Kulturologiya –mədəniyyət nəzəriyyəsindən daha geniş bir elm sahəsidir ki; hazırda bu elmin başqa sosial- numanitor ellərin heç birinə bənzəməyən fuksyiyaları və nəzəriyyəsi mövcuddur



Yüklə 2,66 Mb.
Pdf görüntüsü
səhifə55/146
tarix08.09.2018
ölçüsü2,66 Mb.
#67188
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   146

179 


1) Elm və təhsil sahəsində

2) Ordu quruculuğu və hərbi-vətənpərvərlik tərbiyəsi 

sahəsində; 

3) İqtisadiyyat sahəsində; 

4) Gənclərin ictimai problemlərinin həlli sahəsində

5) Uşaq və yeniyetmələrin problemlərinin həlli sahə-

sində; 

6) Mədəniyyət sahəsində; 



7) Bədən tərbiyəsi və idman sahəsində

8) Gənclərin beynəlxalq əməkdaşlığı sahəsində və s. 

Ümummilli  liderin  zəngin  və  möhtəşəm  dövlətçilik 

fəaliyyətində  gənclər  siyasəti  hər  zaman  xüsusi  yer  tut-

muşdur.  Azərbaycan  Rrezidentinin  2007-2016-ci  illərdə 

“Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Döv-

lət  Proqramı”nın  təsdiq  edilməsi  barədə  sərəncamı  gənc-

liyə göstərilən diqqətin parlaq təzahürüdür. 

Azərbaycan Respublikasında dövlət gənclər siyasəti-

nin  həyata  keçirilməsini  təmin  etmək  və  dövlət  orqanla-

rının  diqqətini  gənclərlə  bağlı  problemlərinin  həllinə  yö-

nəltmək  məqsədi  ilə  Dövlət  Gənclər  siyasəti  haqqında 

Azərbaycan Respublikası Prezidentinin fərmanında aşağı-

dakılar qərara alınır:  

1.  Azərbaycan  Respublikasında  dövlət  gənclər  siya-

sətinin  həyata  keçirilməsi  ilə  bağlı  tədbirlər  planı  təsdiq 

edilsin; 

2.  Azərbaycan  Respublikasının  Gənclər  İdman  və 

Turizm  Nazirliyinin  nəzdində  gənclərin  problemləri  üzrə 

elmi araşdırmalar mərkəzi yaradılsın; 

3.  Azərbaycan  Respublikasının  Gənclər  İdman  və 

Turizm  Nazirliyi  gənclərin  problemləri  üzrə  elmi  araşdır-

malar mərkəzinin əsasnaməsini bir ay müddətində hazırla-



180 


yıb təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim edil-

sin; 


4.  Azərbaycan  Respublikasının  Gənclər  İdman  və 

Turizm Nazirliyi dövlət gənclər siyasətinin həyata keçiril-

məsinin  gedişi  haqqında  hər  təqvim  ilinin  sonunda  Azər-

baycan  Respublikası  Prezidentinin  icra  Aparatına  arayış 

təqdim etsin; 

5.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu 

fərmandan irəli gələn məsələləri həll etsin və dövlət gənc-

lər  siyasətinin  həyata  keçirilməsi  ilə  bağlı  tədbirlər  planı-

nın yerinə yetirilməsinə nəzarət etsin.  

Azərbaycan  Respublikasının  dövlət  gənclər  siyasəti-

nin həyata keçirilməsi ilə bağlı respublikanın ictimai-siya-

si  həyatında  və  dövlət  quruculuğunda  gənclərin  iştirakına 

dair  tədbirlər  planında  aşağıdakılar  nəzərdə  tutulmuşdur: 

