.
139
olunur. İnsana bir fərd kimi xas olan xüsusiyyətlər şəxsiy-
yətin təsirilə yeni məzmun və forma kəsb edirlər.”
19
İntibah dövründə insana qarşı göstərilən baxışların
müsbət mənada dəyişilməsi, insan hüquqlarına verilən
dəyərin artması sayəsində humanizm ideyaları təşəkkül
tapmağa başladı. Bu dövrdə insan azadlığı, liberal dəyərlə-
rə hörmət bəslənməsi kimi məsələlər də müzakirə obyekti-
nə çevrilmişdi. “Renessans dövrünün ideologiyası huma-
nizm idi. Bu dövrdə inkişaf etmiş şəxsiyyət idealı əsas yer
tuturdu, humanist mədəniyyətinin idealı təbiətdən, məhəb-
bətdən, incəsənətdən, insan təfəkkürünün nailiyyətlərin-
dən, dostlarla ünsiyyətdən zövq almağı bacaran hərtərəfli
inkişaf etmiş insan şəxsiyyəti idi. Orta əsrlərin lovğa cən-
gavərlik ənənələri gülüş hədəfinə çevrilir, insan və şəxsiy-
yət real varlıq kimi qəbul olunurdu. İnsana və onun hisslə-
rinə hörmətlə yanaşmaq, insan şəxsiyyətini ucaltmaq hu-
manizm ideologiyasının əsaslarını təşkil edirdi. Əsərləri
və fəaliyyəti yeni dövrlə köhnə dövr arasında körpü sa-
yılan Con Lokk “ağ lövhə” nəzəriyyəsini irəli sürməklə
yeni quruluşda feodallar üçün heç bir əl yeri qoymamağa
çalışırdı. Con Lokk insan azadlığının mühüm şərti kimi
mülkiyyəti və dövlətlə vətəndaş arasındakı həmahəngliyi
əsas götürürdü.
”20
Klassik alman fəlsəfəinin məşhur nümayəndələri də
insan haqqında dəyərli fikirlər söyləmişlər. Məşhur alman
filosofu, obyektiv idealizimin böyük nümayəndəsi Hegelin
düşüncəsində insan Tanrı ilə eyni mahiyyətə malikdir.
Feyerbaxa görə seyrçiliklə müyəyyən olunan şüurdan
19
http://psixologiya.net/tehsil_telebe/210-350399xs304yy399t304n-
ps304xolog304yasi.html
20
Ə.M. Tağıyev. Fəlsəfə (dərs vəsaiti). Bakı, 2012, s.159
.
140
fərqli olaraq, insanın mahiyyətini təbii hisslərlə xarakteri-
zə etmək olar.
XX əsrdə yaşamış digər alman filosofu, sosioloqu,
psixoanalitik Erix Zeliqmann Fromm insan davranışının
bioloji motivlərinə üstünlük verirdi. Frankfurt məktəbinin
məşhur nümayəndəsi, neofreydizmin və freydomarksiz-
min yaradıcılarından biri olan Fromm şəxsiyyətin 5 tipini
ayırırdı:
1.
Reseptiv;
2.
İstismarçı;
3.
Yığıcı;
4.
Bazar;
5.
Məhsuldar.
Məşhur İsveçrə psixoloqu, tanınmış alim Karl Qustav
Yunq şəxsiyyəti dərin psixologiya nöqteyi-nəzərindən
şərh edirdi. Yunqa görə şəxsiyyətin strukturunu aşağdakı
arxetiplərdən ibarətdir:
1.
“Mən”- şüuraltının bütün tətəflərini tarazlayan ən
önəmli arxetipdir.
2.
“Maska” - şəxsiyyətin ictimai qabığıdır.
3.
“Kölgə” - şəxsiyyətin alçaq həzzlərini ifadə edir.
4.
“Ruh” – valideynlərin şüursuzluğunu özündə ehtiva
edir.
Göründüyü kimi insan problemi hər zaman bəşəriyyəti
düşündürmüş, elm adamlarını narahat etmişdir. Hələ
1789-cu ildə Böyük Fransa inqilabı zamanı irəli sürülən
"İnsanın və vətəndaşın hüquqları haqqında bəyannamə"
vətəndaşların hüquq və azadlıqları üçün önəmli bir əhə-
miyyət kəsb edirdi. İnsan azadlığının təmin edilməsi
müasir dövrdə də aktullıq kəsb etməkdədir. “Müasir sivil
dövlətlərdə insana sosial və siyasi bir varlıq kimi baxıl-
.
141
ması təbii şəkil almışdır. Ona görə də insan hüquqlarının
qorunması əsas məsələyə çevrilmişdir. Bu problem özü-
nün ilk nəzəri ifadəsini fransız maarifçilərinin, alman filo-
soflarının və ingilis iqtisadçılarının əsərlərində tapmışdır.
İnsan azadlıqlarının hüquqi təminatlarını isə 1776-cı il
ABŞ-ın müstəqillik Bəyannaməsində, 1789-cu il Fransada
qəbul edilmiş “İnsan və vətəndaş hüquqları Bəyannamə-
si”ndə, 1948-ci il 10 dekabrda BMT tərəfindən qəbul edil-
miş İnsan hüquqları deklarasiyasında qəbul edilmişdir.
ABŞ prezidenti Ceferson insan azadlıqları üçün dövlətin
məsuliyyət daşıdığını elan etmişdi. Dövlət şəxsiyyətin
azadlıqlarını təmin etməklə həm də onların fərdi qabiliy-
yətlərinin üzə çıxarılmasında məsuliyyət daşıyır. Bunları
həyata keçirməyən dövləti xalq nəinki devirməli, hətta onu
devirmək xalqın bilavasitə vəzifəsi olmalıdır. İnsan habelə
siyasi bir varlıq olamaq etibarilə həm siyasətin obyekti,
həm də onun subyektidir. Hökm verməyi bacardığı kimi
tabe olmağı da bacarmalıdır. Siyasi mədəniyyətə malik
cəmiyyətlərin insanlarında bu iki amil daim vəhdətdə
inkişaf edir.”
21
5.2. Təbiət, cəmiyyət və insan
İnsan öz varlıqının ilk günündən başlayaraq təbiətlə
bağlı olmuş, təbiət onun evi, yaşamaq ücün qida mənbəyi
olmuşdur.İllər kecdikçə insanlar təbiətin isti, soyuqunu
dərk etdikləri kimi, təbiətin flora və faunasından da istifa-
dənin səmərəli yollarını müəyyən etmiş, özlərinə lazım
olan sərvətləri mühafizə etmış, onların nəsildən-nəsilə ötü-
21
Ə.M. Tağıyev. Fəlsəfə (dərs vəsaiti). Bakı, 2012, s.161