Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə44/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   146

142 


rülməsinə müvəffəq olmuşlar. Əlbəttə ki, bu qayğı onların 

həyat tərzinin, güzəranlarının yaxşı olması zəruriyyətindən 

yaranırdı.  Ona  görə  də,insanlar  yaşadıqları  ərazinin  flora 

və  faunasından  qidalanmaqla  bərabər,  onlardan  həm  də 

faydalanmaq vasitəsi kimi istifadə  edirdilər.  Beləliklə də, 

insanlarda  təbiətin  flora  və  faunasına  qaygı,  təbiətə  “öv-

lad”  münasibəti  yaranmaga  başlamışdır. Dogrudur,  bəzən 

təbiət “cılgınlıq” göstərmiş insanların başına olmazın mü-

sibətlərı  və  fəlakətləti  gətirmışdir.  Fırtınalar,  leysanlar, 

daşqınlar, zəlzələlər insanların illərlə böyük zəhmətlər ba-

hasına  yaratdıqları  maddi  və  mənəvi  sərvətlərı  dagıtmış, 

yerlə yeksan etmiş, minllərlə insan həyatına qəsd etmışdir. 

Lakin təbiətın bütün fəlakətləri insanı dəhşətə gətirib qor-

xutsa da insanlar təbiətdən ayrı düşməmiş, yenə də təbiətə 

pənah gətirmiş onun “şıltaqlıqları”na dözməli olmuşlar. İl-

lər  keçdikcə  insanın  təbiət  gözəlliklərinə  olan  meyli  art-

mış,  təbiətlə  qarşılıqlı  ünsiyyət  yaradaraq  öz  həyat  və 

məişətini  daha  yeni  məzmunda  qurmağa  çalışmışdır.  Za-

man ötdükçə insan təbiətin “şah əsər”i, dünyanın “əşrəf”i, 

yaranmışların “taçı” olmuşdur.   Antropologiya    tarixin-

də  insanın  öz  hərəkətlərində  və  fəaliyyətində  tam  sərbəst 

olmasını (volyuntarizm), hər hansı bir addımının qabaqca-

dan müəyyən olunmasını(fatalizm) təbliğ edən müqayisəli 

baxışlar  olmuşdur. Cəmiyyət inkişaf etdikcə, insanlar  hə-

qiqi azadlığın obyektiv şəraitini əldə edir, şəxsiyyətin mül-

kiyyətdən,  hakimiyyət  və  mədəniyyətdən  təcrid  olunma-

sını  aradan  götürür  və  insan  öz  tarixinin  əsl  yaradıcısına 

çevrilirdi. Oeyd edək ki, şəxsiyyətin davranışı və hərəkət-

ləri, iradə azadlığı determinasiya problemləri ilə sıx şəkil-

də  bağlı  idi.  Bununla  əlaqədar  qeyd  etməliyik  ki,  şəxsiy-

yətin bütün davranışları tarixi dövrlərdə müəyyən amillər-



143 


lə  şərtlənirdi.  Məhz  burada  şəxsiyyət  subyekt  kimi  çıxış 

edirdi.  Bu  o  deməkdir  ki,  o,  öz  hərəkətləri  ilə  yeni  deter-

minasiya sistemi yaradırdı. Buna görə də şəxsiyyətin inki-

şaf  və  fəallıq  dərəcəsi  nə  qədər  yüksək  idisə,  bir  o  qədər 

də o, çox azadlığa malik olurdu. Bununla yanaşı qeyd et-

məliyik  ki, şəxsiyyətin inkişaf dərəcəsi təkcə onun azad-

lıq  səviyyəsi  ilə  deyil,  həm  də  onun  həyat  fəaliyyətinin  

cəmiyyətin qarşısında duran vəzifələrə necə uyğunlaşdırıl-

ması ilə ölçülürdu.  