Dövlət idarəetmə orqanlarında gənclərin məsul işlərə cəlb 

olunmasını təşkil etmək; Bələdiyyə seçkilərində gənclərin 

daha  geniş  təbəqələrinin  iştirakını  təmin  etmək;  Dövlət 

gənclər  siyasətinin  ən  mühüm  məsələləri  üzrə  təkliflər 

hazırlamaq və gənclərlə işin vəziyyəti haqqında Azərbay-

can Respublikasının Prezidentinə müntəzəm məlumat ver-

mək  üçün  məşvərət  orqanı  kimi  gənclərlə  iş  üzrə  şuranın 

yaradılması; Gənclər təşkilatlarının proqram və layihələri-

nin  maliyyələşdirilməsi üçün dövlət büdcəsi layihələrində 

vəsaitlər ayrılmasının  nəzərdə tutulması; Gənclər təşkilat-

ları  Milli  Şurasının,  Respublika  Uşaq  Təşkilatının,  Azər-

baycan  Skaut  Assosiasiyasının  daimi  qərargahla  təmin 

olunması;  “Gənclər  Sarayı”  layihəsinin  və  binanın  tikil-

məsi  ilə  əlaqədar  təkliflərin  hazırlanması;  Gənclər  İdman 

və  Turizm  Nazirliyinin  mətbu  orqanlarının  dövlət  büdcə-

sindən  qismən  maliyyələşdirilməsi;  Dövlət  kütləvi  infor-



181 


masiya  vasitələrində  gənclərin  müntəzəm  olaraq  çıxış  et-

məsi,  öz  yaradıcılıq  potensiallarını  gerçəkləşdirməsi  üçün 

şəraitin  yaradılması;  Dövlət  orqanları  rəhbərlərinin  gənc-

lərlə  vaxtaşırı  görüşlərinin  təşkil  olunması;  Yeniyetmələr 

və  gənclər  arasında  cinayətkarlıq  və  narkomaniyaya  qarşı 

profilaktik  tədbirlərin  gücləndirilməsi;  Yeniyetmələr  və 

gənclər arasında hüquqi maarifçiliyi təkmilləşdirmək üçün 

lazımi tədbirlərin hazırlanıb həyata keçirilməsi.  

Bu  gün  ölkədə  gənclərlə  iş  dövlət  səviyyəsində 

uğurla  həyata  keçirilir.  Ötən  illər  ərzində  Azərbaycanda 

bir  neçə  nüfuzlu  beynəlxalq  tədbirlər  keçirilmişdir.  Bun-

lardan  biri  Azərbaycanda  keçirilən  Avropa  Gənclər  Foru-

mu  olmuşdur.  Bu,  Azərbaycana  verilən  böyük  “qiymət” 

idi.  Hazırda  gənclərin  intellektual  potensialının  güclən-

məsi üçün bütün imkanlar yaradılmışdır.  

Dövlət  Proqramının  əsas  məqsədi  Azərbaycan  Res-

publikasında  gənclər  siyasətini  daha  da  inkişaf  etdirmək, 

gənclərin  menecment  sahəsində  fəal  iştirakına  şərait  ya-

ratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-

iqtisadi  problemlərinin  həllini  təmin  etməkdir.  “Dövlət 

Proqramı  aşağıdakı  vəzifələrin  yerinə  yetirilməsini  nəzər-

də tutur: 

−  gənclərin  hərtərəfli  inkişafı  üçün  şəraitin  yaradıl-

ması; 


−  gənclərin  gələcəyin  tələblərinə  cavab  verən  təhsil 

almaları üçün bərabər imkanların təmin edilməsi

−  gənclərin  məşğulluğunun  artırılması,  mülkiyyət 

formasından  asılı  olmayaraq  müəssisə  və  təşkilatlara  işə 

düzəlmələri üçün əlverişli şəraitin yaradılması; 

−  əmək  bazarının  tələblərinə  cavab  verən  rəqabətə-

davamlı gənc kadrların hazırlanması; 



182 


−  dövlət  qulluğunda  və  idarəetmədə  peşəkar  və 

bilikli gənclərin sayının artırılması; 

−  gənc  alim  və  tədqiqatçıların  sosial  təminatının 

gücləndirilməsi və məişət problemlərinin həll edilməsi

− gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi

− gənc ailə institutunun möhkəmləndirilməsi; 

− gənclərin məlumatlılığının artırılması; 

−  gənclərin  vacib  ictimai  təşəbbüslərinin  dəstəklən-

məsi  üçün  təşkilati,  maddi  və  məlumatlandırma  mexa-

nizmlərinin inkişaf etdirilməsi; 

−  gənclərdə  müasir  düşüncə  tərzinin  formalaşdırıl-

ması,  onların  idarəetmə  və  tədqiqat  yönlü  fəaliyyətə  cəlb 

edilməsi; 

−  gənclərin regionların sosial-iqtisadi və  mədəni in-

kişafından  bəhrələnməsi  üçün  tədbirlərin  həyata  keçiril-

məsi; 


−  gənclərin  özünüidarə  və  iqtisadi  baxımdan  təmin-

etmə bacarıqlarının inkişaf etdirilməsi; 

−  gənclərin,  o  cümlədən  gənc  əlillərin  sosial  müda-

fiəsinin gücləndirilməsi; 

−  gənclər  arasında  zərərli  vərdişlərin  yayılmasına 

qarşı  yönəlmiş  fəaliyyətlərin  dəstəklənməsi  və  inkişaf  et-

dirilməsi; 

−  gənclərin  inkişafında  yerli  icra  strukturlarının  və 

bələdiyyələrin  iştirakının  artırılması,  yerlərdə  gənclərə 

diqqətin gücləndirilməsi; 

−  gənclərlə  işləyən  mütəxəssislərin  əlavə  təhsilinin 

təmin edilməsi; 

− gənclərin və gənclər təşkilatlarının ictimai həyatda 

təşəbbüskarlığının və iştirakının stimullaşdırılması; 




Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə