.
190
çiliyə qarşı çıxması, yenilikçiliyin cəmiyyət tərəfindən qə-
bul edilməməsi, insanlarda yenilikçiliyə inamsızlıq, bir
sözlə, ətalət, innovasiyaların həmin cəmiyyətdə kök sal-
masına mane oiur. İnnovasiyalar, mədəni irsə müraciət,
mədəni dəyərlərin başqa mədəniyyətdən götürülməsi,
yayılması, mədəniyyətlərin sintezi mədəni dəyişiklikləri
formalaşdıran və şərtləndirən amillər sırasına daxildir.
İnnovasiya (yeniləşmə) − ictimai varlığın dəyişilmə-
sinə, yeni düşüncə tipinin formalaşdırılmasına yönələn ye-
ni ideyaların, hərəkət və davranış normalarının, sosial-
mədəni proqramların, texnoiogiyaların ixtirası və ya işlən-
məsidir. Yaradıcı insan innovasiya proseslərinin aparıcı
qüvvəsidir. Mütərəqqi cəmiyyətlərdə yüksək istedadlı şəx-
siyyətlər, yaradıcılıq qabiliyyəti olan isanlar nüfuz sahibi
olur, diqqət mərkəzinə çevrilirlər. Odur ki, innovasiya cə-
miyyətin maraqlarına və sosial tələblərinə cavab verməli-
dir.
Mədəniyyərlərin yaxınlaşması, mədəniyyətlərin qar-
şılıqlı əlaqəsi, mədəniyyətlərin eyni vektorda inkişafı in-
novasiyaların yaranması üçün mənbə rolunu oynayır. İn-
novasiyalar ilk növbədə texnologiya və mədəniyyət sahə-
lərində təzahür edir.
İnnovasiya insanın həyat fəaliyyətinin müxtəlif
sahələrində yeniliklərin yaradılması, məqsədyönlü şəkildə
hərtərəfli mənimsənilməsi və kompleks tətbiq edilməsi
təcrübəsidir. İnnovasiya fəaliyyətinin səmərəliliyi irsilik
prinsipinə riayət edilməsi, ənənə ilə yeniliyin uyğunluğu
ilə şərtləndirilir. İnsan fəaliyyətinin əsil subyekti kimi onu
əhatə edən maddi və mənəvi aləmə yenilik gətirməklə,
eyni zamanda özünü dəyişdirir, gerçəkliyin reallaşması
.
191
üçün iqtisadi-mədəni və humanist cizgilərin artmasına
kömək edir.
İnnovasiya prosesi cəmiyyətin inkişafının ayrılmaz
tərkib hissəsi və eyni zamanda zəruri şərtidir. İnnovasiya
həm ayrı-ayrı təsərrüfat subyektlərinin və həm də dünya
iqtisadi sistemində müxtəlif dövrlərin rəqabət qabiliyyətini
təmin edən məqsədyönlü qüvvəyə çevrilib. Hazırki vaxtda
ictimai həyatın bütün sferalarında innovasiyaların rolu
getdikcə artır. Qloballaşan dünyanın hər bir sahəsində
innovasiya sisteminin tətbiqi adi hal almışdır. Artıq
innovasiya prosesləri ictimai əlaqələrin və təşkilatların
fəaliyyətinin ayrılmaz tərkib hissəsinə çevrilib.
İnnovasiya ictimai-mədəni dəyişikliklər üçün zəmin
yaradan yeni texnologiyalar və yerni modellərin formalaş-
ması vasitəsidir. İnnovasiya insanın yaradıcılıq qabiliyyə-
tindən və cəmiyyətin bu yaradıcılığının nəticələrini qəbul
etmək və dövrün tələblərinə uyğun istifadə etmək imkan-
larından asılıdır.
Şəxsiyyətin innovaiya cəmiyyətində varlığının təmin
edilməsi vəzifəsi innovasiya mədəniyyətinin humanist
potensialı ilə bağlıdır. İnnovasiya mədəniyyətinin forma-
laşması yentliklərə, dəyşikliklərə müqavimət meyllərini,
innovasiya xofunu aradan qaldırmağa kömək edir.
Bu gün cəmiyyətin həvat və fəaliyyətini innovasiya-
larsız təsəvvür etmək mümkün deyil. Cəmiyyətin inkişafı-
nın sürətlənməsi innovasiyanı gündəlik həyatın adi ünsü-
rünə çevirmişdir.
İnnovasiyaların insan fəaliyyətinin bütün sahələrinə
göstərdiyi təsir innovasiya proseslərinin nəzəri cəhətdən
dərk edilməsi məsələsini gündəmə gətirir.
.
192
Şəxsiyyəti yeni reallıqlar müstəvisində dərk etmək,
öyrənmək olduqca mühüm problemə çevrilir. Müasir
insan hər gün külli miqdarda problemlərlə üzləşir, halbuki
onların əksəriyyəti hətta yaxın keçmişdə naməlum idi. Bu
probiemlər isə müasir dövrün tələbləri kontekstində həll
edilməlidir. Şəxsiyyətin müasir innovasiya, intormasiya-
kommunikasiya cəmiyyətinin tam hüquqlu üzvü olmaq
bacarığı onun özünü təsdiq, özünü realizə qabiliyyətinin
mühüm şərtidir. İnsanın özünü realizə etmək qabiliyyəti
onun təkmilləşməsi, daxili aləmini günün tələblərinə
uyğun dəyişməsi, xarici aləmlə ahəngdar ayaqlaşması ba-
carığı ilə sıx bağlıdır.
Bir sıra alimlər belə hesab edir ki, innovasiyalar in-
sanın ictimai-mədəni mühitə uyğunlaşmasına əngəl törə-
dir. Hətta şəxsiyyətin innovasiva cəmiyyətində özünü qo-
ruyub saxlaması yollarını arayırlar. Lakin innovasiyanı
şəxsiyyətin müasir dünyada baş verən qlobal dəyişiklərdə
iştirak etmək şansı kimi də nəzərdən keçirmək oiar. İnsan
istənilən şəraitdə, istənilən ictimai-mədəni mühitdə insan
olaraq qalır. Özünü təsdiq meyli istənilən şəraitdə, istəni-
lən dəyişiklik, yenilik insanı yeni şəraitə uyğunlaşmağa
sövq edir.
Müasir, ahəngdar inkişaf edən şəxsiyyətdə innova-
siya başlanğıcının təzahürü insanın özüni təyin, özünü
təsdiq, özünü realizə və yaradıcılıq potensialının üzə çıx-
ması üçün şərait yaradır, ona daxilitəlatümm və böhranları
dəf etmək imkanı verir.
İnsanın təhsil alma və peşəkar fəaliyyəti gedişində
özəl bacarığının, istedadının üzə çıxarılması imkanlarına
xüsusi diqqət yetirmək lazımdır.
.
193
İstənilən hadisəyə, təzahürə yaradıcı yanaşmanın
formalaşması müsbət nəticəiər verir. İnsanlara həyat fəa-
liyyətinin bütün sahələrində öz yeni ideyalarını irəli
sürmək, tətbiq etmək imkanı verilməlidir. Yeniiikçi ideya-
ların cəmiyyətin müntəzəm inkişafı üçün tükənməz ehtiyat
mənbəyi kimi nüfuz qazanması innovasiya əleyhinə olan
mürtəce qüvvələri neytrallaşdırmağa kömək edir. Cəmiy-
yətin innovasiyalara xeyirxah münasibəti, yenilikçiliyə
dəstək olmaq bacarığı həm cəmiyyətin həm də onun ayn-
ayrı üzvlərinin yaradıcı ımkanlarını artınr. Bəzən innova-
siyanın cəmiyyət tərəfindən qəbul edilməyəcəyindan ehti-
yat edən şəxsiyyət fəallığının məhdudlaşması təhlükəsi ilə
üzləşir. Zəruri texniki vasitələrin, informasiya texnolo-
giyalarının, materialların, maddi dəstəyin yoxluğu da şəx-
siyyətin yaradıcı imkanlarına mənfi təsir göstərir.
İnnovasıya probleminə kulturoloji yanaşma yenilik-
çilik hərəkatına xas olan qarşıya məqsəd qoymaq, məq-
sədə nail olmaq, yüksək iş qabiliyyəti, risk etmək bacarığı
kimi şəxsi keyfıyyətləri təhlil etmək imkanı yaradır. İnno-
vasiya mədəniyyətinə yiyələnən şəxsiyyətdə belə keyfiy-
yətlərin şüurlu və məqsədyönlü şəkildə(tədris prosesində
və peşəkar fəaliyyətdə) innovasiva proseslərinin gedişi
üçün münbit şərait yaradır. Bu halda şəxsiyyətin, bu yeni
keyfıyyətlərə münasibəti onu uşaq yaşlarında mənimsədiyi
mədəni dəyələr, davramş qaydaiarı ilə uyğunluq təşkil
etməlidir. Əslində həyat şəraitinin dəyişməsi şəxsiyyətin
mədəni meyllərinin dəyişməsi ilə nəticələnir. Yeni şəraitlə
üzləşən insan özünü adət etdiyi qaydada aparır, vaxtilə
qəbul etdiyi mədəniyyət modellərinə riayət etməyə çalışır.
Arnold Toynbi hesab edir ki, cəmiyyətin varlığı üçün
təhlükəli oian ictimai və ya ekoloji vəziyyətin yaranması,
Dostları ilə paylaş: |