Qeyd edək ki, azadlıq və zərurət anlayışları bir-biri 

ilə daima ayrılmaz əlaqədə çıxış edir. İctimai fikir tarixin-

də bu iki anlayışın qarşılıqlı münasibətini açmaq cəhdləri 

çox olmuşdur. Bu təsadüfi deyildir: azadlıq və zərurət, on-

ların  nisbətinin  müəyyənləşdirilməsi,  insanların  gündəlik 

davranış  və  fəaliyyəti  üçün  böyük  əhəmiyyətə  malik  ol-

muşdur.  Odur  ki,  müxtəlif  dövrlərdə  yaşamış  alimlər  bu 

məsələni həll etməyə çalışmışlar. Bu halda onlar ya azad-

lıq  və  zərurət  məsələsini  bir-birinə  qarşı  qoymuş,  ya  da 

onlardan  hər  hansı  birini  mütləqləşdirərək  digərini  lazımı 

qiymətləndirməmişlər.  Bu  anlayışların  nisbətini  düzgün 

müəyyənləşdirmək  isə  şəxsiyyət  azadlığı,  şəxsiyyətin  öz 

hərəkətləri üçün əxlaqi və hüquqi məsuliyyəti  dərk etmək 

üçün, kreativ düşüncə üçün vacib olmuşdur.  

Bəzən şəxsiyyət azadlığı konkret məzmundan ayrı-

lıqda  götürülür  ,  ruhun  öz-özünü  müəyyən  etməsi,  iradə 

azadlığı,  xarici  mühit  və  şəraitdən  asılı  olmayaraq  fəaliy-

yət göstərmək imkanı kimi göstərilirdi. Bu nöqteyi-nəzərə 

görə isə, azadlıq  şəxsiyyətin cəmiyyətdən asılı olmaması, 

mütləq mənada müstəqil olması demək idi. Əslində azad-

lıq insan tərəfindən zərurətin dərk olunması və öz fəaliy-

yətində  bundan  istifadə  etməsidir.  Şəxsiyyətin  cəmiyyət-



144 


dən  mütləq  surətdə  asılı  olmaması  fikrini  təbliğ  edənlər 

belə  hesab  edirdilər  ki,  şəxsiyyətin  cəmiyyətdən  asılılığı-

nın  qəbul  edilməsi  guya  onun  şəxsi  məsuliyyətini  aradan 

qaldırır.  Onların  fikrincə,  əgər  insanın  fəaliyyəti  xarici 

mühitlə  şərtlənirsə,  onda  heç  bir  şəxsiyyət  öz  hərəkət  və 

davranışı üçün məsuliyyət daşımamalıdır. Əslində isə şəx-

siyyətin azadlığı onun məsuliyyət dərəcəsi ilə vəhdətdədir. 

Şəxsiyyətin  azadlıq  dərəcəsi  artdıqca  onun  öz  fəaliyyəti 

üçün məsuliyyəti də yüksəlir. Doğrudur, insanın fəaliyyəti 

bütövlükdə obyektiv şəraitdən asılıdır, lakin insan öz ira-

dəsinə uyğun olaraq hərəkət edir. Məhz bunun nəticəsidir 

ki, eyni şəraitdə müxtəlif insanların fəaliyyəti bir-birindən 

fərqli  ola  bilir.  İnsan  obyektiv  şəraiti  nəzərə  almaqla 

mümkün  olan  müxtəlif  variantlardan  birini  azad  surətdə 

seçərək, fəaliyyət göstərir. Bu zaman o, öz iradəsinə, dün-

yagörüşü  və  mənəviyyatına  uyğun  surətdə  hərəkət  edir. 

Deməli,  əgər  şəxsiyyətin  azadlığı  onun  mümkün  olan 

fəaliyyət  növlərindən  birini  seçməsində  təzahür  edirsə, 

onun məsuliyyəti həmin seçilmiş yolun qiymətləndirilmə-

sində, onun cəmiyyət üçün xeyirli və ya zərərli olduğunun 

müəyyənləşdirilməsində ifadə olunur. Məsuliyyətli olmaq 

öz  hərəkətinin  nəticələrini  irəlicədən  görmək,  fəaliyyət 

göstərərkən cəmiyyət qarşısında cavab verə biləcək motiv-

lərdən çıxış etmək deməkdir. Məsuliyyətlilik həm də şəx-

siyyətin  əldən  verdiyi  imkanlar  üçün  cavabdehliyini 

nəzərdə tutur.  

Beləliklə,  şəxsiyyətin  azadlığı  onun  məsuliyyətin-

dən  ayrılmazdır.  Məsuliyyətsiz  azadlıq  özbaşınalığa  gə-

tirib  çıxarır.  Bu  müddəa  yaşadığımız  dövrdə,  müstəqillik 

şəraitində  xüsusi  əhəmiyyət  kəsb  edir.  Belə  ki,  bəzən 

azadlığı  mütləq  mənada  başa  düşərək,  onu  məsuliyyətdən 



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə