Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə47/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   146

151 


həyatının nüvəsində cəmləşmiş kulturoloji fenomen- adət-

lərin, əxlaqi sərvətlərin, mərasimlərin, dini etiqatların, ha-

belə insanın bütün  yaratdıqlarında ehtiva olunmuş dünya-

nın  mənzərəsi sayəsində  formalaşır. Belə  ki, bir cox  adət 

və  ənənələrimizin  xalq  tərəfindən  qanunlaşdırılmış  məra-

sim  anları  vardır.  Onlar  tarixin  bütün  mərhələlərində  hə-

mişə  kütləvi  şəkildə  icra  edilmiş,  el-obanın,  hətta  bütün 

millətin  mənəvi  birliyini  təmin  etmiş,  nəsillərin  şifahi 

yaddaşına cevrilmişdir. 

Mentalitet  anlayışı  içtimai  əlaqələrlə  sıx  şəkildə 

bağlı  olmuşdur.  Mentalitet    hər  şeydən  əvvəl,  cəmiyyət 

üzvlərinin mənəvi dünyasını əhatə edir. Şüurun inikas for-

ması kimi insanın dünyaya gəldiyi gündən ömrünün sonu-

na kimi onu əhatə edir. Ən başlıcası odur ki, insan özünü-

dərk prosesində özü haqqında biliklər əldə edir, özü haq-

qında  bilmədiyi  biliyi  qazanmaq  isə  insanin  hisslərini, 

düyğularını  ülviləşdirir,  təfəkkürünün  zənginləşməsinə, 

onun  mentalitetinin  məzmununa  yeni  keyfiyyət  gətirən 

yollar  açır.  Bu  proses  insanın  özünü  saflaşdırır,  müdrik-

ləşdirir, mənəviyyatını, əxlaqi dəyərlərini və mentalitetini 

formalaşdırır. Xalqın sağlam mentaliteti, xüsusilə onun ta-

rixi  kulturoloji  yaddaşında  saf  mental  xüsusiyyətlərin 

mövcudluğu  ona  ictimai  əlaqələrin  qorunub  saxlanılma-

sına, inkişaf etdirilməsinə və beynəlxalq aləmdə tanınma-

sına imkan vermişdir. Müasir dövrdə milli mentalitetimiz-

də bədii-estetik düyümü aşkar edən tarixi faktların və mə-

nəvi emosional materialların öyrənilməsi, bədii-estetik də-

yərlərlə milli ənənəvi təkamülün vəhdətinin araşdırılması, 

mədəni  varisliyin  davam  etdirilməsində  ictimai  əlaqələr 

sahəsindəki  tarixi  təcrübənin  rolunun  dəqiqləşdirilməsi 




152 


kulturoloji konteksdə əsas prioritet vəzifələrdən biri hesab 

edilir. 


Ümummilli lider Heydər  Əliyev  mənəvi dəyərləri-

miz  və  milli  mentalitet  haqqıda  deyirdi:”Bizim  milli-mə-

nəvi  dəyərlərimiz  əsrlər  boyu  xalqımızın  həyatında  və 

yaşayışında  formalaşıbdır.  Milli-mənəvi  dəyərləri  olma-

yan millət, həqiqi xalq ola bilməz. Azərbaycan xalqı cür-

bəcür  hökümdarların  əlində  olubdur,  tarix  boyu  nə  qədər 

əziyyət cəkibdır. Ancaq dilini də, öz mənəvi əxlaqi menta-

litetini  də  saxlaylbdır.  Bu  xalqımızın  nə  qədər  dərin  kök-

lərə  malik  olduğunu  bir  daha  təsdiqləyir”.  Belə  ki,  milli-

mənəvi dəyərlər hər hansı bir millətin tarix boyu əldə etdi-

yi nailiyyətlərdir. Bu dəyərlər əsrlərdən bəri formalaşmış, 

xalqın yaşayışına, məişətinə və həyat tərzinə daxil olmuş-

dur. Mənəvi dəyərlər xalqı rühən yaşadan, ona ideya, isti-

qamət  və  stimul  verən  bir  vasitədir.  Bu  dəyərlər  isə  hətta 

ictimai hadisələrə səbəb ola biləcək qüvvəyə malikdir. 

