Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə35/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   146

113 


daşlarla  müzakirə  edir,  təklif  verməyi  və  təşəbbüsü  mü-

dafiə etməyi onlardan xahiş edir; 

3) müdafiə etmək – menecer tapşırığın yerinə yetiril-

məsində  əməkdaşlara  kömək  göstərir,  düzgün  qəbul  edil-

miş qərarlara görə onlarla məsuliyyəti bölüşdürür. 

4)  səlahiyyəti  bölüşdürmək  –  menecer  öz  səlahiy-

yətlərinin  bir  hissəsini  icraçılara  verir,  xüsusi  qərar  qəbul 

etməkdə  və  müəssisənin  məqsədinə  nail  olmaqdaonların 

üzərinə məsuliyyət qoyur.  

Rəhbərlik  üslubu  həm  kortəbii  və  həm  də  şüurlu 

seçilir və düzülür. Rəhbərlik üslubları daha çox fərdidir və 

təkrar  olunmazdır.  Məlum  tipologiyaya  görə  rəhbərlik 

üslubunun  üç  əsas  növü  –  avtokrat,  demokrat  və  liberal 

növləri  fərqləndirilir.  Menecerin  öz  işində  bu  üslablardan 

hansını  seçməsi  mədəni  fəaliyyəti  təmin  edən  bir  çox 

amillərdən asılı olur.

7

  

Aktokrat  üslub  –  üçün  təkbaşına  qərarlar  qəbul 



etmək  və  ciddi  nəzarət  xarakterikdir.  Lider  öz  iradəsi  və 

hökmü  ilə  iş  görməyi  xoşlayır.  Hakimiyyət  bir  rəhəbərin 

əlində  cəmləşir  və  bütün  işlər  haqqında  ona  məlumat 

verilməlidir.  Belə  halda  rəhbər  işçilərlə  çox  vaxt  kobud 

rəftar  edir,  əmr  edir,  sərəncam  verir,  məcbur  edir,  ancaq 

heç vaxt xahiş etmir. Başqa sözlə, onun idarəetmə fəaliy-

yətinin əsas məzmunu əmrlərdən ibarətdir. 

Rəhbər  lazımi  səlahiyyətlərə  malik  olmalıdır  ki,  öz 

iradəsini  icraçılara  qəbul  etdirə  bilsin  və  zəruri  hallarda 

tərəddüd  etmədən  bundan  istifadə  etsin.  Rəhbər  –  avtok-

                                                 

7

  M.



  Həsənova,  A

.

  İsfəndiyarov.  Mədəniyyət  və  İncəsənət  sahələrinin 



menecmenti. Mars Print, Bakı-2002, səh.162-163

 

 




114 


ratdan gələn əlaqə axını bir qayda olaraq fərdi təşəbbüsün 

qarşısını  alır,  nəticəni  qabaqcadan  bilmək  vəziyyəti  yara-

dır,  lakin  bu  halda  ciddi  intizam  və  qayda  təyin  etmək 

üçün əlverişli zəmin yaradır.  

Bu  üslub  müəyyən  şərait  və  vəziyyətlərdə  səmərəli 

ola bilər. Onun ayrı-ayrı elementlərindən mədəni layihələ-

rindən  idarə  olunmasında  istifadə  edilə  bilər.  Xüsusən 

yaradıcı  işçilərin  fəaliyyətini  müəyyən  bir  istiqamətdə 

yönəltmək zərurəti yarananda, az vaxtda tez və həlledici iş 

görmək  laızm  olduqda  bu  üslubdan  istifadə  səmərəli  ola 

bilər.  Avtokrat  rəhbərlik  üslubu  aşağıdakı  hallarda  zəruri 

olur: 


• insanlar  işləməyi  sevmirlər və  istənilən bəhanə  ilə 

işdən qaçırlar; 

•  insanlar  onlara  rəhbərlik  olunmasına  üstünlük 

verirlər, onlar cavabdehlikdən qaçmağa çalışırlar; 

•  səmərəli  idarəetmə  üçün  müdiriyyət  tərəfindən 

ciddi nəzarət və cəza qorxusu tətbiq etmək zərurəti yaran-

dıqda.

8

 



Avtokratat  işin  yerinə  yetirilməsini  təmin  etmək 

üçün  qorxu və məcburiyyət vasitəsi ilə insanlara psixoloji 

təsir göstərmək istəyir. 

Demokrat üslubda qərarların kollegial işlənib hazır-

lanmasına və işin nəticəsinə nəzarətə daha üstünlük verilir. 

