəhbər tabeçiliyində onların
hər biri ilə özünü fərqli tapır.
Beləliklə, rəhbərlik qaydaları idarəetmə qərarlarının
qəbul olunması texnologiyasına nüfuz edir:
• təkbaşına qərar qəbul etmək;
• qərarları inandırmaq;
• öz fikrini irəli sürməklə əməkdaşlara sual verməyi
təkilf etmək;
Dostları ilə paylaş: |