.
175
maddi həyatın əsasını təşkil edən iqtisadiyyatın effektiv
inkişafını şərtləndirir. Lakin iqtisadi inkişaf cəmiyyətin
mənəvi istehsalının vəziyyəti ilə şərtlənir, çünki cəmiyyə-
tin həyatını iqtisadiyyat deyil, elm, dərrakə, bilik, təfəkkür
təşkil və idarə edir. İqtisadi effektivlik elm və elmə əsasla-
nan yüksək texnologiyalardan bilavasitə asılıdır. Hazırda
dövlət siyasətində turizm infrastrukturunun inkişaf etdiril-
məsi də əsas prioritet sahələrdən biri hesab olunur. Hər bir
vətəndaş bu gün tam əmin olmalıdır ki, turizm insanın icti-
mai-iqtisadi problemlərini həll etməyə qadirdir. Bu sahədə
dövlət siyasətində müasir dövrün tələblərinə cavab verən
strategiya olmalıdır.
Dövlət siyasətində qloballaşma və milli mentalitet
məsələləri də xüsusi önəm kəsb edir. Xalqın uzun tarixi
dövr ərzində formalaşmış etnik-milli xüsusiyyətlərin məc-
musu, milli-mədəni mentalitet kimi nəzərdən keçirilir.
Etnik və milli xüsusiyyətlər əbədi olaraq yaşayır və xalqın
mentaliteti haqqında fikir yürütmək imkanı verir. Dövlət
siyasəti aşağıdakı vəzifələri yerinə yetirir:
1) Hərtərəfli dünyagörüşünə malik şəxsiyyət forma-
laşdırmaq;
2) Sağlam ünsiyyəti formalaşdırmaq;
3) İnsanların intellektual səviyyəsini yüksəltmək;
4) İnsanların istirahət və əyləncəsini, asudə vaxtını
təşkil etmək;
5) Gənc nəsli vətənpərvərlik və qəhrəmanlıq ruhunda
tərbiyə etmək;
6) Gənclərdə vətən əxlaqını formalaşdırmaq;
7) Mədəni irsin qorunması və gələcək nəsillərə
ötürlməsini təmin etmək;
8) Vətəndaş cəmiyyətini formalaşdırmaq;
.
176
9) Cəmiyyətdə milli birlik və vətəndaş həmrəyliyinə
nail olmaq;
10) Bəşəri dəyərlərdən faydalanmaq;
11) Qloballaşma şəraitində innovasiya proseslərini
və inteqrasiya proseslərini sürətləndirmək;
12) Dini əqidə və tolerantlıq, milli mənlik şüurunu
formalaşdırmaq və s.
Vətən məfkurəsini hər şeydən uca tutan, xalqın
“döyünən” ürəyini, “düşünən” beynini, “yanan” qəlbini
özündə təcəssüm etdirən ulu öndər Heydər Əliyev bütün
sahələrdə olduğu kimi məhz dövlət siyasətində də idarəet-
məni əsas prioritet istiqamətlərdən biri hesab edirdi. O,
idarəetmə sahəsində yeni qlobal dəyişikliklər aparmış,
müstəqil Azərbaycanın müasir tələblərə cavab verən və
milli köklər əsasında formalaşan dövlət siyasətinin strateji
xəttinin yaradıcısı kimi tarixə düşmüşdür.
Azərbaycanın dövlət siyasəti milli dövlət müstəqilli-
yinin və onun ərazi bütövlüyünün qorunmasına və geniş-
ləndirilməsinə, bərabərhüquqlu və qarşılıqlı faydalı müna-
sibətlərin inkişafına, dünyanın bütün ölkələri ilə dostluq
əlaqələrinin qurulmasına yönəldilmişdir. Azərbaycanın
coğrafi şəraiti, ictimai-siyasi vəziyyəti, tarixi-mədəni ənə-
nələrdən doğan transregional xüsusiyyətləri, məhz müs-
təqil Azərbaycan Respublikasının gələcəkdə daha inamla
inkişaf edəcəyinə və möhkəmlənməsinə hər cür əsas ve-
rir. Azərbaycan Respublikasının Konstitusiyasının “Döv-
lətin ali məqsədi” adlı XII maddəsində qeyd olunur ki:
“I.Insan və vətəndaş hüquqlarının və azadlıqlarının,
Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat
səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
.