M.Ə.Rəsulzadə  (1884-1955)  “Azərbaycan  kültur 

gələnəkləri” əsərində yazır: Bütün kültürlər 3 böyük ami-

lin  qarşılıqlı  təsirindən  doğarlar:  1)coğrafi  amil-vətən;  2) 

etnoqrafik amil-millət; 3) etnoqrafik amil-mədəniyyət. 

Mentalitet və sosial həyat tərzinin formalşdırılması 

bu  gün  cəmiyyətin  vacibli  problemlərindəndir.  Bu  proses 

hazırda  ictimaiyyətlə  əlaqələrin  təşkilində  əsas  prioritet 

istiqamətləridən biri hesab edilir.   

 

 



 

 

 



5.4. İctimaiyyətlə əlaqələrdə Azərbaycançılıq 

məfkurəsinin formalaşdırılması 

 

Hazırda  ictimaiyyətlə  əlaqələrdə  Azərbaycançılıq 



məfkürəsinin  formalaşdırılması  mühüm  əhəmiyyət  kəsb 

edir. Bu gün Azərbaycan məhz özünün milli oyanış, milli 




153 


özünüdərk  dövrünü  yaşayır.  Bü  dövr  hər  bir  şəxsin  öz 

milli  mənsubiyyətini  dərk  etməsi,  soy  kökünə  qayıdış, 

keçmişin  ibrət  dərslərindən  nəticə  çıxartmaq,  tariximizi, 

dilimizi  və  adət-ənənələrimizi  böyüməkdə  olan  nəsillərə 

hərtərəfli  və  düzgün  çatdırmaq  və  s.  cəhətlərlə  şərtlənir. 

Bu  gün  bizim  başımıza  gələn  bəlaların  əsas  səbəbi  də 

məhz elə öz milli adət-ənənələrimizə olan ehtinazız və bi-

ganə  yanaşmağımız  və  bir  də  unutqanlığımız  olubdur. 

Mustafa  Kamal  Atatürkün  dediyi  kimi:  “  Öz  milli  mən-

subiyyətini dərk etməyən bir xalq, başqa bir xalqın ovuna, 

şikarına çevrilir”  

 Bu  gün  Azərbaycan  öz  tarixinin  çətin,  mürəkkəb, 

keşməkeşli,  lakin  şərəfli  bir  dövrünü  yaşayır.    Azərbay-

canşünas alim prof. Nizamməddin Şəmsizadə yazır: ”Mil-

yon  il  əvvəl  ölkəmizin  ərazizində  hansi  tayfanın,  hansı 

qövmün, hansı xalqın yaşaması Adəmin və Həvvanın han-

sı  millətdən  olması  ədəbi  bir  mübahisədir.  Amma  müba-

hisəsizi budur ki, o zaman da, indi də yaşadığımız torpaq-

Vətən-Azərbaycan olub. Bu mənada azərdaycançılıq türk-

çülükdən  də,  şümerçilikdən  də,  millilik  və  islamçılıqdan 

da  qədim  və  əzəli  fikir  formasıdır.  Görəsən  dünyanın  ən 

qədim  yaşayış  məskəni-  Azıx  mağarasından  tapılan  çənə 

sümüyünün sahibi hansı millətdən olub?! Bu sual gülmə-

lidir. Amma “Azıx mağarası harda yerləşir?”- bu isə ciddi 

və həqiqi sualdır. Cavabı isə dünyanın bütün dillərdə bir-

dir: Azərbaycanda!” 

22

 

Yunan sözü olan ideologiya- ideya, fikir; loqos isə-



söz, elm, təlim, anlayış mənalarını verir. Azərbaycan ideo-

logiyasi fikri ilk dəfə məhz ulu öndər Heydər Əliyev tərə-

                                                 

22

 Şəmsizadə N. Azərbaycan ideologiyası. Bakı,  Sabah”,1996, s.68. 




Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə