.
154
findən işlədilmişdir. Bununla da Azərbaycançılıq insanın
daxili aləminə, iç dünyasına yol tapmış Vətən əxlaqını
formalaşdırmışdır. Dahi şair M.Arazın dediyi kimi: ”Və-
tən daşı olmayandan, olmaz ölkə vətəndaşı!”. Bu söz hər
bir Azərbaycan vətəndaşında böyük qürür hissi oyadır və
Azərbaycançılıq məfkürəsini daha da dərinləşdirir. Dün-
yəvi prinsiplərə istinad etmək, hüquqi,demokratik dövlət
qurmaq Azərbaycançılıgın əsas leytmativlərindəndir.
Prof.N.Şəmsizadə Azərbaycan ideologiyasının aşa-
ğıdakı şərtlərini göstərmişdir:
1.Maarifçilik yolu ilə inandırma.
2.Tarixi əsaslandırma.
3.Təşkilatlandırma.
4.İstiqamətləndirmə.
5.Yenini yaratma.
Azərbaycan ideologiyasının tərkib hissələri bun-
lardır:
1.Məfkürəçilik.
2.İstiqlalçılıq.
3İttihadçılıq.
4.Türkçülük.
5.İslamçılıq.
6.Xalqçılıq.
7.Ünsiyyətçilik.
Azəbaycan
ideologiyasının
iqtisadi
əsasları
bunlardır:
1. Azərbaycanı xammal ixrac edən ölkədən, hazır
məhsul edən ölkəyə çevirmək.
2. Regional iqtisadi bölgələr yaratmaq.
.
155
3. Milli sərvət üzərində sərt dövlət nəzarəti qoy-
maq, torpaq katastrı yaratmaq, torpağı toxunulmaz mül-
kiyyətin əsas növü elan etmək.
4. İqtisadi islahatları ümummilli marağın qorun-
masına yönəltmək.
5. Müəsisələri modernləşdirmək, iri koorporasiyalar
yaratmaq.
6. Bazarı və valyutanı tənzimlənmək .
7. İqtisadi müstəqilliyin hüquqi əsaslarını hazır-
lamaq və s.
Bütün bunlar ideologiya boşluğunu, onunla birlikgə
cəmiyyətdəki boşluqları aradan qaldırar, ümummilli iradə-
ni möhkəmlədər. Bu isə dövlətçiliyin əsasıdır.
23
Dövlətçiliyin idarə edilməsində bu gün işgüzar in-
san amili ən əhəmiyyətli rola malikdir. Qeyd edək ki, in-
san cəmiyyətdə adi fərddən şəxsiyyətə doğru xüsusi bir
inkişaf yolu keçmişdir. Təbiətin kortəbii qüvvələrinə qarşı
mübarizədə, yaşayış vasitələri əldə etməklə o, müasir,
“dərrakəli, müdrik insan”a, ali şəxsiyyətə doğru çox sürət-
lə addımlamışdır. Abbasqulu ağa Bakıxanov qeyd edirdi
ki, insan orqanizmində başlıca üzv, ürək olduğu kimi, kai-
natda da insan ən yüksək ali varlıq hesab edilmişdir. Onun
fikrincə, insan bilmədiyi hər şeyi öyrənməyə qadir olmuş-
dur. İnsanın mənəvi aləmi o qədər zəngin, əhatəli və tü-
kənməz olmuşdur ki, onun təsviri üçün nə qədər deyilsə də
belə, yenə də azdır. Çünki, insanın mənəvi dünyası yer-
dən göylərə yüksələn bir günəşə bənzəyir.
24
23
Şəmsizadə N. Azərbaycan ideologiyası. Bakı, “ Sabah”,1996, s.96-97
24
Ağayev Ə.Azərbaycan maarifpərvərləri şəxsiyyət haqqında. “Maarif”,
Bakı, 1978, s. 19.
.
156
Müasir dövrdə elm hələ də insanın mənşəyi məsə-
ləsini fərziyyə, ehtimal əsasında izah edir. Burada faktlar
azdır, elmi dəqiqlik çatışmır. Əgər kulturantropoloqlar
ağıllı insanın əmələ gəlməsini bioloji təkamül prosesi ilə
izah edirlərsə, filosoflar isə onu inqilabi sıçrayışla bağla-
yırlar. Elm sübut edir ki, bu uzunmüddətli prosesdir, o,
birdəfəlik aktla əmələ gələ bilməz. Burada antropogenez
və sosiogenez (cəmiyyətin əmələ gəlməsi) qarşılıqlı əlaqə-
də olmuşdur və antropososiogenez kimi vahid prosesdən
ibarətdir. Həmin prosesin elm 3-3.5 milyon il müddətində
uzandığını ehtimal edir. İnsan haqqında müasir elm sübut
edir ki, insan insanabənzər meymunlarla ümumi kökdən
təxminən 12-15 milyon il əvvəl ayrılmışdır. Ən qədim in-
sanın Şərqi Afrikada, Cənub-Şərqi Asiyada, avstralopitek
meymunlarından əmələ gəldiyi ehtimal olunur. Ehtimal ki,
bu mərhələdə insanın ulu əcdadı ramaniteklər olmuşlar.
Efiopiyada, Tanzaniyada yaşı 3-3.5 milyon il hesab edilən
hominizlərin qalıqları tapılmışdır (insanabənzər məxluq-
lar) ki, onların kobud daş alətlərdən istifadə etdikləri ehti-
mal olunur. Onlara nisbətən inkişaf etmiş ilk insanlar pite-
kantroplar (yaşı 05-1 milyon il), çadantroplar (Mərkəzi
Afrika, 1 milyon il), atlantroplar (Şimali Afrika, 600 min
il), heydalberq insanı (Avropa, 500 min il), sinantroplar
(Mərkəzi Asiya, 300 min il) və i.a. hesab olunurlar. Xro-
noloji olaraq arxantroplar (1.9-2.0 milyon il) və polion-
troplar müasir insanın sələfləri sayılır. Daha sonra yaşı 50-
40 min il hesab olunan və insana çevrilməsində son yeni
mərhələ sayılan neandertallar və kromanyon adamı gəlir.
Kromanyonlarla insanın bioloji təkamül prosesi başa çatır.
Lakin, insanın tarixi təkamülündə hələ elmi cəhətdən tam
aydınlaşdırılmamış mübahisəli məsələlər də az deyil.
.
157
İnsan yer üzünün əşrəfi, ən qüdrətli varlığı, dünya möcü-
zələrinin ən böyük möcüzəsi-deyənlər heç də yanılma-
mışlar.
“Homo Sapiens”in tarix səhnəsinə çıxdığı vaxtdan
bu günə qədər, insan həyatının mühafizəsi və daha da
yaxşılaşdırılması bəşəriyyətin mədəni həyatının əsas məğ-
zini təşkil edir. Bu isə hər bir planet sakininin başlıca hə-
yat motividir - deyən kulturoloq Fuad Məmmədov insanın
cəmiyyətdəki rolunu məhz bu gün hər bir şəxsin maraq,
məqsəd və tələbatlarının formalaşmasında, onun səadətə
can atmasında və xoşbəxtliyində görür. Məhz bu baxım-
dan əsaslı faktlara istinad edib qeyd etmək olar ki, insan
Tanrının həyata bəxş etdiyi ən böyük və mürəkkəb bir
varlıqdır. Allah-taalanın yaratdığı şah əsərdir. Həzrəti Əli
deyirdi ki, insan öz dilinin altında gizlənibdir, danışmağa
başlayandan sonra ağıllı və ya ağılsız olması bilinir.
İnsan kimdir? Dünyada onun yeri və məqsədi
nədir? Onun cəmiyyətdə borcu, vəzifələri nədən ibarətdir?
Bu suallara qədim Misirdə, Çində, Yunanıstanda, Hindis-
tanda böyük müdriklər həmişə zaman-zaman tutarlı cavab-
lar axtarmışlar. Eyni zamanda tarixi inkişafın sonrakı inki-
şaf mərhələlərində də mütəfəkkirlər bu suallara məntiqi
cavablar axtarmağa çalışmışlar.Bəziləri insanı ağıllı varlıq
(“homo sapiens”), bəziləri şüurlu fəaliyyət göstərən varlıq
(“homo agens”), bəziləri yaradıcı varlıq (“homo faber”),
bəziləri emosiyalı, təbəssümlü varlıq (“homo ludens”),
bəziləri isə əxlaqlı varlıq (“homo moralis”) adlandırmışlar.
Məsələn, qədim yunan sofistlərinin ən görkəmli nümayən-
dələrindən biri olan Sokrat deyirdi ki, insan “xeyri dərk
edən və yaradandır”. Onun insana müraciətlə dediyi “Özü-
nü dərk et!” müddəası iki min ilə yaxındır ki, zərb-məsəl,
Dostları ilə paylaş: |