177
II. Bu Konstitusiyada sadalanan insan və vətəndaş
hüquqları və azadlıqları Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq
edilir. ”
30
Bu gün xalqımız çox əsrlik dövlətçilik ənənələrinə
sadiq qalaraq konstitusiyamızda əks olunan prinsipləri
əsas tutaraq, “bütün cəmiyyətin və hər kəsin firavanlığının
təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlü-
kəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və
gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, su-
veren hüququndan istifadə edərək, təntənəli surətdə
aşağıdakı niyyətləri bəyan edir:
1. Azərbaycan dövlətinin müstəqilliyini, suvernliyini
və ərazi bütövlüyünü qorumaq;
2. Konstitusiya çərçivəsində demokratik quruluşa
təminat vermək;
3. Vətəndaş cəmiyyətinin bərqərar olmasına nail
olmaq;
4. Xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini
təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
5. Ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq,
hamının layiqli həyat səviyyəsini təmin etmək;
6. Ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya
xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşa-
maq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.”
31
Dövlətin qanunvericilik funksiyası elm, ədəbiyyat və
incəsənət əsərlərinin (müəlliflik hüquqları), ifaların, fo-
noqramların və verilişlərin (əlaqəli hüquqlar) yaradılması
30
Azərbaycan Respublikasının Konstitusiyası. Bakı- 2014, səh.8
31
Azərbaycan Respublikasının Konstitusiyası. Bakı- 2014, səh.3
.
178
və istifadəsi ilə bağlı münasibətlərin möhkəm normativ-
hüquqi baza əsasında qurulmasını tələb edir. Azərbay-
canda təşəkkül tapmış ənənələrə uyğun olaraq, hüquqların
qorunması (hüquqların təsdiq edilməsi və ümumi hüquqi
rejimin yaradılması) və hüquqların müdafiəsi (hüquqların
pozulması və yaxud tələb edilməsi hallarında görülən
tədbirlər) bir-birindən fərqləndirilir. Yeni məcəllələrin
müddəaları da daxil edilməklə, müəlliflik hüququ hər cür
qanun pozucularına qarşı tətbiq edilən mülki, cinayət və
inzibati məsuliyyətlərin təmin edilməsi sahəsində geniş
kompleks tədbirlər planına malikdir. Bu isə Azərbaycanın
müasir inkişaf müstəvisinndə sivil və demokratik hüquqi
dövlət qurmaq imkanını təmin edir.
32
6.3. İctimaiyyətlə əlaqələrin formalaşmasında dövlətin
gənclər siyasəti
Dövlətin gənclər siyasəti də əsas prioritet istiqamət-
lərdən biri hesab edilir. Belə ki, gənclərin ləyaqətli vətən-
daş kimi yetişməsi üçün onlar hərtərəfli biliyə, milli
keyfiyyətlərə malik olmalıdırlar.
Qanunların sivil dünya dövlətlərinin hüquqi dövlət
quruculuğu ənənələrinə, beynəlxalq hüquq normalarına,
Avropa Şurası və dünya demokratik qanunveririclik təsi-
satları tələblərinə uyğun hazırlanması üçün Azərbaycan
Respublikası Prezidenti yanında xüsusi islahatlar komis-
siyası yaradılmışdır. Dövlət gənclər siyasəti bir çox istiqa-
mətlərdə vəzifələr müəyyənləşdirir:
32
www.mct.gov.az – Dövlət və müəlliflik hüququ sistemi, 2005
.
Dostları ilə paylaş: |