.
183
− gənclərin beynəlxalq mübadilə və mədəniyyətlər-
arası dialoqda iştirakının dəstəklənməsi;
− gənclərin inkişafına yönəlmiş infrastrukturun yara-
dılması”.
33
Gənclərin çoxsaylı problemlərinin həlli yeni yanaş-
ma yolları tələb edir. Müasir ictimai-siyasi arenanın sürətli
inkişaf mərhələsinə şahidlik etdiyimiz bir zamanda Azər-
baycan gəncliyinin problemlərinə baxış prizması yenilən-
məlidir. 2007-ci ilin “Gənclər ili” elan olunması ilə dövlət
və idarə strukturları növbəti dəfə bütün qapıların istedad
və potensiala sahib gənclərimizin üzərinə açıq olduğunu
bariz olaraq göstərdi.
6.4. İctimaiyyətlə əlaqələrdə normativ-hüquqi
sənədlərin əhəmiyyəti
İctimaiyyətlə əlaqələrdə dövlət siyasətində qanun-
vericilik sistemi konstitusiya, referendumla qəbul edilmiş
aktlar, qanunlar, fərmanlar, sərəncamlar, Azərbaycan Res-
publikasının Nazirlər Kabinetinin qərarları, Mərkəzi icra
hakimiyyəti orqanlarının normativ-hüquqi aktları, bir sıra
beynəlxalq müqavilələr, bəyannamələr, sazişlər, aktlar və
s. normativ-hüquqi sənədlərdən ibarətdir.
Azərbaycan Respublikasının Konstitusiyasının “Nor-
mativ hüquqi aktlar” adlı 149-cu maddəsində normativ hü-
quqi aktlar haqqında deyilir:
“1) Normativ hüquqi aktlar hüquqa və haqq ədalətə
əsaslanmalıdır.
33
www.president.az – 7 iyul 2011
.
184
2) Referendumla qəbul olunmuş aktlar yalnız dərc
edildikdə onların tətbiqi və icrası vətəndaşlar, qanunveri-
cilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və
bələdiyyələr üçün məcburidir.
3) Qanunlar konstitusiyaya zidd olmamalıdır. Yalnız
dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar,
qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi
şəxslər və bələdiyyələr üçün məcburidir.
4) Azərbaycan Respublikası Prezidentinin fərmanları
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunla-
rına zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların tət-
biqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqan-
ları, hüquqi şəxslər üçün məcburidir.
5) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
qərarları Azərbaycan Respublikasının Konstitusiyasına,
qanunlarına zidd olmamalıdır. Azərbaycan Respublika-
sının Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə
onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra
hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.
6) Mərkəzi icra hakimiyyəti orqanlarının aktları
Azərbaycan Respublikasının Konstitusiyasına, qanunları-
na, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına
və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qə-
rarlarına zidd olmamalıdır.
7) Fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaş-
dıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngül-
ləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil
edilir.
8) Normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs
dərc edilməyən normativ hüquqi aktın icrasına görə məsu-
liyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc
.
185
edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edi-
lir”.
34
Bu gün Azərbaycanda mədəni irsin qorunması ilə
bağlı olaraq normativ hüquqi aktlar qəbul olunmuşdur.
Bunlar 4 bölmədən ibarətdir: Azərbaycan Respublikası
tərəfindən qəbul edilmiş beynəlxalq normativ hüquqi akt-
lar, o cümlədən ümumdünya mədəni irsinin mühafizəsi;
qanunsuz olaraq çıxarılmış mədəni dəyərlərin tutulub qay-
tarılması sahəsində əməkdaşlıq və qarşılıqlı yardım məsə-
lələrini tənzimləyən konvensiyalar və sazişlər daxil edil-
mişdir. İnsan ləyaqətini qorumaq üçün mədəniyyət və təh-
sil, ədalət, azadlıq və sülh əsasında bütün insanlar arasında
geniş yayılmalıdır. Ona görə də bu baxımdan bütün xalq-
ların üzərinə qarşılıqlı əməkdaşlıq ruhunda yerinə yetiril-
məsi olan müqəddəs vəzifələr qoyulur. Bunlardan ən əhə-
miyyətlisi “Mədəni sərvətlərin qanunsuz olaraq gətirilmə-
si, çıxarılması və onların üzərində mülkiyyət hüququnun
başqasına verilməsinin qadağan edilməsi və qarşısının
alınmasına yönəldilmiş tədbirlər haqqında 14 noyabr
1970-ci il tarixli Paris Konvensiyası”dır. Həmin konven-
siya 30 sentyabr 1997-ci ildə Azərbaycan Respublikasının
Milli Məclisi tərəfindən qəbul edilmişdir. Konvensiyada
qeyd olunur ki, Beynəlxalq əməkdaşlıq ölkələrə məxsus
olan mədəni dəyərlərin bu əməkdaşlıqla bağlı bütün təhlü-
kələrdən mühafizəsini təmin etməyi ən təsirli vasitələrin-
dən biridir. Konvensiyada müəyyən olunmuşdur ki, mə-
dəni dəyərlərin üzv dövlətlər tərəfindən qəbul edilmiş qay-
dalar pozulmaqla gətirilməsi, çıxarılması və onların üzə-
3
Azərbaycan Respublikasının Konstitusiyası. Bakı 2014, səh 64-65
.
186
rində mülkiyyət hüququnun başqasına verilməsi qanunsuz
hesab edilir.
Qanun mədəniyyət sahəsində dövlət siyasətinin əsas
prinsiplərini, vətəndaşların hüquq və azadlıqlarını, milli
mədəniyyət sərvəti obyektlərinin qorunub saxlanılmasının
və inkişafının, mədəniyyət siyasətinin demokratik əsaslar-
la təşkili və idarə olunmasının, mədəniyyət sahəsində fəa-
liyyətin hüququ əsaslarını və beynəlxalq əlaqə formalarını
müəyyən edir.
Milli mədəniyyətin qorunub saxlanması onun inkişa-
fına yardım göstərməyi, mədəni fəaliyyət ilə məşgul olan
subyektlərin hüquqlarının və azadlıqlarının müdafiəsini,
mədəniyyət təsisatlarının yaradılması və inkişafına yardı-
mı dövlət bir vəzifə kimi öz üzərinə götürür. Eyni zaman-
da mədəni fəalıyyətin informasiya və elmi-metodiki təmi-
natını, statistik uçotun aparılmasını, mədəniyyət sahəsində
xeyriyyəçilik, himayədarlıq və mesenatlıq fəaliyyətinin
inkişaf etdirilməsini də dövlət öz vəzifəsi hesab edir.
Ölkədə tarix və mədəniyyət abidələrini mühafizə
etmək həm Konstitusiyada, həm də “Mədəniyyət haqqın-
da” Azərbaycan Respublikasınm Qanununda hər bir və-
təndaşın əsas vəzifəsi elan edilsə də, abidələrin aşkar edil-
məsi, öyrənilməsi, qorunması və istifadəsilə bağlı münasi-
bətlər “Tarix və mədəniyyət abidələrinin mühafızəsi haq-
qında" qanunla tənzimlənir. Bu qanun abidələrin mühafı-
zəsinin dövlət və bələdiyyə təminatı ilə bağlı məsələləri,
onların istifadəsi, öyrənilməsi, konservasiyası, təmiri, bər-
pası, yenidən qurulması, regenerasiyası və təhlükəsizliyi
qaydalarını ətraflı şərh edir. Qanunda abidələri qorumaq
məqsədilə aparılan abadlıq və möhkəmləndirici tikinti
işləri ilə bağlı problemlər hərtərəfli həll edilmişdir. Tarix
Dostları ilə paylaş: |