Belə halda işçilər kollektivdə işin vəziyyəti haqqında daim 

məlumatlandırılır,  tənqidə  düzgün  reaksiya  verir,  idarəet-

mə  qərarlarının  hazırlanmasında  kollektivin  bütün  üzvləri 

                                                 

8

  M.  Həsənova,  A.  İsfəndiyarov.  Mədəniyyət  və  İncəsənət  sahələrinin 



menecmenti. Mars Print, Bakı-2002, səh.163-164 


115 


iştirak  edir.  Demokrat  üslub  aşağıdakı  hallarda  tətbiq 

oluna bilər:  

•  əmək  şəraiti  əlverişli  olarsa  işçilər  cavabdehliyi 

təkcə  öz  üzərinə  götürmürlər,  onlar  bu  prosesə  cəhd 

göstərirlər; 

• insanlar təşkilati məqsədlərə cəlb edildikdə  nəzarət 

mexanizmi kimi bu hal tətbiq olunur

•  insanların  intellektual  imkanı  çoxlu  yaradıcı 

qərarlar üçün kifayət etdikdə bu hal tətbiq edilir. 

Demokratik  üslub  –  mədəniyyət  menecerinin  fəaliy-

yətində  ən  geniş  istifadə  olunan  idarəetmə  üslubudur. 

Çünki  bu  üslub  menecerin  və  mədəniyyət  işçilərinin 

psixoloji,  işgüzar  və  motivləşən  qarşılıqlı  əlaqələrini  əks 

etdirir.  

Demokrat idarəetmə üslubu hər şeydən əvvəl yüksək 

motivasiyaya  əsaslanan  mədəni  fəaliyyət  üçün  nəzərdə 

tutulur.  Lider  –  demokratın  iş  üslubu  və  eyni  zamanda 

işçiləri  işə  motivasiya  etməyə  istiqamətləndirən  şəxsdir. 

Belə  rəhbərin  əsas  vəzifəsi  aşkarlıq  və  inam,  ruh  yüksək-

liyi  və  maraq,  yoldaşlıq  köməyi  və  səmimilik  mühitini 

yaratmaqdan ibarətdir.  

Liberal  rəhbərlik  üslubunda  –  kollektivdə  iş  bir 

qayda olaraq öz axarı ilə  gedir − rəhbərlik praktiki olaraq 

kollektivin  fəaliyyətinə  baş  qoşmur.  Fərdi  və  kollektiv 

yaradıcılıqda işçilərə tam müstəqillik və imkanlar yaradır. 

Liberal  rəhbər  idarəetmədə  və  qərar  qəbul  edilməsində 

kollektivə etibar edir. Bu idarəetmə üslubu üçün aşağıdakı 

əlamətlər xaraketrikdir: 

• kollektivin (qrupun) xeyrinə liderin cavabdehliyi öz 

üzərindən atması; 

• kollektivə özünüidarəetmə imkanının verilməsi. 




116 


Rəhbərliyin  konkret  üslubunun  formalaşması  və 

inkişafı bir sıra amillərlə şərtlənir, hansı ki, bunların hamı-

sını saymaq mümkün deyil. Ən əsaslarına diqqət yetirək: 

Birincisi,  fəaliyyətin  məzmunu  və  texnologiyası. 

Fəaliyyətin xarakteri nəzarətin xüsusiyyətini,  tapşırıq ver-

məni,  ünsiyyət  qaydalarını  yaradır.  Məsələn,  təcrübə  gös-

tərir  ki,  bədii  rəhbərlər  üçün  (baş  rejissor,  baş  baletmeys-

ter,  dirijor,  xormeyster  və  s.)  avtokratvə  hətta  zalım  rəh-

bərlik  üslubu  xarakterikdir.  Bu  müəyyən  mənada  onların 

peşəkarlıq  şəraiti,  onların  özünün  fəaliyyətinin  nəticəsi 

hesab olunur.  



İkincisi, konkret vəzifənin xarakteri. Rəhbərlik üslu-

bu firmanın, yaxud onun bölmələrinin fəaliyyət göstərdiyi 

konkret  situasiya  vəşəraitdən  asılıdır:  müxtəlif  şəraitlərdə 

müxtəlif rəhbərlik üslubları tətbiq oluna bilər. 



Üçüncüsü, kollektivin yetkinlik dərəcəsi. Əgər təcrü-

bəli  kollektivə  cavan  yeni  rəhbər  gəlirsə,  o  istər-istəməz 

ilk  vaxtlarda  səhlənkarlıq  etməyə  məcbur  olacaq.  Əksinə, 

təcrübəli  rəhbər  təcrübəsiz,  yetişməyən  işçilərlə  işləməli 

olursa, onda o, nə qədər demokrat olsa da, müəyyən müd-

dət tabeçilikdə olanlara təlim vermək, öyrətmək məcburiy-

yətində olacaq. 

Dördüncüsü,  ayrı-ayrı  icraçıların  fərdi  xarakteri  və 

təcrübəsi.  Məlumdur  ki,  eyni  rəhbər  tabeçiliyində  onların 

hər biri ilə özünü fərqli tapır.  

Beləliklə,  rəhbərlik  qaydaları  idarəetmə  qərarlarının 

qəbul olunması texnologiyasına nüfuz edir: 

• təkbaşına qərar qəbul etmək

• qərarları inandırmaq; 

• öz fikrini irəli sürməklə əməkdaşlara sual verməyi 

təkilf etmək; 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə