.
161
İnsan daim axtaran varlıqdır. O, axtarışları dayan-
dıran kimi sanki sahib olduğu ülviliklər zirvəsindən aşağı,
adi canlıqlar səviyyəsinə doğru enir. Tapanda da axtar-
maq, tapmayanda da axtarmaq, getdikcə daha dərinliklərə
enmək, öz zəka nuru ilə zülməti işıqlandırmaq - insana nə-
sib olan yeganə yol budur. Bu təbiidir. Bəşəriyyət durduq-
ca onun varlığı ilə əlaqədar olan bəzi problemlər də öz ak-
tuallığını saxlayır və zaman keçdikcə yenidən dəyişilmiş
şəraitə uyğun surətdə həll olunması tələb olunur. Bu cəhət
isə kulturoloji proseslərdən heç də yan keçmir. Kulturolo-
giya insan mənəviyyatını və əxlaqını, şəxsiyyətin mənəvi
keyfiyyətlərini əsas götürərək, dövrün çoxlu açılmamış
qaranlıq tərəflərinə aydınlıq gətirir. XX yüziliyin görkəmli
rus filosofu P.A. Florenski insanı mədəniyyətin daşıyıcısı
adlandıraraq göstərir ki, o, həqiqətdə heç nə yaratmır, yal-
nız kortəbii olanı müəyyən axara salaraq dəyişdirir. Mə-
lum faktdır ki, insan təbiətsiz mədəniyyət yarada bilməzdi,
təbiət insan üçün yaradılıbsa, insan da öz növbəsində,
zəhməti sayəsində özünə “ikinci təbiət” qazanmışdır.Bu
isə bütövlükdə mədəniyyət adlanır.
5.5. İctimaiyyətlə əlaqələrdə sağlam ünsiyyət əsas
amillərdən biri kimi
Hazırkı dövrdə içtimaiyyətdə sağlam ünsiyyətin
bərqərar edilməsi əsas prioritet istiqamətlərdən biri hesab
olunur. Xüsusilə də, milli özünü dərk prosesində sağlam
ünsiyyətin rolu əvəzsizdir. Belə ki, bu gün cəmiyyətdə ün-
siyyət böhranı, ünsiyyət çatışmazlığı mövcüddür. Bü böh-
ranı aradan qaldırmaq üçün sosioloji araşdırmalar ararılır,
insanın mənəviyyatı, onun şəxsiyyəti, mentaliteti, asudə
vaxtı, istirahət və əyləncəsi və s. bu prosesdə ön plana çə-
.
162
kilir. Sağlam və zəkalı (intelektual) insan, yalnız cəmiy-
yətdə onu əhatə edən maddi aləmin cisim və hadisələrini
qavrayıb dərk etməklə heç də kifayətlənmir. O, eyni za-
manda ətrafında olan insanları da qavrayaraq onlarla qar-
şılıqlı əlaqəyə, sağlam insani münasibətlərə girməyə
çalışır.
Insanın xarici aləmə münasibəti də onun cəmiyyətə
və başqa adamlara olan münasibəti ilə şərtlənir. Özünün
bu xüsusiyyətlərinə görə insanın istər ictimai, istərsə də
şəxsiyyətləarası münasibətlər sistemi ünsiyyət prosesində
təzahür edir və həyata keçirilir. Ünsiyyət insanlar arasında
təmasın (kontaktın) yaranması və inkişafı prosesi kimi
meydana çıxır. O mürəkkəb və çoxcəhətli psixoloji feno-
men olub insanların birgə fəaliyyət tələbatı əsasında əmələ
gəlir. Ünsiyyət ictimai-tarixi səciyyə daşıyır. Cəmiyyət in-
kişaf etdikcə, ünsiyyətin məzmun və formasında da özünə-
məxsus cəhətlər meydana çıxır.
Ünsiyyət aktual problem kimi müxtəlif istiqamət-
lərdə öyrənilir. A.A.Leontyevin fikrincə, ünsiyyətə insan-
ların kollektiv əmək fəaliyyətini şərtləndirən mühüm va-
sitə kimi baxdıqda, onda həmin fəaliyyət prosesində insan-
lar arasındakı qarşılıqlı təsir əmək fəaliyyətinin məzmunu
nöqteyi-nəzərindən araşdırılmalıdır. Yəni hər bir kollektiv
üzvünün ümumi əmək prosesinə nə gətirməsi, necə xidmət
etməsi, kollektiv əmək fəaliyyətində əmək bölgüsünün ne-
cə olması və s. kimi məsələlər təhlil edilir. Bununla bəra-
bər, ünsiyyəti insanların əmək fəaliyyətini təşkil etmək va-
sitəsi kimi də nəzərdən keçirmək olar. Məsələyə belə ya-
naşdıqda ilk növbədə bizi həmi sosial qrupda informasiya-
nın xarakteri, həmin informasiya axınının kimdən-kimə
doğru getdiyi, əmək bölgüsünün necə təmin edildiyi, necə
.
163
saxlanıldığı (hifz edildiyi), qrupun başqa üzvlərinin hərə-
kət və işlərinin kim tərəfindən tənzim və ya idarə edilməsi,
həmin şəxsin qrupun lideri olub-olmaması və s. kimi mə-
sələlər maraqlandıracaqdır. Bu məsələlərlə ünsiyyətin so-
siologiyası məşğul olur. Bununla bərabər, belə bir şərait-
də, ikinci tərəfdən, hər bir kollektiv əmək fəaliyyəti işti-
rakçısının hansı motivlə başqasına müraciət etməyə məc-
bur olması, onun fikir və ya mülahizələrinin əsas funksi-
yası, eləcə də həmin adamın məhz nə deməsini, həm də
necə deməsini şərltəndirən psixoloji, xüsusən də sosial-
psixoloji amilləri aşkar etmək zərurəti yaradır. Nəhayət,
bizi maraqlandıran mühüm məsələlərdən biri də odur ki,
insan ünsiyyət saxlamaq üçün hansı yol və vasitələrdən
istifadə edir, o öz şifahi nitqini ünsiyyətin başqa vasitələri
ilə necə əlaqələndirir və ümumən ünsiyyətin müxtəlif növ-
ləri ilə necə əlaqə qurur?.
Ünsiyyət ilk növbədə fəaliyyət prosesində cəmiy-
yətin, onun ayrı-ayrı qruplarının tələbatını ödəməyə yönəl-
mişdir. Kollektiv əmək fəaliyyətinin planlaşdırılması və
tənzim edilməsini təmin etmək, məhz ünsiyyətin yerinə
yetirdiyi ən başlıca sosial funksiyadır.
Ünsiyyət eyni zamanda idarəetmə və ictimai nəza-
rət funksiyasını da yerinə yetirir. Yəni ünsiyyətin, xüsusən
də nitqin köməyi ilə cəmiyyət öz üzvlərinə bu və ya digər
rəftar və davranış formasını çatdırır, bu barədə nümunələr
göstərir, cəmiyyət üçün faydalı rəftar və davranış normala-
rını yayır, onun mənafeyinə zidd olanları isə pisləyir. Həm
də ünsiyyət vasitəsilə qruplararası qarşılıqlı təsir təmin
edilir. Bu prosesdə insanın ünsiyyət tələbatı nəinki təmin
olunur, həm də o, inkişaf edərək yeni məzmun kəsb edir.
Ünsiyyət sayəsində insan keyfiyyətcə dəyişir, onun hərtə-
Dostları ilə paylaş: |